Microsoft Word Yagut-x-monog-2009+. doc



Yüklə 1,11 Mb.
Pdf görüntüsü
səhifə38/42
tarix31.10.2018
ölçüsü1,11 Mb.
#77150
1   ...   34   35   36   37   38   39   40   41   42

 

 

 



— 151 — 

QIZ 

Mən nə ayam, nə də dan ulduzuyam

Taleyi - kəm, bəxti qara, yazığam. 

Adım Soltan xanım, Talıb qızıyam, 

Daha məndən bir şey sorma, ay oğlan» (27). 

 

Göründüyü kimi, Bilalla onun sevgilisi Soltan xanım ara-



sındakı ilk görüş məhəbbət dastanlarındakı buta sevgisi ruhun-

dadır. Klassik məhəbbət dastanlarında qəhrəmanın sevgilisi ona 

buta verilir. Aşıq Əhməd də Bilalın Soltan xanıma bir könüldən 

min könülə vurulmasını məhz ənənə ruhunda qurmuş və bunun-

la  ənənəni müasiri olduğu dövrün epik ruhuna «hopdurmuş-

dur». 


Aşıq  Əhmədin «Aşıq Mirzə Bilal» dastanı  ənənəvi ele-

mentlərlə  zəngindir. Məhəbbət dastanlarında, adətən, sevən 

aşiqlərlə onların öz ata-anaları, yaxud sevgililərinin yaxınları 

arasında bizim şərti olaraq «sevginin poetik-simvolik izharı» 

adlandıra biləcəyimiz bir «sual-cavab» - deyişmə olur: aşiq öz 

haqdan gələn sevgisini odlu misralarla izhar edir. Qarşı tərəf – 

öz atası, anası, yaxud sevgilisinin atası, qardaşı və s., bir qayda 

olaraq, onu başa düşməkdə  çətinlik çəkirlər. Bu, təkrarlanan 

element kimi məhəbbət dastanları üçün xarakterikdir. Aşıq Mir-

zə Bilalın bioqrafiyası  əsasında müasir dövrdə  məhəbbət das-

tanı yaratmış  Aşıq  Əhməd də belə bir «dialoq-mükalimədən» 

ənənəvi element kimi istifadə edərək qoşduğu dastanın ruhunu 

klassik sevgi dastanlarının ruhuna kökləmişdir. 

Bunun belə olduğunu təsdiq edən cəhətlər dastanda sistem 

təşkil edir. Məsələn, klassik məhəbbət dastanlarında buta almış 

aşiq huşdan gedir, onu ayıltmaq çətin olur. Ayılan kimi öz sevgi-

sini sazla-sözlə izhar edir. Aşıq Əhməd bu motivi çox ustalıqla 

Aşıq Mirzə Bilalın «sevgi dastanında» təcəssüm etdirə bilmişdir. 

Öz sevgilisinin harada yaşadığını öyrənmək istəyən Bilal onun 

 

 



 

— 152 —


ardınca düşür. Soltan xanımgilin qapısında onun ürəyi gedir. Sol-

tan xanımın atası həkim çağırtdırır. Bu, klassik məhəbbət dastan-

larında buta alıb huşunu itirmiş aşiqin üzərinə ipək qarının gəl-

məsi və onu ayıltmasına uyğundur: 

«Həkim bir iynə vurub oğlanı ayıltdı. Yerbəyerdən sorğu-

sual başlandı ki, sən kimsən, nəçisən və haralısan? (...) Bu sor-

ğu-suala Aşıq Mirzə Bilal aldı görək nə dedi: 

 

BİLAL: 



Sizə qurban olum, yığılan canlar,  

Nə dağ adamıyam, nə çöl kəndliyəm. 

Qəfil məni bir dilbilməz oxlayıb, 

Gecə-gündüz başı müsibətliyəm. 

 

Talıb kişi sordu ki, ay oğul, bəs haralısan, hardan gəlib, ha-



yana gedənsən? 

 

BİLAL: 



Sinəmdə düyün var, yaram ağrıyır,  

Taqətim yoxdur ki, duram, ağrıyır. 

Axı necə deyim, haram ağrıyır?!   

Məcnun sevdalıyam, Kərəm dərdliyəm. 

 

Yenə də Talıb kişi sorur, ay oğul, de görək, hansı yerdən-



sən, atan kimdir və adın nədir? 

 

BİLAL: 



Gözümdə deyildir nə dövlət, nə var,  

Az deyil zamandan çəkdiyim məlal.  

 

Atam Mustafadır, öz adım Bilal,    

Kəndimi sorsalar, bil, Qəşətdiyəm» (27). 

 



 

 

 



— 153 — 

Dastanda Mirzə Bilalın həyatı ilə bağlı bioqrafik faktlardan 

istifadə edilərkən dastanlaşdırmanın tələblərinə riayət edilmiş-

dir. Çünki, ümumiyyətlə, dastan süjetinin özünəməxsus quru-

luşu vardır: burada ixtiyari hadisələr, onların ixtiyari düzümü 

olmur. Təqribi süjet sxemi qəhrəmanın doğuluşunu, buta alma-

sını, yaxud göbəkkəsmə nişanı olmasını, sonra sevgilisinə qo-

vuşmaq uğrunda mübarizə aparmasını  təsvir edir. Aşıq Mirzə 

Bilal isə Şirvan aşıq mühitinin çox tanınmış simalarından, ustad 

sənətkarlarından olmuşdur. Aşıq Əhməd onun həyatını dastan-

laşdırarkən elə etməyə çalışmışdır ki, dastanda Mirzə Bilalın 

həm ömür yolu təsvir olunsun, həm də bu təsvir dastanlara 

məxsus  ənənəvi süjetdən qırağa çıxmasın. Buna nail olmaq 

üçün Aşıq Əhməd Bilalın həyatındakı hadisələri dastan yaradı-

cılığının qanunlarına uyğun epikləşdirmiş, dastan süjetinin qə-

liblərinə salınmışdır. Məsələn, bir məqama diqqət edək. 

Dastanın əvvəlində göstərilir ki, onun dörd bacısı və bir bö-

yük qardaşı vardır. Aşıq  Əhməd böyük qardaşı  Rəsulla bağlı 

baş vermiş, eyni zamanda Mirzə Bilalın həyatına ciddi təsir et-

miş hadisələri dastan strukturunun epik ənənədən gələn qəliblə-

rindən istifadə etməklə bədiiləşdirməyə nail olmuşdur. 

Məlum olduğu kimi, dastanlarda sosial qarşıdurma güclü 

olur. Haqq aşiqi olan qəhrəman, eyni zamanda haqq tərəfdarı 

olur: həmişə ədalətli işlər görür, sazı və sözü ilə haqqın keşiyin-

də durur. Aşıq Əhməd Mirzə Bilalın adına dastan bağlayarkən 

Rəsulla bağlı epizodlardan məhz bu qəlibdə istifadə etmişdir. 

Rəsulun qapısında işlədiyi Səlim bəylə konfliktini dastanın əsas 

epik konflikti səviyyəsinə qaldırmış və Mirzə Bilalın ömür yo-

lunu bu fonda dastanlaşdırmağa nail olmuşdur. 

Aşıq Əhməd, qeyd olunduğu kimi, bütün dastanlarında de-

yişmə elementindən fəal şəkildə istifadə etmişdir. Əslində, de-

yişmə dastan quruluşunun mərkəzi elementlərindən biridir. 

Ümumiyyətlə, aşıq ifaçılığında deyişmənin böyük rolu vardır: 

 

 



 

— 154 —


ustad aşıqlar məşhur deyişmələri ilə şöhrətlənmiş, ad alaraq sə-

nətkara çevrilmişlər. Deyişmənin aşıq sənəti tarixində yeri və 

rolu çox qədimlərə gedib çıxır. Qəhrəmanlıq dastanlarında 

(Məsələn, «Koroğlu» dastanında) deyişmənin fəal olması da 

onun Azərbaycan-türk dastançılığında tarixinin çox qədim ol-

duğunu göstərir. Buna görə də Aşıq Əhmədin «Aşıq Mirzə Bi-

lal» dastanında deyişmələrdən çox istifadə etməsi dastanı zən-

ginləşdirməklə bərabər, sənətkarın dastançılıq ənənəsinə dərin-

dən bələd olduğunu və bu ənənələrdən bacarıqla istifadə etdi-

yini də göstərir. Dastanın süjetində əhəmiyyətli bir məqama nə-

zər salaq. 

Quba mahalının  ən məşhur sinədəftəri – Aşıq Bəşir mək-

tubla bir hərbə-zorba göndərərək  Şirvan aşıqlarını deyişməyə 

dəvət edir: 

 

«Yığılsın Şirvanda aşıq olanlar, 

Səqirin kəbirə qatım birbəbir. 

Kükrəyim meydanda, töküm sazları, 

Bağlayım, qol-qola çatım birbəbir. 

 

Səf çəkim hər yana ağır el kimi,  

 

 

Tufanlar qopardım qara yel kimi,  

 

 

Daşım boz-bulanıq, coşqun sel kimi

Qırım qayalardan atım birbəbir. 

 

Gəlsin məclisimə aranlı,dağlı, 

Bəşir söhbət açsın yerli-yataqlı. 

Təslim aşıqları qolları bağlı 

Dəyər-dəyməzinə satım birbəbir» (27). 

 



Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə