Milli Kitabxana



Yüklə 2,27 Mb.
Pdf görüntüsü
səhifə14/93
tarix28.06.2018
ölçüsü2,27 Mb.
#52385
1   ...   10   11   12   13   14   15   16   17   ...   93

________________Milli Kitabxana________________ 
39 
 
 
- Xudaya, 
mən necə də bədbəxtəm! 
Xan bu əsrarlı düyündən baş açmadı, aça da bilmədi. Axırda Məhtabanın 
təkidi müqabilində gədələrinə tapşırıq verib atlandı, ikinci gün başının on nəfər 
süvarisi ilə özünü həlakular imarətinə yetirdi. Həlaku xan da, oğlu Ərdahan da, 
nəvələr də xan dərbarında olan mötəbər şəxslər də Məmalikin pişvazına çıxdılar. 
Hətta Həlaku xan özü Məmalik xanın mindiyi atın cilovundan yapışıb, onun 
yəhərdən düşməsinə kömək etdi. Həlaku xan qoca Məmalikin gəlişinə son dərəcə 
sevinən adam kimi gözləri yaşara-yaşara qohumunun boynunu qucaqladı, ağ tük 
basmış solğun yanaqlarından öpdü. Həlaku xan təlim etdiyi kimi, Ərdahan xan 
qayınatasını, nəvələr də babalarını  hərarətlə qarşıladılar. Nəinki Məmalik xana, 
onun süvarilərinə də həlakular xanədanında olmazın ehtiram göstərdilər. Həlaku 
qohumun qulağına əyilib mübarəkbadlıq da etdi. Hər iki xanın dodaqlarında bir-
birinə  bənzəməyən təbəssüm göründü. Tez tələsik burmabuynuz qoç kəsildi, 
süfrədə bolluq olsun deyə, toğludan, əmlikdən də kəsilib buraya əlavə edildi. Bir 
an içində  cəmdəklər soyuldu, şaqqalar yan-yana asıldı. Həlaku xanın 
aşpazxanasından Savalan dağının  ətəklərinə doğru çalkeçir tüstülər ucaldı, 
Məmalik xanın öz qızını görməmək üçün tələsmədiyini görən çalbığ  Həlaku 
səbir göstərdi. Üstündən xeyli keçəndən sonra təhəmmül etməyən Məmalik 
ayağa qalxdı, Həlaku da, Ərdahan da ayağa durdular. 

Ərmağanı görmək istəyirəm, - deyə  Məmalik Həlakuya üz tutunca 
Ərdahan öz kiçik oğlunu qabağa verdi. Məmalikin kiçik nəvəsi 
babasının əlindən tutub, onu anası yatan otağa keçirdi. Məmalik xan 
içəri girincə  Ərmağan hıçqıra-hıçqıra ağladı. Məmalik nəvəsini otaqdan 
çıxarıb qapını bağladı: 
- Sənə nə olubdur, qız? 
- Yeganə qızının ürəyini oxlamısan, bivəfa ata! 
- Bəlkə sənin atanın bu dünya üzündə heç nəyə haqqı yoxdur? 
- Hər nəyə haqqı olsa da, müsünn və ixtiyar çağında qızın bunca xar 
etməyə, əğyar içində şəmatətdə qoymağa haqqı yoxdur! 
- Neyləmişəm ki? 
- Yetmişində özünə  ərus gətiribsən! - Ənnağan rəxl-xabmm içində 
oturdu, döş-başının açıq olub-olmadığını vecinə almadı, atasına da 
Kürsü göstərib "əyləşib" demədi. Ata ilə  qızın gözləri bir-birini 
düşməncəsinə süzdü. 
  
 
 


________________Milli Kitabxana________________ 
40 
 
 
- Yaxşı, buyur görək həlakular evinə atam təhqir etmək üçünmü 
çağırmısan? 
- Atam 
məni halakular evində daha artıq təhqir edibsə? 
- Nə babətdən atan səni təhqir edib, Ərmağan Həlaku? 
- Mən qəsdən özüm üçün Məmalik sicillisini saxlamışam! 
- Yaxşı, Məmalik sicillisi, buyurun, görək nə üçün namə göndərib qocanı 
hüzurunuza çağırıbsınız? 
- Məmalik sicillisi Ərmağan xanım öz qoca atasını hüzuruna çağırıbdır ki, 
ona əmr etsin ki, anası Sərəncamın, ulu xan nəslinə mənsub olan xanımın rəxt-
xabına soxulan Pəhləvan Məhəmmədin yetimçəsi Məhtabanı, babası yaşında 
qocanın başını tovlayan sehrkan bir göz 
qırpımında məmaliklər malikanəsindən rədd etsin!.. 

Əgər qoca xan Pəhləvan Məhəmmədin yetim qızı  Məhtabanı ilahi eşq 
ilə, Sənansayağı sevirsə? 
- Ola 
bilməz, əsla ola bilməz, xan! 
- Nə üçün ola bilməz, Ərmağan xanım! 
- Sənan bütün Ərəbistanı özünə güldürdüyü kimi, sən də külli İranı özünə 
güldürmək istəyirsən! 

Əgər böyük Allah özü mənim ürəyimə sönməz eşq atəşini doldurubsa? 
- Sən cadulanmısan, qoca! 
- Mən Allahın əmri, peyğəmbərin şəriəti ilə Pəhləvan Məhəmmədin qızı 
Məhtabanın kəbinini kəsdirmişəm, onunla izdivaca daxil 
olmuşam! 
- Deməli, şərən kəbin də kəsdirmisən? 
- Bəli, mən böyük Xudanın qabağında nə  İnamımı, nə  də imanını dana 
bilmərəm! 
- Deməli, qoca Məmalik fərzəndi zükür-vəliəhd iştiyaqına düşübdür? 
- Tək Tanrının iradəsi ilə düşübdür, bəli! 
- Tək Tanrının İradəsi ilə qoca başını itiribdir! 

Əgər qoca öz başını itirməyibsə? 
- Qoca 
başını hökmən itiribdir! 
- Nə üçün hökmən, Ərmağan xanım? 
- Yetmiş yaşına dolan, əpriyən qocadan fərzənd ola bilməz!.. Nə ünas, nə 
zükür! 

Əgər ulu Tanrı özü indidən qoca xana övlad müjdəsi verirsə? 
 
 
 
 


________________Milli Kitabxana________________ 
41 
 
 

İlahi, mənim atam divanədir! - deyə döşü-başı açıq  Ərmağan xanım 
əllərini yuxarı qaldırdı. - İlahi, sən aqibətindən saxla! İlahi, bu qoca öz doğma 
nəvələrindən birisini aparıb ağ-açıq özünə varis edib bunca xəcalət girdabına 
düşməyə bilməzdimi, Xudaya, sən bizi düşmən şəmatətindən, əğyar tənəsindən, 
yaman dildən hifz elə! 
- Daha 
qurtardınmı duanı, qız? 

Duam qurtarsam da sinəmdə yanan sözlərimi qurtarmadım, xan! 
- Onda 
sinəndə yanan sözlərini də qurtar, qız! 
- Sözlərim budur ki, quru yerdən özünə süni varis düzəltmə, ata! 
- Necə quru yerdən sünai varis, qız? 
- Mən Məmalikə indidən dedim, bir də məqamında deyərəm. - Ərmağan 
kinli gözləri ilə  dəlicəsinə atasını süzdü, dönüb yorğanına büküldü, onun 
hönkürtüsü otağı başina götürdü. 
Qapı  ağzında pusquda dayanan Həlaku xan oğlu  Ərdahanı dirslədi, onlar 
ayaqlarının ucunda geri çəkildilər. Özünü heç nə  eşitməmiş, bilməmiş kimi 
göstərən qoca Həlaku qohumunun şərəfinə açdırdığı  təam süfrəsinin 
hazırlanması üçün uca səslə sərəncam verdi. Ancaq içəridən qəzəbli çıxan qoca 
Məmalik süfrəya meyl etmədən öz nəvələri ilə görüşüb, qohumları ilə 
salamlaşmadan gədələrinin üstünə  qışqırıb atları  çəkdirdi, heç bir köməkçi 
gözləmədən atının belinə qalxıb, həlakular imarətini tərk etdi. Həlaku xan pörtüb 
tərləyən oğlu Ərdahana müraciətlə: 
- Atası bilər, bir də  qızı! - deyə ilan başına oxşayan  şəhadət barmağını 
qaldırdı. - Bizə heçcə cürə dəxli yoxdur!.. 
 

 
Daşlı yolda dördəm gedən qığılcım qoparan nal səslərindən səksənən 
Ərmağan öz rəxt-xabından dik atıldı, balaca pəncərənin qabağında müztərib 
dayanıb toz burulğanında gedən atasını, onun dövrəsindəki silahlı süvariləri 
güclə gördü... Deməli, qoca Məmalik qızı  Ərmağanın iynəli sözlərini 
udmamışdı. Deməli, o, dədə-baba düşməni həlakular evində  sınmağını 
istəməmişdi... Qızı  gəlin olan, dörd nəvəsi oynaşan imarət qoca Məmalikə 
pusquda durub, girəvə gözləyən düşmən səngəri kimi görünmüşdü. Məmalikə 
görə düşmən səngərində dayanmaq olmazdı! Ona öz səngəri, öz istehkamı 
gərəkdi... 
  
 
 


Yüklə 2,27 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə