Ministry of education of azerbaijan republic sumgayit state university


Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il



Yüklə 8,73 Mb.
Pdf görüntüsü
səhifə549/579
tarix20.05.2023
ölçüsü8,73 Mb.
#111643
1   ...   545   546   547   548   549   550   551   552   ...   579
magistr2021 3 2

Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il 
460 
yaxud da heç olmamasıdır. Bu problem musiqi tənqidi sahəsinin payına daha çox düşür. Qonşumuz Rusiyada 
da bu problem qismən mövcuddur. Rus musiqişünaslığında araşdırdığımız və istifadə etdiyimiz mənbələrdən 
ən adekvat və gözəl fikrə malik mənbə Tatyana Aleksandrovna Kurışovaya məxsus «Музыкальная 
журналистика и музыкальная критика» adlı kitabıdır. Burada musiqi jurnalistikası, musiqişünaslıq, musiqi 
tənqidi haqqında çox geniş və maraqlı məlumat və faktlar vardır. Lakin bu kitabla qanə olmayıb, musiqi 
tənqidini daha geniş araşdırmaq istəyəndə yenidən əvvəlki problemlər ilə qarşılaşırıq. Məhz buna görə 
Azərbaycan və Rus ədəbiyyatından kənara çıxaraq, xarici mənbələrdə musiqi tənqidi haqqında yazarların 
kitablarını və fikirlərini oxumaq çox qənaətbəxşdir. Bu gün yer kürəsinin digər hissəsində musiqi tənqidi 
sürətlə inkişaf edir. Fikrimcə musiqi haqqında, eləcədə musiqi tənqidi problemlərinə toxunmuş ən gözəl 
əcnəbi yazarlar Richard Middleton, Martin Clayton və Trevor Herbertdir. Bu üç şəxsin 2003-cü ildə dərc 
etdirdikləri «The cultural Study of Music: A critical introduction » musiqi haqqında məqalələri, bu sahə üzrə 
oxunula biləcək ən fundomental kitablardan biridir. Bu kitabda bir çox musiqi ilə bağlı maraqlı faktlara 
aydınlıqlar gətirilib.Kitabda «Musiqi və sosial koteqoriyalar», «Musiqi və meditasiya», «Musiqi və gündəlik 
həyat», «Musiqi, mədəniyyət və kreativlik», «Musiqi və psixologiya», «Musiqi, hermenevtika və tarix», 
«Musiqi, təcrübə və emosiyaların antropologiyası», «Musiqi və market: ekonomistlərin siyasəti» və digər 
başlıqlar altında çox gözəl məqalələr vardır. Burada XXI əsr mövcud problemlərinə toxunulmuş və hamıya 
aydın olacaq dildə yazılmışdır.
MÜASİR AZƏRBAYCAN BƏSTƏKARLARININ YARADICILIĞINDA KLARNET ALƏTİ 
 
İbrahimov H.B. 
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti 
E-mail:
 
huseyn.klarnet@gmail.com
 
 
Azərbaycan Respublikasının professional musiqi təhsilinin formalaşmasında və inkişafında 
Ü.Hacıbəyli və M.Maqomayevin böyük xidmətləri olmuşdur. Ü.Hacıbəyli "Azərbaycanda musiqi maarifçilik 
məsələlərinə dair"(1921) məqaləsində dünya musiqisinin öyrənilməsinin vacibliyini qeyd edirdi. Onun 
fikrincə azərbaycan türkləri Azərbaycan musiqisini, ədəbiyyatını ,incəsənətini öyrənməlidir. Məhz bunun 
nəticəsində yeni biliklər əldə edib, daha böyük dünya görüşünə malik olurlar. Bütün bunlar isə, Azərbaycan 
musiqi mədəniyyətinin inkişafında mühüm rol oynayacaq.
1920-ci ildə Azərbaycanda ilk dəfə simfonik orkestr yaradıldı. Orkestrin dirijoru və rəhbəri 
M.Çernyaxovski idi. O, müxtəlif proqramlara əsaslanan konsertlər üçün başqa şəhərlərdən məşhur 
musiqiçilər və dirijorlar dəvət etmişdir. Bu yaradılmış simfonik orkestrdə müxtəlif alət ifaçıları ilə bərabər 
tanınmış nəfəs alətləri ifaçıları: Q.Mədətov(fleyta), S.Bulatov(trombon), A.Kolponskiy(truba), və 
İ.Fedoroviç fəaliyyət göstərirdi. 
Ü.Hacibəylinin də qeyd etdiyi kimi 1921-ci ildə Azərbaycan Dövlət Konsertvatoriyasının 
yaradılmasının məqsədi, mütəxəssislərin - musiqiçilərin, instrumental ifaçıların, solistlərin, orkestr 
musiqiçilərinin, musiqi müəllimlərinin, opera müğənnilərinin, bəstəkarların yetişdirilməsi və məzun olması 
idi.
Bu məqsədlə konsertvatoriya adlanan musiqi təhsil müəssisəsi təsis edilir ( УГAOP Азерб. ССР ф 
.57, оп.1, xp.21, л.л 223-224 ). İlk illər Azərbaycan Dövlət Konsertvatoriyasında təhsil beş bölmə üzrə 
aparılır: fortepiano, orkestr, nəzəri-bəstəkarlıq, milli alətlər. Orkestr alətləri bölməsinə aşağıdakı alətlər daxil 
idi : fleyta, qoboy, klarnet, faqot, valtorna, truba, trombon və simli alətlər ilə birlikdə.
Bu təhsil ocağının formalaşmasında ilk illərdə dəvət olunmuş pedaqoji heyyət peşəkar ifaçılar və 
pedaqoq musiqiçilər idi: S.L.Britanski (skripka), Y.İ.Eydlin (violin), L.V.Rastropoviç (violençel), 
S.İ.Beroliski (valtorna), V.A.Knyazkov (qoboy), İ.A.Fedoroviç (klarnet), A.P. Kolpinskiy(truba) və s. Bu 
illərdə klarnet sinfi üzrə pedaqoqlar A. Mixailova və İ.A.Fyodoroviç olmuşlar. Musiqi təhsilinin ilk illəri 
yeni yollar və islahatların axtarış illəri olub və bu dövr təşkiletmə adlanır. Qəbul olanlar arasında praktiki 
olaraq klarnet ixtisasına böyük maraq var idi və klarnet sinfi ən çoxsaylı sinif sayılırdı. Həmin uzaq illərin 
statistikasına görə nəfəsli alətlər üzrə təhsil alanların sayı 21 nəfərə qədər artmışdı. 
1922-ci ildə konsertvatoriyanın "Şərq şöbəsi" ayrılaraq texnikuma çevrilmiş və görkəmli pedaqoq 
Səmədağa Vəkilov bu texnikumda klarnet ixtisası və nəzəriyyə fənnləri üzrə dərs deməyə başlamışdır. 20-



Yüklə 8,73 Mb.

Dostları ilə paylaş:
1   ...   545   546   547   548   549   550   551   552   ...   579




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə