Microsoft Word Zakir Bayramli 2017 new editted22222. docx



Yüklə 25,81 Mb.
Pdf görüntüsü
səhifə10/124
tarix01.07.2018
ölçüsü25,81 Mb.
#52561
1   ...   6   7   8   9   10   11   12   13   ...   124

~ 45 ~

 

       



 

Dəvəçiçay üzərində 548 m uzunluğunda yeni salınmış körpü 

   


Şabran doğma Azərbaycanımızın əlverişli və gözəl coğ-

rafi mövqeyə, füsunkar təbiətə malik bir guşəsidirAllah-Taala 

dünyada öz xəzinəsində dəyərli nə varsa hamısını Şabran tor-

pağına bəxş edib. Mavi Xəzərin dum-duru və təmiz şəfaverici 

sularından tutmuş, dağlardan süzülüb gələn durna gözlü 

bulaqları, təmiz havası, sub-alp çəmənlikləri, dağları, yam-

yaşıl göz oxşayan meşələri, müalicəvi palçıq və sulları, sirin 

sulu gölləri, xarı bülbülü və gözəl insanları var Şabranın. Bir 

sözlə, ana təbiət öz əsrarəngiz gözəlliklərinin və nemətlərinin 

birini də bu yerdən əsirgəməyib. 



Təbiəti.  Şabranın təbiəti çox nadir və  rəngarəngdir. 

Burada Xəzərin qumlu sahillərindən başlanan və göz işlədikcə 

uzanan düzənliklər bir neçə km-dən sonra Camal dağına 

çatmamış  təpəliklərlə  əvəz olunur. Xeyli getdikdən sonra 

təpəliklərin yerini təbiətin ağ ciyərləri hesab olunan çoxillik və 

yam-yaşıl meşəliklər tutur. Statistikaya görə rayonda bu 

meşəliklərin sahəsi 21500 hektar təşkil edir. Daha sonra isə 

böyük bir ərazini qucağına almış meşəliklər uzaqlaşaraq 

tədricən qayalıqlara və dağlara çevrilir. 

Şabran yerüstü sərvətlərilə yanaşı, yeraltı sərvətləri ilə də 




~ 46 ~

zəngindir. Bu ərazinin Zağlı-Zeyvə sahəsində neft yataqları 

uzun illərdir ki, istismar olunur. Rayon ərazisində tikinti 

əhəmiyyətli qum, gil, çınqıl və digər faydalı qazıntı yataqları 

möbcuddur. Palçıq vulkanı vardır.  

Müalicəvi palçıq və sularının qiymətinin isə heç yerdə 

analoqu yoxdur. Burada təbiətin qoynunda xəstələrə “gəl-gəl” 

deyən yel, dəri, qara ciyər, böyrək, öd kisəsi, sidik kisəsi və s. 

kimi xəstəliklərin müalicəsinə ən yaxşı məlhəm olan çoxlu isti 

və soyuq müalicə bulaqları vardır. Keçən yazılarımda da yaz-

mışam ki, respublikamızda ən böyük şirinsulu göl Ağzıbirçala 

Şabran rayonu ərazisindədir. Rayonumuzun ərazisində sub-alp 

cəmənliklərindən gəlinlik paltarı geymiş Nohurlar kəndi ya-

xınlığında dəniz səviyyəsindən təxminən 1000 metr yüksək-

likdəki dağlarda neçə-neçə gölün olması  təbiətin mövcüzəsi 

deyilmi? 

Keçmiş “Qalaaltı” sanatoriyası köklü şəkildə yenidən 

qurulmuşdur. Burada yeni çoxmərtəbəli “Çıraqqala” uroloji 

pansionatı tikilib istifadəyə verilmişdir. 

Ərazisi,  əhalisi, sərhədləri və inzibati-ərazi bölgüsü

Rayonun ümumi ərazisi 108.8 min ha-dır.  Ərazinin təqribən  

20 %-ni meşəliklər təşkil edir. Ümumi istifadədə olan torpaq 

sahəsi 108,0 min ha, kənd təsərrüfatına yararlı torpaqlar isə 

52.2 min hektar təşkil edir. Statistik məlumatlara əsasən rayon 

1 şəhər, 68 kənddən ibarətdir. 

Rayonun  əhalisi 2009-cu ilin siyahıyaalınmasına dair 

statistik məlumatlara  əsasən 51.5 min nəfər olub. Onun  

22.2 min nəfəri şəhər, 29.3 min nəfəri isə kənd əhalisidir. 

Şabran rayonu Quba, Siyəzən, Xaçmaz rayonları  və 

Xəzər dənizi ilə həmsərhəddir.  

Şabran rayonunun inzibati-ərazi bölgüsünə 1 şəhər,  

16 kənd inzibati ərazi dairəsi aiddir. 



~ 47 ~

 

 

Rayonun strateji nöqtədə yerləşməsi.  Bakı-Moskva 

dəmir yolu, Bakı-Rostov magistral avtomobil yolu, Bakı- No-

vorosiysk neft kəməri, Samur-Abşeron və Taxtakörpü- Cey-

ranbatan su kanalı, Şollar-Bakı içməli su kəməri xətti və diğər 

böyük strateji dövlət  əhəmiyyətli xətlər  Şabran rayonu 

ərazisindən keçir. 



Respublikada böyük strateji əhəmiyyət daşıyan sənaye 

obyektlərinin  Şabranda fəaliyyət göstərməsi.  Hal-hazırda 

Şabranda respublikanın  ərzaqla təmin olunması sahəsində 

böyük  əhəmiyyət kəsb edən sənaye müəssisələri fəaliyyət 

göstərir. Bunlara “Dəvəçi Broyler” quşçuluq fabrikini və Taxıl 

Məhsulları Kombinatını göstərmək olar. Bu müəssisələr təkcə 

rayonumuzun deyil, qonşu rayonların, eləcə  də ümumilikdə 

respublikamızın  ərzaqla təmin olunmasında mühüm rol 

oynayırlar. 



Xəqani poeziya evi haqqında bir neçə söz. Son 10 ildə 

Şabran  şəhərində  əvvəlki illərdən fərqlənən böyük tikinti 

quruculuq işləri görülüb. Yeni parklar salınıb. Küçələr və 

meydanlar abadlaşdırılıb. Bu müddətdə 

şəhərimizdə 

H.Əliyevin 7 metrlik ayaqüstü abidəsi ucaldılıb. Böyük 




~ 48 ~

Azərbaycan  şairi  Ə.Xəqaninin və başqa görkəmli  şəxslərin 

abidəsi və büstü qoyulub. Şəhərdə H.Əliyev mərkəzi, Mədə-

niyyət sarayı, YAP-ın  Şabran rayon təşkilatı üçün tikilmiş 

inzibatı bina, 95 illik yubileyini qeyd etdiyimiz M.Nəzirov 

adına məktəb üçün üç mərtəbəli tədris binası, Mərkəzi 

Xəxtəxana üçün inşa olunmuş müalicə korpusu və diğır neçə- 

neçə bu cür yeni tikililər  şəhərimizin mədəniyyətindən və 

gözəlliyindən xəbər verir. 

 

 



 

Şabran şəhərində yeni tikilmiş Xəqani poeziya evi 

 

Belə çox xeyirxah və abadlıq işlərindən biri də Şabranda 

Poyeziya evi üçün yeni binanın  şəhərimizdə tikilməsidir. 

Gözəl memarlıq üslubunda və nadir elemetlərdən istifadə 

edilməklə inşa olunmuş bu bina Şabranda yazıb yaradan şair 

və yazıçılara  ən böyük hədiyyədir. Buna görə  Şabran rayon 

İcra Hakimiyyətinin Başçısı, yazıçı, qəlbi sözlə-sənətlə 

döyünən hörmətli Novruz müəllimə öz adımdan və  Şabranın 

bütün yaradıcı insanları adından  təşəkkürümü bildirirəm. Mən 



Yüklə 25,81 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə