Milli Kitabxana



Yüklə 2,27 Mb.
Pdf görüntüsü
səhifə5/93
tarix28.06.2018
ölçüsü2,27 Mb.
#52385
1   2   3   4   5   6   7   8   9   ...   93

________________Milli Kitabxana________________ 
12 
 
 
və hissiəri ustalıqla qələmə alınmışdır. Öz taleyini qoca Məmalik xanla bağlayan Məhtabanın 
saf duyğuları yaşadığı mühitin dar çərçivəsinə  sığınır. Onun həyatını  Məmalik xanın yaxın 
adamları  zəhərləmək üçün yeganə övladının  əmgəyinə riyakarlıqla iynə yeridib, faciəli 
ölümünə  səbəb olurlar. Bu povestdə insanın yaşayıb-yaratmaq eşqi, məhəbbət hissləri, qoca 
Məmalikin həyat eşqi və Məhtabana olan saf duyğuları xüsusi hərarətlə, humanist mövqedən 
əks etdirilmişdir. 
S.Rəhimovun bütün yaradıcılığına xas olan saf, insanı ucaldan, qanadlandıran romantika 
bu povestin bütün ruhuna hopdurulmuşdur. Xalq həyatından və xalqa inamdan gələn bu 
romantik pafosu biz onun "Güzgü göl əfsanəsi"ndə  də görürük. Maral əfsanəvi gözəlliyə 
malikdir. O, müqəddəs suda yuyunub, daranıb özünə  məftun olur və istəyir ki, hamı onu 
tərifləsin. Onun yeganə həmdəmi həmişə şadlıq elçisi Qəcələdir. Qəcələ başa düşür ki, hədsiz 
tərif insanı  yıxa bilər. Çaqqal Maralın bu zəifliyindən istifadə edib onu boş, yağlı  vədlərlə 
tərifləyir. O, guya Maral xanımın yolunda ölümə belə getməyə hazırdır. Buna görə onu 
ağızdolusu tərifləyib, Güzgü göldən uzaqlaşdırıb parçalamaq istəyəndə  Qəcələ Çaqqalın 
gözünü deşir. Maral xəyanəti görüb, səhvini başa düşür. Yersiz tərifdən ancaq çaqqallar 
qazanır. Həm də gözəllik bitib-tükənməyən sərvət deyildir, onu qorumaq, qədrini bilmək, bəd 
nəzərlərdən hifz etmək lazımdır. 
"Kəsilməyən kişnərti" povestində də xalq yaradıcılığmdan süzülüb gələn obrazlar bir növ 
günün vacib problemlərilə qaynayıb-qarışır, yazıçı  qələmi ilə yeni məna alıb yüksək sənət 
səviyyəsinə qalxır. Povestdə hadisələr Gəyəzən dağında cərəyan edir. Göyalı  və Qaratelin 
yeddi qızları var. Bütün ailə oğul həsrətilə yaşayır. Nəzir-niyazdan sonra Göyalının oğlu olur. 
Körpənin adını  Şükran qoyurlar. Oğul  Şükran böyüdükdən sonra ona on yaxın həmdəm atı 
Ulduz olur. Şükran gözəl, mərd və  cəsarətlidir. Onun atı Ulduz fədakarlıq, zirəklik, cəsarət 
rəmzidir. Mozalan isə bədxahlığın, riyakarlığın, şərin uğursuzluğun timsalıdır. Yazıçı bütün bu 
obrazlara  şərti-metaforik bir libas geyindirsə  də, onların təmsil etdikləri ideyalarda dərin 
müasirlik ruhu var. 
"Bəhram və  Zərəfşan" povestində  də  təlim-tərbiyə, saf insani münasibətlərə, həmçinin 
insan həyatını  bəzəyan və gözəlləşdirən məhəbbətə toxunulmuşdur. Böhram da, Zərəfşan da 
müəllimdir və gəncliyin tərbiyəsində nümunə olmağa layiqdirlər. 
"Uyğundu" (1965) povestini S.Rəhimov böyük ədibimiz Cəlil Məmmədquluzadənin 
xatirəsinə həsr etmişdir. Povestdə əliəyrilərin, rüşvətxor və fırıldaqçıların əməlləri ifşa olunur. 
Eyni yazı  tərzi, yəni  əyriliyi, oğurluğu, müftəxorluğu tənqid, halal zəhməti,  əməyi təbliğ 
"Pirqulunun kürkü" povestində  də mühüm yer tutur. Bu əsərlərin  əsas qayəsi saflığın, 
təmizliyin qorunmasından ibarətdir. Təsadüfi deyil ki, yazıçı surətlərin birinin dili ilə deyir: 
"Haramı buraxsan, daraşıb dünyanı yeyər". Povestin əsas qəhrəmanı düzlüyün, hala zəhmətin, 
dözüm və iradənin canlı ifadəsidir. 
  
 
  
 
 


________________Milli Kitabxana________________ 
13 
 
 
"Kəpəz" povestində isə S.Rəhimov yenə  də xalqın gözəl adət-ənənəsinin, təbii 
gözəlliklərinin qorunması məsələsinə toxunmuşdur. Öz ailəsi ilə Kəpəz dağı ətəyində istirahət 
edən professor Ərşad  Ərşadzadə xalqın varlığı ilə bağlı el havalarını, sazı, bayatıları, təbiət 
gözəlliklərini dərin məhəbbətlə  sevir.  O,  oğlu  Şahini də bu ruhda tərbiyə edir. Onun arvadı 
Cavahir xanım isə  ərinin saza, el havalarına olan aludəçiliyini köhnəlik  əlaməti kimi 
qiymətləndirir. Professorun sazı xalçanın üstündən asması onu əsəbiləşdirir. Yazıçı obrazlı 
şəkildə belə bir fikri təlqin edir ki, insan təbiətin ecazkar gözəlliyindən zövq almalı, mənsub 
olduğu xalqın mütərəqqi və işıqlı adət-ənənələrini qorumalı, onlardan bəhrələnmişdir. 
S.Rəhimov hekayə janrında klassik nümunələr yaratmışdır.  Ədib "Pəri çınqılı" (1959), 
"Gülən balıq" (1964), "Gülsabah" (1968) kimi kitablarında topladığı  əsərlərində xalq 
yaradıcılığı motivlərinə  əsaslanıb uşaq dünyasından rəngarəng, maraqlı lövhələr yaratmışdır. 
Onun folklordan istifadə edib yazdığı hekayələri müəllifin xalq yaradıcılığını mükəmməl 
bildiyini, canlı, həyati lövhələr yaratmaq, qüvvətli yumora və satirik qələmə malik olduğunu, 
yüksək istedadını, müdrikliyini, həyat və insanlar barədə zəngin təsəvvürünü bir daha nümayiş 
etdirir. 
S.Rəhimov nəsrin müxtəlif janrları arasındakı  sərhədi çox gozəl bilir və  hər janra uyğun 
həyat materialı seçir. Psixoloji dərinlik, surətin düşdüyü vəziyyətin, mühitin bədii təhlili onun 
nəsrini səciyyələndirir. Bu xüsusiyyət ədibin roman və povestlərində olduğu kimi, "Su ərizəsi", 
"Üzsüz qonaq" kimi hekayələrində də aydın görünür. 
 
* * * 
 
S.Rəhimovun bir sıra ədəbi-tənqidi məqalələri vardır ki, onların bir qismi "Yazıçı və həyat" 
kitabında toplanmışdır. Bu məqalələrdə  zəngin həyat təcrübəsinə malik yazıçının xalq 
yaradıcılığı, xəlqilik, konflikt, müsbət qəhrəman,  ədəbi tənqid və s. barədə mülahizələri öz 
əhəmiyyətini saxlamaqdadır. 
S.Rəhimov xalq dilinə, Azərbaycan dilinin bədii ifadə imkanlarına dərindən bələd 
yazıçıdır. Onun üslubunda klassik və müasir ədəbi-bədii dilimizin on yaxşı  ənənələri 
birləşmişdir. S.Rəhimovun dil və üslub cəhətdən Azərbaycan nəsrinin böyük klassiki 
C.Məmmədquluzadəyə yaxın olduğunu deyənlər haqlıdırlar. Xalq danışıq dilinin və onun 
zəngin ifadə xüsusiyyətlərinin incəliklərindən məharətlə istifadə hər iki sənətkarı dil və üslub 
cəhətdən bir-birinə yaxınlaşdırır. Ölməz  ədibin duzlu yumoristik və  kəskin satirik üslubunu 
S.Rəhimov böyük ustalıqla mənimsəmiş, onun yaxşı davam və inkişaf etdiricilərindən biri kimi 
tanınmışdır. 
  
 
 


Yüklə 2,27 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə