ХЫЫЫ – ХЫВ ясрляр ана дилли лирик шеиримизин инкишаф йолу
33
landırmaq istəyirlər. Lakin Nəsimi bundan xəbər tutur.
Bir rəva-
yətə görə şair bu zaman yaxınlıqda pinəçi yanında ayaqqabılarını
yamadırmış. Məsələdən xəbər tutduqda cəza meydanına gəlir.
Şeirin gənc yox, özü tərəfindən yazıldığını söyləyir. Gənci azad
edib Nəsiminin ölümü barədə fitva verirlər. Edam zamanı qan itir-
dikcə rəngi saralan şairə ruhanilər istehza etmək məqsədilə deyir-
lər:
- Sən ki, deyirdin həqqəm, bəs nə üçün rəngin saralır?
Şair isə qürurla cavab verir:
- Mən əbədiyyət üfüqlərində doğan eşq günəşiyəm. Günəş
batanda rəngi saralar.
Məşhur bir rəvayətdə isə deyilir ki, Nəsiminin ölümünə fitva
verən zahidlərdən biri deyir:
- Bu adam o qədər məlundur ki, onun qanından hara düşsə,
kəsib atmaq lazımdır.
Təsadüfən şairin qanından bir damla sıçrayıb
həmin zahidin
barmağına düşür. Camaat onun barmağının kəsilməsini tələb
etdikdə zahid cəzadan boyun qaçırır və cavab verir ki:
- Mən bunu elə-belə sözməsəli demişəm.
Onda al-qan içində olan Nəsimi deyir:
Zahidin bir barmağın kəssən dönər həqdən qaçar.
Gör bu gerçək aşiqi sərpa soyarlar ağrımaz.(92,618)
Beləliklə, Nəsimi edam olunur.
Azərbaycan sənətkarının ölümü ilə əlaqəli digər bir rəvayətdə
isə deyilir ki, o, Əntabda yaşayırmış. Vali ilə yaxın dost olan Nə-
siminin onunla arasını vurmaq istəyirlər. Quranın “Yasin” surə-
sini xəlvətcə onun başmaqları altında gizlədir və sonra Nəsimidən
soruşurlar:
- Bir şəxs ki, Quranın surəsini ayaqları altında gəzdirə onun
cəzası nədir ?
Nəsimi isə cavab verir ki, onun dərisi soyulmalı və rüsvay
edilməlidir. Ona deyirlər ki, sən özün haqqında lazım olan fitvanı
verdin. Beləliklə, onun başmağı altında gizlədilmiş surəni ortalığa
Yaqub Babayev
34
çıxarır və bu səbədən də onu həmin qaydada ölümə məhkum edir-
lər.
Şairin məhkəməsi və qətli barədə ən düzgün müfəssəl məlu-
mat verən XV əsrin ərəb tarixçisi
Əbuzərr Əhməd ibn Burhan
Ibrahim Sibt ibn əl-Əcəmi əl-Hələbinin “Künuz üz-zəhəb fi
tarixi Hələb” (?-1479) əsəridir. Həmin əsərdə deyilir:
“Zındıq (Yeretik-red.) Nəsiminin qətli əmir Yaşbək ibn
Abdullah əl-Yusifinin vaxtında olmuşdur. Ona qarşı ittiham Hələ-
bin Ədalət sarayında şeyximiz İbn Xətibin və Şəmsəddin ibn
Əminəddövlənin hüzurunda irəli sürülmüşdür. Həmin zaman
şeyxin naibi İzzəddin, malikilərin qazılar qazısı
Fətxəddin və
hənbəlilərin qazılar qazısı Şihabəddin də orada olmuşlar.
Nəsimi bir para ağılsız adamları azdırıb
yoldan etmiş və
bunlar onun küfrünə, zındıqlığına və mülhidliyinə (çoxallahlılıq)
qoşularaq, onun ardınca getmişlər.
Ittiham ilə onun əleyhinə
hənəfilərin qazılar qazısı Ibn
əş-
Şənqaşi çıxış edib. Bu hadisə qazıların və Hələb şəhəri üləmaları-
nın hüzurunda baş verir və naib Yaşbək ona (Nəsimiyə) deyir:
“Sən öz dediklərini sübuta yetirməlisən, yoxsa mən səni öldürəcə-
yəm!” Bu sözləri eşitcək Ibn əş-Şənqaşi ittihamdan imtina edir.
Nəsimi isə ikicə dəfə kəlmeyi-şəhadət deməkdən savayı başqa bir
söz demir və özünə qarşı deyilənləri inkar edir. Bu anda
hənbəli-
lər şeyxi Şihabəddin durub malikilərin qazısı Fətxəddindən
yuxarı başda oturur və həmin məclisdə fitva verir ki, Nəsimi zın-
dıqdır və tövbəsi qəbul olunmadan öldürülməlidir. O, (Şihabəd-
din) Fətxəddindən yuxarı başa keçib oturarkən Fətxəddin özünü
ondan yan çəkir və Şihabəddin deyir: “Nə üçün onun qətlinə fitva
verilməsin?” Fətxəddin isə ona deyir: “Olmaya öz əlinlə ona ölüm
hökmü yazmaq istəyirsən?” Şihabəddin: “Bəli” –
deyə cavab
verir. Sonra o, fitva sənədini tutub yazır və öz yazısını şeyximiz
Ibn Xətibə və iştirak edən qalan qazı və üləmalara təqdim edir.
Onlar isə onun fitvasına razılıq vermirlər və Fətxəddin ona deyir:
“Qazı və üləmalar səninlə razı olmadığı halda, mən sənin sözünlə
durub ona necə ölüm yaza bilərəm?”
ХЫЫЫ – ХЫВ ясрляр ана дилли лирик шеиримизин инкишаф йолу
35
Əmir Yaşbək də söyləyir: “Mən onu öldürə bilmərəm, çünki
əl-Müəyyəd göstəriş verib ki, mən onu (sultanı-Z.B.) məsələdən
xəbərdar edim. Belə ki, mən sultanın Nəsimi barəsində nə kimi
sərəncam verəcəyini gözləyəcəyəm”.
Məclis bununla dağılır və Nəsimi naib Yaşbək yanında Ədalət
sarayında dustaq qalır. Onun işi ilə əl-Müəyyədi tanış edirlər.
Bundan sonra Yaşbəyə göstəriş gəlir ki, dustaq zindana köçürül-
sün. Nəsimini aparıb qala həbsxanasına salırlar. Sonra isə sultan
əl-Müəyyədin sərəncamı gəlib çatır ki,
Nəsimi öldürülüb dərisi
soyulsun və yeddi gün Hələbdə car çəkilib əyan edilsin, sonra da
cəsədi parça-parça edilib bir qismi Əlibəy Zülqədərə və onun
qardaşı Bəsirəddinə göndərilsin; belə ki, Nəsimi onların da ina-
mlarını pozmuşdur.
Nəsimi ilə elə belə də etdilər.
O, kafir, mülhid bir adam idi. Allah bizi onun söz və əməllə-
rindən hifz edib qorusun! Amma onun lətif şeirləri vardı!»
(24).
Beləliklə, I.Nəsimi
1417-ci ildə Hələb valisi Yaşbək ibn
Abdullah əl-Yusifinin(1415-1421)dövründə Misir məmlük sultanı
Əl-Müəyyəd Seyfəddinin (1412-1421) əmri ilə Hələb şəhərində
faciəli şəkildə qətlə yetirilmişdir. Onun adı və ölümü fədakarlıq
simvoluna çevrilmişdir. Hələbdə dəfn edilmişdir. Qəbri hal-
hazırda da bu şəhərdədir və həmin yer şairin adı ilə “Nəsimi tək-
yəsi” adlanır. Nakam şairin dəfn olunduğu otaqda divara yazılmış
yazılar içərisində belə bir şeir xüsusilə diqqəti cəlb edir:
Üzüldük, dönmədik mərdanəlikdən,
Xudaya böylədir hübbi-səmimi.
Kəsafətdən çıxıb olduq bəhəqqə
Gülüstani-ilahinin Nəsimi.(75,26)
Bir məsələyə də diqqət yetirmək lazım gəlir.
Nəsiminin
“Ağrımaz” qəzəli ilə mövzu, məzmun və ideyaca yaxın olan bir
neçə başqa şeiri də vardır: “Etdilər”, “Xoşdur, yaxşıdır”, “Sənin-
çün”, “Gözlərindən çağrışırlar, dadlar, bidadlar.” Müəllifin dilin-
dən ovqatın lirik bəyanı şəklində deyilmiş bu qəzəllərdə motiv və
Yaqub Babayev
36
məzmun eynidir. Yəni sənətkar həmin şeirlərində eşqi və əqidəsi
yolunda “cəhli-namərd”in onu günahlandırdıqlarından, imansızl-
arın ona küfr yaxdıqlarından, “murdar sallaxlar”ın, “bidadlar”ın,
“şəddadlar”ın, “pəlid qəssablar”ın onu cismani işkəncəyə, fiziki
əzaba məruz qoyduqlarından danışır. Ən nəhayət, dərisinin
soyulduğunu
(“Dabanımdan yardılar, başdan ayağa
soydular”;“Üzdülər çıxardılar çün bir Hüseyninin tənin”;“Nəsi-
mini soyarlar Şam içində” və s.) bu poetik örnəklərin hamısında
xüsusi olaraq vurğulayır.
Maraqlıdır, eyni mətləb və ideyanı ifadə edən belə bədii
nümunələri sənətkar nə zaman qələmə almışdır? Nə edam
prosesində, nə də edamdan sonra bunların yazılmasının mümkün
olmadığı məlum həqiqətdir. Deməli, ya cəzanın növü şairə əvvəl-
cədən elan olunmuşdur və o, dərisinin soyulacağını əvvəlcədən
bilib təsəvvür əsasında bu poetik parçaları bəyan etmişdi. Ya da
onlar Nəsiminin vaxtında deyil, onun ölümündən sonra müridləri
və ya Nəsimipərəst şairlər tərəfindən ərsəyə gətirilmişdir.
* * *
Nəsimi
irsinin öyrənilməsi və
nəşri, həmçinin həyatına dair
bəzi notların üzə çıxarılması sahəsində həm xarici ölkələrdə, həm
də Azərbaycanda müəyyən işlər görülmüşdür. Çox ötəri də olsa,
onun haqqında ilk məlumatlara
XV-XVI yüzilliklərin ərəb
qaynaqlarında rast gəlirik ki, bunlardan bəzilərinin adlarını
yuxarıda çəkdik.
Türk təzkirəçi və alimlərinin nəsimişünaslığa töhfələri isə
xüsusi dəyərə malikdir. Azərbaycan şairi barəsində ilk dolğun
məlumat verən təzkirəçi kimi
Qəstimonlu Lətifini tanıyırıq.
“Məşairüş-şüəra” (1546) adlı məşhur təzkirənin müəllifi Q.Lətifi
onu “eşq meydanının sərbazi-bibimi və məhəbbət Kəbəsinin fəda-
yi-əzimi” adlandırır. XVI yüzilliyin türk təzkirəçilərindən
Aşıq
Çələbi və
Həsən Çələbi də Nəsimidən yığcam şəkildə söhbət
açmışlar. Lakin onlar Q. Lətifinin məlumatlarına elə bir şey əlavə