Microsoft Word Yagut-x-monog-2009+. doc



Yüklə 1,11 Mb.
Pdf görüntüsü
səhifə41/42
tarix31.10.2018
ölçüsü1,11 Mb.
#77150
1   ...   34   35   36   37   38   39   40   41   42

 

 

 



— 163 — 

Araşdırmada Aşıq Əhmədin dastan yaradıcılığına ayrıca fə-

sil həcmində diqqət verilmiş və təkcə Aşıq Əhməd yaradıcılığı 

üçün deyil, bütöv Azərbaycan dastan yaradıcılığı üçün xarakte-

rik olan bir sıra əlamətdar və mühüm məqamlar aşkar edilmiş-

dir. 


Dastan yaradıcılığı Aşıq Əhmədin poetik irsi içərisində mü-

hüm yer tuturdu. İyirmidən yuxarı dastanın müəllifi olan Aşıq 

Əhməd uzun illər ərzində dastan yaradıcılığı ilə məşğul olmuş 

və təbii olaraq, dastançı aşıq kimi məşhurlaşmışdır. 

Onun dastan yaradıcılığının kəmiyyət baxımından çox iri 

hadisə olması tədqiqatın üçüncü fəslində Aşıq Əhməd dastançı-

lığının yalnız səciyyəvi məqamlarının xüsusi olaraq qabardıl-

masını şərtləndirmişdir. 

Tədqiqat ilk növbədə onu aşkarlamışdır ki, Aşıq Əhmədin 

dastanlarının çox hissəsi sovet dövrünün ideoloji yasaq və çər-

çivəsidən irəli gəlməklə quruculuq mövzusuna həsr olunsa da, 

bu dastanlar klassik dastan yaradıcılığının ən yaxşı ənənələrini 

özündə hifz etmişdir. Belə ki, Aşıq Əhməd yaradıcılığı üçün bir 

səciyyəvi keyfiyyət aşkarlanmışdır ki, o, istənilən mövzunu 

dastanın süjet sxeminə uyğunlaşdırmağı bacaran sənətkar ol-

muşdur. Bu, aşığın dastan yaradıcılığının poetik sirlərinə dərin-

dən bələdliyini, bu sahədə mövcud olan ənənələri dərindən əxz 

etdiyini göstərir. Bütün sovet dövrü aşıqlarıının sosializm quru-

culuğuna zorən cəlb edildiyi və bunun bir çox sənətkarlara hə-

yatı bahasına başa gəldiyi şəraitdə Aşıq Əhmədin ideoloji möv-

zular çevrəsində də dastançılığın əski ənənələrini qorumağa ça-

lışması onun bir dastançı kimi öz sənətinin vurğunu olduğunu 

göstərməklə yanaşı, sənətin müqəddəslik ənənələrini davam et-

dirdiyini də göstərir. 

Tədqiqat aşkarlamışdır ki, ideoloji mövzular əksər hallarda 

Aşıq  Əməd üçün epik ənənələrin davam etdirilməsindən ötrü 

«örtük» rolunu oynamışdır. Tədqiqatın üçüncü fəslində bunun 

 

 



 

— 164 —


səciyyəvi örnəyi kimi geniş təhlil edilmiş «Şirvan və Fərqanə» 

dastanı ilə bağlı araşdırma göstərdi ki, o, dastançılıq ənənələri-

nin, milli-mənəvi dəyərlərin qorunması və yaşadılmasından öt-

rü hər bir imkandan - «nəfəs yolundan» ustalıqla istifadə etmiş-

dir. 

Araşdırma nəticəsində  bəlli olmuşdur ki, Aşıq  Əhmədin 



dastan yaradıcılığında milli ənənələrə sədaqət özünü açıq şəkil-

də hiss etdirir. O, bir çox hallarda ənənədən istifadə edərək 

dini-ilahi, ruhani-mənəvi dəyərlərin yaşadılmasına xüsusi diq-

qət vermişdir. 

Sovet dövrünün sənətkarı olan Aşıq Əhməd sosializm quru-

culuğu adı altında əridilən mənəvi-milli dəyərlərimizi dastanlar 

vasitəsi ilə yaşatmağa çalışmışdır. Bu baxımdan, onun dastan 

qəhrəmanlarının milli xarakteri həmişə ülvi, pak hisslərdən 

yoğrulmuşdur. 

Aşıq Əhmədin dastanlarının təhlili göstərir ki, o, aşıq yara-

dıcılığının tarixi fonduna dərindən bələd olmuşdur. Sənətkar 

bütün məşhur Azərbaycan dastanlarını  məharətlə ifa etməklə 

yanaşı, özü də həmin dastanların əbədi-əzəli ənənə əsasını özü-

nün yaratdığı dastanlarda təcəssüm etdirə bilmişdir. 

Sənətkarın dastanlarının tədqiqi aşkarlamışdır ki, onun das-

tanlarında epik yaddaşdan gəlməklə bir sıra qiymətli obrazlar 

ənənə hadisəsi kimi yaşamaqdadır. Belə  səciyyəvi cəhətlərə 

(məsələn, gözəlin kirpiyinin Oğuzun oxu obrazı ilə verilmə-

sinə) diqqət edilməsi göstərdi ki, Aşıq  Əhmədin dastanlarında 

təcəssüm olunan epik yaddaş bir sıra cəhətlər ilə Azərbaycan 

dastançılığının çox qədim dövrələrinin izlərini özündə bu gün 

də yaşatmaqdadır. 

Tədqiqat Aşıq Əhmədin dastan yaradıcılığının həm kəmiy-

yət, həm də  bədiilik baxımından nəhəng hadisə olduğunu ay-

dınlaşdırmaqla onun dastanlarının ayrıca monoqrafik tədqiqata 

ehtiyacı olması zərurətini də aşkarlamışdır. 




 

 

 



— 165 — 

İNFORMATORLARIN SİYAHISI 

 

1. Xanəhməd Hüseynov (Kürdəmir rayonu, Carlı  kəndi, 



təqaüdçü, 76 yaş). 

2. Gülməmməd Eyvazov (Kürdəmir rayonu, Carlı  kəndi, 

müəllim, 60 yaş). 

3.  Əziz müəllim (Kürdəmir rayonu, Sovla kəndi, 2004-cü 

ildə vəfat edib). 

4. Vaqif Hacıyev (Kürdəmir şəhəri, təqaüdçü, 66 yaş). 

5. Pirvəli kişi (Qəbələ rayonu, Əmirvan kəndi, təqaüdçü, 76 

yaş). 


6. Həmid kişi (Kürdəmir rayonu, Şüşün kəndi, təqaüdçü, 85 

yaş). 


7. Həsən kişi (Şamaxı rayonu, təqaüdçü, 79 yaş). 

8. Məmmədhüseyn kişi (Qəbələ rayonu, Əmirvan kəndi, tə-

qaüdçü, 70 yaş). 

9. Bahadur müəllim (Ağsu rayonu, Rəhimli kəndi, müəllim, 

67 yaş). 

10. Mələk xanım (aşığın həyat yoldaşı, təqaüdçü, 75 yaş). 

11. Sədəf xanım (aşığın qardaşı arvadı, 2001-ci ildə  vəfat 

etmişdir). 

12. Adil Rüstəmov (aşığın qardaşı, Kürdəmir şəhəri, 2004-

cü ildə vəfat etmişdir). 

13. Aşıq Əhliman (Bakı şəhəri, aşıq, 54 yaş). 

14. Elnarə Abdullayeva (müğənni, Bakı şəhəri, 35 yaş). 

15. Aşıq Məhəmməd Şirvanlı (Ağsu rayonu, aşıq, 56 yaş). 

16. Qəşəm  İsabəyli (Bakı, «Şirvannəşr»in direktoru, şair, 

60 yaş). 

17. Zəlimxan Yaqub (xalq şairi, Bakı şəhəri, 60 yaş). 

18. Xələf Qarayev (Kürdəmir rayonu, Carlı kəndi, 2001-ci 

ildə vəfat edib). 

 

 

 



— 166 —

İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT 

 

 



Azərbaycan dilində: 

 

1. Abbasov İ. Ön söz // Azərbaycan  ədəbiyyatı inciləri: 



Dastanlar. B.: Yazıçı, 1987, 17 s. 

2. Abdulla B. «Kitabi-Dədə Qorqud»un poetikası. B.: Elm, 

1999, 223 s. 

3. Abdullayev C. Lirika və zaman. B.: Yazıçı, 1982, 

4. Abdullayev K.Gizli «Dədə Qorqud». B.: Yazıçı, 1991, 

152 s, 


5. Abdullayev T. Aşıq Əhmədin yubiley mərasimi // «Kür-

dəmir» qəz., 3 iyun 1995. 

6. Abdullayev T. Ziyalılar fəxrimizdir. B.: Əbilov, Zeyna-

lov və oğulları nəşriyyatı, 230 s. 

7. Abdullayev T. Onlar xatirələrdə yaşayır. B.: Çaşıoğlu, 

2001, 262 s. 

8. Axundov A. Aşıq Şamil Piriyev. B.:1988, 81 s.  

9. Axundov Ə. Azərbaycan sovet aşıq yaradıcılığına dair / 

Azərbaycan  şifahi xalq yaradıcılığına dair tədqiqlər. II kitab. 

B.: Azərbaycan SSR EA  Nəşriyyatı, 1966, s. 52-76. 

10. Axundova K. Aşıq  Şamil Piriyev (metodik material) / 

Azərbaycan SSR Mədəniyyət Nazirliyi, Xalq Yaradıcılığı  və 

Mədəni-maarif  İşi Üzrə Elmi-metodiki Mərkəz, Respublika 

Aşıqlar Birliyi. B.:1988 (əlyazması hüququnda), 36 s. 

11. Allahmanlı M. Türk dastan yaradıcılığı. B.: Ağrıdağ, 

1998, 142 s. 




Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə