ХЫЫЫ – ХЫВ ясрляр ана дилли лирик шеиримизин инкишаф йолу
25
dili ХV-ХVI yüzilliklərdə yaranmış pоеziya
örnəklərimizin dilin-
dən daha sadə və anlaşıqlıdır.
Həsənoğlunun Azərbaycan türkcəsində əlimizdə olan üçüncü
şeiri “Kim?” rədifli qəzəlidir.Təcahül-ül arif (cavabı özündə olan
bədii sual) üzərində qurulmuş bu qəzəli lakоnik və məzmunlu töv-
hidnamə-ilahinamə də adlandırmaq olar. İnsanı yaradan, ona eşq
odu təlqin edən, iman əhlini tərsaya çevirən, çeşidli maddi varlıq-
ların birini digərindən nəşət edən kimdir:
Əcəb bilsəm, bəni şeyda qılan kim?
Bana bu eşq odun peyda qılan kim?
Əcəblərəm, əcəb qaldum ilahi
İman əhlin dutub tərsa qılan kim? (2)
Şeirdə vəhdəti-vücud fəlsəfəsinin təsiri aydın hiss olunur.
Bütün real gerçəklik vahid olana – Xaliqə bağlı və onun xəlq
etdiyi cürbəcür maddi və qeybi təzahürlərdir. Müxtəlif formalarda
zühur edən həmin cismlər mütləq mənada Haqqa bağlıdır. İnsanı
bir qətrə mənidən gözəl surətlə yaradan da mütləqin özüdür:
Tənüm yetmiş iki dürlü damardır,
Kimin irmaq, kimin dərya qılan kim?
... Həsənoğlu bu bir qətrə mənidən,
Anun xub surətin ziba qılan kim?
Qəzəl sadə, axarlı və ekspressiv bir dilə malikdir.
3. İMADƏDDİN NƏSİMİ
(? – 1417)
Həyatı
XIII-XV əsrlər Azərbaycan ədəbiyyatının ən
qüdrətli qələm
sahibi
Seyid İmadəddin Nəsimidir. Ömrünün bir hissəsi XV yü-
zilliyə təsadüf edən Nəsimi Füzuliyə qədərki istər anadilli, istərsə
də farsdilli poeziyanın bənzərsiz ədəbi şəxsiyyəti, fəlsəfi şeirimi-
Yaqub Babayev
26
zin ən müqtədir təmsilçisi, ana dilimizin yüksəlişində müstəsna
dərəcədə əhəmiyyətli iş görmüş bir istedad sahibidir .
Sənətkarın həyatı və şəxsiyyəti barədə çox az şey bəllidir.
Daha doğrusu, əqidə fədaisi kimi şərq
bədii-fəlsəfi və ictimai fik-
rində simvollaşan Nəsiminin həyat və şəxsiyyəti yarıməfsanəvi
tülə büründüyündən onun haqqında yaranan rəvayətlər bəlli olan
həqiqətlərdən çoxdur. Şairin adı, anadan olduğu yer və il barədə
də mübahisəli fikirlər mövcuddur. Müxtəlif mənbələr onun adını
İmadəddin, Nəsimi, Nəsiməddin, Əli, Müslihəddin, Ömər və s.
kimi qeyd edirlər. Müəllif özü bir tuyuğunda adının
“Nəsimi”
olduğunu yazır:
Adımı həqdən Nəsimi yazərəm ,
Bil bu mə’nidən nə siməm , ya zərəm .
Həm büti- üşadıcı , həm Azərəm
Həm hidayət eylərəm , həm azərəm (92,599)
Əhməd ibn Bürhan İbrahim əl-Hələbi “Künuz uz-zəhəb fi
tarixi Hələb” (“Hələb tarixinə dair qızıl xəzinələri”) kitabında şai-
rin adını
Əli ən-Nəsimi kimi xatırladır. F.Nəiminin “Vəsiyyətn-
amə”sində də onun Seyid Əli adlı müridinin adı çəkilir
və hətta
hürufi şeyxi öz qızlarından birinin ona ərə getməsini məsləhət
görür. Buna əsasən 60-80-cı illər sovet dövrünün Azərbaycan təd-
qiqatçıları Nəiminin adını çəkdiyi Seyid Əlinin “Künuz uz–
zəhəb” müəllifinin dediyi Əli ən-Nəsimi olacağını söyləyirdilər.
Lakin sonrakı araşdırmalar göstərir ki, “Vəsiyyətnamə”də adı çə-
kilən Seyid Əli Nəsimi yox, hürufi şeyxinin xas müridlərindən və
birinci xəlifəsi olan Əbülhəsən Əliyül-Əladır. O, həqiqətən də,
sonralar Nəiminin qızlarından biri ilə evlənmişdir. Mütəfəkkir sə-
nətkarımızın əsl adı isə
İmad və ya
İmadəddindir. Şair özü adı-
nın Nəsimi olduğunu söylədikdə,
yəqin ki, təxəllüsünü nəzərdə
tutmuşdur. Çünki F.Nəimi “Növmnamə” əsərində öz müridini
“Seyyid İmad” adı ilə təqdim edir. Şairin müridlərindən sayılan
və ona dərin rəğbət bəsləyən türk şairi Rəfii də onu Imadəddin
Nəsimi ad və təxəllüsü ilə xatırladır.
ХЫЫЫ – ХЫВ ясрляр ана дилли лирик шеиримизин инкишаф йолу
27
Ol Nəsimi rəhməti-Fəzli-xuda ,
Ol Imadəddin sirri-Murtəza.(134,89)
Ümumi və daha düzgün qənaət belədir ki, şairin əsl
adı İmad
və ya
İmadəddin (“dinin dirəyi”)
, təxəllüsü isə
Nəsimidir. Müri-
din öz mürşidi Nəiminin ləqəbinə uyğun belə bir təxəllüs (və ya
ləqəb) seçməsi barədə S.Mümtazın fikri ilə də razılaşmaq olar.
Şairin künyəsi isə özünün də bir qəzəlində qeyd etdiyi kimi
Əbül-
fəzl olmuşdur :
Çün Nəsiminin Əbülfəzl oldu həqdən künyəsi
Cümlə əsmanin hürufi еyni-əlqabindədir.(92,274)
Nəsiminin belə bir künyə (Əbülfəzl-Fəzlin atası)
qəbul etmə-
sinə əsasən bəzi tədqiqatçılar onun mürşidinin şərəfinə adını Fəzl
qoyduğu bir oğlunun da olduğunu ehtimal edirlər. Amma bu o qə-
dər də inandırıcı görünmür. Çünki mürid öz mürşidinin şərəfinə
rəmzi olaraq da belə bir künyə qəbul edə bilərdi və bu cür şərti
künyələr orta əsrlər İslam şərqində bir çox müəlliflərin adlarının
yanında özünü göstərir. O, bəzən
Əmir İmadəddin adı ilə də
xatırlanır. Şair şeirlərində
Seyyid, Hüseyni təxəllüslərini də işlə-
dir.
Azərbaycan sənətkarının anadan olduğu yer də mübahisə
predmetidir. Onun Bağdad yaxınlığındakı Nəsim kəndində, Nissi-
bində, Diyarbəkirdə, Şirazda, Hələbdə, Bakıda, Şamaxıda,
Təbriz-
də və s. yerlərdə doğulduğunu söyləyənlər də var. Araşdırmalar
şairin Nəsimli, Nissibinli, Diyarbəkirli, Şirazlı, Hələbli və Bakılı
olmadığını asanlıqla təkzib edir. Belə ki, bu mülahizələr o qədər
də elmi və əsaslı fakta söykənmir. Nəsiminin Şamaxılı (Şirvanlı)
olmasına gəldikdə isə bu fikri ilk dəfə elmi şəkildə əsaslandırm-
ağa çalışan S.Mümtaz olmuşdur. S.Mümtaz 1923-cü ildə Nəsimi
haqqında yazdığı dəyərli məqaləsində qeyd edir ki, Q.Lətifi Nəsi-
minin Şah Xəndan adlı bir qardaşı olduğunu söyləyir. Şah Xəndan
Şamaxıda vəfat etmiş və burada öz adı ilə adlandırılan və xalq
arasında
Şaxanda kimi tanınan
Şah Xəndan qəbristanlığında
Yaqub Babayev
28
dəfn olunmuşdur. O, hətta S.Ə.Şirvaninin ölərkən bu qəbristan-
lıqda basdırılması barədə vəsiyyət xarakterli
“Mən öləndə Şaxan-
danda basdırın, Çünki onun şahidi-xəndanı var”– misralarını da
öz fikirlərini əsaslandırmaqdan ötrü nümunə kimi misal çəkir.
Bununla belə göstərilən fakt Nəsiminin Şirvanda (Şamaxıda)
anadan olması barədə yetərli sübut sayıla bilməz. Nəsimi və
qardaşı bir başqa yerdə də doğulub sonradan Şamaxıya gələ bilər-
dilər. Necə ki, Şamaxıda doğulmuş Xaqani sonradan Təbrizə
getmiş və orada vəfat edərək dəfn olunmuşdur.
Elə Nəsiminin özü də doğulduğu məkandan çox-çox
uzaqlarda – Hələbdə edam və dəfn olunmuşdur. Sənətkarın Təb-
rizdə doğulması isə daha məntiqli və həqiqətə uyğun görünür.
Ona görə ki, bir sıra ərəb müəllifləri onu
“Təbrizli” nisbəsi ilə
yad edir.
Bunlardan İbn Həcər Əsqəlani (1372-1449) “Ənba əl
qumr biəbna əl-ümr” (“Həyat oğulları haqqında dolğun bilgi”),
Şəmsəddin Səxavi (1427-1497)“Əd-Da’ əllami liəhl əl qərn ət-
tasi” (“Doqquzuncu hicri əsrin əhli üzərinə parıldayan işıq”),
İbn
əl İmad əl Hənbəli (?-1678) “Şəzərət əz zəhəb fi əxbar mən
zəhəb” (“Ölüb gedənlər haqda xəbərlərdən qızıl dənəciklər”) əsər-
lərində, demək olar ki, eyni məlumatı verirlər: “Bu, 820
(m.1417)-ci ildə Hələbdə yaşayan Şeyx Nəsiməddin
Təbrizi öl-
dürülmüşdür. O, Hələbdə hürufiyyə məzhəbinin şeyxi idi. Orada
onun məsləkdaşlarının sayı artır, sərəncamları Sultan əl-Müəyyəd
Şeyxin onu öldürmək haqda əmrinə qədər yerinə yetirilirdi. Onun
başını kəsib dərisini soydular və cəsədini çarmıxa çəkdilər”
(24).
Bu məlumatı verən müəlliflərdən birincisi Nəsiminin tam
müasiri idi, ikincisi isə onun ölümündən cəmi bir neçə il sonra
doğulmuşdu. Deməli, onlar Azərbaycan şairinin haralı olduğunu
daha yaxşı bilə bilərdilər və başqa bir nisbəyə malik sənətkarı
“Təbrizli” kimi təqdim etməzdilər. Halbuki şairin haralı olması
barədə məlumat verən müəlliflərin hamısı ən azı XVI
yüzillikdə
və ondan sonrakı dövrdə yaşamışdılar. Deməli, şairin nisbəsini
müəyyənləşdirərkən onun öz müasirlərinə inanmaq daha etibarlı