Ministry of education of azerbaijan republic sumgayit state university


Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il



Yüklə 8,73 Mb.
Pdf görüntüsü
səhifə551/579
tarix20.05.2023
ölçüsü8,73 Mb.
#111643
1   ...   547   548   549   550   551   552   553   554   ...   579
magistr2021 3 2

Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il 
462 
"Baxiana-Bakiyana" (ilk ifa Kirxa,2014). Məmməd Cəfərovun klarnet inB üçün solo "Muğamsayağı" (2014) 
əsərlərini göstərə bilərik. Aliyə Məmmədovanın klarnet və piano üçün "Sonata" (ilk ifa ABİ-nin Ü.Hacibəyli 
adina Konsert salonu 2017), Nərmin Nağıyeva "Hər tərəfdən" klarnet və fortepiano üçün pyes( ilk ifa 
ABİ,2015) Pikə Talibli-Axundova klarnet, violonçel və fortepiano üçün trio bəstələmişdir. Son illərdə 
klarnet üçün maraqlı səpgidə yazılan əsərlər sırasında Xədicə Zeynalova "the Rise of Phönix"- fleyta, 
klarnet, zərb alətləri, arfa, skripka, viola üçün septet qeyd edə bilərik. Əsərin ilk ifası 2016-cı ildə Hörfest 
festivalında olmuşdur. Müasir bəstəkarlarımızdan Rəhilə Həsənova klarnet üçün "Sonata" və Rüfət 
Ramazanov "Klarnet üçün solo" yazmışlar. Hər iki bəstəkar əsərlərini görkəmli klarnet ifaçısı Nizami 
Zeynalova həsr etmişdir.Son illərdə gənc bəstəkarlardan Aydan Əliyevanın 2019-cu ildə, Bakı musiqi 
akademiyasında keçirilən, İ. Nəsimi ilinə həsr olunmuş festivala klarnet, fleyta, viola, çello, double bass və 
vokalistdən ibarət olan "Kvinte tərkibi üçün romans" və Ümidə Fətəliyevanın klarnet və fortepiano üçün 
"Suita"sını göstərmək olar. 
Aşağıda göstərilən müəlliflərin əsərlərində isə solo klarnet ifaları istifadə olunmuşdur. 
Ü.Hacıbəyli : ilk klassik Azərbaycan operası olan "Koroğlu", "Sənsiz" və " Sevgili canan", romansları, 
Q.Qarayev: " Yeddi gözəl", " İldırımlı yollarla" baletləri, " Don Kixot", simfonik qravürlər, " Alban 
rapsodiyası ", "Alban rapsodiyası", F.Əmirov "Sevil operası", "Min bir gecə" baleti, "Kürd ovşarı", "Şur", 
"Gülüstani Bayatı Şiraz" simfonik muğamları və s.
RAXMANİNOVUN SONATA YARADICILIĞI 
 
İsmayilxanli R.R. 
Naxçıvan Dövlət Universiteti 
E-mail:
 
rovsaneismayilxanli@gmail.com
 
Dahi bəstəkar, pianoçu və dirijor Sergey Vasilyeviç Raxmaninov (1873-1943) həyat və yaradıcılıq 
yolunu Rusiyada başlamış, ABŞ-da başa vurmuşdur. 1918-ci ildə artıq tanınmış bəstəkar, Oktyabr 
inqilabının ideyaları ilə razı olmadığına görə Vətənini əbədi tərk etməli olur. Lakin Raxmaninov Rusiyanın 
ruhunu, doğma rus musiqisinin təravətini sanki özü ilə okeanın o tayına aparır və mühacirətdə yaratdığı 
əsərlərinə aşılayır. Hətta, Raxmaninovu çox vaxt «gecikmiş romantik» adlandırırlar. Doğrudan da, müasir 
musiqinin ən radikal yeniləşmə meyllərindən tamamilə uzaq olan bəstəkar əsərlərində daha çox romantik 
dövrdən miras qalan ifadə vasitələrinə istinad edir. Raxmaninov musiqisinin həyəcanlı, səmimi xarakteri də 
onun romantik əhval-ruhiyyəsindən doğur. 
Raxmaninov dünya musiqisinin ən gözəl lirik bəstəkarlarındandır. Yaratdığı işıqlı, nikbin və ya çılğın, 
dramatik, hətta faciəvi obrazlar insan qəlbinin ən incə tellərinə toxunur. Raxmaninov rus təbiətinin, rus 
tarixinin gözəl tərənnümçüsüdür. Eyni zamanda, onun əsərlərində Şərq obrazları da geniş yer tutur. Belə ki 
yaradıcılıq irsinə fortepiano və orkestr üçün 3 Konsert, violonçel və fortepiano üçün 2 pyes, fortepiano üçün 
pyes – fantaziya, Romanslar, 2 fortepiano üçün süita, “Ytes” simfonik fantaziya, Eleqik trio, Qaraçı 
kapriççiosu, 3 Simfoniya, “Ostrov mertvıx” simfonik poema, Etüd –şəkillər, Poema “Kolokola”, simfonik 
rəqslər və b. əsərlər daxildir. 
Raxmaninovun ikinci fortepiano sonatası si bemol minor op.36, bu janrların əvvəlki əsərlərindəki kimi 
genişliyi, monumental miqyası və möhtəşəm konsert təqdimatı ilə diqqət çəkir. Bəstəkar burada ənənəvi 
lirik, dramatik, romantik sonata üslubu ilə davam edir, lakin bununla bərabər yəni sonata formalarından da 
istifadə edir. Hansı ki, XX əsrdə başlayan rus musiqi ilə xarakterizə olunub. Bütünlük yaratmaq prinsipində, 
tematik inkişaf metodlarında və musiqi mənəviyyatının xarakterində müəyyən dərəcədə Medtnerə yaxınlaşır. 
İlk sonata proqramların niyyəti Raxmaninovu tematik zənginliyə sövq etsə də ziddiyyət kəskinləşir və o 
vahid obrazlılığa nail olmağa çalışır, bütün elementlərin əlaqəsini yaxınlaşdırır. Sonatadan ibarət olan 3 hissə 
yalnız tematik əlaqə ilə deyil, həm də musiqi inkişafının davamlılığı ilə birləşdirilir ki, bu ona bir silsiləli 
dövr formasını verir. Musiqinin ümumi quruluşu emosional və acınacaqlıdır, ancaq bəzən müəyyən bir 
emosionallıqla davam edir. Sonata qısa, aforik hissəylə başlayır, qətiyyətli və imperativ səslənir. Bu girişdən 
sonra birinci hissədə əsas partiya və ondan irəli gələn bir sıra tematik hisslər izləyir. Narahat üçlüklər ritmik 
fonu təşkil edir, əsas partiya dağılır. Bu ritm ikinci hissədə səslənir, xəyallara dalan bir şəkildə bəzədilmişdir, 
hamar və ölçülü şəkildə işıqlandırılmışdır. Musiqi parçasının inkişafında üçlü intonasiya giriş ifadəsi hiss 



Yüklə 8,73 Mb.

Dostları ilə paylaş:
1   ...   547   548   549   550   551   552   553   554   ...   579




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə