Ministry of education of azerbaijan republic sumgayit state university


Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il



Yüklə 8,73 Mb.
Pdf görüntüsü
səhifə550/579
tarix20.05.2023
ölçüsü8,73 Mb.
#111643
1   ...   546   547   548   549   550   551   552   553   ...   579
magistr2021 3 2

Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il 
461 
30-cu illərdə klarnet sinfində təhsil alan Saleh Abduləlimov və Qulu Səmədov gələcəyin pedaqoq-
mütəxəssisləri idilər. 
1940-cı ilin statistikasına görə 2 klarnet ifaçısı Azərbaycan Dövlət Konsertvatoriyasından məzun 
olmuşdur. Yalnız 50-ci illərdə qəbul olanların sayında çətinlik yaranır(yalnız 1 klarnet ifaçısı qəbul 
olunurAzərbaycan Dövlət Konsertvatoriyasında təhsil alan tələbələrdən Qulam Səmədzadə İ.A.Fedoroviçin, 
Zeynal Yəhyayev isə S.N.Kuznetsovun tələbəsi olmuşdur. Q.Səmədzadə konsertvatoriyanı 1940-cı ildə 
bitirmişdir. O, 1933-71-ci illərdə Opera və Balet Teatrının solist klarnet ifaçısı olmuş, 1937-38ci illərdə 
A.Zeynallı adına Musiqi Texnikumunda, 1949-78-ci illərdə Azərbaycan Dövlət Konsertvatoriyasında klarnet 
ixtisası üzrə tədris etmişdir. 
Z.Yəhyayev isə konsertvatoriyanı 1949-cu ildə bitirmişdir. 1950-70-ci illərdə Azərbaycan Dövlət 
simfonik orkestrinin solist-klarnet ifaçısı olmuşdur. 1949-1977-ci illərdə Azərbaycan Dövlət 
Konsertvatoriyasının klarnet sinfində dərs deyib. 60-cı illərin əvvəllərində ən çoxsaylı klarnet siniflərini 
Q.Səmədov və Z.Yahyayev aparmışdır. Pedaqoqlarin çoxu Moskva və Leninqrad konsertvatoriyalarında 
təcrübə keçirdilər.
Q.Səmədovun parlaq tələbələri arasında: İ.Traximoviç- simfonik orkestrin solisti və N.Dadaşov 
Azərbaycan Dövlət Musiqili Komediya teatrının solisti idi.
Dosent Z.Yahyayevin sinfinin məzunu, beynəlxalq müsabiqələr laureatı R.Süleymanov və A.Zeynalli 
adına musiqi texnikumunun aparıcı müəllimi M.Novruzov olmuşdur.
Azərbaycan Xalq Komissarlığı tərəfindən Moskvaya göndərilən və 1928-33-cü illərdə P.İ.Çaykovski 
adına Konservatoriyanın klarnet sinfində təhsil almış və yüksək peşəkar musiqiçi kimi yetişmiş Aslan 
Quliyev 1937-ci ildə Bakıya qayıtmış, Opera və Balet Teatrının simfonik orkestrində solist klarnet ifaçısı 
kimi fəaliyyət göstərmişdir.
Nəfəsli alətlər sinfinin müəllim və tələbələri qədim və müasir musiqi(azərbaycan, xarici və sovet) 
nümunələrini ifa edirlər. Azərbaycan bəstəkarları xüsusi olaraq bu musiqi alətləri üçün maraqlı musiqi 
əsərləri yaradırlar. 
Azərbaycan bəstəkarları klarnet üçün həm solo, duet, ansambl, həm də orkestr ilə birgə ifa edilən, 
maraqlı, rahat fakturalı əsərlər bəstələmişdir. Fikrət Əmirov - "Klarnetlə fortepiano üçün 6 pyes -1)" 
Ballada" 2) "Sevgi rəqsi", 3) "Muğam", 4) "Bəxtəvərlik rəqsi", 5) "Laylay", 6)"Sevgi nəğməsi". 
"Aşıqsayağı", " Rəqs", " Adajio", "Lirik nəğmə". Əziz Əzizov " Skertso", (Bu əsərin ilk ifaçısı F.Məmmədov 
olmuşdur) Şəmsi Kərimov ilk dəfə "Klarnetlə xalq çalğı alətləri orkestri üçün konsert", klarnet üçün 
"Rondo", Tofiq Quliyev "Rəqs ", Əşrəf Abbasov "Melodiya ", Tofiq Bakıxanov " Klarnet və simfonik 
orkestr üçün konsert", Nazim Qəmərlinski "Klarnet və simfonik orkestr üçün konsert" yazmışdır. Cəlal 
Abbasov "5 pyes" ( nəfəs alətləri kvinteti üçün: fleyta, qoboy, klarnet, valtorna, faqot), "Le Revenant" (kişi 
xoru və bas-klarnet üçün, Ş.Bodlerin şeirinə), İsmət Quliyev "Prelud", " Skertso", Nazim Əliverdibəyov
"Elegiya", "Vals", Yaşar İmanov "Lirik pyes" ,Sərdar Fərəcov " 3 pyes ", Yaşar Xəlilov " Klarnet və 
fortepiano üçün " Sonata", Lalə Cəfərova " Sonata", Röya Hüseynova "Trio XX" və s. 
Ş.Kərimovun əsərini ifası üçün dəvət olunmuş ilk klarnet ifaçısı M.Novruzov olmuşdur. Nazim 
Qəmərlinskinin əsəri isə Azərbaycan Teleradio Verlişləri komitəsinin Niyazi adına simfonik orkestri ilə 
1988-ci ilin iyun ayında görkəmli klarnet ifaçısı Fikrət Məmmədovun solistliyi ilə radio üçün lentə 
alınmışdır. Bu əsərin ilk dəfə səslənməsi çox maraqla qarşılanmışdır.
F.Əmirovun "Kürd ovşarı" simfonik muğamının klarnet soloları da 1970-ci illərin sonlarında Fikrət 
Məmmədov ifa etmişdir. Həmin əsər Əli Cavanşirin dirijorluğu ilə Teleradio Verilişləri Komitəsinin 
simfonik orkestri ilə Azərbaycan radiosunun fonetikası üçün yazılmışdır. 
Müxtəlif musiqi üslublarında əsərlər ifa edən yeni nəsil Azərbaycan professional klarnet ifaçılarından 
Şükür Səmədov, Anar Məmmədov, Emil Bağırov, Səddam Novruzbəyov, Əziz Qarayusifli, Nizami 
Zeynalovun adlarını qeyd edə bilərik. Yeni əsərlərin yaranması, repertuarın yenilənməsi istedadlı klarnet 
ifaçılarının üzə çıxmasına səbəb olmuşdur. Bu əsərlərin sırasında Azər Dadaşovun Elxan Babayevə həsr 
etdiyi klarnet üçün sonatası, Əziz Əzizlinin skertsosu, Müşfiq Qəmbərlinin sonatinası, Rüfət Ramazanovun 
"Tənha" adlı solo klarnet üçün miniatürünü qeyd edə bilərik ( bu miniatür 2002-ci ildə yazılıb, ilk dəfə əsəri 
2007-ci ildə " Kapelhaus" Azərbaycan Alman Mədəniyyət Mərkəzində klarnet ifaçısı Nizami Zeynalov ifa 
etmişdir). Azər Hacıələsgərli klarnet və fortepiano üçün "Sonata" bəstələmişdir(2010). Həmin ildə klarnet və 
fortepiano üçün yazılmış əsərlərdən biri də Fərid Fətullayevin "Ayın qarşısında keçən bulud karvanı" 
əsəridir. Sara A. Dilruba fleyta və klarnet üçün 3 hissəli Sonatina yazmışdır. Rüfət Xəlilovun- klarnet və 
fortepiano üçün "Sədr üçün matəm havaları" (2014), İlham Azmanlının klarnet və fortepiano üçün 



Yüklə 8,73 Mb.

Dostları ilə paylaş:
1   ...   546   547   548   549   550   551   552   553   ...   579




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə