Ministry of education of azerbaijan republic sumgayit state university



Yüklə 8,73 Mb.
Pdf görüntüsü
səhifə554/579
tarix20.05.2023
ölçüsü8,73 Mb.
#111643
1   ...   550   551   552   553   554   555   556   557   ...   579
magistr2021 3 2

MAESTRO NİYAZİ 
 
Orucova İ.R. 
NaxcıvanDövlətUniversiteti 
E-mail:
 
Orucovailkanə0@gmail.com 
Azərbaycan musiqi sənətini görkəmli nümayəndəsi Niyazinin dərin, orijinal yaradıcılığı təkcə bizim 
ölkədə deyil,onun hüdudlarından kənarda da böyük müvəfəqiyyət qazanmışdır. Niyazinin yaradıcılıq yolu 
professional musiqimizin banisi, dahi bəstəkarımız Üzeyir Hacıbəylinin adı ilə bağlıdır. Musiqi 
mədəniyyətimizin beşiyi- gözəl Şuşada böyüyən, bu qədim şəhərin əsrarəngiz təbiətinə hələ uşaqlıqdan 
məftun olan incə ruhlu Niyazinin zərif istedadının şaxələnib qol-qanad açmasında Üzeyir Hacıbəylinin 
xidməti böyükdür. Tükənməz yaradıcılıq və təşkilatçılıq qabiliyyətinə malik olan Niyazi bəstəkarlıq və 
dirijorluq sənətinin zirvələrini fəth etmiş, özünün yorulmaq bilməyən bütün fəaliyyəti ilə Azərbaycan musiqi 
mədəniyyətinin tərəqqisinə kömək etmiş, haqli olaraq dünya şöhrəti qazanmışdır. 
Niyazinin yaradıcılıq yolunun başlanğıcı Azərbaycan professional musiqisinin möhkəmləndiyi və 
özünü təsdiq etdiyi çətin illərə - 30-cu illərə təsadüf edir. Niyazi istedadının böyüklüyü, məhsuldarlığı və 
əsas əhəmiyyəti – onun gözəl dirijorluq sənətində daha bariz üzə çıxmışdır. Niyazinin dirijorluq sənətində 
böyük mədəniyyət, yüksək erudisiya və yenilməz bədii iradə üzvi vəhdətdə idi. Klassik və müasir 
partituralara verdiyi təsvir əsərlərin ideya-emosional məzmununu onun incəliklərinə qədər dərk etmək və 
dərindən açmaq qabiliyyəti ilə, qeyri-adi təsir qüvvəsi ilə fərqlənirdi. Azərbaycan bəstəkarlıq məktəbi 
naliyyətlərinin təbliği Niyazi yaradıcılığının ana xəttini təşkil edir. O, Azərbaycan bəstəkarlarının, demək 
olar bütün simfonik əsərlərinin, opera, balet və kantata-oratoriya əsərlərinin ilk təfsirçisi və ifaçısı olmuşdur. 
Üzeyir Hacıbəylinin, Qara Qarayevin, Fikrət Əmirovun vəb. bəstəkarların əsərləri Niyazinin parlaq və 
orijinal təfsirində Azərbaycan musiqi mədəniyyətinin qızıl fonduna daxil olmuş, ölkəmizdə və xaricdə 
ictimaiyyətin dərin rəğbətini qazanmışdır. Niyazinin dirijorluq fəaliyyəti geniş və çoxcəhətli olmuşdur. O, 
rus, xarici bəstəkarların o cümlədən Bethoven, Çaykovski, Prokofyev, Şostakoviç və başqa bəstəkarların 
yaradıcılığına müraciət etmişdir. 
Niyazi elə dirijordur ki, onun sənətində “görmək və eşitmək bacarığı”, “alətlərin kompozisiyasını, xarakterini 
və həcmini bilmək ” və ən başlıcası “xüsusi istedad” kimi mühüm komponentlər birləşmişdir; o, “partitura 
çalınanadək onu özündə daxilən intonasiya edən və orkestrin məşqindən əvvəl məşqin özündə real surətdə nə 
eşidəcəyini dəqiq bilən” və buna görə də “musiqini yaradıcı fikrin bəhrəsi kimi hasil edən” dirijordur; 



Yüklə 8,73 Mb.

Dostları ilə paylaş:
1   ...   550   551   552   553   554   555   556   557   ...   579




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə