Ministry of education of azerbaijan republic sumgayit state university


Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il



Yüklə 8,73 Mb.
Pdf görüntüsü
səhifə558/579
tarix20.05.2023
ölçüsü8,73 Mb.
#111643
1   ...   554   555   556   557   558   559   560   561   ...   579
magistr2021 3 2

Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il 
467 
onlar üçün çox faydalı olacaqdır. Onların gördükləri iş Azərbaycan mədəniyyətinin nə qədər zəngin 
olduğunu göstərə-cəkdir”. 
“Bəli bu gün demək olar ki, Bəhruz Kəngərlinin əsərləri Azərbaycanın rəssamlıq sənətinin, mədəniy-
yətinin ən görkəmli nümunələrindəndir. Biz bununla fəxr etməliyik. Fəxr etməliyik ki, Azərbaycan xalqının 
belə böyük istedada malik insanları olubdur”. 
Muzey ilkin olaraq 200-ə yaxın eksponatla fəaliyyətə başlamışdır. Əl əməyi ilə möcüzələr yaradan 
rəssamın xatirəsinin əbədiləşdirilməsi üçün təşkil edilən muzeyin açılışından sonra Bəhruz bəy Kəngərlinin 
əsərlərinin və rəssama aid olan əşyaların toplanması işinə başlanılmış prosesin sürətləndirilməsi yolunda 
müəyyən addımlar atılmışdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov “Görkəmli rəssam Bəhruz 
Kəngərlinin 120 illik yubileyinin keçirilməsi haqqında” 2012-ci il 12 yanvar tarixli Sərəncam imzalamışdır . 
Sərəncamdan irəli gələn məsələləri təmin etmək üçün Naxçıvan Muxtar Respublikası Ali Məclisində 
Tədbirlər Planı hazırlanaraq həyata keçirilmişdir.Tədbirlər Planına əsasən Muxtar res-publikada dünya 
şöhrətli rəssamın 120 illik yubileyi geniş şəkildə qeyd olunmuşdur. Bəhruz Kəngərlinin 120 illik yubileyi ilə 
əlaqədar olaraq, görkəmli rəssamın əsərlərinin tam külliyyatından ibarət albom-kataloq ha-zırlanmış, poçt 
markası və xüsusi zərf buraxılmış, rəssama aid sənədli film hazırlanmışdır. Həmin qərara əsasən Bəhruz 
Kəngərli Muzeyinin Naxçıvan şəhərindəki Atatürk küçəsi 17-də yerləşən ikimərtəbəli binası əsaslı şəkildə 
təmir edilmiş yenidən ziyarətçilərin ixtiyarına verilmişdir. Rəssamın adını daşıyan mədəniyyət müəssisəsində
2013-cü il iyunun 24-də yenidənqurmadan sonra açılış mərasimi təşkil edilmiş, Ali Məclisin Sədri cənab 
Vasif Talıbov tədbirdə iştirak etmiş və nitq söyləmişdir. 
“Bəhruz Kəngərli Muzeyinin yerləşdiyi binanın yenidən qurularaq istifadəyə verilməsi mühüm 
əhəmiyyət daşıyır. Ona görə ki, Azərbaycan realist rəssamlığının banisi olan Bəhruz Kəngərli vətənpərvər bir 
rəssam olmuşdur. Bəhruz Kəngərli yaşadığı torpağı sevən, onun təbiətinə vurğun bir insan idi. Onun əsərlə-
rində təbiət, tarixi abidələr və vətənpərvərlik mövzusu qırmızı xətlə keçir. Bəhruz Kəngərli eyni zamanda 
insanpərvər bir rəssam idi. O, öz dövrünün görkəmli şəxslərinin rəsmlərini çəkmiş, portret janrında dəyərli 
əsərlər yaratmışdır. Bəhruz Kəngərli xalqını sevən bir rəssam idi. O, əsərlərində xalqımızın tarixini və 
dövrün ictimai-siyasi hadisələrini dolğun əks etdirən bir sənətkar kimi yüksək qiymətə layiqdir. Xalqımızın 
başına gətirilən müsibətləri, ermənilər tərəfindən doğma yurdundan zorla qovulmuş azərbaycanlı qaçqınların 
taleyini əks etdirən “Qaçqınlar” silsiləsinə daxil olan əsərləri Azərbaycan tarixinin, xalqımızın dəyərli nümu-
nələridir. Bəhruz Kəngərli əsərlərində tarixi mövzulara geniş yer vermişdir. O, muxtar respublika ərazisində-
ki tarixi abidələrin rəsmlərini çəkmişdir. Eyni zamanda rəssam öz əsərlərində erməni vəhşiliyi nəticəsində 
dağıdılan və ya bu günə gəlib çatmayan bir sıra tarixi abidələrin rəsmlərini də əks etdirmişdir”. 
Hal-hazırda Bəhruz Kəngərlinin ev Muzeyi kimi fəaliyyət göstərən bina bir neçə tarixi missiyanı üst-
lənmişdir. Belə ki, bu bina XIX əsrin sonlarında Qızlar Məktəbi, sonrakı dövrlərdə pedaqoji texnikum və 
tibb məktəbi kimi fəaliyyət göstərmişdir. Ümummilli lider Heydər Əliyev 1938-1939-cu illərdə burada yerlə-
şən Pedaqoji Texnikumda təhsil almış, texnikumu əla qiymətlərlə bitirmişdir. Ulu öndərin həmişəyaşar xati-
rsini əbədiləşdirmək üçün binaya xatirə lövhəsi vurulmuş və burada onun xatirə otağı yaradılmışdır. Muzeyin 
binası 2 mərtəbədən ibarət olub, birinci mərtəbəsində 2 iş otağı, fond və 4 ekspozisiya zalı vardır. İkinci mər-
təbədə isə 4 ekspozisiya zalı və Ulu öndər Heydər Əliyevə aid xatirə otağı yerləşir. 
Muzeyin ekspozisiya zallarından biri böyük şəxsiyyət, ümummilli liderimiz Heydər Əliyevə həsr 
olunub. Vaxtilə muzey binasında fəaliyyət göstərmiş Naxçıvan Pedaqoji Texnikumunun Heydər Əliyevin 
təhsil aldığı illərə dair sənədləri, ulu öndərin gənclik fotoşəkilləri, fəaliyyəti haqqında yazılmış kitablar mu-
zeyin fondunu daha da zənginləşdirir.
Muzeydə nümayiş olunan heykəl, görkəmli heykəltəraş Ömər Eldarovun yetirməsi Rahib Qarayev 
tərəfindən gipsdən hazırlanmışdır, dəyərli eksponatlardan biridir. Bu heykəlin digər bir nümunəsi də muze-
yin qarşısında yerləşən Bəhruz Kəngərli adına Rəssamlar Parkında nümayiş olunur. 
Hal-hazırda muzeyin fondunda 1300-ə yaxın eksponat vardır ki, onlardan 61 ədədi rəssamın 
firçasından çıxmış orijinal sənət əsərləridir. Muzeydə qorunub saxlanılan əşyalar içərisində rəssamın həyat 
və fəaliyyətini əks etdirən müxtəlif sənədlər, özünün və ailə üzvlərinin istifadə etdiyi məişət əşyaları, yaxın 
qohumlarının fotoşəkilləri, rəssamın çəkdiyi əsərlər mühüm yer tutur. Görkəmli rəssamın anadan olmasının 
120 illik yubileyi münasibətilə buraxılmış albom-katoloqlar, poçt markası və xüsusi zərflər, kitablar, qəzet-
jurnal materialları, teatr sahəsinə aid sənədlərin foto-surətləri, şəkillər də fondun tərkibinə daxildir. Müxtəlif 
zamanlarda Azərbaycanın və onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının istedadlı 



Yüklə 8,73 Mb.

Dostları ilə paylaş:
1   ...   554   555   556   557   558   559   560   561   ...   579




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə