Milli Kitabxana



Yüklə 2,27 Mb.
Pdf görüntüsü
səhifə16/93
tarix28.06.2018
ölçüsü2,27 Mb.
#52385
1   ...   12   13   14   15   16   17   18   19   ...   93

________________Milli Kitabxana________________ 
45 
 
 
yanına qodom qoymurlar, Bəs kiçiklər necə? Görünür, kiçikləri də Həlaku o biri 
yana ötürüb ki, analarının yanına girib, onu ovundurmasınlar. Qoy dədə-baba 
düşməni məmaliklər qızının bağrı çatlasın! Əgər bu Ərmağan özü ilə məmaliklər 
mülkünü dartıb gətirməyəcəkdisə, daha onun bu xanımanda olmağının nə 
lüzumu? 
Ömrü uzunu usta tərpənən çalbığ Həlaku indi də ayrı bir ustalıqla Ərmağanı 
qoca atasının üstünə yönəltmək istəyirdi. Həlaku xan Məmalik deyən müjdədən 
hələ  xəbərdar olmasa da bilirdi ki, yetmiş yaşlı qocanın evlənməkdən məqsədi 
nədir. Həm də  Həlaku yaxşısını bilirdi ki, cüzi ehtiyatsızlıq edib, Ərmağana 
toxunan bir söz desə, gəlin mütləq hürküb gedər, öz atası ilə birləşər, bəlkə də 
Pəhləvan Məhəmmədin qızından doğulan varisə ürək yandırar. 
"Qoy biz zahirən bitərəf qalaq!" -deyə Həlaku bu düyünün ancaq Ərmağanın 
öz  əli ilə açılmasını istəyirdi.  Əlbəttə, düyün bir deyildi, düyün-düyünə 
calanmışdı. Həddi-zatında düyünlər calana-calana, dəmirə dönə-dönə qılınc kimi 
itilənir.  Ərmağanın  əlində getdikcə  zəhərli gürzəyə dönür, indidən Məhtabanın 
bigünah balasının, qaranlıqda qorunan kiçicik xilqətin üstünə yönəlirdi. 
Məhtaban görməsə  də, bilməsə  də  Ərmağanın məktubundan, atatıın, qızına 
olan münasibətindən vəziyyətin gərginliyini duyub, görməyə başlayırdı. O özü 
də Qurana qəsəm etməklə, bismillah barısını  aşa bilməməklə özünü düyünə 
salmışdı. Bu düyün haçan, necə açılacaqdır?! 
Məhtaban ildə bir neçə dəfə atası evinə qonaq gələn, əndərunu biruna, birunu 
əndəruna qatıb-qarışdıran  Ərmağanı  təsəvvürünə  gətirdiyi kimi, kin-küdurətə 
dolan  Ərmağan da bənizi saralan, geyindiyi xanım libası  əynindən torba kimi 
sallanan, övlad gözlayən Məhtabanı  təsəvvürünə  gətirirdi. Bu anda iki nəzər 
sanki bir-birini süzürdü. 
Deyəsən Məhtabanın  əzəlki gözəlliyi də, cəsarəti də azalırdı. Onun 
gözlərində qorxaqlıq, acizlik, yazıqlıq, hələ ümidsizlik də sezilirdi. Deməli, 
quduzlaşan  Ərmağan dişi canavar kimi qəsdinə dolduğu qurbanını parçalaya, 
təkcə  ətini yox, onun sür-sümüklərini də  gəmirə bilər!  Ərmağan sanki qovula-
qovula yorulan, gözlərindən qanlı yaş axıdan ceyran üstünə atılırdı! 
Ərmağan anası  Sərəncamın hikkəsi ilə yad günü üstünə cumurdu. Sanki 
burada, xan İmarətində heç bir haqqı-hüququ olmayan bir gününün gözlərini 
çıxarıb, onun öz ovcuna qoyurdu. Sanki Ərmağan bu gününü saçlayıb sürüyür, 
oyulub yerə tökülən gözlərini də tapdalayırdı: 
  
 
 


________________Milli Kitabxana________________ 
46 
 
 
- Rədd ol burdan öz cəhənnəminə, goruna, səfil! - deyən ana-balanın səsi 
Məhtabanın qulaqlarında bir-birinə qarışırdı: - Rədd ol, çəkil get, xan 
xanəsindən!.. Get daha bizim gözümüz sənin kimi bihəyanı görməsin!.. Get, 
möhkəm bir qəzil çatı götür. Özünü Savalan palıdlarının birindən as! Sən hara, 
Sərəncam xanımın xallı-xalçalı imarəti, bərli-bəzəkli rəxti-xabı hara? Sən hansı 
hədd ilə xanımın libasını utanmaz-utanmaz öz əyninə geyibsən?! Sən cadusan, 
sən iblissən, sən şeytansan! Sən haradan gəlib Pəhləvan Məhəmməd qızının adı 
ilə buraya soxulubsan? Bəlkə sən heç Pəhləvan Məhəmmədin qızı da deyilsən?! 
Axı, o, əncümən də olsa, qeyrətli kişi idi. Bəlkə  sən xan evinə dürtülüb, varis 
doğmaq istəyən cadugərsən, sehrkarsan?! 
- Mən Pəhləvan Məhəmmədin qızıyam, nə cadugər, nə də sehrkaram! 

Əsla biz inana bilmərik ki, Pəhləvan Məhəmmədin qızı belə, nankorluq, 
nanəciblik edib, hədd-hüdudunu aşsın! 
- Mən Pəhləvan Məhəmmədin doğma qızıyam, xanımlar! - deyə 
vahiməyə düşən Məhtaban üstünə hücum çəkən ana-baladan özünü qorumağa 
çalışırdı. - Məni bura Qurana qəsəm qılmaq vədim dartıb gətiribdir! 
- Nə Qurana qəsəm qılmaq? 
- Bəli xan neçə ay əvvəl aylı bir gecədə bizə gəlmişdi. 

Qoca xan aylı, ya qaranlıq gecədə sizə necə gələ bilərdi? Sən cadusan, 
hamısını özün quraşdırıb düzəldibsən? Biz cadugər sehrkardan doğulan haram 
övladın halal xanəmizdə  gəzməyinə, hələ dönüb varis, vəliəhd olmağına dözə 
bilmərik! Biz bütün İran axund-üləmasını çağırıb bura tökərik! 
- Elə  İran axund-üləmasını özü bizim kəbinimizi kəsibdir, heç mənim 
razıməndliyimi də almayıbdır! 
- Bu 
yalandır, quru, qara böhtandır! Bu sehrlə  sən lap müctəhidin də 
başım tovlayıb, ağlını oğurlaya bilərsən! 
- Mən heç kəsi tovlamamışam, ağlını oğurlamamışam, xanımlar! Əksinə, 
mənim ürəyim oğurlanıbdır! 
- Ürəyim, ürəyim!.. Səndə ürək nə gəzir, Savalandan enən səfilsehrkar?! 
- Mən dönə-dönə iqrar edirəm, nə sehrkar, nə  də  səfiləm! Mən 
bədbəxtəm, Elə bədbəxtəm ki... 
  
 
 


________________Milli Kitabxana________________ 
47 
 
 
Xəyalında rəqiblərilə deyinən Məhtaban doğrudan da ağlayırdı. Qoca ərinin 
yolunu gözləyən qız amansız ana-balanın hücumlarına məruz qalmış kimi iztirab 
keçirirdi. İndi Məhtaban dəmir məngənə arasına alman günahkar kimi sıxılırdı... 
Sərəncam xanımın həyulaya çevrilən kölgəsi, hücuma keçən  Ərmağanın köz 
kimi yanan qanlı sifəti Məhtabam boğazlayıb təngnəfəs edirdi. Xan imarətində 
Məhtabana hava çatmırdı... O, bətnindəki övlad düyününü açmaq, ağır yükdən 
yapışmaqla bətnindəki düyünü dağıtmaq məqamına çatırdısa, analıq hissi onun 
qabağını  kəsir, aman vermirdi. O, övladının  əlindən yapışıb başqa xanlıqları 
dolaşmalı, palaz-paltar yumaqla uşağını saxlamalı olsa da, özünü analıq 
istəyindən məhrum edə bilmirdi... 
Ərmağan xanım otağın içində vurnuxanda Həlaku babasının gözündən güclə 
yayman, nə vaxtdan bəri qəzəbə dolan Ərşad anasınm yatdığı otağın qapısını 
çəkməsinin burnu ilə açıb içəri girdi: 
- Gördün 
də,  Ərmağan xanım, neçə saat əvvəl nə boyda ehtiramı yerə 
çırpıb, müsəlləh gədələrini də götürüb buranı  tərk edən bişərəf qocanın nadan 
oyununu? 
- O 
sənin babandır, biədəb! 
- Mən o biədəb qocanı kürəyindən odlu fişənglə nişan alardım! 
- Bəs niyə nişan almadın, dərisinə sığmayan Ərşad Həlaku? 
- Çünki 
Həlaku babam mane oldu. Mən atlanıb qocanın ardınca qoşmaq 
istədim. Ancaq kişi dedi ki, qonağı nə qapıda, nə də yolda atmazlar! 
 
- Sən doğma babanın qatili olub, ona əl qaldırmaq istəyirdin, 
nəməkbəharam? 
- Elə baş töhməti babaya əl qaldırmaq da azdır!.. Onu atının quyruğuna 
bağlayıb meyitini evinə sürütdürmək gərəkdi! 
Ərmağan xanım hiddətlə irəli durub oğlu Ərşadın qabağında dayandı: 
- Səndə bu ədavət haradandır, Məmalik babasının duz-çörəyini tapdayan 
gədə? 
- Hər nə olsa da biz həlakular heç kəsinadan hərəkətini udan deyilik! 
- Sən nə yaman cilov gəmirirsən, yumurtadan təzə çıxan, babasının pulu 
ilə geyinib-keçinən qotazlı! 
- Mən yumurtadan təzə çıxan qotazlı deyiləm! 
  
 
 


Yüklə 2,27 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə