Milli Kitabxana



Yüklə 2,27 Mb.
Pdf görüntüsü
səhifə9/93
tarix28.06.2018
ölçüsü2,27 Mb.
#52385
1   ...   5   6   7   8   9   10   11   12   ...   93

________________Milli Kitabxana________________ 
24 
 
 
-
 
Sizin imarətin, mənə nə dəxli, xan? 
Qoca əli ilə qızın zər-ziba geyiminə işarə etdi: 
- Daha 
hamısı aydındır ki, Məhtaban! 
- Nə aydındır, xan? 

Bu libas çoxdan səni xan xanəsinin xanımı edibdir! 
- Mənim üçün öz cır-cındam xoşdur, xan! 
- Nə üçün, Məhtaban? 
- O 
paltar 
mənə azadlıq verirdi! 
- Yox, 
Məhtaban! Yoxsulluqda, kasadlıqda nə azadlıq? - Xan 
Məhtabanm biləyindən tutdu, onu əndərun tərəfindən imarətinə keçirdi. 
Birinci mərtəbədən üçüncü mərtəbəyə qədər gəzdirdi.  Əlvan xalılarla bəzənmiş 
otaqlar güllü çəmənzarı andırırdı. 
Xan otaqlara işarə ilə qızdan soruşdu: 
- Hə, necədir? Məhtaban xanım?        
- Allah 
sahibinə qismət eləsin, xan! 
- Sahibi 
sən, sənin övladın, - bizim oğlan varisimiz!   
- Mən sizdən acizanə təvəqqe edirəm, xan! 
- Daha 
iş-işdən keçibdir, Məhtabam!   
-  
Mən sizi Quran qəsəminə çağırıram; xan 
- Mən də sizi Quran qəsəminə çəkirəm, saf eşqimi daşa çırpmayın! 
- Siz 
doğru danışırsınız, xan, ya qoca vaxtınızda zarafat edirsiniz? 
- Bu 
qədər də zarafat olarmı,-Məhtaban? 
- Qızınız Ərməğan bilsə, qiyamət-qopamazmı?  
- Nə üçün Ərməğan qiyamət qoparsın, qız?  
Çünki siz mərhum xanımın xatirəsini təhqir ediriniz! -Ərməğan mənim 
vəkilim deyil! 

Ərməğanın övladlıq haqqı var! 

Ərməğan öz haqqını-cehizini çoxdan alıb bu malikanədən gedibdir! 
 -   Yenə də Ərməğan sizin varisinizdir!    

Ərməğan mənim- dədə-baba düşmənimi oğlu Ərdahana əra gedibdir!  1 
- Axır nə üçün siz onu dədə-baba düşməninizin oğluna ərə verirdiniz? 
- Guya 
aramızdakı köhnə ədavət alovlanmasın! 
- Bəlkə köhnə ədavət izdivacdan sonra sönübdür? 
- Yox, 
ədavət qiyamətə qədər sönən deyil. - Məmalik xan nəfəsini dərdi, - 
bu ədavət üstünü qor basan, için-için yanan közə bənzər!.. 
  
 
 
 


________________Milli Kitabxana________________ 
25 
 
 

 Siz indi məndən nə istəyirsiniz, xan? 
-  
Mən sizdən saf eşqimin si olan oğul övladı istəyirəm! 

 Xan baba mənim yetimliyimə rəhm etsin! 

 Yetim son yox, mənəm! - Qoca xan göl qırağında cibindən çıxardığı 
dəsmalla gözlərini sildi. Özünü saxlaya bilməyən qocanın çıxıq umuzları aramsız 
atılıb düşdü... 
 

 
Məhtaban naçar qaldı. Qocanın səssiz-səmirsiz için-için ağlamağı, onun ağ, 
yumşaq saqqalından göz yaşlarının süzələnməyi qızı çaşdırdı. Məhtaban bilmədi 
bu nə deməkdir? Oğlan övladı, xan mal-mülkünə varis, Məhtabanın xanzadə 
anası olması - hamısı, hamısı ona yuxu kimi gəlir. Pəhləvan Məhəmmədin bikəs 
qızında, heç bir sevinc doğurmurdu. Ancaq qoca xanın pərişanlığı nə isə, qızın 
ürəyində  tərəhhüm hisslərini, tərpədirdi... Bu hisslər heç də  məhəbbətdən nəşət 
etmirdi.-Bu hisslər cavan qızın babası yerində bir qocaya qarşı yazıqlıq hissləri 
idi. Qocanın hədsiz təlaşı getdikcə qəribə görünürdü. Axı, qoca xan niyə bunca 
təlaşa düşsün, niya öz bəzəkli imarətini yetim qıza göstərsin, ondan öz saf 
məhəbbətinin meyvəsi ola bilən övlad, oğul varisi istəsin?! Gör bu zəhrimar 
qocalıq xanı necə də çaşdırıbdır!  Ölüb-getmək, bu qədər mülki-dövləti öz köhnə 
yağısının övladına  qoymaq, xanın beynin necə də yerindən oynadıbdır! Bu hiss 
Məhtabanın həvəsinə düşən xana doğrudan da güc gəlirdi! Elə güc gəlirdi ki, 
qocaya aman-iman vermir, Məhtabanın gözəlliyi ilə birlikdə onun qoca beyninə 
hakim kəsilirdi. Əgər qoca yıxılıb ölsə, oğul varisi olmayan xanın bütün əmlakı 
qız varisinə, düşmən sicillisindən olan nəvələrinə qalacaq,. bir-qədərdən 
nəvələrdən də ana-babalarını unudacaq, xanın mal-mülkü düşmən mal-mülkünə 
qarışacaq, Məmalik ad-sanı itəcəkdir... Pəhləvan Məhəmmədin bikəs qızı 
olmasın, lap üstü unlu bir dəyirmançı  qızı olsun, xana varis gərək idi - oğlan 
varisi!.. Elə  oğlan varisi ki, xanın yurdculu olsun, onun öz sicillisini daşısın, 
dədə-baba düşməninə  dəri diddirməsin... Bu varis gərək Məmalik xanın 
cavanlığından da tikanlı, kəsərli, ötkəm olsun, düşmənə bac verməyən qədim 
xanlıq ocağının tüstüsünü Savalana doğru dik çıxarsın, nəinki atasının mülkünü, 
malını  əlində saxlasın, hətta bu mal-mülkün üstünə  də  gəlsin, böyük hökmran 
olsun. 
  
 
 


________________Milli Kitabxana________________ 
26 
 
 
O mətləb ki, xan cavanlığında düşünməmişdi, indi düşünürdü... Məhtabana 
vurulmağının daxili səbəbini də özünə aydın edirdi. Qoca xan daha tutduğunu 
buraxmayacaqdı. Bir halda ki, Məhtabanın dünya gözəlliyi qocanın ruhunu 
oxşayıb, onu məftun etmişdi, ona cavanlığını da olmasa, az-çox cavanlıq 
hisslərini qaytarmışdı, daha qocanın yuxuları gecə  ərşi-əlayə  çəkilmişdi. 
Məhtaban bir an belə qocanın gözlərindən çəkilib getmir, üryan qız ay nur 
səpələyən göldə üzür, birdən də  əndəruna dönüb, gümüşü fəvvarədə, xanın 
məhrəmi kimi onun gözlərinin qabağında çəkinmədən çimirdi. İki iştiyaq bir-
birinə qarışır, qocanın qətiyyətini artırırdı. Ağsaçlı, ağsaqqallı qoca xan başını 
itirsə də, öz qərarını itirmirdi: 
"Nə Ərmağan?! Hansı Ərmağan xanımla nə məşvərət, nə məsləhət?!". 
Yəqin ki, Ərmağan xanım atasının yersiz iştiyaqına qarşı  şaqqa çəkib 
güləcək, qocanın ağ yunlu başının tamam xarab olduğunu deyəcək, onun 
qayınatası, qırışıq sifətli Həlaku xan da fürsəti fövtə verməyib əlinə şeypur alıb 
var gücü ilə çalacaq, qohumunu oynadıb mozalan tutan dana kimi dingildədəcək, 
az qala ağsaqqal xanı ala-bəzək danaya döndərəcəkdi. Bəlkə  də  Həlaku xan 
girəvəni  əlinə keçirib, qohumunun təamına zəhər də qatıb onun son niyyətini 
pozacaq, onu gözəl-göyçək Məhtabanla gün keçirməkdən, həm də  oğul varisi 
olmaqdan binəsib edəcəkdi!.. 
Yəqin Həlaku xan elə məhz buna görə öz vaxtında axund-üləmanı araya salıb 
Məmalikin yuxuda olduğu bir vaxtında onunla qohum olub ki, işi belə udsun! O, 
bəlkə elə Ərdaha mülkünə yiyələnmək üçün oğlumun adını yaraşdırıb Ərdahan 
qoymuşdu. Bəlkə oğluna ona görə açıq-aydın "Ərdaha" adı qoymayıb ki, birdən 
Məmalik xan düşmənin niyyətini tez başa düşər. "Ərdaha mülkü, Ərdaha 
xanındır!" - deyə tez oyanar, dədə-baba düşməninə qarşı ayıq-sayıq dayanar. 
Hələ  gərək  Ərmağan xanım da heç Həlaku oğlu  Ərdahana  ərə getməyəydi! 
Özü də bir deyil, bir-birinin ardınca Həlaku sicillisinə  mənsub dörd oğul 
doğmayaydı... 
Məmalik xan nəvələrini istəmirdimi? - İstəyirdi! Ancaq Məmalik 
düşündükcə,  əsnəyib oyandıqca, nəvələrinin sicillisi ox olub onun gözlərinə 
batırdı... Axı, bu sicilli düşmən sicillisi idi! Axı, bu sicilli nəinki Məmalik xanla, 
nəinki onun dədə-babası ilə, hətta onun lap qədim əcdadı ilə vuruşmuşdur. Onlar 
qoşunkeşlik edib qanlı döyüşlərə 
  
 
 


Yüklə 2,27 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə