Microsoft Word Yagut-x-monog-2009+. doc



Yüklə 1,11 Mb.
Pdf görüntüsü
səhifə35/42
tarix31.10.2018
ölçüsü1,11 Mb.
#77150
1   ...   31   32   33   34   35   36   37   38   ...   42

 

 

 



— 139 — 

can məhəbbət dastanlarının klassik obrazları ilə bir sıraya qo-

yur. 

Aşıq  Əhməd Gülşənin məhəbbətinin təsvirində  məhəbbət 



dastançılığı ənənəsinin səciyyəvi təsvir vasitələrindən ustalıqla 

istifadə etmişdir. Bu baxımdan, şeirdəki «bəxt», «xəzan», «rə-

qib», «çuğul», «tüccar», «bəzirgan» və s. kimi obrazlar klassik 

lirik  ənənədən gəlməklə  Aşıq  Əhməd sənətkarlığının poetik 

ənənə qaynağını birbaşa ifadə edir. 

Aşıq  Əhmədin dastanlarında gözəlliyin təsvirinin klassik 

nümunələri ilə qarşılaşırıq. Məsələn, «Aytən və Zöhrab» dasta-

nında «Gözlərin» rədifli qoşma bunun səciyyəvi örnəyidir: 

 

Maraldan, cüyurdən qəşəng ceyranım, 

Məni məcnun edib qara gözlərin. 

Tavuz kimi süzgün baxıb adamı 

Elə bil çəkəcək dara gözlərin. 

 

Eşqindən başımda çiskin, boran var, 

Nə dərd bilib bir halımı soran var.  

 

 

Gəl sinəmi aç, gör neçə yaram var, 

Mürvət qılsa, edər çara gözlərin. 

 

Zöhrab deyir, gözüm qalıb gözündə, 

Qovrulub yanıram eşqin közündə. 

Nə şövq edir o kahkəşan üzündə, 

Şəmsi-Qəmər o sitarə gözlərin (25). 

 

Bu  şeir parçası poetik gözəlliyə nümunə kimi dastandan 



verdiyimiz bir «yarpaq» olmaqla həm dastanın bədii-estetik siq-

lətini, həm də bütövlükdə Aşıq Əhməd poetizminin özünəməx-

susluq keyfiyyətini parlaq şəkildə təcəssüm etdirir. Şeirdən onu 

yaradan sənətkarın bədii zövqü, dünya gözəlliklərinə estetik 

 

 

 



— 140 —

münasibətinin poetik tutumu, gözəlliyin təcəssümündə bir sə-

nətkar kimi obrazlaşdırma qüdrəti və ümümiyyətlə, Azərbaycan 

aşıq sənətinin sayılıb-seçilən nümayəndələrindən biri kimi poe-

tik «kimliyi» aydın şəkildə görünür. 

Aşıq  Əhmədin dastan yaradıcılığı  zəngindir. Onu burada 

poetik bütövlüyünün bütün göstəriciləri  əsasında  əhatə etmək 

mümkünsüzdür. Çünki onun yaratdığı dastanların mövzu, məz-

mun, janr, kompozisiya, metaforik fond və s. kimi poetik sis-

tem ünsürlərinin hər biri geniş tədqiqat tələb edir. Aşıq Əhməd 

yaradıcılığını bütövlükdə əhatə edən bir əsərdə onun dastanla-

rını həmin göstəricilər üzrə öyrənmək dissertasiyanın həcmi və 

onun qarşısında duran başlıca məqsəd və vəzifələr baxımından 

mümkünsüzdür. Bu halda səciyyəvi məqamlara diqqət verilmə-

sinin məqsədəuyğunluğundan çıxış edərək daha bir dastandan 

bir qoşmaya diqqət edək. 

Sənətkarın maraqlı  və özünəməxsus süjetə malik «Höccət 

və  Məşəqqət» dastanından aşağıda verdiyimiz qoşma Aşıq 

Əhməd dastanlarında forma ilə  məzmunun, süjetlə  şeirlərin 

poetik vəhdətinin səciyyəvi nümunəsidir: 

 

Bəxtəvər başına o kəslərin ki, 

Könül mülkü müdam abad olubdu. 

Yarıyıbdı oğlundan və qızından, 

Qəm yükü boynundan azad olubdu. 

 

Müharibə odu, tənəzzül hökmü   

Ağır etdi köşkülümü, yükümü.    

 

Bilmədim, nə üçün evlənən kimi,  

 

Əziz oğlanlarım boyad olubdu?! 

 

Gərəgin sözündən incisən də sən,  

Deyim, görün nədən şübhəliyəm mən.  



 

 

 



— 141 — 

Zabış, qızın bizə gəlin gələnnən  

Dağılıb tufağım bərbad olubdu (26). 

 

Bu qoşma öz məzmunu etibarilə dastanın süjeti ilə  sıx 



bağlıdır. Burada şeirin məzmunu ilə dastanın süjet məzmunu-

nun poetik həmahəngliyi təkcə bu dastan üçün yox, Aşıq 

Əhmədin digər əsərləri üçün də səciyyəvidir. 

Dastanyaratma texnikasının tarixindən bəllidir ki, aşıqlar 

bəzən hazır şeirlər əsasında da sonradan dastan yaratmışlar. Bu 

vaxt şeirlərin məzmunu ilə süjetdəki hadisələrin bir-biri ilə hə-

mahəngliyini yaratmaq sənətkardan,  əsl ustalıq, poetik qüdrət 

tələb edir. Çünki şeirlər əsasında dastan qurarkən süjet həm də 

dastançılıq  ənənəsindəki süjet sxeminə uyğun olmalıdır. Belə-

liklə, şeirlərin kimə (başqa sənətkara, yaxud dastanı yaradan sə-

nətkarın özünə) məxsus olmasından asılı olmayaraq, sənətkarın 

qarşısında həmişə iki məhdudlaşdıncı çərçivə olur: 

1. Şeirlərin öz məzmunu; 

2. Dastanların ənənədə mövcud olan süjet sxemi. 

Sənətkar bu iki çərçivənin arasında olmaqla elə etməlidir 

ki, onun şeirlərin məzmunundan çıxış edərək yaratdığı süjet 

həm də dastanıçılıq  ənənəsindəki məlum-məşhur sxemlərdən 

kənara çıxmasın. Belə süjet sxemləri variativ şəkildə sayca iki-

dir: qəhrəmanlıq dastanlarının ənənəvi süjet sxemi və məhəbbət 

dastanlarının ənənəvi süjet sxemi. Biz Aşıq Əhmədin sənətkar 

kimi bu sahədəki qüdrətini onun «Aşıq Mirzə Bilal» dastanında 

bütün parlaqlığı və coşğunluğu ilə görə bilirik. 

Əvvəlcə qeyd edə ki, Aşıq Əhməd dastanları içərisində Şir-

van aşıqlarının atası sayılan Aşıq Mirzə Bilala həsr edilmiş 

«Aşıq Mirzə Bilal» dastanı öz məzmun və mahiyyətinə görə 

daha önəmli yer tutur. Dastan oxucuya və dinləyiciyə Mirzə Bi-

lalın həyatı, saf məhəbbəti, zəngin daxili aləmi, yaşayıb-yarat-

dığı mühit və bu mühitdə yaşayan  Şirvanın bir çox görkəmli 

 

 

 



— 142 —

şəxsləri haqqında  ətraflı bilgi verir. Dastanın dili çox şirin

bədii ifadə vasitələri ilə çox zəngindir. Azəbaycan klassik ədə-

biyyatı, el ədəbiyyatı  və müasirliyin vəhdəti dastanda o qədər 

güclü təsvir edilir ki, oxucu və dinləyici özünü gah keçmişdə, 

sehirli nağıllar aləmində hiss edir, gah da Bilalın mühitində, 

onun başına gələnlərin canlı şahidi olduğunu güman edir. 

Aşıq Mirzə Bilala dastan həsr etmək çətin və məsuliyyətli 

iş idi. Hər aşıq bu məsuliyyətin altına girməzdi. Bunun üçün ilk 

növbədə özünü Aşıq Bilalın mənəvi şagirdi hesab etmək, ikin-

cisi, Aşıq Bilalın ad-san qoyduğu  Şirvan aşıq mühitində sayı-

lıb-seçilən sənətkar olmaq, üçüncüsü, söz demək, dastan yarat-

maq qüdrətinə  malik olmaq lazım idi. Aşıq Əhməd təkcə Şir-

vanın yox, bütöv Azərbaycanın sayılan sənətkarlarından biri 

kimi, bu məsuliyyəti boynuna götürmüş  və  Aşıq Mirzə Bilala 

dastan qoşmaqdan çəkinməmişdir. Dastanın nəzərdən keçiril-

məsi göstərir ki, o, Mirzə Bilalın adına layiq əsər yarada bilmiş 

və  nəticədə Azərbaycan dastançılığını gözəl bir sənət  əsəri ilə 

daha da zənginləşdirmişdir. 

Şirvan aşıq mühitinin öyrənilməsinə bütün ömrünü sərf 

edən filologiya elmləri doktoru S.Qəniyev Mirzə Bilala həsr et-

diyi «Şirvanlı  Aşıq Mirzə Bilal» adlı monoqrafiyasında onun 

sənətini Dədə Ələsgərlə müqayisə edərək Mirzə Bilalı «Şirva-

nın Ələsgər həsrətli bülbülü» adlandırır: «...Aşıq Mirzə Bilalın 

1922-ci ildə Ələsgərə yolladığı, xitab etdiyi «Gəlginən» qoşma-

sının ona çatması, onun da Şirvana səfər etmək niyyətində ol-

ması barədə Bilala xəbərlər gəlmişdir. Ona görə  də o, Dədə 

Ələsgərin  Şirvana qonaq gələcəyinə ümid bəsləmiş, gümanlar 

içərisində olmuşdur. Bütün bunlar Dədə  Ələsgəri, Azərbaycan 

aşıq poeziyasının bu nəhəngini Şirvana - Şamaxıya qonaq çağı-

ran Aşıq Mirzə Bilalın özünün də necə bir ünlü sənətkar olma-

sından soraq verir. Çünki Şirvanın hələm-hələm sənətkarı Dədə 

Ələsgəri  qonaq çağırmaq sevdasına düşməzdi. Bu sənətkar Şir-



Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə