Microsoft Word Yagut-x-monog-2009+. doc



Yüklə 1,11 Mb.
Pdf görüntüsü
səhifə33/42
tarix31.10.2018
ölçüsü1,11 Mb.
#77150
1   ...   29   30   31   32   33   34   35   36   ...   42

 

 

 



— 131 — 

Açılıb qönçətək yaz bahar ilə

Oynamayın hər vəfasız xar ilə. 

Qovuşub bir əhli-vəfa yar ilə 

Hərəniz olasız bir ana, qızlar. 

 

Yarla bəxt ulduzum barışsın deyə,  

Mənə əmr etsəniz uçaram göyə,  

 

 

Vəslə  yetsin Fərmailnən Rəhniyə, 

Bizə qonaq gəlin Arana, qızlar. (20) 

 

Bütöv  şəkildə  təqdim etdiyimiz bu gözəlləmə-qoşma das-



tandan bir yarpaqdır. Ancaq ümmandan bir damla bütöv okea-

nın üzvi keyfiyyətlərini özündə  əks etdirə bildiyi kimi, «Rəh-

niyə  və  Fərmail» dastanından verdiyimiz bu bir «yarpaq» da 

bütöv dastanın məzmun və forma gözəlliyini, onu yaradan sə-

nətkarın dastançılıq qabilyyətini, söz qoşmaq qüdrətini özündə 

parlaq şəkildə əks etdirir. Ancaq gözəlləmə-qoşmanın daşıdığı 

bədii-estetik yük, poetik məna anlamı bununla məhdudlaşmır. 

Belə ki, şeirdə Aşıq Əhmədin epik obraz yaratma qabiliyyəti li-

rik boyaların  əlvanlığı ilə öz təcəssümünü tapmışdır. Burada 

qəhrəmanın (Fərmailin) epik portreti (hərəkətlərdə ifadə olunan 

xarakteri) ilə lirik portreti (qəlb, mənəviyyat dünyasının təsviri) 

vəhdətdədir. Dastanın bütün epik mahiyyəti (süjetdə ifadə olu-

nan epik ideya) bu bir yarpaq şeirdə bütün gözəlliyi ilə ifadə 

olunmuşdur. Bu mənada, gözəlləmə-qoşmada qəhrəmanın obra-

zının epik bütövlüyünü mənaların qatbaqat laylanması şəklində 

müşahidə edirik. Ona görə də şeirdə aşağıdakı mənaları görüb 

aşkarlamaq olur: 

1. Qəhrəmanın lirik portreti ilk növbədə onun qəlb aləminin 

ilahi boyaları şəklində üzə çıxır. Qızlara tərif deyən Fərmail on-

ların gözəlliyi qarşısında vəcdə  gələrək  şeir qoşur. Diqqətəla-

yiqdir ki, Fərmail bu gözəlliyi ilk növbədə ilahi hadisə kimi tə-

 

 



 

— 132 —


rənnüm edir. Beləliklə, insan gözəlliyi Aşıq Əhmədin yaratdığı 

qəhrəmanın qəlbində ilk növbədə ilahi hiss və duyğuları oyadır. 

Bu, o deməkdir ki, Aşıq  Əhmədin obraz yaradıcılığında ilahi 

mizanlar ənənədəngəlmə hadisə kimi özünə sabit yer tutur. Sə-

nətkar özünün gözəlliklə bağlı ilahi-estetik düşüncələrini yarat-

dığı  qəhrəmanın lirik portretində  təcəssüm etdirir. Burada bir 

məqam da diqqətəlayiqdir. Şeirdə:  

 

«Sizə gözəlliyi bəxş edən özü 



Qalıb öz işinə heyran, a qızlar!» 

 

– misralarında Azərbaycan poetik fikir tarixi üçün nadir 



olan obraz yaradılmışdır. Dini-fəlsəfi düşüncədə gözəlliyin 

mütləq səviyyəsi Allahın gözəlliyidir. Allahın gözəlliyi yarat-

dıqlarında təcəlla olunur. Bu baxımdan, Allahın Öz yaratdığı 

gözəlliyə heyran qalması  Aşıq  Əhməd tərəfindən yaradılmış 

orijinal poetik lövhə kimi diqqəti cəlb edir. 

2.  Şeirin ikinci bəndində  qəhrəmanın lirik düşüncələrinin 

diapazonu obraz genişliyi kəsb edir: «qönçə», «yaz», «bahar» 

kimi təbiət obrazları «yar», «ana» kimi insan obrazları ilə bir 

məna sırasında duraraq dastanın epik və lirik məna tutumunun 

bütün boylarını lirik qəhrəmanın mənəvi portretinin təcəssü-

münə yönəldir. 

3. Şeirin üçüncü bəndində lirik qəhrəmanın mənəvi portreti 

əski dastançılığın alqış-dualama elementi fonunda təzahür edir: 

«Vəslə yetsin Fərmailnən Rəhniyə». Yaxud şeirin ikinci bən-

dində də eyni elementdən istifadə ounmuşdur.  

 

«Qovuşub bir əhli -  vəfa yar ilə 



Hərəniz olasız bir ana, qızlar». 

 



 

 

 



— 133 — 

Lirik qəhrəmanın mənəvi portretinin bu qədim  ənənə ele-

menti ilə - dua-alqışla verilməsi bir tərəfdən dastançılıq ənənəsi-

nin təzahürüdürsə, o biri tərəfdən bu lirik lövhəni yaradan sənət-

karın (Aşıq Əhmədin) bir yaradıcı kimi əski dastançılıq ənələrinə 

bağlılığının göstəricisidir. 

Aşıq  Əhməd dastançılığının daha bir mühüm keyfıyyəti 

onun dastanyaratmanın mühüm elementlərindən, bir qayda ola-

raq, yaradıcı  şəkildə istifadə etməsində ifadə olunıır. Belə ki, 

biz onun  dastanlarında məna, forma və  məzmun baxımından 

bitkin hadisə olan deyişmələrlə rastlaşırıq. Bu deyişmələr zən-

gin məzmuna malikdir. Onlarda ən müxtəlif həyat situasiyaları 

özünün deyişmə üslubunda ifadəsini tapmışdır. Məsələn, «Arif 

və Qərənfil» dastanında qayınana ilə gəlinin deyişməsi el müd-

rikliyinin bütün sarkazmını (gülüşün şiddətli, kinayəli səviyyə-

sini) sənətkarlıqla təcəssüm etdirir: 

 

QAYINANA 

Aç gözünü bir, ay gəlin

Qalx yuxudan, dur, ay gəlin! 

İşdən, gücdən gör, ay gəlin, 

Xəstə, üzgündü qayınana.  

 

GƏLİN 

Dostu, düşməni saymayıb, 

Çox qışqırma ayıb-ayıb.  

Hələ səhər açılmayıb,  

Dəng etmə kəndi, qayınana! 

 

QAYINANA 

Sil gözünü, dur bax mənə,  

Az at mənə tərs badalaq.  

Bircə şeyi düşün ancaq,  

 

 



 

— 134 —


Doğma bibindi qayınana! 

 

GƏLİN 

Mən bu evə gəlməmişəm,  

İş-güc ola hər gün peşəm.  

Oğluna gəlin gəlmişəm,  

Başa düş indi, qayınana! 

 

QAYINANA 

Çağıraram, gələr anan,  

Bir də səni alan oğlan.  

Eylədərəm sənə divan,  

Bilərsən kimdi qayınana! 

 

GƏLİN 

Yavaş danış, key qızı key!  

Qışqırmaqdan çıxar nə şey?  

O ər mənim ərimdi ey,  

Sənin nəyindi, qayınana!? (21) 

 

Burada gəlin-qaynana münasibətləri gülüş üslubunda veril-



mişdir. Aşıq  Əhməd milli həyatın tipik situasiyalarını epikləş-

dirmiş, dastan süjetinin poetik ovqatını xeyli dərəcədə  şuxlaş-

dırmağa nail olmuşdur. 

Deyişmədən göründüyü kimi, epik situasiya heç də drama-

tik deyildir. İdeyanın  əsasında gülüş durur. Deyişən tərəflərin 

hər biri öz səviyyəsində gülüşün daşıyıcısı olmaqla müsbət tip 

kimi xarakterizə olunmayıb. Aşıq Əhməd deyişmə motivindən 

məharətlə istifadə edərək həm dastanın süjetini əlvanlanşdırmış, 

həm də ona şux ovqat gətirmişdir. Bu da öz növbəsində sənət-

karın dastançılıq  ənənəsindən necə ustalıqla istifadə etməsinin 

daha bir bariz göstəricisidir. 



Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə