Milli Kitabxana



Yüklə 2,27 Mb.
Pdf görüntüsü
səhifə10/93
tarix28.06.2018
ölçüsü2,27 Mb.
#52385
1   ...   6   7   8   9   10   11   12   13   ...   93

________________Milli Kitabxana________________ 
27 
 
 
meydan açmışdılar. Axı, o tərəfdən do, bu tərəfdən də nə qədər desən kənd oba, 
ev, daxma odlanmışdı. Nə  qədər desən acı-acı tüstü başı dumanlı Savalana 
dikəlmişdi. Bəs necə olmuşdur ki, düşmən Həlaku Məmalik xanın ağlını birdən, 
qəfildən belə oğurlamışdır?! Məmalik yeganə qızı Ərmağanı düşmən sicillisinə 
ülfət naminə  ərə vermişdi. Gör düşmən Həlaku necə hiylə  işlətmiş, nə cür 
məkrlərə əl atmışdı?! 
Bəlkə xan qızını qonşuluğundan xeyli uzaqda başqa bir xanın oğluna  ərə 
verəydi, ya Tehranda, Təbrizdə bir tacirbaşı ilə qohum olaydı? Artıq gec idi! 
Bir də, Məmalik xan Ərmağam kimə  ərə vermiş olsaydı, yenə  də bir idi - 
onun varisi yad sicilli olacaqdı. Hər necə olsa ona öz varisi, öz sicillisi gərək idi! 
Gec oyanıb, gec əsnəyib, gec ayılan xan hər necə  pərişan olub, olmasa da, 
bütün bunları düşündükcə, gözəl-göyçək Məhtabandan ikiəlli yapışırdı. O, 
gözünün Məhtabana düşdüyünü də, göl qırağına getdiyini də, gecənin yarısında 
Pəhləvan Məhəmmədin daxmasına yollanmağını da, qızı Quran qəsəminə çəkib 
sübhün tüluunda imarətinə  gətirməyini də,  əndərunda ona yer verməyini də, 
qolundan tutub imarətini gəzdirməyini də, qızın eşqində süzan olmağmı da 
doğru-dürüst sayır, gec də olsa, faydalı hesab edirdi... Ancaq bəs necə etmək ki, 
Məhtaban ipə-sapa yatsın, xanın döyünən, çırpınan qoca ürəyinə ürəklə cavab 
versin? Qocanı  qəbul etsin, onu özünə  ər saysın, xanın dediklərinə inansın!.. 
İnansın ki, burada riya yoxdur... 
Xan görürdü ki, Məhtabanda ona qarşı  tərəhhüm-ehtiram hissindən başqa 
həvəs yoxdur. Məhtabana görə qoca xan yanıb-yanıb sönən bir ocaqdı. Məhtaban 
isə sönən ocağın qır-qırıntısı ilə əylənmək, onu təzədən qalamaq, alov düzəldib 
qızınmaq istəmirdi. Qızın cır-cında içində döyünən ürəyi qocanın zahiri təmtəraq 
və  dəbdəbəsi ilə heç vəchlə razılaşa bilmir, özünü şöhrətə,  əgər olsa, oğlunu 
varisliyə-vəliəhdliyə sata bilmirdi. İş yaman düyünə düşmüşdü. Bu düyünün 
necə açılacağını  nə qoca xan, nə  də çarhovuz kənarındakı daş kürsüdə oturan 
Məhtaban bilirdi. Hər ikisi taleyin hökmünü gözləyirdi: 
"Görək Məhtaban könülə  gələcəkmi?..". "Görək pərişan qoca qızı  qızıl 
qəfəsdən buraxacaqmı?..". 
Hər ikisi bir-birini sınayırdı. Məmalik qoca səbri ilə, Məhtaban cavan iradəsi 
ilə!.. "Görək!" Bu"görək" də  ağır tərpənib uzun çəkir, ayaqlarından daş asılan 
gündüz gecəyə, gecə də gündüzə qarışıb gedirdi... 
 
 
 


________________Milli Kitabxana________________ 
28 
 
 
Nəhayət bir gün xan Məhtabandan xəbərsiz mühüm bir işə iqdam etdi. Axundu evinə 
çağırıb, Məhtabanın kəbinini kəsməyi təklif etdi: 
- Xan 
sağ olsun, Məhtaban Məhəmməd qızının izdivaca razıməndliyi 
varmı? 
- Bəli, bir aydan artıqdır ki, Məhtaban Məhəmməd qızı  mənim 
əndərunumdadır! 
- Bəs, xan sağ olsun, belə gec kəbin kəsdirməyə  nə ad vermək olar? - 
kotul dişli axund irişə-irişə soruşdu. - Xəlayiq deməzmi daldan atılan daş topuğa 
dəyər? 

Xeyr, axund, heç də daş topuğa dəyməz! - Xan qəzəbə doldu. 
- Sən mənim və bütün xan nəslimin necə izzətli-şərəfli olduğunu bilməmiş 
deyilsən! 
- Bişəkk, bişübhə!.. Leyk siz də Allahın  əmri, peyğəmbərin  şəraitinə 
bizim necə cavabdehində olduğumuzu da bilməmiş deyilsiniz! 
- Mən heç zaman Allahın  əmrindən, peyğəmbərin  şəriətindən 
çıxmamışam, axund! O qız ayağıyla atası evindən necə  gəlibsə elə  də bakirə 
halmda qalibdir! 
- Fətabarakallah, əhsonul xaliqin!..- 
 
Bəli, Allah-taala Pəhləvan qızı Məhtabanı elə hüsndə-xilqət edibdir!   

Xaliq özü bu ayəni gözəl xilqətə risalə buyurubdur, xan! 

İndi  şəkk-şübhəniz qalmadı ki, axund... İstəsəniz Məhtaban xanımı 
hüzura da dəvət edə bilərik!  
-  
Xan özü buyurandan sonra başqa şəxsin şəhadətinə nə ehtiyac? 
Axund nikahı cari edəndən, muzdunun müqabilində xandan qiymətli  ənam 
alandan sonra əba-qəbasını yığıb-yığışdırıb, dalı-dalı  çəkildi, pillələrdə büdrəsə 
də yıxılmadı. Xan darvazasından çıxan kimi daban alıb qaça-qaça getdi... 
 
Axund varıb gedəndən sonra xanı fikir götürdü: "Yaxşı gördüm, ya pis. 
Ancaq xana elə gəldi ki, qızın tərəbbüdünə xitam vermək üçün əqdnamə zəruri 
idi. Ona görə  zəruri idi ki, bəlkə  Məhtaban izdivaca inanmir. Qızın beyninə 
batmır ki, həqiqətən xan onu özünə ərus məhrum edər? Nə isə Məmalik özünü 
fırtına içində hiss etdi. Bir də düz, ya əyrinə olmuşdusa, artıq olmuşdu!...  İndi 
Məmalikin bu  dünya üzündə Məhtabandan savayı ürəyinə yapışan, onu Özünə 
aludə edən kim var idi?      
 
 


________________Milli Kitabxana________________ 
29 
 
 
Xan kəbin kağızını diqqətlə oxudu, Allahın  əmri, Məhəmmədin  şəriəti ilə, 
Pəhləvan Məhəmmədin qızı  Məhtaban  Ərdaha xanı qoca Məmalikə halal 
olmuşdu! Bəs Məhtabanın könlü necə? Qız nə deyir? Bəlkə  səbri tükənən xan 
əhd-ilqarına xəyanət etmişdir? 
Qocanın ürəyi yerindən qopmaq dərəcəsinə  gəlirdi... O, indi kimin yanına 
gedə bilərdi?.. Kiminlə öz ürək döyüntülərini bölüşdürə bilərdi? Pəhləvan 
Məhəmmədin yetimçəsindən başqa! 
Bəlkə axund cari edən kəbin kağızını sabaha saxlamaq, axundu çağırmaq, 
ona iki o qədər də  ənam verib, qeyri-mütəqabil təlaqı geri oxutdurmaq? Bəlkə 
məhbus qızı  qəfəsdən azad edib, ona pərəstarlıq göstərib, öz tayı-bərabəri olan 
bir cavan çobana, naxırçıya, rəncbərə ərə vermək? 
Yox, Məmalik xan, bütün dünyanı öz əlindən versə  də, Məhtabanı verə 
bilməzdi, verməzdi. Nə qədər gülünc və namünasib görünsə də, qoca xan gözəl 
Məhtabam bütün varlığı ilə, ürəyinin olan-qalan qığılcımı ilə sevirdi. 
Belə isə  bəs dünya görmüş xan niyə  tərəddüd göstərir. Ona gorə  tərəddüd 
göstərir ki, könülsüz yaşamağın duzunu-tamını dadıbdır. O, könülsüz yaşamağın 
cəhənnəm  əzabını  çəkibdir. Xan ömrünün qocalan çağında tək bir gün, lap bir 
saat da olsa könüllə yaşamaq isləyirdi... Xan istəyirdi ki, bircə  dəfə  də olsa 
Məhtaban onu öz qüvvətli qolları arasına alsın, bütün gücü ilə qocanı  sıxsın, 
sıxsın, gərəksə, canını da çıxarsın! Qoca Məmalik canını  pəhləvan qızından 
əsirgəməzdi. Əgər qoca bacarsaydı, ətraf xan və xan onu istehzaya qoyub, onu 
dəlidivanə saymasaydı bütün Ərdaha xanlığını  Məhtabanın adına salar, qoca 
gülçünü əndərundan biruna çıxarıb, özü bağbanlıq edər, nazəndə mələyə qulluq 
göstərər, ölüncə xidmətində dayanar, bu işi özü üçün əvəzsiz səadət sayardı. 
Ancaq Məmalikin ürəyindən keçən mümkün idimi? Axı, xan xandır! Kimdi 
xanı özbaşına buraxan? Məhtaban söyləyən kimi hələ gör Ərmağan xanım bu 
əcaib izdivaca nə deyəcək, nə hoqqa çıxaracaq! Qırışsifət Həlaku xan, oğlu 
Ərdahan necə rişxənd edib Məmalikin yersiz hərəkətinə güləcək, bəlkə  də 
nalayiq sözlərlə onu bihörmət edecəkdilər. 
Əl-ayağı titrəyən qoca xan başqa yana yollanmadı.  Əndəruna endi, 
çarhovuzun qırağındakı daş kürsüdə  əyləşən, günəşin qürabunu kədərlə yola 
salan qıza yanaşdı, səssiz-səmirsiz kəbin kağızını çıxarıb 
  
 
 


Yüklə 2,27 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə