Milli Kitabxana



Yüklə 2,27 Mb.
Pdf görüntüsü
səhifə13/93
tarix28.06.2018
ölçüsü2,27 Mb.
#52385
1   ...   9   10   11   12   13   14   15   16   ...   93

________________Milli Kitabxana________________ 
36 
 
 
- Səni necə başa düşmək olar, ata? 
- Qoy 
Məmalik qızı Ərmağan anasının rəxt-xabına soxulan günü ilə özü 
vuruşsun, - deyə Həlaku xan hər iki əlini qaldırdı. - Bizə heç cür dəxli yoxdur. 
Atası bilər, bir də qızı... 
- Yəni tamam-kamal bu işi öz axarına buraxmaq?.. Ya bəlkə 
qocaMəmalik buraya gələndə bir əncam çəkək? 
- Nə əncam? 
- Zəhərdən-zaddan xörəyino bir çay qaşığı da olsa, qarışdırmayaq? 

Bu çox ağ olar - deyə qoca Həlaku başını buladı. - Biz Qurana qəsəm 
qılmışıq, qan qarışdırıb qohum olmuşuq, vəssalam! 
- Bəs haçanacan bu oyunu gözləyək, haçanacan gözlərimizi döyə-döyə 
duraq? 
- Ta 
məqamınacan? - deyə Həlaku xan çal-cod bığlarını adətincə yenə də 
möhkəmcə  eşdi. - Qoy Ərmağan xanım özü atasının qabağına çıxsın. Sən  əsla 
qarışma. Hələ lazım gəlsə, öz qoca qayınatanın tərəfində dur. Bəli, bəli, Ərdaha 
xanı Məmalikin ehtiramını saxla! 
- Gərək ürəyindən gələ ki, qoca tülkünün ehtiramında dura biləsən də!.. 
- Ta 
məqamınacan! - deyə Həlaku xan dediyini təkrar edib oğlu Ərdahanı 
yaxşı-yaxşı başa saldı ki, daha baxyanı üzdən vurmaq olmaz. 
Yan-yörədə başqa-başqa xanlar marıqda durub, girəvə gözləyirlər. 
Bir tərpəniş oldumu alov qalxacaq, onda Məmalikin tərəfdarları çox olacaq, 
nəhayət it də gedəcək, ip də! 
- Məmalik mülkü Həlaku nəvələrinin qismətidir! - deyə  əllidən artıq 
kəndin, obanın,  əldən çıxacağını güman edən  Ərdahan xan qana həris canavar 
kimi qulaqlarını şəklədi. - Fürsət fövtə vermək olmaz, ata! 
- Orası elədir, hələ  mən Məmalik qızını  sənə elçiləyəndən qabaq bütün 
bunların hamısını düşümnüşəm, oğul! 
Qızışıb, özündən çıxan  Ərdahan dünyanı yorub-yortan atasının tapşırığına 
əməl etməyinə and içməyincə qoca xan oğlundan  əl çəkmədi. O öz hiylələrini 
Ərdabanın beyninə yeritdiyinə inanandan sonra başa düşən böyük nəvələrini də 
ayrı dillə bişirib dedi ki, Məmalik baba buraya təşrif gətirəndə heç bir zarafata 
yol verməyin, onun ehtiramında  əl-əl üstə dayanın. Ele edin ki, babanızın 
hüzıırunda naqabil söz, hərəkət olmasın!.. 
- Yəni heç nə deməyək? Deməyək Məmalik babaya niyə  nənə almısan, 
bizə bildirməmisən? 
 
 
 


________________Milli Kitabxana________________ 
37 
 

Heç vaxt!.. - Xan mətləbi başa düşən nəvələrini gözdən kcçirdi, onların 
məmaliklər yox, həlakular olduğunu dürüst təyin edincə, toxtadı. 
Həlaku xan gəlini yatan otağa girməsə  də, qıraqdan onun qayğısına qaldı, 
şəxsən özü xəstə  Ərmağanın xörək-çörəyində göz oldu, özünü abid kimi 
göstərib, Məmalik qızını şəkk-şübhədən çıxarmağa cəhd etdi. 
Hərarəti azalmayan Ərmağan atasının yolunu dörd gözlə gözlədi. O, dilinə 
bir tikə vuranda, birini vurmadı. Hikkələnən xanım çox. vaxt xörəyini soyudub 
geri qaytardı... 
Məmalik xan hələ də tərəddüd içində idi. O, qızının onu nə üçün çağırdığım 
da, nə üstündə xəstələndiyini də, nə deyəcəyini də əcəbcə bilirdi. Elə buna görə 
də qəsdən ayaq sürüyür, qızının sinəsinə vurduğu yaranın köhnəlməyini istəyirdi. 
O, istəyirdi ki, Ərmağanın hirsi, hikkəsi soyusun, qulaqları bu söz-sova alışsın, 
necə deyərlər, qızdırsın, titrəlmə keçirsin, qalxsın, qalxandan sonra yenə 
qızdırsın, yenə titrətmə keçirsin, zəifləsin, qəzanın qədəri ilə razılaşsın, atasının 
qərarını bilib daşa düşsün, kükrəyən sel sovuşsun. 
Axı, iyirmi il bundan əvvəl ərə gedən qızın atasının işinə nə dəxaləti? Qoca 
xan ləngiyib ayaq sürüyüncə, bir gün Məhtaban özü işə qa-rışdı, qocanı dilə 
tutub yeganə  qızı barəsində onun daşa dönən ürəyinə  rəhm salmağa çalışdı. 
Məhtaban istəmədi ki, ata ilə övladın arasında nifaq olsun, özü qızıl qəfəsə düşüb 
bədbəxt olduğu halda, onun üstündə başqası bədbəxt olsun. Ya azarlasın, ya da 
başına bir iş gəisin. 
- Bu 
müddət ərzində niyə bu qədər tərəddüd göstərirsiniz, xan? 
- Nə barədə, Məhtaban? 
- Belə görürəm ki, Ərmağan xanımın yazdığı naməni qəsdən cavabsız 
qoymaq istəyirsiniz... 

Əgər Məhtaban xanım istesə, cavab yazıb, çapardan göndərə bilərəm! 
- Xeyr, 
xan! 
- Nə üçün, Məhtaban? 
- Çünki 
Ərmağan xanım sizin özünüzü gözləyir. 

Əgər mən qəsdən getmək istəmirəmsə? 
- Haqqınız yoxdur, xan! 
- Yenə də Ərmağanı müdafiə edirsən, qız? 
  
 
 


________________Milli Kitabxana________________ 
38 
 
 
- Mən övladlıq haqqını müdafiə edirəm, xan! 
- Axı nə üstündə? 
- Onun 
üstündə ki, gərək mən bədbəxtə görə ata ilə  qızının arasında 
ixtilaf olmasın! 
- Məmalik səni öz göz bəbəyi kimi istəyib, sevdiyi halda nə üçün bədbəxt 
olasan, qız?! 
- Xan, 
xöşbəxtlik heç də mənim düşdüyüm qızıl qəfəsdə deyildir! 
- Bəlkə mən səni buraxam öz yurd-yuvana uçasan! 
- Artıq o da gecdir, xan! 
- Niyə gecdir? 
- Mən hamiləyəm, ikicanlıyam, xan! 
- Onda 
mən xöşbəxtəm, Məhtaban!.. Qoy həlakular yanıb-yaxılsınlar! 
Qoy onlar Ərmağanı mənim üstümə qılınc kimi itiləməsinlər!.. 
İgid atamın  ərvahına and içirəm ki, mən sənin üçün Şeyx Sənan olacağam, 
qız!.. Lazım gəlsə, qəsəmimi pozub Quranı yandıracağam, donuz otaracağam!.. 

Siz Qafqaz səyahətini xatırlayırsınız, xan. Pəhləvan Məhəmməd 
oradan Ərdahaya dönəndə xeyli danışmışdı. 
- Bəli, mən sənin atan Məhəmməd söyləyən Sənan dağına çıxmışam. 
Orada demişəm ki, ilahi eşq ancaq belə olar!.. 

Orada ilahi eşq qarşılıqlı olubdur, xan! 
- Deməli, biz ikimiz bir övladın valideyni olandan sonra siz mənə etibar 
etmirsiniz, mənim ilahi eşqimə inanmırsınız? 
- Siz 
mənim nikahımı cari etdirəndə nə üçün razılığımı almadınız, xan? 
- Mən sizin daxili tərəddüdünüzə xitam vermək istədim, Məhtaban! 

Əgər, mənim sönük eşqim indi də tərəddüd içindədirsə? 
- Elə etmə ki, Məhtaban, ağır halında sənə yol göstərim. 
- Bismillah 
qabağımı kəsməsəydi, xan yolumu bağlaya bilməzdi! 
- Sən şəriətə asi kəsilmə, qız! Taleylə razılaş! Alicənab ol, həqiqi sevgini 
qiymətləndir. Axır mən necə qocalsam da, artıq sənin əsirinəm! 
- Mənim qoca xana tükənməz ehtiramım vardır! 
- Nə kimi ehtiram? 

O ehtiram ki, qoca xan bətnimdə düyünlənən övladımın atasıdır, gözü 
yaşlı  Məhtaban  əlini uzadıb qocanın qar kimi dümağ saqqalını  sığalladı. - Sən 
taleyin hökmünə bax! 
- Xudaya, 
mən nə xoşbəxtəm! 
  
 
 


Yüklə 2,27 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə