Milli Kitabxana



Yüklə 2,27 Mb.
Pdf görüntüsü
səhifə6/93
tarix28.06.2018
ölçüsü2,27 Mb.
#52385
1   2   3   4   5   6   7   8   9   ...   93

________________Milli Kitabxana________________ 
14 
 
 
 
 
MƏHTƏBAN
N
POVEST 


________________Milli Kitabxana________________ 
15 
 
 
 
 
 
 
 
 
 
Balaş Azəroğluna və  
Mədinə xanım Gülgünə  
ithaf olunur 

 
Ərdəha xanı  Məmalikin yaşı yetmişə çatmışdı. Yeganə  qızı  Ərmağanı  ərə 
verəndən, əzazil xanımı Sərəncamı xanlıq sərdabəsində dəfn edəndən sonra tənha 
qalmışdı. Son vaxtlar xanın gözü Pəhləvan Məmmədin yetim qızı  Məhtabana 
düşmüşdü. Qoca xan daima girəvədə durur, Məhtabanı ələ keçirmək üçün fürsət 
axtarırdı. 
Xan bir gün qonum-qonşusunun palaz-paltarını çayda yumağa aparan 
Məhtabanı gördü. O, axşamüstü kəsmə  cığırla çayın qırağına endi... Günəş 
batdı... Ay ulduzlar arasında göründü... Xan ətrafı dinlədi... 
Məhtaban yan-yörəsinə göz gəzdirdi. O, zığ-zımrığa bulanmış  cır-cındasını 
tez-tələsik əynindən çıxarıb daşlara çırpa-çırpa yudu, sıxıb açdı, iydə kollarının 
üstünə  sərdi. Sonra dönüb uşaqların irili-xırdalı daş, qaya ilə çayın qabağını 
kəsib düzəltdikləri ağ köpüklü gölə düşdü. Qız əzəlcə yaxşıca yuyundu, qayıdıb 
üzü üstə üzməyə başladı. Özünü iydə kollarının arasına verib marıqda duran qoca 
xanın ağ bığları tir-tir titrəyirdi. Sanki ayın bir parçası qopub gölə düşmüşdü... 
Qoca xan dikəlib göldə üzən qızı həris nəzərlə süzdü: 
-
 
"Xudaya, nə xilqətdir!.." 
Xan öz qocalığını unudub bir konüldən min könülə Pəhləvan Məhəmmədin 
yetim qızı  Məhtabana vuruldu, gününə  tək bircə gün də qalsa onu özünə  gəlin 
edəcəyinə söz verdi: 
-
 
"İlahi, bu nə xilqətdir!.. - Xan təkrar etdi... - Əgər bu qız yamaqlı 
cır-cındır içindən, bozarmış çadradan çıxıb, barigahda xanımın köhnələrindən 
geyinsə, gör onda nə qiyamət olar?!". 
Bəli, onda xan hansı möcüzə ilə isə cavanlaşar, ömrü-günü təzədən başlar. Bu 
nazlı sənəmlə gün keçirmək onda gör neçə-neçə Ərdəha xanlığına dəyər! 
Xan boğazını asta-asta arıtladı. Məhtaban insan hənirtisini aldı. O, tez göldən 
çıxıb iydə kollarından cır-cındasını götürdü, yaş-yaş əyninə aldı, büküb kənarda 
sərdiyi yamaqlı çadrasını da başına saldı. Xanın gözündən gözəlliyini gizlədi. 
  
 
 


________________Milli Kitabxana________________ 
16 
 
 
Amma xanın təsəvvüründə Məhtaban yenə ağ köpüklü göldə üzdü, ay nuruna 
qərq olan sularda qıvrılıb açıldı, qızın qumral saçları köpüklərdə buruldu.  
İndi xan nə  etsin?  O,  sinninin  bu  çağında qızın üstünə necə atılsın?.. Yox, 
əsla!., Xan pəhləvan qızı ilə bacarmazdı, qızın qüvvəti qarşısında qoca qəşş edib 
yıxılar, ya qıjıltılı çaya düşər, ya da göldə boğulardı. 
Belə yalquzaq cəsarəti xanın cavanlıq çağlarında ola bilərdi... Qoca xanda o 
güc, o nəfəs indi harda idi ki, Məhtabanın qollarını qatlasın, cır-cındasını 
parçalayıb əynindən çıxarsın, onun ağzını qapayıb öz niyyətini yerinə yetirsin?! 
İşdir, qız səs-səmir çıxarsa, onun izini-tozunu yer üzündən itirsin. Yox, Məmalik 
xan qocalmaqdan artıq kaftarlaşmışdı... Onun sir-sifəti qırışmış,  əl-ayağı 
bürüşmüş, dizləri də  əsməyə başlamışdı. Yalnız çuxura düşən gözləri qurd 
gözləri kimi ac idi... 
Xan çöldən qırışan, içəridən acıxan gözlərini yumduqca Məhtabanı necə 
varsa, eləcə  də görürdü. Sanki heykəltəraş bu qızı  ağ  mərmərdən yonubdur!.. 
Yox, qız heykəl deyil, nəfəs alır, canlıdır. Nəfəs aldıqca qocanın da canını alır: 
- "İndi necə olsun, ilahi?!" İydə kollarından çıxmayan qoca xan, quruyub-
qurumayan paltar-palazı üst-üstə toplayıb, başına alıb aparan 
Məhtabana qıyılan gözlərlə baxırdı... 
Qoca xan Məhtabanı üzüyuxarı,  Ərdaha kəndinə  tərəf buraxdı, özü gölün 
kənarına endi. Köpüklü dalğalara xeyli baxdı... Üryan gözəl qocanın 
təsəvvüründə qıvrıla-qıvrıla üzdü... Xanın gözlərində odlu yaşlar gilələndi: 
- Xudaya, 
sən məni sinnimin bu çağında divanəmi etmək istəyirsən?.. - 
Qoca cibindən dəsmalını çıxarıb torbalanan gözlərini sildi. 
- Axır mən sənin dərgahına düşüb tövbə etmişdim. Axır mən öz günahlarımı 
yumaq üçün Məkkəyə getməyi, sənə dəxil düşməyi qət etmişdim. Axır mənim öz 
anasına oxşayan zalım qızım  Ərməğandan başqa kim-kimsənəm yoxdur... Belə 
görünür taleyin hökmü ilə mal-mülk biganələrindir... Mənim varisim yoxdur, 
olmayacaqdır, indi bu nə oyundur ki, mənim başıma açırsan, Xudaya!.. Xudaya, 
bu nə anlaşılmaz oyundur ki, gözlərim dünyadan doymur? - Xan, Savalandan 
üzüaşağı səs-səda sala-sala gələn qıjıltılı çayın qırağında dayanıb, gölə həsrətlə 
baxdı. O, Pəhləvan Məhəmmədin yetim qızının gözəlliyi qar- 
 
 


________________Milli Kitabxana________________ 
17 
 
 
şısında səcdəyə düşdü. - Mənim Məkkəm! - deyə qoca üzünü qızın qədəmləri 
dəyən qumlarda gəzdirdi. - Ölüncən, öləndən sonra da mənim qibləgahım!.. 
 

 
Qoca xan imarətinə döndü. O, nə yerdə olduğunu bilmədi. Özünü tanımadı. 
Bilmədi ki, müqəddəsləşib ya kafirləşib? Zalımlaşıb, ya məzlumlaşıb? Xan 
qəribə vəziyyətə düşdü. Od tutdu, alışıb yandı. Elə ki, qocanın sümükləri çöllərin 
quru çırpısı kimi çırtaçırtla alovlandı, tütünü təpəsindən çıxdı... Görünür, qoca 
son nəfəsinədək sönməyəcəkdi- Məhtaban xanın gözlərindən getmədi, cır-cındır 
geyinmiş, ağ  mərmər heykəl öz varlığı ilə onun gözlərinin qabağında dayandı:       
- "Xudaya, bu nə cəncəldir, mən düşdüm?!". 
Qoca xan neçə gün, neçə gecə öz-özü ilə  əlləşdi. Bu yoldan dönüb  
qayıtmağa çalışdı. Ancaq hər necə etsə də, mümkün olmadı: 
- "Bəlkə xudanın qisməti belədir", - deyə xan gecənin bir aləmində 
imarətindən düşüb, darvazadan çıxdı, Pəhləvan Məhəmmədin uçulub-tökülən, 
çalsız-çəpərsiz daxmasına yollaııdı. Xan daxmanın yeldən-küləkdən cırıldayan 
qapısının astanasında dayandı. Ona elə  gəldi ki, Pəhləvan Məhəmmədin yetim 
qızı  Məhtabanın qapısında deyil, şahənşah qəsrinin qapısında durubdur, içəri 
qədəm qoymağa cürəti çatışmır. O, çaşıb qalıbdır! Bilmir, burada necə edərlər
şaha necə təzim göstərərlər, necə onun müqabilində durarlar?! Gözəlliyin zəhmi 
qoca xanı basırdı... Xan özünü dabanlı qapıya verib komanın içini dinlədi... 
Məhtaban mışıl-mışıl yatırdı.... Onun nəfəsi qönçədən çıxan qızılgül kimi ətirli 
idi. Qoca xan burnuna dəyən bu ətirli nəfəsi lap yaxından alıb-udmaq istəyirdi. 
Titrəyən ürəyini toxtatmağa çalışan xan qapını astaca açıb içəri girdi. Dörd 
dirəkli damını orta bacasından düşən ay Mehtabanın surətində bədirlənirdi. Qız 
yenə də həmin cır-cındıra bükülü idi. Cır-cında özü də kəfrəm- 
mitil içində idi: 
-.Xudaya, sən məni darta-darta haraya gətirmisən? - Xan yenə də bilmirdi; nə 
etsin. - Bəlkə bu daxmada Pəhləvan Məhəmməd sağ olaydı?.. Gör nə qiyamət 
qopardı?.. Pəhləvan Məhəmmədin gözü qızardı, qeyzə dolub qocanı qucağına 
alar, onu çıxarıb qapıdakı küllükdən üzüaşağı tullardı, sabahı nə olacaqdı, vecinə 
də almazdı... Amma 
  
 
 


Yüklə 2,27 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə