Microsoft Word Yagut-x-monog-2009+. doc



Yüklə 1,11 Mb.
Pdf görüntüsü
səhifə36/42
tarix31.10.2018
ölçüsü1,11 Mb.
#77150
1   ...   32   33   34   35   36   37   38   39   ...   42

 

 

 



— 143 — 

van aşıq sənətinin nəinki Şirvanda, eləcə də bütöv Azərbaycan-

da tanınmış, ulu-ulu sənətkalar yetişdirmiş, eləcə də ulu-ulu sə-

nətkarlarla deyişmiş aşığı Mirzə Bilaldır... O, bir sənətkar kimi 

Şirvanda və onun hüdudlarından qıraqda məşhur olmuşdur. 

Azərbaycan dastanlarını, eləcə  də yerli Şirvan dastanlarını də-

qiqliyi ilə bildiyi kimi, onları məharətlə də ifa edərdi.., bənzər-

siz saz çalmağı vardı. Aşıq Mirzə Bilalı həm sələfləri, həm də 

xələflərindən fərqləndirən bir cəhət də onun klassik ədəbiyyata 

dərindən bələdliyi idi. Onu da qeyd etmək lazım gəlir ki, aşığın 

klassik ədəbiyyata belə bələdliyi həm də ondan irəli gəlirdi ki

o, Şirvan aşıq mühitinin nümayəndəsi olmuşdur. Şirvan isə, bil-

diyimiz kimi, saz-söz sənəti ilə yanaşı, klassik yazılı ədəbiyyat 

ənənələrinin çox güclü olduğu bir ədəbi mühit, mərkəz olmuş-

dur...» (103, 209-210). 

S.Qəniyevin bu fikrində Şirvan aşıq mühütinin özünəməx-

susluğu haqqında bir məqam diqqəti ayrıca olaraq çəkir. Tədqi-

qatçının göstərdiyi kimi, Şirvanda klassik yazılı ədəbiyyat ənə-

nələri ilə el-aşıq sənəti çox güclü sintezdə olmuşdur. Aşıq Mir-

zə Bilal belə bir mühitdə  şöhrət tapdığı kimi, Aşıq  Əhməd də 

onun mənəvi şagirdi kimi məhz Şirvan aşıq mühitində sənətkar 

kimi şöhrətlənə bilmişdir. 

«Aşıq Mirzə Bilal» dastanı bir sıra cəhətləri ilə xüsusilə 

əlamətdardır. Bu, ilk növbədə onunla bağlıdır ki, dastan Şirvan 

aşıq mühitində yaşayıb-yaratmış gerçək bir sənətkarın bioqrafı-

yasını əks etdirsə də, Aşıq Əhməd klassik dastançılıq ənənələri-

nin kanonlarına çox dərindən bələd olan bir sənətkar kimi, Mir-

zə Bilalın bioqrafıyasını dastan süjetinin klassik sxeminə «sı-

ğışdıra», «oturda» bilmişdir. Bu, çox çətin məsələ olmaqla Aşıq 

Əhməddən istedad və sənətkarlıq tələb etmişdir. Çünki bu das-

tan adicə bir süjetə malik əsər yox, XIX əsrin axırı - XX əsrin 

əvvəlləri Şirvan-Şamaxı həyatının real lövhələrinin ecazkar şə-

kildə dastanlaşdırılmasıdır. Burada biz bir çox tarixi şəxsiyyət-

 

 



 

— 144 —


lərin (Seyid Əzim Şirvani, Mahmud ağa və s.) epik obrazlarını 

da görürük. Dastançı böyük bir sənətkarlıq qüdrəti nümayiş et-

dirərək bir tərəfdən bu tarixi şəxsiyyətlərin obrazını yaratmış, o 

biri tərəfdən elə etmişdir ki, gerçəkliklə epiklik həmahənglik 

təşkil etsin. Bütün bunlara o, dastanda yüksək səviyyədə nail 

olmuşdur. Aşıq sənətinin bədii-əxlaqi «kodeksi», estetik-mə-

nəvi «kanonları» bu dastanda özünün parlaq təcəssümünü tap-

mışdır. Maraqlıdır ki, «Aşıq Mirzə Bilal» dastanı elə bu sənət 

kanonlarının epik «bəyanı» ilə başlayır: 

«Əzəl gündən aşıq elini, el də öz aşığını sevmişdir. Elə buna 

görə də saz çalıb oxuyanlara «el aşiqi» deyirlər. 

Bir də deyirlər: «Aşıq elin anasıdır». Əlbətdə, bu sözün ar-

xasında dağ boyda bir həqiqət dayanıbdır. Çünki hər aşıq öz 

dövrünün adamlarını pislikdən - yaxşılığa, əyrilikdən - düzlüyə, 

yalançılıqdan - doğruluğa, sərtlikdən - sadəliyə  dəvət edir. O, 

həm də bütün yaradıcılığında insanları vətənpərvərliyə, xalqlar 

dostluğuna çağırır, öz hünər və halal zəhməti ilə baş ucalığına 

yetməsini, sülh və  əmin-amanlıqla ömür sürməsini tərənnüm 

edir. 

Əlbəttə, bu nəsihətimiz sözlər ağıllı ata və anaların öz öv-



ladlarına xoşbəxtlik bəxş edən işıqlı sabahının yoludur. Ona 

görə də «Aşıq el anasıdır» deyən kim isə - yanılmamışdır» (27). 

Aşıq  Əhmədin dastanın  əvvəlində verdiyi bu hikmətlərin 

poetik mənası bizim diqqətimizi çox maraqlı bir məsələyə cəlb 

edir. Bilindiyi kimi, aşıqların dastanların əvvəlində, adətən, üç 

ustadnamə deməsi bir ənənədir. Ancaq yenə də bu ənənədə us-

tadnaməsiz dastanlara da təsadüf olunur, «Aşıq Mirzə Bilal» 

dastanı da ustadnaməsiz başlanır. Ancaq bir qədər dərindən diq-

qət etsək görərik ki, Aşıq Əhmədin aşıq sənətinin əxlaqi-bədii, 

mənəvi-estetik kanonlarını  nəql edən bu «girişi» elə ustadna-

məni əvəz edir. 



 

 

 



— 145 — 

«Ustadnamə» - ustad sözü, ustad nəsihətidir. Onlarda dünya-

nın ən ali və ulu həqiqətləri bəyan olunur. Ustadnamələr həm də 

«elin anası» olan aşıqların sənət və həyat amallarını, əqidələrini 

özündə  əks etdirir. Dədə  Ələsgərin «Aşıq olub tərki-vətən ola-

nın...» misrası ilə başlayan məşhur ustadnaməsini yada salaq. 

Əslində, Aşıq Əhmədin «Aşıq Mirzə Bilal» dastanının əvvəlində 

nəsrlə verdiyi bu «ustad sözü» elə Dədə Ələsgərin ustadnaməsi-

nin məna «törəməsidir». Ustad aşıqların nəzmlə  (şeirlə) dediyi 

«ustadnaməsini» o, burada nəsrlə deyib. Bu mənada, onun bu 

«girişi» məzmunu, mənası, poetik vəzifəsi və qayəsi baxımından 

elə ustadnamə məqamındadır. 

Əvvəlcədən qeyd edək ki, dastan həcm baxımından çox iri-

dir. Öna görə  də biz onun məzmununu bütöv şəkildə burada 

verməyi artıq hesab edib, səciyyəvi məqamlara diqqət verməyi 

məqsədəuyğun hesab edirik. 

«Aşıq Mirzə Bilal» dastanında Aşıq Əhməd aşıq sənəti ilə 

bağlı öz «ustad nəsihətini» verdikdən sonra dastana keçir. İstər 

bu «keçidin», istərsə  də, ümumiyyətlə, dastanın poetik məna 

bütövləri (formal quruluşunun hissələri) dastançılıq  ənənəsini 

əks etdirir. Aşıq Əhməd bütöv dastan boyu epik ənənəyə sadiq 

qalmağa çalışır və buna nail olur. Aşıq deyir: «Əziz oxucular və 

hörmətli dinləyicilər, indi ki söhbət aşıqdan gedir, onda «Aşıq 

Mirzə Bilal» dastanını nəql edə bilərəm» (27). 

Göründüyü kimi, sənətkar Mirzə Bilalın həyatını dastanlaş-

dırarkən epik təhkiyənin dastana məxsus qəliblərindən uğurla 

istifadə edir. Bu, Aşıq Mirzə Bilalın həyatının «başlanğıcına» 

da eyni dərəcədə aiddir: «Aşıq Mirzə Bilal macərası belə başla-

nır. Xanların, bəylərin zülmü ərşə dirək olan vaxtı Şirvan maha-

lının Qəşəd kəndində Mustafa adlı bir kişi yaşayırdı. Mustafa 

kişinin dörd qızı, iki oğlu vardı. Böyük oğlu Rəsul Ərəbmehdi-

bəy kəndində  əzazil Səlim bəyə  rəncbər işləyirdi. Kiçik oğlu 

Bilalı Mustafa kişinin yaxın dostu Mollaverdi aparıb Hacı Se-

 

 



 

— 146 —


yid  Əzimin  Şamaxı  şəhərində özü dərs dediyi «Üsuli-cədid» 

məktəbində oxudurdu. Bilalın yataqxanası Seyid Əzimin yaxın 

dostu Aşıq  İbrahim  Əngxaranlının ev otaqlarının bir çeşməsi 

idi» (27). 

Göründüyü kimi, dastan elə başlanğıcından tarixi şəxsiyyət-

ləri əhatə edir. Bu baxımdan, Aşıq Əhmədin real həyat situasiya-

larını dastan süjetinin sxeminə uyğun təsvir etməsi ondan ustalıq 

tələb etmişdir. O, bu işin öhdəsindən sənətkarlıqla gəlmişdir. Bu-

nun səciyyəvi tərəflərindən biri aşığın təsvirlərdə epik qəliblərə 

söykənməsində ifadə olunur. Aşıq Əhməd təhkiyəni elə qurur ki, 

dastan süjetinin gedişatı bütün hallarda ənənədən qırağa çıxmır. 

Məsələn, o, Bilalla Aşıq İbrahimin münasibətlərini dastan təhki-

yəsinin bütün şirinlyi ilə təzahür etdirə bilmişdir: 

«Deyilənlərə görə, Aşıq İbrahim ən uca səsə malik olduğu 

üçün ruhanilər onu aşıqlıq peşəsindən ayırıb, Şamaxı şəhərinin 

cuma məscidində  əzan çəkdirirlərmiş, 80-90 yaşında qocalar 

and-misaf edirlər ki, Aşıq  İbrahim  Əngxaranlı  Şamaxı cuma 

məscidinin minarəsində  əzan verəndə onun səsi Dağ Göylər 

kəndində eşidilirdi. Bu məsafə, ən azı 7-8 kilometr olar. Bu ba-

xımdan, səs üstünlüyündə İbrahim Əngxaranlını əvəz edən in-

san yaranmayıbdır. İbrahim Əngxaranlının oğlu Zeyqəm də Bi-

lalın tələbə yoldaşı idi. Dərsdən sonra Aşıq İbrahim onlara saz 

çalıb oxumağı da öyrədərmiş» (27). 

Aşıq  Əhməd Bilalın sənətkanlığının təsvirində gerçəkliyin 

təqdiminin dastana məxsus üsullarından istifadə etmişdir. Bir 

tərəfdən çalışmışdır ki, Bilalın ömür yollarının təsviri gerçək-

liyə uyğun olsun, o biri tərəfdən də çalışır ki, bu ömür yolu, sa-

dəcə, bədii təsvir olmasın. Bilal ömrü və  sənəti dastanlaşsın, 

epik abidəyə dönsün. Təhlil göstərir ki, Aşıq Əhməd dastanı ya-

radarkən izlədiyi hər iki məqsədə nail olmuşdur. 

«Rəvayətə görə, Bilal az müddət içərisində çox elmə yiyələ-

nir. Mənim öz qulaqlarımla eşitdiyim, gözlərimlə gördüyüm 




Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə