Microsoft Word Yagut-x-monog-2009+. doc



Yüklə 1,11 Mb.
Pdf görüntüsü
səhifə37/42
tarix31.10.2018
ölçüsü1,11 Mb.
#77150
1   ...   34   35   36   37   38   39   40   41   42

 

 

 



— 147 — 

minlərlə insanlar təsdiq edər ki, 4-5 yüz nəfər əyləşən böyük bir 

toy mağarında Aşıq Mirzə Bilal «Bayatı», «Qobustanı», «Ərəb 

Osmanlısı»nı ifa edəndə öz başını qoyardı sazın çanağının üs-

tünə, zəngulə vura-vura dövrə vurub, başladığı yerə çatanda zən-

guləni kəsərdi. Zəngulə çoxlarından eşitmişik: bəzən - şit, bəzən 

- yersiz, bəzən də - xaric. Amma Mirzə Bilal zənguləsi həm ta-

var, həm şirin, həm məlahətli... Həm də hansı melodiyanı hansı 

pərdədə, hansı sözü hansı melodiyada işlətməyi gözəl bacarırdı. 

Onun  ən gözəl xüsusiyyətlərindən biri də bu idi ki,onda kök, 

taxt, ritm bütövlüyü vardı. Bilal həm bəstəkar idi, həm molla idi. 

Həm şair idi, həm nasir idi, həm natiq idi, həm xanəndə idi, həm 

aşıq idi, həm rəqqas idi, həm də gözəl tarzən idi. O, «Koroğlu» 

dastanından Nigarın sözünü oxuyanda adama elə gəlirdi ki, Ni-

gar elə bu ifaçı özüdür, kişi libası geyinibdir. Koroğlunun sözünü 

ifa edəndə deyərdin, «Çənlibel elə buradı, Koroğlu da meydanda 

misri qılınc çalan adamdır. Söhbəti çox uzandırmayaq, keçək 

mətləb üstünə» (27). 

Aşıq  Əhməd dastanda Bilalın həyatını ustalıqla məhəbbət 

dastanları  qəhrəmanlarının həyatına bənzətmişdir. Məhəbbət 

dastanlarının  əsas mahiyyəti sevginin üzərində qurulur. Aşıq 

Əhməd də bunu dastanda sənətkarcasına təcəssüm etdirmişdir. 

Məsələn, Bilalın öz sevgilisini görüb ona aşiq olması  səhnəsi 

detalları ilə yox, məna və mahiyyəti etibarilə    məhəbbət  das-

tanlarındakı ilahi eşqə bərabərdir: 

«Bir səhər tezdən Bilal dərsə gedərkən gördü, Nanəli bula-

ğının başında bir qız qab yuyur. Söz yox ki, bütün örpək sahib-

lərinə  qız deyirlər, amma elə bir qızı Yusif görsəydi - Züley-

xanı, Abbas görsəydi - Gülgəzi, Məcnun görsəydi - Leylanı, 

Kərəm görsəydi-  Əslini o qədər oğrayıb oxşamazdı. Qızın çi-

yinləri ilə sağrıları arasındakı görkəm elə bil rəssam əli ilə yazı-

lıb üz-üzə qoyulmuş iki ədəd 3 rəqəmini xatırladırdı. 14 gecəlik 

ay kimi parlaq üzün alın hissəsindəki çatma qaşlar Bəhram ka-

 

 



 

— 148 —


manına, gözlərin dövrəsindəki kirpiklər Oğuz oxuna oxşayırdı. 

Qaşların altında şölə çəkən gözlər avqust ayının günorta yerin-

dəki günəş kimi parıldayırdı» (27). 

Qeyd edək ki, Bilalın sevgilisinin bu təsvirində  Aşıq 

Əhmədin poetik istedadının səciyyəvi cəhətləri öz əksini tap-

mışdır. Bunlara diqqət edək: 

Birincisi, Aşıq Əhməd Şirvan aşıq mühitinin real tarixi sə-

nətkarına həsr edilmiş dastanda dastançılıq  ənənəsinin klassik 

kanonlarına sadiq qalmağa çalışmışdır. Bu, nəzərdən keçirdiyi-

miz parçanın yüksək metaforizmində ifadə olunur. Əhmədin 

təsvirləri bir tərəfdən klassik metaforik sistemin ən yaxşı obraz-

ları əsasında qurulursa, o biri tərəfdən bunlarda dastançı aşığın 

fərdi poetik zövqünün ifadəsini görməmək olmur. Məsələn, o, 

gözəlin mütənasib qamətini iki ədəd 3 rəqəminin qarşı-qarşıya 

qoyulması ilə müqayisə edir. Burada diqqəti çəkən odur ki, aşıq 

XX əsr sənətkarı kimi, müasiri olduğu yazı sisteminin rəqəmlə-

rindən bədii təsvir vasitəsi kimi istifadə edə bilmişdir. Ancaq 

burada da o, ənənədən qırağa çıxmamışdır. Ənənədə ərəb hüru-

fatı təsvir vasitəsi kimi çox fəal olmuşdur. Qamətin «əlif» hər-

finə bənzədilməsi, yaxud ağızın incəliyinin «mim» hərfinə bən-

zədilməsi klassik şeir üçün səciyyəvidir. 

İkincisi, Aşıq Əhmədin təsvirlərində Azərbaycan dastançı-

lığının təkcə islam epoxası yox, eləcə də islamaqədərki epoxası 

da işarələnmişdir. Məsələn, qızın üzünün tərənnümünə diqqət 

edək: 

Üz - parlaq aya bənzədilir; 



Qaşlar - Bəhramın kamanına bənzədilir; 

Kirpiklər - Oğuzun oxuna bənzədilir. 

Gözlər - günəşə bənzədilir. 

Bəllidir ki, gözəlin kirpikləri Azərbaycan el-aşıq poeziya-

sında çox fəal  şəkildə  bədii təsvir obyektidir. Ancaq gözəlin 

qaşlarının Oğuzun, başqa sözlə, azərbaycanlıların ulu babaları 




 

 

 



— 149 — 

Oğuz xanın (kağanın) oxuna bənzədilməsi Azərbaycan aşıq sə-

nətinin Göyçə, Borçalı və s. kimi aşıq mühitləri üçün səciyyəvi 

deyildir. Bunu heç də Aşıq Əhmədin dastana gətirdiyi ənənədən 

qıraq element hesab etmək olmaz. 

Unutmaq olmaz ki, qədim azərbaycanlıların təsəvvürlərin-

də ox-yay müqəddəsdir. Oğuz xanla bağlı bütün oğuznamələrdə 

ox-yayın xüsusi yeri vardır. Ox-yay hakimiyyət simvollarıdır. 

Oğuz xan üç böyük oğluna (Gün xan, Ay xan, Ulduz xan) - 

yayı, üç kiçik oğluna (Göy xan, Dağ xan, Dəniz xan) - üç oxu 

verərək fəth etdiyi dünyanı onların arasında bölür (121, 136-

137; 122, 31-34; 123,  37-38; 63, 51-52). Yəni yay Oğuz xanın 

bozoqlar adlanan böyük oğlanlarının, ox isə ucoqlar adlanan ki-

çik oğlanlarının simvolu olur. Bundan başqa, ox-yay türk 

hökmdarlarının hakimiyyət simvolları sırasında olmuşdur. 

Göründüyü kimi, Aşıq Əhmədin gözəlin kirpiklərini Oğuz 

xanın oxuna bənzətməsi çox qədim dastançılıq ənənəsindən gə-

lir. Bu, aşağıdakı qənaətlərə gəlməyə şərait yaradır: 

Birincisi, «Aşıq Mirzə Bilal» dastanında «Oğuz oxu» bən-

zətməsinin işlənməsi  Şirvan aşıq mühitində  oğuz dastançılıq 

ənənəsinin xüsusi obrazlarda (işarələrdə) yaşadığını göstərir. 

İkincisi, Aşıq Əhmədin «Oğuz oxu» obrazından istifadə et-

məsi onun şəxsi epik yaddaşının zənginliyindən, qan yaddaşına 

söykənməsindən soraq verir. 

Aşıq Əhməd Bilalla onun sevgilisi arasında olan bu ilk gö-

rüşü klassik məhəbbət dastanlarından gəlmə  ənənə olaraq 

«sual-cavab» - deyişmə üzərində qurmuşdur: 

«Aşıq Mirzə Bilal belə bir nuri-təcəllaya xeyli həsrətlə ba-

xıb, aldı görək nə dedi: 

 

Qaş-gözündə Şəmsi-Qəmər oynayır, 



Sanki yanaqların güldür, a ceyran. 

Səyyad olub sorağınla gəzərəm,  

 

 

 



 

— 150 —


Oylağını mənə bildir, a ceyran. 

 

Aşıq Mirzə Bilal sözün birinci xanəsini tamamlayandan 



sonra qız aşığın məlahətli səsinə, uca boyuna, nəcib xislətinə 

bir könüldən min könülə vurulub, aldı görək nə dedi: 

 

 

QIZ 

De, kimsən, nəçisən, nəçikarəsən?  

İncidib qəlbimi qırma, ay oğlan. 

Yüz il desən, məni sənə verməzlər, 

Aldanıb özünü yorma, ay oğlan. 

 

BİLAL 

 

Sən öz aşiqinə inayət eylə,  

 

Eşqinə sadiq ol, dəyanət eylə. 

Zavallı qulunam, mərhəmət eylə,  

 

Qəlbini aç mənə, bildir, a ceyran. 

 

QIZ 

İndi bizi belə burda görsələr,  

Atama, anama xəbər versələr,  

Səni də, məni də gəlib öldürər,  

Heyifsən, get, burda durma, ay oğlan. 

 

BİLAL 

Səhər-səhər doğan dan ulduzusan, 

Uçan durnaların xoş avazısan. 

Adın nədir? Söylə, kimin qızısan?  

Bilalın qəlbini güldür, a ceyran. 

 



Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə