Milli Kitabxana



Yüklə 2,27 Mb.
Pdf görüntüsü
səhifə8/93
tarix28.06.2018
ölçüsü2,27 Mb.
#52385
1   ...   4   5   6   7   8   9   10   11   ...   93

________________Milli Kitabxana________________ 
21 
 
 
 
-
 
 Məhtaban xanım üçün hələlik imarətlə  əlaqəsi olmayan bu əndərun 
otaqlar ayrılır! 
Xan birinci otağın qapısını açdı, içərisi  əlvan fərşlə döşənən otaqda tək 
çarpayı qoyulmuşdu. Otaq çarhovuzun dövrəsində açılıb, papaqlayan qızılgüllər 
kimi gözəl və  rəngarəng idi. Məhtaban vaxtilə  mərhum anası ilə buraya gələn 
zaman xan imarətinin birununu
1
 gördüyü halda, əndəruna buraxılmamış, bu 
pünhan hissəni görməmişdi.  Əndərun Sərəncam xanımın öz ixtiyarında idi. 
Həyətdəki tağbənd eyvanlı otaq isə Tehrandan Ərdahaya dəvət edilən xarici 
həkimin məsləhətinə görə ayrıca tikilmiş, sulu qəlyan aludəsi olan, döşü xəfənək 
bağlayan xəstə xanım üçün düzəldilmişdi. Xarici həkimin məsləhətinə görə sulu 
qəlyanını tərgidən Sərəncam xanım ömrünün qalan qismini bu otaqda, qızılgüllər 
arasında keçmişdi. Məhtaban da, Sərəncam xanımsayağı birunda olan qulluqçu-
qırmızısaqqal, genşalvar, tənzifqurşaqlı bağban, xidmət edəcəkdi. Hələ ki, 
Məhtabanı başqa bir kəs görməyəcəkdi. Məhtabanın xörək-çörəyini gətirən, qab-
qacağı yığışdırıb aparan da bu bağban olacaqdı. 
 Məhtaban qaşlarına qədər ağaran qoca xanın bu əcaib  əməlbazlığına 
təəccüb-edirdi. Ancaq hələki, xan da nəzakətlə  tərpənir, qıza qarşı heç bir güc 
işlətmir, cavan qızın onun eşqinə necə cavab verəcəyini, gözləyirdi. Həm də 
demək olar ki, qoca bağbandan başqa Məmalik xan özü də  Məhtabanın 
xidmətində dayanırdı. Xan, xanımı  Sərəncamın hələ cavan ikən tikdirdiyi bir 
dəfə  də olsun əyninə almadığı paltarlardan üzünə satıb. Məhtabana geydirir, 
qiymətli zərrin libasda ola Məhtaban Məmalikin gözlərində dünya gözəllərinin 
ən gözəli kimi cilvələnirdi. Belinə  qızıl kəmər bağlamış, başına zərli papaq 
qoyub, haşiyələri zərli, pürqiymət kəlağayı örtən, qızıl başmaq geyən qız  Şərq 
nağıl və əfsanələrində söylənən qızlardan da gözəl idi! Əlbəttə, Məhtaban, gecə 
Qurana qəsəm qıldığı üçün gəlmişdi. Özü də istər- istəməz qoca xanın toruna 
ilişib, qızıl qəfəsə düşmüşdü.  İndi Məhtaban kənara çıxsın, necə  çıxsın? 
Çıxmasın, necə  çıxmasın?! Bir də  hər yan idi! Məhtaban eynindəki zər-zibanı 
çıxarıb, balaca-sandıqçaya yığdığı  cır-cındasını  təkrar gcyinib, uca hasarın 
aşsınmı, ya aşmasınmı? Məhtaban istəsə belə bu hündür hasardan aşa bilərdimi? 
Bu nə tilsimdir, Məhtaban düşübdür?! "Bəlkə qoca xan hə- 
 
 
 
 
                                                            
1
 
Birun - imarətin çölə baxan həyətidir.
 
 


________________Milli Kitabxana________________ 
22 
 
 
qiqətən olan-qalan ağlını biryolluq itiribdir? Bəlkə xidmətində dayanan bu 
qırmızı saqqal bağbana yalvarıb-yapışmaq, onu vasitəsilə xanın qızı  Ənnağana 
xəbər çatdırmaq ki, durma, gəl, atanın başına bir damcı da olsa, ağıl qoy?!" 
Bəlkə onda Məhtaban onu sıxıb-sıxışdıran zər-zibah libasdan çıxar, öz cır-
cındasını geyinər, buradan uzaqlaşar, yenə qonum-qonşunun palaz-paltarını 
Savalandan üzüaşağı  gələn qıjıltılı  Ərdaha çayına aparıb, zoğal dəyənəyi ilə 
çırpa-çırpa yuyar, gün batıb, toran qovuşunca ay nur çiləyən göldə çimər, zığ-
zımrığını töküb, kəndə dönər, öz zəhmətinin çörəyini, öz minnətinə yeyər, 
kəfrəm mitilinə bürünüb, dabanlı qapının arxasında mışıl-mışıl yatar? Əgər 
qisməti olarsa, Ərdahanın bir naxırçısına, yaxud çobanına  ərə gedər, olmasa, 
pəhləvan atasının ad-sanını gözləyib, ləkələnməyə qoymaz... Məhtaban qoymaz 
ki,  əvvəlləri  əlində toppuz oynadan pəhləvanlar kürəyini yerə  gətirən, sonralar 
Qacar qoşunlarını dağıdan Məhəmmədin adına bir ləkə düşsün. Qız istəməz ki, 
əziz atasının xatirəsini özündən incik salsın, hər cümə axşamı komasına gələn 
müqəddəs ruhu incitsin, küsdürsün!.. 
Məhtaban düşünə-düşünə naz-nemətdən az-çox dada-dada bir növ güzəran 
keçirir, qoca xanın qızışan başının haçan, necə soyuyacağını gözləyirdi... O, qoca 
gülçüyə söz deyincə, cavab almadığına heyrət edirdi. Görünür, Məmalik xan 
qoca gülçüyə  nə isə  təkidlə tapşırmışdi. Buna görə gülçü də  ağasının  əmrinə 
əməl edir, Məhtabanla kəlmə kəsmirdi. Dünya görmüş bağban duyurdu ki, iş nə 
yerdədir. Axı, pirani gülçimün nə borcuna ki, xanın xanımı ilə  kəlmə  kəssin, 
pusquda dayanan ağasının qəzəbinə  gəlsin? Ozü də ömrünün bu vaxtında 
əndərundan çıxarılıb, güllükdən qovulsun. Deməli, Məhtaban tilsimə düşmüşdü! 
Günlər keçir, Məhtaban tağbəndli otağından çıxıb, rəngarəng güllərə tamaşa 
edir,  şırıltılı  fəvvarənin müqabilindəki daş kürsünün üstündə  əyləşir, qoca xanı 
gözləyir... O, daha xandan başqa heç kəsi gözləmir, gözləyə  də bilmir,.. 
Məhtaban qoca xanı mülayim bir insan kimi, düşdüyü ağır vəziyyətdə ona hamı 
olan bir adam kimi gözləyir... "Bəlkə xan hansı bir səbəbə görə  məni sınağa 
çəkir? -deyə  Məhtaban hərdən fikrə, xəyala gedir. - Əgər məni sınağa çəkirsə 
hansı sınağa, nə sınağına?". 
Mehtaban baş tapmırdı! O, baş tapa bilmirdi ki, qoca sinninin bu çağında nə 
oyun çıxarır, hansı eşqindən dastan açır?.. Axı, bu qocada 
  
 
 


________________Milli Kitabxana________________ 
23 
 
 
hansı  eşq ola bilərdi ki,-Məhtabanı-sarsıtsın, yerindən tərpətsin?! Atasından 
yaşlı, babası yerində qoca ilə qabaq-qənşər dayananda Məhtaban qıpqırmızı 
qızarırdı. Daha doğrusu, qız qocanın yerinə utanırdı. Qoca xan səbir göstərib 
Məhtabanı tumarlayır, onun qumral hörüklərini tutub sinəsinə  gətirir, palaz-
paltar yumaqdan kobudlaşan barmaqlarına üzüklər taxıb oxşayır, özü də çox vaxt 
dilsiz oxşayırdı... Görünür, qoca xan gözləyirdi. O, gözləyirdi ki, bir gün 
Məhtaban dilə  gəlsin, həyəcan içində titrəsin, nəhayət, başını qocanın sinəsinə 
söykəyib: "Səni sevirəm!" desin. 
Qoca xan ha çalışsa da, Məhtabanın dilindən qıfıl götürülmürdü. Sanki qızın 
həmin gecə açılan dili daha bağlanmışdı. Elə bağlanmışdı ki, ömründə 
açılmayacaqdı!.. 
Məhtabanın kədərli gözləri qan-yaşla dolub-boşalır, dordə-qəmə  qərq olan 
xan asta-asta geri çəkilirdi. Axı, o zor-güc işləlməklə deyil, öz oyanan eşqi ilə 
qızın ürəyinə hakim olmaq istəyirdi. 
Yenə də günlər keçir, yenə də Məhtaban cınqır çıxarmır, gəldiyi oyla həsrətlə 
baxır, sanki xana yalvarır, onun könlünə rəhm salmaq istəyir. Məhtaban istəyir 
ki, qoca Məmalik rəhmə  gəlsin,  Ərdəha pəhləvanı  Məhəmmədin ruhunu təhqir 
etməkdən çəkinsin, onu kənara buraxmasa da, əndəruna köçürsün, qulluqçu-
qaravaşın içinə buraxsın!.. 
Yox, Məhtabanın gözlədiyi baş vermirdi. Həftələr dolanıb, aya calanır, xanın 
yumşaq sifəti birdən turşuyur, xan arada bir qəzəbə dolur, qızın gözündə 
zəhmlənirdi. Məhtaban da istər-istəməz, atası  Pəhləvan Məhəmmədsayağı 
qəzəbə dolduğunu duyurdu. Qocanın gözləri cavan Məhtabanın gözlərinə 
saplanırdı. Birində hökmranlıq, birində vüqar! Xan addım-addım geri çəkilir, 
yumşalmağa məcbur olurdu... 
Üstüörtülü oyun bir aydan da artıq davam edəndən sonra bir gün nahardan 
əvvəl xan çarhovuzun kənarında əyləşən gözələ yanaşıb salam verdi. Məhtaban 
da ehtiram göstərən qocanın müqabilində ayağa durdu. Bu dəfə daha başı ilə 
yox, xanın salamını dili ilə aldı. Xan şad-xürrəm oldu: "Deməli, Məhtabanın bir 
ay əvvəl gecədəki dili açılmışdır!". 
- Gedək, Məhtaban xanım! 
- Hara, xan? 
- Barigaha! 
- Hansı barigaha? 
- İmarətimizə! 
  
 
 


Yüklə 2,27 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə