Milli Kitabxana



Yüklə 2,27 Mb.
Pdf görüntüsü
səhifə4/93
tarix28.06.2018
ölçüsü2,27 Mb.
#52385
1   2   3   4   5   6   7   8   9   ...   93

________________Milli Kitabxana________________ 
10 
 
 
mürəkkəb həyat hadisələrinin burulğanı içərisinə salır, onu real çətinliklərlə üzləşdirir, həyat v 
ə qanunun sınağından keçirir. Bu isə  təbii olaraq povestdə konfliktin dərin və  kəskin  şəkildə 
qurulmasını  şərtləndirmişdir. Belə ki, Mehman cinayətin izinə düşərkən bu iz onu hətta öz 
ailəsinə, qaynanası  Şəhla xanımına doğru aparır. Başqa sözlə, o, cinayətə qarşı  ədalətli 
mübarizəni yalnız kənar mühitdə yox, ailəsində də aparmalı olur. 
Mehman fəaliyyətə başlarkən ağ saçlı müəlliməsi Məlikə ona demişdi ki, prokuror olmaq 
çətin işdir, burada çox asanlıqla ləkələnmək olar. "Unutma ha!.. Ləkə pis şeydir. Heç unutma!" 
Prokuror kimi fəaliyyətə başlarkən müəlliməsinin bu sözünün həqiqət olduğunu Mehman bir 
daha dərk edir. Mehman yaxşı, namuslu, təmiz adamlar mühitində tərbiyə almışdır. Hətta anası 
onun prokuror olmasını istəmir. Ana oğluna belə deyir: "Yox, oğlum, yox! Bu adamların 
dalınca həmişə danışıq olur". Bu mənada professor Məlikzadə  də öz aləmində haqlıdır. O, 
məhz asanlıqla ləkələnmək qorxusundan Mehmanın rayona getməsinə razı ola bilmir. "Yox, 
oğlum! Mən razı ola bilməyəcəyəm. Səbəbi? Ləkə! Gül kimi uşaqlar qurtarır, nə olur?" 
Əlbəttə, anası da, müəllimləri də  təşvişlərində müəyyən qədər haqlıdırlar. Həyatda 
Mehman kimi təmizlər çox ləkələnir, məhv olur, yaxud pozulur, hüquqşünas adını  ləyaqətlə 
daşıya bilmirlər. Belə bir çətinliklə Mehman da üzləşir və qəhrəmanın mənəvi sifətləri, əqidə 
və vicdan saflığı, aldığı  tərbiyəyə  sədaqəti də  məhz belə  məqamlarda onun köməyinə  gəlir. 
"Daxilən vicdanı  təmiz və pak ol!" - Mehmanın aldığı  tərbiyənin  əsas prinsiplərindən biri 
budur. Daxilən təmiz vicdanlı olmadan ədalətli olmaq, qanunun aliliyini qorumaq qeyri-
mümkündür. Mehman bu həqiqəti yaxşı bilir və dərk edir, fəaliyyətində də onu gözləyir, ona 
əməl edir. 
Mehman öz arzusu ilə  ən ucqar bir rayona gəlir və burada prokuror kimi fəaliyyətə 
başlayır. Onun işa başladığı rayonda isə  vəziyyət həqiqətən pisdir və dözülməzdir. Rayon 
cinayətlər yuvasıdır. Baş ittihamçı Mehmanı rayona işə  təyin edərkən belə deyir: "Düzünü 
desəm, bizim canımızı lap xirtdəyimizə yığıblar. Biz buraya adam göndəməkdən yorulmuşuq
onlar ləkə vurmaqdan yorulmayıblar". Beləliklə, Mehman rnəhz belə bir rayonda qanunçuluq 
fəaliyyətinə başlayır. 
Bu rayon həqiqətən prokurorun fəaliyyəti üçün əsil sınaq meydanı olur. Çünki rayonda 
cinayətkarların çoxu dövlat adamlarıdır, vəzifəli  şəxslərdir. Bunlardan biri rayon icraiyyə 
komitəsinin sədri Kamilovdur. O, ətrafına natəmiz və cinayətkar adamları toplamışdır, 
bilavasitə cinayətkarlarla  əlaqə saxlayır. Bunlar Sərrafzada, Məmmədxan, Zərintac və 
başqalarıdır. Bu adamların Bakıda ədliyyə orqanlarında da Əbdülqədir kimi havadarları vardır. 
Onlar Mehmanın meşşan təbiətli qayınanası vasitəsilə daha böyük vəzifə sahiblərinə, Bakıda 
oturan "böyüklərə" yol tapırlar. 
Yazıçı  təsvir edir ki, Mehmanın işə başladığı  ərazidə  ağır cinayətlər baş vermişdir. 
Müstəntiq Murtuzov Kamilovla birləşərək bu cinayətlərin üstünü 
  
 
 


________________Milli Kitabxana________________ 
11 
 
hər vasitə ilə örtür. Belə cinayətlərdən biri anbardar Məmmədxanın öz arvadını öldürməsidir. 
Kamilovun təhriki ilə müstəntiq Murtuzov qatili hər vasitə ilə  təmizə  çıxarıb. Prokuror 
Mehman isə qatilin izinə düşür və cinayətin üstünü açmağa başlayır. Bundan vahiməyə düşən 
qüvvələr hər vasitə ilə Mehmana mane olmağı  qərar alırlar; buna görə  də Qaloşlu adam 
vasitəsilə Mehmana təzyiq göstərirlər. Beləliklə, povestdə Mehman cinayətin vahiməsi ilə həm 
işdə, həm də ailəsində üzləşməli olur. 
Onun üçün Məmmədxan kimi qatillər dəhşətli deyildir, dəhşətli olan arvadının Qaloşlu 
adam vasitəsilə cinayətkarlarla  əlaqəyə girməsi, canilərin onun ailəsinə yol tapmalarıdır. 
Mehman bunları bildikdə qəti və sərt hərəkət edir. O, iclasda təmizlikdən, qanunun aliliyindən 
danışdığı yerdə Qaloşlu adamın istehzalı baxışlarının ona çevrildiyini hiss edir və bu məqamda 
öz arvadının qolundakı  qızıl saatı xatırlayır. Hiss edir ki, Qaloşlu adamın istehzalı baxışı bu 
qızıl saatla bağlıdır. Yazıçı qəhrəmanın bu ruhi vəziyyətini belə təsvir etmişdir: "Ürəyindən bir 
səs gəlirdi... bir çıqqıltı  eşidilirdi... Xırdaca saatın  əqrəbi ahəstəcə yeriyir, saat çıqqıldayırdı. 
Parıltısı aynaya düşən qızıl saat onun gözlərini yumdu, saat ürəyində  çıqqıldadı. Elə bil ki, 
dünya Mehmanın başına uçdu. İclasdakı vəziyyətinin səbəbini başa düşdü. Xal düşmüş ürəkdən 
bir çıqqıltı ona cavab verdi: çıq-çıq..." Yazıçı Mehmanın gərgin ruhi vəziyyətini, evində 
gördüyü qızıl qadın saatının məhz Qaloşlu adamın  əlilə onun evinə yol tapmasını necə hiss 
etdiyini psixoloji dəqiqliklə ifadə edə bilmişdir. 
Lakin cinayətkar qüvvələr Mehmanı qorxutmur. O, nəinki kənardakı canilərlə,  evindəki 
adamlarla da, qayınanası  Şəhla xanımla da, arvadı Züleyxa ilə  də  sərt davranır. Züleyxa, 
əlbəttə, anası  Şəhla xanım deyildir. O, səhv addım atdığını bilir və  həyəcan keçirir. Şəhla 
xanmı isə son dərəcə hiyləgər və meşşan bir qadındır. 
Povestdə yazıçı bir sıra nəcib insan surətləri yaratmışdır. Məlikə xanım, Məlikzadə, onun 
qızı Dilgüşa beİə  təsir bağışlayırlar. Bunlardan Mehmanm anası Xalun xiisusi qeyd 
olunmalıdır. Yazıçı povestdə ona bir qədər az diqqət vermişdir, buna baxmayaraq bu qadın - 
Xatım ana nəcibliyi, ana qəlbi ilə oxucusunu mütəəssir edir, yadda qalır. 
Mənfi liplər içərisində xüsusilə Qaloşlu adam çox canlı və dolğun çıxmışdır. O, povesidə 
cinayətkarlığın rəmzi kimi ifşa olunur. 
"Mehman" odibin realist-psixoloji üslubda yazdığı yüksək dərəcədə maraqlı bir povestdir. 
Yazıçının "Məhtaban" (1962), “Güzgü göl əfsanəsi" (1967), "Kəsilməyən kişnərti" 
povestləri isə üslubca və mündəricəsindəki oxşar cizgilərin maraqlı rəngarəngliyi ilə fərqlənir. 
Müəllif  əgər "Öz minnətinə" povestində heç kimə  əyilməyən, məğrur təbiətli bir insanın 
obrazını yaradırsa, "Məhtaban"da dərin ictimai-siyasi problemlərə toxunur. Yoxsul, lakin 
azadlıq ideyaları ilə çırpınan Məhtabanın mənəvi gözəlliyi, onun hər cür saray çəkişmələrindən 
yüksəkdə dayanan və azadlıq arzuları ilə döyünən qəlbi, fikir 
  
 
 


Yüklə 2,27 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə