Microsoft Word Yagut-x-monog-2009+. doc



Yüklə 1,11 Mb.
Pdf görüntüsü
səhifə40/42
tarix31.10.2018
ölçüsü1,11 Mb.
#77150
1   ...   34   35   36   37   38   39   40   41   42

 

 

 



— 159 — 

bütöv Şirvan aşıq sənətində özünü bariz şəkildə göstərən sintezi 

dissertasiyada geniş  şəkildə  təhlil olunmuş  və bunun Şirvan 

mədəniyyət mühitinin spesifikası ilə bağlı tərəfləri aşkarlanmış-

dır. 

Monoqrafiyada aşkarlanmışdır ki, Aşıq  Əhmədin auditori-



yası – dinləyiciləri təkcə saz-aşıq sənətinin dinləyiciləri (həm 

də biliciləri) olmayıb, eyni zamanda klassik muğam sənətinin 

dinləyici- publika səviyyəsində daşıyıcılarıdır. Bu baxımdan, 

tarixən formalaşmış sənət ənənələrinə görə, Şirvan aşığı bu sə-

nətin yalnız (təkcə) tarixən ona məxsus olmuş ənənələri ilə pub-

likanın qabağına çıxa bilməzdi. Hər bir aşıq mühitində olduğu 

kimi, Şirvan mədəni mühitində də dinləyici və sənətkarın mə-

dəni düşüncəsinin formalaşması, təbii-dialektik olaraq, bir-bi-

rini qarşılıqlı  şəkildə  şərtləndirən proses olmuşdur. Buna görə 

də saz-aşıq mədəniyyət ilə muğam sənəti ənələrinin sintezi mə-

dəniyyət daşıyıcılarını istisnasız olaraq bütövlükdə (sənətkar-

ifaçı) əhatə etmişdir. Publika qabağına çıxan aşığın sənəti, eyni 

zamanda dinləyicinin həm də muğama köklənmiş zövqünün 

fövqünə qalxmalı idi. Belə olmasaydı, Şirvan aşığı publika qar-

şısında heç vaxt duruş gətirə bilməz və müəyyən zaman ərzində 

publikanın zövqünü oxşamayacaq, onun estetik tələbrini ödə-

məyəcək hadisə kimi aradan gedəcəkdi.  Şirvan aşıq sənəti isə 

nəinki aradan getdi, əksinə, o elə bir səviyyəyə çatdı ki, bu sə-

viyyə bütövlükdə Azərbaycan aşıq sənəti üçün zirvə  məqamı 

idi. Çünki Azərbaycan aşıq sənətinin yalnız  Şirvan zirvəsi 

özündə Azərbaycan mədəniyyətinin klassik muğam ənənələrini 

sintez edə bilmişdir. Bu həm də Azərbaycan aşıq sənətinin Şir-

van aşıq sənətinin simasında yaşandığı, zamanın fövqünə qalx-

maq qabiliyyətinin göstəricisidir. 

Aşıq Əhməd sənəti və yaradıcılığının böyüklük və ululuğu 

öz qaynağını ilk növbədə mühitdən almışdır. Tədqiqatın Aşıq 

Əhmədin bioqrafiyası  və  sənətkar statusunun öyrənilməsinə 

 

 



 

— 160 —


həsr edilmiş birinci fəslində onun bir sənətkar kimi formalaş-

masında mühitin roluna xüsusi diqqət verilmişdir. 

Aşıq Əhmədin poeziyasının məna və forma aləminin araş-

dırılmasına həsr edilmiş ikinci fəslində bu sənətkarın poetik ir-

sinin, xüsusilə  Şirvanda məşhur olmasının səbəblərinin elmi 

əsasları təhlil edilmişdir. Aydın olmuşdur ki, Aşıq Əhməd poe-

ziyası mövzu, janr, bədii məna sistemi baxımından çox zəngin 

hadisədir. Onun şeirlərinin mövzu əhatəsi dini-ruhani, ictimai-

siyasi, məhəbbət və s. mövzular baxımından təhlil edilmiş  və 

aşkarlanmışdır ki, o, müasir aşıq poeziyasında klassik poetik 

ənənələrin görkəmli davamçısı, yaşadıcısı və yaradıcısıdır. Aşıq 

Əhmədin poeziyasında mövzu baxımından klasik ənənələrlə 

müasirlik birləşir və yaranışından həyat gözəlliklərinin tərən-

nümçüsü olan aşıq sənəti onun yaradıcılığının simasında öz ta-

rixi-estetik «missiyasını» yüksək səviyyədə davam etdirir. 

Tədqiqat nəticəsində aydın oldu ki, Aşıq  Əhmədin poetik 

yaradıcılığı aşıq poeziyası ənənələrinin təkcə mükəmməl bədii 

«tətbiqindən» ibarət olmayıb, sözün həqiqi mənasında, orijinal 

yaradıcılıq hadisəsidir. O, Azərbaycan aşıq poeziyasının mövzu 

dairəsinin bütün mütərəqqi ənənələrini davam etdirməklə bəra-

bər, onu orijinal sənətkar duyumu və istedadının məhsulu olan 

şeir inciləri ilə  zənginləşdirmişdir. Bu mənada, tədqiqat Aşıq 

Əhməd poeziyasının, xüsusilə Şirvan aşıq mühitində, o cümlə-

dən el arasında məşhurluğunun səbəblərinin də buna bağlı oldu-

ğunu aşkarlamışdır. 

Şirvan aşıq mühiti tarixən poeziya ənənələri ilə zəngin ol-

muşdur. Bu mühitdə öz poetik sözü ilə seçilmək çətin məsələ-

dir. Çünki Şirvanda poeziyanın tarixən formalaşmış zəngin fon-

du və bu fond əsasında formalaşmış, yüksək tələblərə malik ta-

maşaçı – dinləyici zövqü var. Bu zövqün tələbləri səviyyəsinə 

qalxıb, onu ödəyəcək  əsərlər qoşaraq məşhurlaşmış  Aşıq 



 

 

 



— 161 — 

Əhməd poeziyası poetik istedadın məhsulu kimi Azərbaycan el-

aşıq poeziyası tarixində özünə əbədi yer tutmuşdur. 

Aşıq  Əhməd poeziyasının  janr keyfiyyətinin öyrənilməsi 

göstərdi ki, onun yaradıcılığı janr baxımından da çox zəngin 

hadisədir. O, aşıq yaradıcılığının bütün janrlarında şeir qoşmuş 

və bununla həm aşıq poeziyasını zənginləşdirmiş, həm də özü-

nün şairlik istedadını, söz demək qüdrətini bu janrlar vasitəsi ilə 

gerçəkləşdirmişdir. O, ayrı-ayrı janrların poetik təbiətinə dərin-

dən bələd olan sənətkar kimi aşıq şeirinin hər bir janrının for-

ma-şəkil imkalarından sonacan istifadə etmişdir. Buna görə də, 

Aşıq Əhməd yaradıcılığında janrlardan istifadə problemi ayrıca 

mövzu kimi diqqəti cəlb etmişdir. Təhlil onun ayrı-ayrı janrlara 

münasibətdə yaradıcılıq nümayiş etdirdiyini aşkarlamışdır. Poe-

ziyasından hər bir janra aid səciyyəvi şeirlərin öyrənilməsi gös-

tərmişdir ki, Aşıq  Əhməd el-aşıq poeziyasının poetik-forma 

strukturuna qarşı çox həssasdır. Bu formalar onun poetik ruhun-

da yaşayır. Onun istifadə etdiyi janrlar milli poetik düşüncənin 

ümumi janr fondunu bütövlükdə əhatə etməklə aşığın yaradıcı-

lığına ənənə hadisəsi olaraq daxil olmuş və Aşıq Əhmədin poe-

tik istedad və yaradıcılıq qüdrəti ilə bədii söz incilərinə çevril-

mişdir. 


Aşıq Əhməd janrın forma xüsusiyyətlərinə qarşı həssas ol-

muşdur. Belə ki, onun şeirlərində forma-şəkil elementlərinin 

«mexaniki tətbiqinə» rast gəlinmir. Yaratdığı hər bir şeirin janr 

xüsusiyyətlərini təşkil edən forma elementləri məzmunu, mə-

nanı, bədiiliyi, estetizmi şərtləndirən (təşkil edən) elementlərlə 

poetik vəhdətə girərək yüksək bədii estetizmə xidmət etmişdir. 

Sənətkarın poeziyasının yüksək bədii səviyyəsi dissertasi-

yada bu məsələyə xüsusi diqqət verilməsini  şərtləndirmişdir. 

Tədqiqat aşkarlamışdır ki, Aşıq  Əhməd poeziyasında bədiiliyi 

şərtləndirən amillərin sırası genişdir. Təhlil aşağıdakı amilləri 

ortaya çıxartmışdır: 

 

 



 

— 162 —


a) Aşıq sənəti ənənəsindən gələn bədiilik layı: 

Aşıq  Əhməd poeziyası ilk növbədə «varisi», yetirməsi ol-

duğu Şirvan aşıq mühitinin poeziya faktıdır. Bu baxımdan, o, öz 

yaradıcılığında Şirvan el-aşıq poeziyasının ən mütərəqqi ənənə-

lərini davam və inkişaf etdirmişdir. Ustadlardan, ululardan əxz 

etdiyi bədiilik  ənənələri onun poeziyasında daha da cilalanmış, 

Aşıq Əhməd nəfəsinə məxsus bədiiliyin xüsusiyyətlərini şərtlən-

dirmişdir. 

b) Şirvan ədəbi mühitindən gələn bədiilik layı: 

Şirvan el-aşıq poeziyası, ümumiyyətlə, Şirvanda çox qədim 

və yüksək ənənələrə malik poeziya ənənələri ilə həmişə qarşı-

lıqlı təsirdə olmuşdur. Bu mühitdə aşıq sənəti heç vaxt məhəlli, 

mühitin mədəni-ədəbi həyatından təcrid olunmuş, yaxud müəy-

yən zümrəyə məxsus sənət və yaradıcılıq hadisəsi olmamışdır. 

Bu baxımdan,  Şirvanda aşıq yaradıcılığı dövrün yazılı  ədəbi 

ənənələri ilə daim qarşılıqlı təsirdə olmuşdur. Aşıq Əhməd poe-

ziyası da Şirvan aşıq mühitinin qabaqcıl, öndə olan poetik hadi-

səsi kimi mühitdəki bu proseslərin fövqündə durmuşdur. Yəni 

onun poeziyasına  Şirvanda çox güclü olan yazılı poeziya 

ənənələrinin təsiri olmuşdur. Aşıq  Əhməd yaradıcılığının heç 

də məhəlli hadisə olmaması onun mühitin poetik ənələrinin hər 

cür mütərəqqi təsirlərinə qarşı  həssas olduğunu aydın  şəkildə 

göstərir. 

c) Sənətkarın fərdi istedad və yaradıcılıq qüdrəti: 

Aşıq Əhməd poeziyasının yüksək bədii estetizminin əsasın-

da, təbii ki, yuxarıda sadalanan iki amillə yanaşı onun poetik is-

tedadı dayanır. Yaradıcılığının bədii mahiyyətinin tədqiqatda 

geniş  şəkildə  təhlili göstərir ki, onun poeziyasının məşhurlaş-

ması, müasir aşıq poeziyasının qabaqcıl hadisəsinə çevrilməsi 

Aşıq Əhmədin ənənə ilə fərdi poetik istedadının ecazkar vəhdə-

tindən doğmuşdur. 



Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə