Microsoft Word Zamanin axari 2



Yüklə 1,64 Mb.
Pdf görüntüsü
səhifə18/202
tarix19.10.2018
ölçüsü1,64 Mb.
#75099
1   ...   14   15   16   17   18   19   20   21   ...   202

 

58

zamanı müşayiət edən nümayəndə heyətinin tərkibində 



olarkən Prezident İlham Əliyevə, onun şəxsində 

Azərbaycanımıza çox böyük hörməti görəndə iftixar hissi 

keçirmişəm. 

Prezident İlham Əliyevin bir neçə xarici dildə sərbəst 

danışması ona ölkəmizin problemlərini birbaşa qarşı tərəfə 

çatdırmağa imkan verib. Bəli, biliyi, bacarığı yüksək 

qiymətləndirən müasir dünyada zəngin erudisiyaya malik, 

iradəli dövlət başçısına malik olmaq istənilən millətin fəxri, 

onun tarixi sərvətidir. Gördüklərim, müşahidə etdiklərim bir 

fikri də söyləməyə əsas verir ki, məhz Prezident İlham 

Əliyevin zəkası, iradəsi xalqımızın zorən düçar edildiyi 

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin 

ədalətli həllinə səbəb olacaq, ölkəmizin ərazi bütövlüyü bərpa 

olunacaq. 

Prezident İlham Əliyevin Birləşmiş Millətlər 

Təşkilatının Baş Məclisində, Avropa Şurası Parlament 

Assambleyasında tarixi çıxışları ilə Ermənistanı ifşa etməsi, 

həqiqətləri yüksək diplomatik məharətlə, böyük cəsarətlə həm 

təcavüzkara, həm beynəlxalq aləmə çatdırması sabaha 

ümidləri artırır. Martın 12-də Daxili qoşunların bayramında 

Ali Baş Komandan, Prezident İlham Əliyev Ermənistan-

Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə ölkəmizin 

ədalətli mövqeyini, tutduğumuz prinsipial xətdə israrlı 

olmağımızı bir daha bəyan etdi. 

 

Hər zaman xalqla birgə 



 

Cənab İlham Əliyev Azərbaycan rəhbərliyinə gələn kimi 

milli-mənəvi dəyərlərimiz, ədəbiyyatımız, mədəniyyətimiz, 

incəsənətimiz, tariximiz haqqında da çox ciddi sənədlər 

imzaladı. Onun elmimizə, elm adamlarına, təhsilimizə, 



 

59

mədəniyyətimizə, gəncliyə qayğısı ictimaiyyət tərəfindən 



böyük razılıqla qarşılandı. 

Ulu öndərimiz Heydər Əliyev: «Mən həmişə xalqa 

arxalanmışam, xalqa bel bağlamışam… Mənim həyatım 

həmişə xalqla bir yerdə olub, bu gün də bir yerdədir, sabah da 

bir yerdə olacaqdır» deyirdi və əməlləri ilə də bunu sübut 

edirdi. Xalqla birlik, xalqa arxalanmaq və xalqa xidmət etmək 

– bunlar İlham Əliyevin də həyat və fəaliyyətinin əsas özəyini 

təşkil edir. 

Heydər Əliyevin sadə vətəndaşlarla ünsiyyəti, onların 

könlünü alması, onlara qarşı səmimiliyi hamının yaddaşına 

həkk olunub. O, qızıl kimi qiymətli vaxtından camaatla 

görüşlərə də vaxt ayırırdı, onlarla təmasda olmağa da vaxt 

tapırdı və buna üstünlük verirdi. Xalqın arzu və istəklərini, 

qayğı və problemlərini, dərdlərini özlərindən eşitməyə, 

öyrənməyə üstünlük verirdi. Və ömrünün sonuna qədər də 

belə etdi. Onun səmimiliyi, müdrikliyi, insanlarla ünsiyyəti 

hər kəsi öz sehrinə salırdı. Bu, Heydər Əliyevin böyüklüyü, 

böyüklüyündəki sadəliyi idi, həqiqi liderə xas olan bir 

keyfiyyət idi. Məhz xalqla, onun ən sadə nümayəndələri ilə bu 

cür ünsiyyət, onları duymaq onu hamının sevimlisinə 

çevirmişdi. Ona görə də xalq öz ürəyində Heydər Əliyevə bir 

abidə ucaltdı. 

Bu gün həmin prinsiplərə sadiq olan Prezident İlham 

Əliyev əsgərlərin görüşünə gedir, onlarla bir süfrə arxasında 

nahar edir, qaçqın-köçkünlərə baş çəkir, onların yaşayış şəraiti 

ilə tanış olur, şəhər gəzintisinə çıxır, insanlarla birbaşa 

ünsiyyətdə olur, metro stansiyasında qatara minərək 

sərnişinlərlə söhbət edir, şəxsən özü maşının sükanı arxasında 

əyləşərək Bakı kəndlərinə gedir, yolların vəziyyəti ilə 

maraqlanır, elin ən əziz bayramında camaatla birlikdə 

şənlikdə iştirak edir, hər kəsin könlünü alır və s. Bu sıranı çox 



 

60

uzatmaq olar və bu, ölkə başçısının xalqla birbaşa 



ünsiyyətinin, əlaqəsinin bariz nümunəsidir. 

Çox ibrətamiz bir fikir var: ənənələrə hörmət etməyən 

xalq irəli gedə bilməz. Prezident İlham Əliyevə xas olan ən 

gözəl keyfiyyətlərdən biri, məhz onun ənənələrə sadiqliyidir. 

Bu sadiqlik Prezidentin fəaliyyətindən qırmızı xətt kimi keçir 

və onu xalqa daha da yaxınlaşdırır. 

 

İnsan amili və şəxsiyyət azadlığı 



 

İlham Əliyev ölkəmizin milli maraqlarına, cəmiyyətin 

maddi və mənəvi dəyərlərinə ciddi təhlükə yaradanlara qarşı 

mübarizəni də ən ümdə vəzifələrdən biri hesab edir. 

Çox uzağa getməyək. Son zamanlar ictimaiyyətdə böyük 

rezonansa səbəb olmuş, cəmiyyət tərəfindən razılıqla 

qarşılanmış bir hadisəni qeyd etmək istəyirəm. 10 mart 2005-

ci il tarixdə Prezident İlham Əliyevin çox ciddi tapşırığı ilə 

Milli Təhlükəsizlik Nazirliyinin yüksək peşəkarlıqla 

hazırlayıb həyata keçirdiyi «Qara kəmər» şərti adlı xüsusi 

əməliyyat nəticəsində səlahiyyətli adamların rəhbərlik etdiyi 

və uzun illər ağır, dəhşətli cinayətlər törətmiş böyük tərkibdə 

mütəşəkkil cinayətkar dəstə zərərsizləşdirildi, bandanın 

rəhbəri və üzvləri cəmiyyət qarşısında ifşa olundular. Təbii ki, 

dünyanın ən inkişaf etmiş ölkələrində də yüksək çinli 

məmurların cinayətkarlığa qurşanması faktları var, amma 

onların tapılıb üzə çıxarılması, zərərsizləşdirilməsi dövlətin 

qüdrətindən xəbər verir. 

Bu hadisə göstərdi ki, cəmiyyətdə şəxsiyyətin azadlığı, 

onun hüquq və azadlıqlarının toxunulmazlığı çox vacib 

məsələdir və Azərbaycanda vətəndaşların təhlükəsiz yaşamaq 

hüququnun qorunması dövlətin ali məqsədidir. Prezident 

İlham Əliyev ölkədə insan haqlarının ən böyük 



 

61

müdafiəçisidir. 



Bir daha bəlli oldu ki, heç bir qüvvə Azərbaycanı 

zəiflətmək iqtidarında deyil. Çünki bu dövlətin təməli, 

bünövrəsi möhkəm qoyulub. Hər bir vətəndaşın qanun 

qarşısında bərabərliyi prinsiplərini özünün idarəçilik 

kredosuna çevirmiş ümummilli liderimiz Heydər Əliyev insan 

hüquq və azadlıqlarının təminatı məsələlərinə daim diqqətlə 

yanaşırdı, bu məqsədlə hüquq-mühafizə orqanlarında müasir 

dövrün tələblərinə uyğun mütərəqqi islahatların aparılmasına 

normal şərait, qanunverici baza yaratmışdı. Alternativi 

olmayan bu siyasət təkcə ümummilli deyil, həm də fərdi 

maraqları özündə əks etdirir. Ümummilli liderimiz 

müdrikliklə bəyan etmişdi: «Dövlət iki şeydən sarsıla bilər: 

cinayətkar cəzasız qalanda və günahsız cəzalandırılanda». Bu 

tezis Heydər Əliyevin insan hüquqlarına necə böyük önəm 

verdiyinin təzahürüdür. Bu gün Prezident İlham Əliyevin 

həyata keçirdiyi tədbirlər isə göstərir ki, demokratik siyasi 

sistemin formalaşdığı Azərbaycanda heç bir cinayət cəzasız 

qalmır və qalmayacaq. 

 

Azərbaycana xidmət edən amallar 



 

İndi, həqiqətən də, Azərbaycan etibarlı, qabiliyyətli 

əllərdədir. Prezident İlham Əliyevin ölkəmizə böyük istedad 

və bacarıqla rəhbərlik etməsi, Heydər Əliyev siyasi kursunu

onun Azərbaycan naminə amallarını böyük ustalıqla davam 

etdirməsi hər birimizin qəlbini iftixarla döyündürür. Onun bir 

fikri də çox diqqətçəkəndir: «Mən Heydər Əliyevdən 

öyrənmişəm və bundan sonra da öyrənəcəm. Bütün qərarları 

qəbul etməzdən əvvəl fikirləşirəm ki, Heydər Əliyev bu 

vəziyyətdə hansı addımı atardı». 

Bəli, İlham Əliyev uzun illər bənzərsiz lider Heydər 



Yüklə 1,64 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   202




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə