Milli Kitabxana



Yüklə 2,27 Mb.
Pdf görüntüsü
səhifə17/93
tarix28.06.2018
ölçüsü2,27 Mb.
#52385
1   ...   13   14   15   16   17   18   19   20   ...   93

________________Milli Kitabxana________________ 
48 
 
 
- Bəs nəsən? 
- Qüdrətli Qacar horbiyyə dənişgədəsinin zabiti! 
- Səni ora indi buradan acıq edib gcdon bədbəxt baban qəbul etdiribdir! 
- Mən Tehranda telim alan Qacar zabitləri sırasında Həlaku 
sicillisindənam! 
- Onda 
mən də  Ərdaha xanlığında Məmalik sicillisindənəm! - Ərmağan 
xanım oğlunun üzünə tutarlı bir şillə çəkdi. - Biədəb həlakular! 
Siz heç vaxt bizim məmaliklərin daxili işlərinə müdaxilə etməyin!.. 
 

 
Qızı  Ərmağanın evindən tündməcaz dönən Məmalik xanın qaşqabağı 
Məhtabanın  təsəvvürə  gətirdiklərinin, duyub düşündüklərinin çoxunu təsdiq 
edirdi. Məhtaban nə qədər nəcib hərəkət edib, xanı öz qızının yanına yollamaqda 
alicənab iş görmüşdüsə, Ərmağan bir o 
qədər nanəciblik eləmişdi. 
Məmalik xanın pirani gülçüyə qarşı rəftarı dəyişmişdi. Xan addımbaşı pirani 
gülçünün üstünə  qışqırıb: "Güllərə pis baxırsan, səni qovacağam!" deyə onu 
təhqir edirdi. Guya xanın gecikən izdivacına gülçü qoca günahkarmış!.. 
Guyapirani gülçü, qocaxanı vaxtında ayıltmayıbdır, yaşca özündən kiçik olan 
Məmalikə  ağsaqqallıq etməyibdir, onun başına ağıl qoyub, deməyib ki, 
"Pəhləvan Məhəmmədin yetimçəsidir, indi ki, gətirmisən, beş-üç günlüyə 
xidmətində saxla, gecənin bir aləmində qolundan tut, at bayıra!..". 
Üstündən neçə gün keçsə  də, Məmalik xanın qəzəbi gərəsən niyə 
soyumurdu? Niyə  Məmalik xan əndərunun qulluqçu-qaravaşına söyüş 
yağdırırdı? Hansı acığa-ədavətə görə isə o, mübaşirlərini, məmurlarını 
silahlandırıb kəndlərə göndərir, neçə ildən bəri tökülüb qalan vergiləri, böhrələri 
yığdırırdı. Nə vaxtdan mum kimi yumşalan, Məhtabanın eşqinə giriftar olan, saç-
saqqalı nurani görkəm alan Məmalik bunca təbəddülata uğrayıb başqalaşmışdı?! 
Qoca xanın bu hərəkətləri Məhtabana  əsrarlı görünürdü. Sanki söyülən də, 
təhqirlərə moruz qalan da Məhtaban idi. Xan, şəxsən Məhtabana güldən ağır bir 
söz deməsə  də, bəzən  əzəlki rəftarına qayıdıb Məhtabanın qumral saçlarını 
tumarlasa da, onun halından  əhval tutsa da, Məhtaban yenə  də  kədərli idi. 
Məhtabana elə gəlirdi ki, Məmalik 
  
 
 


________________Milli Kitabxana________________ 
49 
 
 
xan üzə açılışıb ona bir söz deməsə  də, qoca xanda olan bu təbəddülata səbəb 
ancaq və ancaq Məhtabandır!  Əgər bu izdivac olmasaydı.  Ərmağan xanım 
atasını hüzuruna çağırmaz, xan həlakular evindən qəzəbli dönüb qılıncını  əlinə 
almazdı.  Əgər Məhtabanın övladı sağsalamat təvəllüd tapsa, özü də xanın arzu 
etdiyi kimi oğlan olsa, böyüyüb qocanın yerində varis, vəliəhd qalsa, deməli o da 
atasının yolu ilə gedəcək, yenə də bu hasarın o biri yanında ah-nalə ərşə bülənd 
olacaqdır!.. Onda bəlkə xandan sonra uzun ömür sürən Məhtaban özü də 
Sərəncam xanım kimi bədrəftar və əzazil olacaqdır?! 
Məhtaban fikirdən-fikrə düşür, öz-özünə əylənib deyirdi: 
- "Mənim oğlum gərək adil olsun, tamam-kamal adil! Yoxsulları  ağır 
vergilərdən xilas etsin! Kəndlərdə camilər tikdirsin, öz tikəsini bismillahla kəsib
süfrəsini  əlhəmdüllahla yığışdırsın! Olmasın varlı xan, olsun ortabab xan! Qoy 
mənim xan balam rəhmli olsun, özü də Məhəmməd babası kimi şücaətli olsun! 
Cır-çolpa xan balalarından cəsarətli olsun! Lap Ərmağanın uşaqlarından bir boy 
uca olsun! Daha Ərmağanın zabitlik dərsi alan oğlu Ərşad kimi obada it döyən, 
başıaçıq gəzib rəiyyətə öcəşən, arvad-uşağa nalayiq söz deyən, küçələrdə atım 
dördnala çapıb, adam basan olmasın!". 
Məhtaban öz mühakimələrində bəzən lap irəli gedirdi: "Adı nə olmalıdır, bu 
tifilin?.. Xan razı olsaydı, tifılin adını Məhəmməd qoyardıq. Axır mənim atam da 
bivarisdir! Ancaq Pəhləvan Məhəmməd varis axtarmadı, axır varis onun hansı 
əmval-əmlakına sahib olacaqdır? Ömrünün axırında Təbriz  əncümənçilərinə 
qoşulan,  əlinə silah götürüb Qacara qarşı aparılan döyüşlərdə  şəhid olan 
Pəhləvan Məhəmməd kaş öz yurdunda Məhtaban adlı qızını da heç qoymayaydı! 
Onda bikəs, bipənah qızı belə müşkülə də düşməzdi! Axı, Məhəmmədin nəyinə 
gərəkmiş Məhtaban kimi başı qovğalı qız?!". 
Məhtabanın oğlu olsa, yəqin ki, ondan soruşan da olmazdı ki, uşağın adını nə 
qoyaq, bu ad sənin xoşuna gəlir, gəlmir, razısan, ya narazısan? Necə ki kəbin 
kəsdirəndə  Məhtabandan rəy soruşan olnıadı. Hələ  bəlkə  uşağın tərbiyəsi fədai 
qızına yox, bir mötəbər dayəyə tapşırılacaqdı. "İlahi, bəlkə  sən məni də, 
bətnimdəki balamı da təvəllüd zamanı  həlak edəsən? - deyə  Məhtaban haldan-
hala düşür, hərarətdən uçunmaya keçirdi. - Bəlkə elə bizi həlak etsən yaxşıdır ki, 
ikimiz də biryolluq xan sərdabasına yox, başı daşsız, ayağı nişansız qəbiristana 
gedək, orada itib-bataq!". 
  
 
 


________________Milli Kitabxana________________ 
50 
 
 
Məhtaban özimü xan sarayında deyil, zülmət zindanda sayırdı. Nə xanın üzü 
əzəlki kimi ona güləş görünür, nə  də bu ev-eşik onun ürəyinə  əzəlki kimi 
yapışırdı. Gün ötüb, həftə keçib, ay dolandıqca Məhtabanı daha artıq xof basırdı. 
O, hansı qaranlıq guşəyə  qədəm qoyurdusa, "bismillah" deyirdi. "Bismillah" 
Məhtabanın dilindən düşmürdü. Məmalik xan isə Məhtabanı gözdən qaçırmırdı. 
- Qız sən nə bismillahın quyruğundan tutubsan? 
- Xan, xofa düşürəm! 
- Xan- evində, hasar içində, keşikçilər qoyduğum vaxtda bu kaşanədə nədən 
çəkinirsən? 
- Hər şeydən qabaq sənin zəhmli qaş-qabağından! 
- Qız, mən rəiyyətin, rəncbərin, qıılluqçu-qaravaşın, veyl gülçünün üstünə 
acıqlanıramsa, bunun sənə nə dəxli? 
-  Elə bil hamının əvəzində xan mənə acıqlanır, mənə qəzəblənir!.. 
- Axı, sən xan hərəmi ola-ola təzədən niyə rəiyyətliyə qayıdıb hər 
cövri-cəfanı üstünə götürmək istəyirsən? 
- Heç özüm də bilmirəm, xan! 
- Bəlkə səni qara basır, qız? 
- Bəli, xan, halım çox pərişandır! 
- Bəlkə axundu çağırım sənə dua yazsın? 
- Hansı axundu? 
- Elə lap bizim kəbinimizi kəsən axundu! 
Burulğandan-burulğana düşən Məhtaban birdən-birə yumşalıb rəhmə  gələn, 
gözlərində əzəlki eşq işıltıları görünən xana sığınıb, qaç-qova düşən adam kimi 
ağır-ağır nəfəs aldı, xanın qəzəbi soyudu, hamilə ananın halına yandı: 
- Qız, istəyirsən ki, rəiyyət-rəncbərə, qul-qaravaşa qarşı öz qara-qışqırığımı 
yığışdırım? 
- Yığışdırsan, qulun ollam, xan! 
- Qız, mən səni bura nə qul, nə  də  kəniz gətirmişəm,. - xanın saç-saqqalı 
müztərib Məhtabana yenə də əzəlki kimi nurani göründü. 
- Mən bilirəm ki, bizim izdivacımızı sübut edən qalın kağız, bismillahla 
başlanan əqdnamə sandıqçadadır! 
- Bax, onu möhkəm saxla qız! 
- Görək hələ Ənnağan xanım bizə nə buyuracaqdır?! 
- Ərmağan xanımın buyurduqları ancaq həlakular üçündür! 
- Ərmağan sənin doğma qızındır, xan! 
  
 
 


Yüklə 2,27 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə