Microsoft Word Yagut-x-monog-2009+. doc



Yüklə 1,11 Mb.
Pdf görüntüsü
səhifə39/42
tarix31.10.2018
ölçüsü1,11 Mb.
#77150
1   ...   34   35   36   37   38   39   40   41   42

 

 

 



— 155 — 

Aşıq  Əhməd Qubalı  aşıq Bəşirin  Şirvan aşıqları ilə deyiş-

məsini klassik dastançılıq  ənənəsinə uyğun olaraq dastanın 

məna baxımından mərkəzi hadisəsi səviyyəsinə qaldıra bilmiş-

dir. Çünki dastan Mirzə Bilalın ömür yoluna, sevgisinə  həsr 

olunsa da, əsas diqqət onun sənətinə yönəldilmişdir: Mirzə Bi-

lal  Şirvanın  ən ulu sənətkarlarından olmuşdur. Bu baxımdan, 

dastanda bir-birini təsdiq edən iki əsas məqsəd izlənilmişdir; 

1. Aşıq Mirzə Bilalı bir ustad aşıq kimi tərənnüm etmək; 

2. Aşıq Mirzə Bilalın adına bağlanmış dastanı elə yaratmaq 

ki, bu, klassik məhəbbət dastanlarının ruhuna uyğun olmaqla, 

onun ənənələrini parlaq şəkildə özündə əks etdirsin. 

Qeyd olunmalıdır ki, Aşıq  Əhməd buna çox ustalıqla nail 

olmuşdur. Bir tərəfdən onun adına dastan bağlanmış, o biri tə-

rəfdən bu dastanda Mirzə Bilalın məhəbbəti, sənətkarlığı das-

tançılıq ənənəsi ruhunda bacarıqla tərənnüm olunmuşdur. 

Dastanda Mirzə Bilalın deyişmədə  məşhurlaşması klassik 

dastanlara uyğun təsvir olunmuşdur. Bəlli olduğu kimi, klassik 

məhəbbət dastanlarında qəhrəmanın  öz sənəti ilə birdən-birə 

tanınması var. Məsələn, o, adətən, bir deyişməyə  təsadüf edir 

və heç kəsin bağlaya bilmədiyi, yaxud deyişməyə cəsarət gös-

tərmədiyi sənətkarı  məğlub edib şöhrətlənir. Aşıq  Əhməd bu 

ünsürdən ustalıqla istifadə etmişdir: 

«...camaat yığılır, məclis qurulur: bəylər, xanlar... Bir tərəf-

də aşıqlar, bir tərəfdə rəiyyət əyləşdikdən sonra Aşıq Bəşir sazı 

sinəsində meydana çıxır. Məşhur ustad balabançılardan Kalbalı 

Əli Kərimov Aşıq Bəşirin işarəsi ilə «Osmanlı Gərayı» havası 

üstündə çalmağa başlayır. Aşıq Bəşir bir o başa, bir bu başa 

cövlan edib belə başlayır: 

 

 



 

 

— 156 —



Can içində can bəslədim can üçün, 

İki aşıq gərək bu meydan üçün. 

Biri mənəm, gəldim mərdi-mərdana, 

İkincisi kimsə, çıxsın meydana. 

 

Aşıq Bəşirin bu dəli çağırış  nərəsindən heç bir aşıq cürət 



edib çıxmadı. İkinci dəfə bir də təkrar eylədi, yenə də səsinə səs 

verən olmadı. Üçüncü dəfə də təkrar etdikdən sonra sizə deyim 

Mirzə Ələkbər Sabirdən. Mirzə Aşıq Bilalın gücünü bilirdi, am-

ma istəməyirdi ki, birdən-birə ortalığa çıxsın. Heç kəsdən bir 

səda çıxmadığını görən Mirzə ayağa qalxıb camaatın qarşısında 

belə bir təklif irəli sürdü: 

- Əhli-məclis, adət belədir ki, «vağam» olmasın deyə, birinci 

taxıl zəmisinin əvvəl «yağo» olan yerlərini biçər, sonra «avadan» 

hissəsinə keçərlər. Burada ustad aşıqlardan Aşıq  İbrahim, Aşıq 

Daşdəmir, Aşıq Sədrəddin kimi çox böyük sənətkarlar  əyləşib. 

Onların balaca bir şagirdi Aşıq Bilal da bu məclisdədir.  Əgər 

camaat məsləhət bilərsə, necə deyərlər, gün uzun, biz eycahan, 

Aşıq Bəşir siftə elə Bilalla deyişsin, sonra ustad aşıqlarla başla-

sın...» (27) 

Qeyd etmək istəyirik ki, bu deyişmə dastanda həm Bilalın 

bir sənətkar kimi, həm də bir insan kimi bioqrafiyasının mər-

kəzi elementi kimi təsvir olunmuşdur. Bu üsulla Aşıq  Əhməd 

onun ömür yolunu klassik dastanların ənənəsi ruhunda epikləş-

dirmiş  və  Şirvan aşıq mühitində bu gün belə  məşhur olan əsl 

sənət incisini yarada bilmişdir. 

«Aşıq Mirzə Bilal» dastanı həcmcə iri dastandır. Onu burada 

bütöv şəkildə təhlil etmək imkansızdır. Buna görə də biz dasta-

nın bəzi səciyyəvi cəhətlərinə diqqət verməyi məqsədəuyğun he-

sab etdik. Səciyyəvi cəhətlər içərisində o da ayrıca olaraq vurğu-

lanmalıdır ki, Aşıq  Əhməd dastanda Mirzə Bilalın öz şeirlərin-

dən çox böyük ustalıqla istifadə etmiş və onları dastanın süjeti ilə 




 

 

 



— 157 — 

«səsləşdirə» bilmişdir. Bu da öz növbəsində Aşıq Əhməd dastan-

çılığının daha bir səciyyəvi cəhətini göstərir. 

Aşıq Əhmədin dastan yaradıcılığı (20-yə yaxın dastan), fəs-

lin əvvəlində göstərildiyi kimi, həcm və məna baxımından zən-

gindir. Onu bir fəsil həcmində bütövlükdə  əhatə etmək müm-

künsüz işdir. Çünki bunun üçün hər bir dastanın, qısa məzmunu 

verilməli, səciyyəvi xüsusiyyətləri birbəbir təhlil edilməlidir. 

Bu isə, dediyimiz kimi, bizi tədqiqatın başlıca məqsəd və vəzi-

fələrindən yayındırmış olardı. Çünki araşdırmada  əsas məqsəd 

indiyədək heç bir monoqrafik tədqiqatın obyekti olmamış Aşıq 

Əhməd kimi nəhəng bir sənətkarın yaradıcılığını bütövlükdə 

əhatə etmək olmuşdur. Buna görə də biz Aşıq Əhmədin dastan 

yaradıcılığından kiçik həcm imkanlarından maksimum istifadə 

etməklə danışmalı olduq. Deyilənlərin bu istiqamətdə ilk tədqi-

qat olduğunu nəzərə alsaq, onda sənətkarın dastan yaradıcılığı 

ilə bağlı ilkin elmi təsəvvürlərin yaradılması yolunda birinci ad-

dımın atıldığını söyləmək olar. 

 

 

 



— 158 —

NƏTİCƏ 

 

Təkcə Şirvan aşıq mühitinin deyil, bütöv Azərbaycan aşıq 



sənətinin müasir dövrümüzdə görkəmli nümayəndəsi olan Aşıq 

Əhmədin yaradıcılığına həsr edilmiş tədqiqat ilk növbədə möv-

zunun aktuallığını bir daha təsdiqlədi. Araşdırma göstərdi ki, 

əlli ildən artıq aşıqlıq etmiş, yüzə yaxın şagirdə sənətin sirlərini 

öyrətmiş bu aşığın sənət və yaradıcılıq yolunun öyrənilməsi 

aşıq sənətinin tarixi-mədəni inkişafının müasir mərhələsi baxı-

mından son dərəcə aktual elmi problemdır. 

Tədqiqat aşkarladı ki, Aşıq  Əhmədin sənətkar kimi yetiş-

məsində onun pərvəriş tapdığı Şirvan aşıq mühitinin böyük rolu 

olmuşdur.  Şirvan elinin mədəniyyət özünəməxsusluğu bu mü-

hitə  məxsus aşıq sənətinin özünəməxsusluğuna təsir etdiyi 

kimi, həmin aşıq mühitinin görkəmli sənətkarlarından olmuş 

Aşıq Əhmədin də yaradıcıhğına ciddi təsir göstərmiş, sənətinin 

bir çox mühüm və  səciyyəvi cəhətlərinin özünəməxsusluğunu 

şərtləndirmişdir. 

Azərbaycan mədəniyyətinin formalaşmasında tarixən çox 

mühüm rol oynamış  Şirvanda milli mədəniyyətimizin bütün 

əsas məna laylarının təmərküzləşməsi, yazılı ədəbiyyatla şifahi 

ədəbiyyatın,  şəhər həyatı ilə çölçülüyün (tərəkəmə-elat həyat 

tərzinin), tar-kamanla sazın, xanəndə ilə aşığın yanaşı yaşaması 

region mədəniyyətinin bütün laylarında, o cümlədən aşıq sənə-

tində öz təsirini göstərmişdir. Aşıq Əhməd Şirvan aşıq mühiti-

nin görkəmli nümayəndəsi kimi, mühitin təkcə aşıq sənəti ənə-

nələrinin daşıyıcısı olmamışdır. Tədqiqita görə, onun sənətində 

iki mədəni lay aydın şəkildə üzvlənir: 

1. Sırf aşıq sənətinə məxsus ənənələr; 

2. Klassik sənət (muğam mədəniyyəti) ənənəsinin təsiri. Bu 

mədəniyyət laylarının təkcə Aşıq Əhməd sənətkarlığında deyil, 




Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə