Milli Kitabxana



Yüklə 2,27 Mb.
Pdf görüntüsü
səhifə22/93
tarix28.06.2018
ölçüsü2,27 Mb.
#52385
1   ...   18   19   20   21   22   23   24   25   ...   93

________________Milli Kitabxana________________ 
63 
 
 
sökük komasında rahatlanardı. Əgər Məhtabanın üstü unlu qoca dəyirmançıdan 
uşağı olsaydı, özü doğduğu kimi, özü də  bələyərdi. Özü cır-cındaya bürüb-
büküb, özü döşünə salıb  əmizdirərdi. Məhtabanın özünə qalsaydı, xarici, 
şabalıdısaç mamaça, yaxud dayə nədi, öz uşağını gözündən qırağa qoydu nədi?! 
 
Zəhər şüşəsini hövlündən çalxayıb lampaya çırpıb sındıran, biçarə Xədicənin 
nahaqdan ölümünə bais olan Ərmağan Həlakunu məhkəməyə  çəkən, cəza 
hökmünü özünə oxuyan hakim harada idi? Bəs niyə görünmürdü? Niyə,  əgər 
varsa, bir adil hakim cınqır çıxarıb demir ki, ağayi  Ərşad Həlaku, ay millət 
zabiti, bəkarətinə toxunduqdan sonra, ananla barışmaq naminə hansı haqla 
xadimə Xədicənin olan-qalan nəfəsini də kəsib, onu qətlə çatdırdın, meyitini də 
gecə ikən uzaq bir xəndək altına atıb quyladın? Biçarə  qızcığaz Avropanı 
gözmişdimi? Oradan beş  qızıl çəkisinə  zəhər almışdımı? Yaxud o binəvanın 
zəhərdən xəbər-ətəri vardımı?!. Zəhər  şüşəsinin sınmağında, zəhərin tökülüb 
dağılmağında o kimsəsizin günahı nə idi?.. Görünür, Xədicənin günahı bu idi ki, 
cəmi-cümlətanı üç gün əvvəl  Ərşad xan onun nazikcə biləyindən yapışıb 
çarpayısının üstünə fırlatmışdı, otağının qapısını möhkəmcə bağlayıb, qızcığazın 
ağzını  əli ilə qapamış, bəkarətini zalımcasına pozmuşdu?! Elə buna görə  də 
Ərşad ikitərəfli səy göstərmişdi, üzdə anasına xidmət etmək,  əslində isə öz 
cinayətinin izini itirmək istəmişdi. 
Ərşad xanın mülahizəsincə babası  Məmalik rəiyyət qızının dadına-tamına 
baxmışsa, niyə  nəvəsi baxmasın!  Əgər  Ərşadın Məmalik babası qocaldıqca 
başını itirib, bir kənizi özünə xanım edibsə, daha niyə nəvəsi başını itirib, kənizi 
sağ qoysun ki, sabah gözdən yayınıb, bir guşədə  uşaq doğsun, bələyib balasını 
qucağına alsın, kəndbəkənd,  şəhərbəşəhər  İranı dolaşıb desin ki: - "Bu uşaq 
Həlakudur, buna rəhm edin, bu yazıqcığaza yemək verin, tərəhhümə gəlin, bizi 
xanənizin guşəsində gecələməyə qoyun!". Axı, Məhtaban özü belə acı taleli 
qızlar haqqında az eşitməmişdi.  İndiyə  qədər onu sağ-səlim saxlayan atasının 
zəhmi, atası öləndən sonra Pəhləvan Məhəmmədin sayəsi,  əlinə silah götürən 
fədainin kölgəsi idi! Pəhləvanın kölgəsinin qorxusundan bir kəs Məhtabana 
təcavüz edə bilməmiş, qoluqüvvətli qıza yaxın gələ bilməmişdi. Məhtaban belə 
böyümüşdü!.. Bəlkə Məhtaban ona söz atan Ərdaha cavanlarından 
  
 
 


________________Milli Kitabxana________________ 
64 
 
 
birinin üzünə balaca gülümsəsəydi, qaşqabağını sallayıb palaz-paltarla qıjıltılı 
çaya tərəf enməsəydi, yaxşı idi?!. 
Kaş, Məhtaban qoca xana məhrəm olmaqdan əzəl Quran qəsəmini pozub, daş 
hasarı aşıb, evlərinə qayıdaydı, heç xan xanımı olub öz ürəyini yeyə-yeyə xarici 
xanımla bahəm zər-ziba içində "bəxtəvər" görkəmində dolanmayaydı. İçində ilan 
qıvrılan güllərin arasında gəzməyəydi!.. 
- Yenə nəyin dərdini çəkirsiniz, Məhtaban xanım? 
- Özüm 
də heç bilmirəm, hörmətli həkim! 
- Axır sizə demişəm ki, mən olan yerdə siz heç nəyi özünüzə  dərd 
etməyin! 
Xarici xanım güllükdən qayıdıb xan imarətinə girdi, imarətin daxili səliqə-
səhmanını öz zövqünə uyğun qurmaq məqsədi ilə başladı. 
- Bu 
nədir, niyə özünüzü belə incidirsiniz? - deyə  Məmalik xan çəkinə-
çəkinə soruşunca, xarici xanım çəkinmədən gülə-gülə cavab verdi: 
- Evinizdə Avropa düzəldirəm, xan! 
- Nə Avropa? 
- Avropa, 
Fransa!.. 

Şərqdə, Savalanın ətəyində nə Avropa , nə Fransa, xanım? 
- Mütərəqqi Avropa, Savalanın  ətəyində mütəməddin Fransa! - Xarici 
xanım Məmalik xanın divardan açıb boşaltdığı, qulluqçu-qaravaşlar vasitəsilə 
aşağı zirzəmiyə daşıtdırdığı xalı-xalça yerlərini göstərdi: - Bax, buraya 
Fransadan zövq oxşayan tablolar gətirib asmaq lazımdır! Hələ doğum 
təntənəsindən sonra xanın yataqxanasına da əl 
atacağam, gözəl tablolarla, şəkillərlə Avropa düzəldəcəyəm!.. 
- Nə tablo, necə şəkil, xanım? Bizim evdə necə Avropa düzəldəcəksiniz? 
- Biz 
təcili teleqrafla Parisə sifariş edəcəyik, sizin orada bankda olan 
pulunuzdan tabloların dəyərini ödəyəcəyik! 
-  
Axır necə, nə təhər, xanım? - deyə məəttəl qalan, ancaq əziz qonağının 
xatirinə toxunmaq istəməyən Məmalik xan heyrətlə soruşdu. 
- Düzü, mən xaricdə olanda siz buyuran o tablolara çox baxmışam, ancaq heç 
biri Təbriz xalı-xalçasınca mənə yapışmayıbdır! 
- Üzr 
istəyirəm, Məmalik xan! - deyə xarici xanım  Ərdaha xanının öz 
zamanından necə geri qaldığına pərt oldu. 
Məmalik xan səhvini başa düşüb, tezcə təshih etməyə çalışdı: 
  
 
 
 


________________Milli Kitabxana________________ 
65 
 
 
- Axır siz necə buyurursunuz, xanım?.. Bəlkə bir də diqqətlə dinləyəndə 
xoşumuza gəldi? Mən, zərli çərçivələrin qiyməti barəsində  əsla çənə-çürüklük 
etmək iştiyaqında deyiləm! 
- Mən ən çoxu Avropa səliqə-sahmanını, mədəni üsuli tərzini, bəri başdan 
bizim təvəllüd tapacaq cavan xanın zövqünü nəzərdə tuturam! 
- Necə, necə?! - Məmalik xan mamaçanın işarəsini bilsə  də, məlul-
müşkül dayanan Məhtabanın bulud kimi tutulan qaşqabağını açmaq, xarici 
xanımın yanında yabanı gorünən Məhəmməd yetimçəsinin üzünü balaca da olsa 
güldürmək üçün qəsdən sual verdi. Xarici xanım da öz pərtliyini tezcə bir tərəfə 
atdı, Məmalikdən xeyli qənimət qoparmaq həvəsi ilə cavab verdi: 
- Gələcək xanın,  İranın  ən mədəni,  ən mütərəqqi xanının zövqünü ilk 
ibtidadan nəfis sənət əsərləri ilə tərbiyə etmək üçün mən deyən mədəni, müasir 
səliqə-sahman gərəkdir! 

O xan kim ola? - deyə ərköyün uşaq kimi ağzı açıla qalıb, varies həsrəti 
ilə gülümsəyən Məmalik bilə-bilə yenə xarici xanımdan soruşdu. 
Xarici xanım da bilə-bilə üstünü vurmadı: 
- Bu 
böyük 
xandır! - Utandığından başını gizləməyə yer tapmayan 
Məhtabana nəzər saldı. - Biz bu xanın yolunu səbirsizliklə gözləyirik! Heç 
şübhəsiz ki, mədəni mamaçanın  əli ilə tutulan xanzadənin çox böyük xan 
olacağına ümid edə bilərsiniz! O, yəqin vəzir olacaq, sizin öz ibarənizcə desək, 
sədr-əzəm olacaqdır!.. 
Məmalik xan daba sözü döndərmədi, söhbət ciddi olsun, ya qeyri-ciddi, onun 
qırışıq torbalar içində itən gözlərində sevinc yaşları gəzdi. Bütün bu söz-söhbəti 
özü üçün təhqir sayan Məhtabanın qara kirpiklərində  kədərli gilələr dolandı. 
Qoca  ərlə cavan xanım bir-birinə  nəzər salınca, birdən eyni narahatlıq içinə 
düşdülər, onların hər ikisinin təsəvvüründə köz kimi qızaran, mirqəzəb ruhlu 
Ərmağan görününcə nəfəslərini güclə dərdilər... 
 
12 
 
Məhtaban barhəmlini yerə qoydu. Xarici mamaça körpəni öz qayda-qanunu 
ilə tutdu. Məmalik xanın  əsil arzusunun yerinə yetdiyini, oğlan uşağı 
doğulduğunu görüncə xarici xanım yerdən göyəcən sevindi. O, əndərundan 
gətirdiyi cavan xadiməyə ağ xalat geydirdi, 
  
 
 


Yüklə 2,27 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə