Microsoft Word Zakir Bayramli 2017 new editted22222. docx



Yüklə 25,81 Mb.
Pdf görüntüsü
səhifə14/124
tarix01.07.2018
ölçüsü25,81 Mb.
#52561
1   ...   10   11   12   13   14   15   16   17   ...   124

~ 61 ~

Dağbilici  kəndinin tarixi haqqında oçerk yazmaq 

çoxdankı arzum idi. Lakin rəsmi mənbələrdən heç nə əldə edə 

bilmirdim. Çox yerlərə, insanlara soraq verdim. Yenə kömək 

olmadı. Axırda mənə bu kəndin fəal ziyalısı, vaxtılə bələdiyyə 

sədri işləmiş Bayram müəllimə müraciət etməyi məsləhət 

gördülər. Bəli, doğrudan da kənd haqqında çox məlumatın 

əldə edilməsində o, mənə yardımçı oldu. Bax, buna deyərəm 

yaşadığı yer, yurd haqqında geniş məlumata malik olan insan

kəndin əsl ziyalısı. 

 

DAĞBİLİCİ KƏNDİNİN DÜNƏNİ VƏ BU GÜNÜ 

HAQQINDA EŞİTDİKLƏRİM ... 

 

Kəndin yaranma tarixi. Niyə görə bu yerin adı  

Dağbilici adlanır? 

Şabran elində  dəniz səviyyəsindən təqribən 700 metr 

hündürlükdə yerləşən bir kənd var. Kəndin içərisindən keçən 

asvalt yol təxminən bu yaşayış məntəqəsini iki hissəyə bölür. 

Bura rayonumuzun ən yüksəklikdə yerləşən yaşayış 

ərazilərindən biri- Dağbilici kəndidir. Aydın havada bu kəndin 

içindən məscid yerləşən  ərazidəki  ən hündür yerdən Böyük 

Qafqaz sıra dağlarına və  Xəzər dənizinə  qədər bütün ərazini 

adi gözlə görmək mümkündür. 

Deyilənə görə, bu kənddə  məskunlaşma V-VI əsrlərdə 

baş verib. Akademik Ziya Bünyadov isə yazır ki, tatlar hələ IV 

əsrdə Sasanilərin hökmüranlığı dövründə  Cənubi-Qərbi 

İrandan  Şirvan  ərazisinə köçürülmüşdü. Bura məcburi halda 

köçürülən tayfalar alban qəbilələrinin yerlərini tutmuşlar. 

Kənd ağsaqqalları belə izah edirlər ki, bu kəndin Dağbilici 

adlandırılmasının da öz mənası vardır: 



RƏVAYƏT:  Qədim zamanlarda bu yerdə bilici, yəni 

bilikli, ağıllı, öncəgörən və ya uzaqgörən çoxlu insanlar 

yaşayıb. Qonşu kənd-kəsəkdən və uzaq yerlərdən onların 



~ 62 ~

yanına kömək və yardım üçün gələnlər bu qoca, ağsaqqal və 

uzaqgörən insanlardan çoxlu ağıllı, dəyərli məsləhətlər 

alırdılar. Onların yanından razı gedər və heç vaxt ümidləri 

boşa, arzuları  puça çıxmazdı.  

Kəndə  pənah gətirənlər bilici insanlardan aldıqları  məs-

ləhətlərdən maddi və  mənəvi cəhətdən çoxlu xeyir götürər-

dilər. Buna görə kəndə uzaqgörən və bilici insanların yaşadığı 

yerə tez-tez öyrənməyə, məsləhətləşməyə  və araşdırma 

aparmağa gələrdilər. Kəndə bilici şəxslərin yanına gəlmək istə-

yənlərdən soruşanda haraya gedirsiniz? Onlar cavab verər-

mişlər ki, Bilici yanına gedirik.  

Beləcə aylar, illər keçib. Bu kəndin adı  həmin qoca 

öncəgörənlərin adı ilə Bilici adlandırılıb. Sonralar bu kənd 

dağlıq  ərazidə yerləşdiyinə görə Bilici sözünün əvvəlinə dağ 

sözü də əlavə edilərək Dağbilici şəklinə düşüb. Get- gedə bura 

köçüb gələn tayfalar da kəndi eyni adla Dağbilici adlandırıblar. 

Hal-hazırda rəsmi dövlət sənədlərində  kəndin adı Dağbilici 

yazılır. 

Dərbənd şəhərinə çatmamış, Yalama dəmir yol stansiyası 

ilə  Dərbənd stansiyası arasındakı yaşayış  məntəqəsi də Bilici 

adlanır. 



Kəndin iqlimi. Dağbilici kəndi yuxarıda qeyd etdiyimiz 

kimi dəniz səviyyəsindən 700 metr yüksəklikdə yerləşib. 

Kəndin iqlimi demək olar ki, dağ iqliminə aiddir. Yayda 

sərindir. Meh əsir. Səhərlər və axşamlar hava nisbətən soyuq 

olur. Qışı  sərt keçir. Burada quru şaxtalar tez-tez müşahidə 

olunur. 


Kəndin yazı çox mənzərəlidir. Yazın  əvvəlindən başla-

yaraq gündən-günə  hər yan yaşıllaşır və gözəlləşir. Gül-gülü, 

bülbül-bülbülü çağırır. Dağbilici kəndinin payızından da heç 

ola bilməz. Axtarsan bu yerin payızında da yüz cür gözəllik 

taparsan. Kəndin payızı dumanlı  və çiskinli olsa da həmişə 

burada havalar mülayim keçir. 




~ 63 ~

Dağbilici bulağları. Kənd dəniz səviyyəsindən 700 metr 

yüksəklikdə olmasına baxmayaraq burada 4 bulaq var: 

Şuşeyn bulağı, Səro bulağı (yəni suların başı), Xırmı 

bulağı, Qovaqlıq bulağı. Bulaqlardan söhbət düşəndə  kəndin 

keçmiş  Bələdiyyə  sədri Bayram Ağasıyev qeyd etdi ki, 

bələdiyyədə  işlədiyi illərdə  bələdiyyənin vəsaiti hesabına 

Mumlu kəndindəki Pir Osman bulağını, Dağbilici kəndindəki 

Səro və Xırmı bulaqlarını əsaslı təmir etdirib. 



İllər ötdükcə  qədim Dağbilici kəndinin inkişafı 

(ərazisinin böyüməsi, əhalisinin artması əkinçiliyin, heyvan-

darlığın, sənətkarlığın və s. genişlənməsi) nəticəsində bu 

kənddən digər kəndlərin yaranması (ayrılması) baş verib. 

Dağbilicidən törəyən kəndlər aşağıdakı kimi adlanırlar



Düzbilici (Dağbilici kəndinin böyüməsi nəticəsində ora köçən 

eyni tayfalar, eyni qohum-əqrabalardır. Lakin kəndin  ərazisi 

düzəngahda yerləşdiyinə görə daimi məskunlaşmaq üçün kən-

də köçüb gələnələr bu yeri Düzbilici adlandırıblar.),  Mumlu, 



Ləcədi, Bilici Qorğan, Canqayıb, Zağlı, Taxtalar (kənd 

ağsaqqallarının söylədiyinə görə Zağlı  kəndi isə Düzbilici 

kəndinin törəməsi hesab edilir.) 

Bu kəndin içərisindən keçən yol vasitəsilə demək olar ki, 

Şabran  şəhəri də daxil olmaqla Bilici, Pirəbədil, Zeyvə  və 

Qorğan kənd  İƏD-nin bütün kəndləri ilə  əlaqə saxlamaq 

mümkündür.  

HAŞİYƏ: Keçmişdə maşın az idi. O illərdə rayon 

mərkəzindən kəndlərə avtobus marşrutu isə hələ ayrılmamışdı. 

Fermalardan rayon mərkəzinə yalnız axşamlar bir süd maşını 

işləyirdi. Daşlı-kəsəkli, kələ-kötür, tozlu -torpaqlı kənd yolları 

ilə üstü açıq bu maşınla çox adam getdiyinə görə maşında çox 

vaxt yer olmazdı. Ona görə  də çox adamlar kəndlərdən 

Dəvəçiyə piyada və ya atla gələrdilər. Mənə  də  uşaqlıq 

dövrlərində bir neçə  dəfə Sumaqova və Mumlu kəndindən 

gəlib Dağbilicinin içərisindən keçərək rayon mərkəzinə piyada 



Yüklə 25,81 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə