Microsoft Word Yagut-x-monog-2009+. doc



Yüklə 1,11 Mb.
Pdf görüntüsü
səhifə30/42
tarix31.10.2018
ölçüsü1,11 Mb.
#77150
1   ...   26   27   28   29   30   31   32   33   ...   42

 

 

 



— 119 — 

la həmsöhbət oldu. O, Fərqanənin bütün iş fəaliyyəti ilə maraq-

lanaraq onu xeyli sorğu-sual etdi» (18). 

Dastanın bundan sonrakı hissəsində məhəbbət dastanlarına 

məxsus klassik ənənə özünü parlaq şəkildə  təcəssüm etdirir. 

Şirvan və  Fərqanə ilk baxışdan bir-birlərini sevirlər. Dastanın 

bu hissəsi, doğrudan da, klassik ənənələr səviyyəsindədir. Xü-

susilə, Şirvan və Fərqanənin dilindən deyilmiş şeirlər aşıq şeiri-

nin klassik nümunələri səviyyəsindədir. 

“Kənd təsərrüfatı işinə dair nə lazım idisə, sorğu-sual nəti-

cəsində bir-birlərinə bildiklərini öyrətdilər, bilmədiklərini öy-

rəndilər. Lakin hər iki ürəyi bir-birinə bağlayan ilk baxışın mə-

nası barədə heç bir söz tapıb danışmağa cürət edə bilmədilər”. 

Bu da əsl insanlığı təmsil edən abır və həyanın nəciblik isməti-

dir. Onlar pambıq tarlasını qarış-qarış dolaşdıqca, cərgələr arası 

hər koldakı ağ, yaşıl, əlvan gülləri və qozaları birbəbir əlləri ilə 

yoxlayıb nəzərdən keçirdikcə  məhsuldarlıq barədə  hərəsi öz 

ürək sözünü deyə-deyə, bir-birlərinə  məna dolusu baxışlarla 

sanki məhəbbət aləmindən də ağız dolusu danışırlarmış. Baxış-

lardan ürəklərə, ürəklərdən qana keçən məhəbbət odu get-gedə 

nə təhər közərirdisə, nə alovu, nə də tüstüsü görünməyirdi. Hə-

min gün axşama qədər o görüşlər, o baxışlar, o söz-söhbətlər 

davam ctdi. Axşam hərə öz yatağına çəkiləndən sonra, məhəb-

bət bəlasına düçar olan hər iki aşiqi-məşuq sübhə  qədər çimir 

etmədilər. Şirvan nə qədər gözlərini yumurdu ki, yatsın, o də-

qiqə Fərqanənin əksi gözləri önündə canlanır, yuxusu ərşə çəki-

lirdi. Şirvan yata bilməyib, qələm-kağız götürüb, görək Fərqanə 

üçün nə yazdı: 

Şirvan: 

 

Gözlərimdə titə kimi həkk olub, 



Mələk misallı baxışın, Fərqanə! 

Aldı taqətimi, kəsdi nitqimi 

 

 



 

— 120 —


Sorğu-suallı baxışın, Fərqanə! 

 

 

 

 

 

 

Sədəqə eylərəm yolunda canı,  

Kəs, qaytarma pirə gələn qurbanı. 

Qorxuram qətlimə verə fərmanı,  

Hökmü zəvallı baxışın, Fərqanə! 

 

Şirvan qurban sən tək özbək gülünə, 

Kedək, anam sığal versin telinə. 

Şölə saçsın Azərbaycan elinə 

Günəş camallı baxışın, Fərqanə! 

 

Şeir bitər-bitməz səhər açılır. Şirvan qonaq otağının həyə-



tindəki bağçaya çıxır. Nə görsə yaxşıdı?! 

Görür, baxçada bülbüllər fəqan eyləyir, güllərin arasından 

canlı bir «gül» üfüqlərdən boylanan günəş kimi bütün gülşəni 

rövşən eyləyibdi. Şirvan qıza tərəf yaxınlaşıb görür, dünənnən 

itirdiyi şikar gözlənilmədən bərədən boylanır. 

Şirvan salam-kalamnan sonra kağıza bükülü ürək sözlərini 

Fərqanəyə verir. Fərqanə  Şirvanın məktubunu oxuyub qurtar-

dıqdan sonra ikilərindən başqa heç kəs eşitməyən bir səslə aldı 

görək Şirvana nə dedi: 

 

Fərqanə: 



Sənnən ayrılandan gecə sübhədək  

Bu bağda güllərlə məkan etmişəm.  

Gah bürkü meh əsib, gah sərin külək,  


 

 

 



— 121 — 

Şeyda bülbüllərlə fəqan etmişəm. 

 

Səni görcək mən avqustun onunda  

Məskan verdim ürəyimin qanında. 

Nahaq yerə tanış-biliş yanında 

Öz-özümü rüsvay-cahan etmişəm. 

Səndə Fərqanəyə yox imiş meyil, 

Bilsəydim, heç sənə verməzdim könül. 

Sən kişisən, kişilərə mam deyil, 

Bu sevdada mən çox ziyan etmişəm». (18) 

 

Klassik məhəbbət dastanlarının sevgi ənənəsinə uyğun ola-



raq qəhrəmanlar bir-birilə  əhd-peyman bağlayırlar və  Şirvan 

vətənə – Azərbaycana dönür. Fərqanəni sevdiyini ata-anasına 

bildirir. Valideynlər sevinə-sevinə bu işə razı olurlar. Fərqanə 

Azərbaycana gəlin gəlir. Toy olur və toyun sonunda aşıq du-

vaqqapma deyir. Bu duvaqqapma klassik məhəbbət dastanların-

da olduğu kimi, həm toyun, həm də dastanın yekunu olur: 

«Şirvan bütün əhvalatı ata və anasına nağıl edir. Ata-ana da 

sevindiklərindən quşlardan qanad, şimşəklərdən sürət alıb öz-

bək qızı  Fərqanəni Azərbaycan oğlu  Şirvana gəlin gətirdilər. 

İndi aşıq görək toyun duvaqqapmasını necə deyir: 

 

Əhməd: 


 

A dostlar, bir əl çalın,  

Yetirək sona dastanı. 

Sevgi-zəhmətdən yaranan  

Bu aşiqanə dastanı.  

 

Məclis qur, aşıq qardaşım,  

Car et cahana dastanı.  

 

 



 

— 122 —


Mübarək bu iki gəncin  

Mərdi-mərdana dastanı. 

Təki bütün cavanlara  

Belə sevgi qismət olsun.  

Eşqə, sənətə, zəhmətə  

Qarşılıqlı hörmət olsun.  

 

Böyük-kiçik arasında  

Abır, həya, ismət olsun.  

Vəsf edib, «afərin» deyək  

Hər növcavana dastanı. 

 

Gənclər gənclikdə yol seçsin,  

Şan-şöhrəti əskilməsin.  

Baharda gül-çiçək açıb,  

Qışda solub tökülməsin.  

 

Sizə vəsiyyət edirəm, 



Qoy gələcək nəsil desin: 

«Əhməddən yadigardı 

«Şirvan-Fərqanə» dastanı». (18) 

 

Elmi səbəblərdən təsvirinə bir qədər geniş yer verdiyimiz 



«Şirvan və  Fərqanə» dastanı  həm Aşıq  Əhmədin bu tipli das-

tanları (sovet əmək quruculuğu qəhrəmanlarına həsr edilmiş 

dastanlar), həm də ümumiyyətlə, bütöv dastan yaradıcılığı ilə 

bağlı bir sıra elmi qənaətlərə gəlməyə imkan verir: 

1. «Şirvan və  Fərqanə» dastanının təhlili göstərir ki, Aşıq 

Əhməd dastan yaradıcılığında klassik dastançılıq ənənələrinə sa-

diq qalmışdır. O, sovet əmək quruculuğu mövzusunu məhəbbət 

dastanlarının süjet sxeminə uyğunlaşdırmışdır. Bir sənətkar kimi 

klassik dastançılıq  ənənələrini dərindən bilən, Azərbaycan mə-



Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə