Ministry of education of azerbaijan republic sumgayit state university


Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il



Yüklə 8,73 Mb.
Pdf görüntüsü
səhifə553/579
tarix20.05.2023
ölçüsü8,73 Mb.
#111643
1   ...   549   550   551   552   553   554   555   556   ...   579
magistr2021 3 2

Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il 
464 
bununla əlaqədar olaraq iki musiqi obrazlarının qarşı-qarşıya qoyulması nəzərə çarpır. Geniş mənalı və aydın 
harmoniyalı məhəbbət obrazı ilə bağlı olan musiqiyə qarşı kontrast qüvvənin qəddar, kəskin dissonanslı 
musiqi ifa olunur. D.Şostakoviç yazırdı: "Arif Məlikov istedadlı bəstəkardır, onun musiqisi əsl peşəkar 
musiqidir. Partituranın dərin musiqi dramaturgiyası, onun daxili inkşafı, qəhrəmanların musiqi səciyyələrinin 
dəqiqliyi və ifadəliyi, orkestrovkada nadir ustalıq, onun xüsusi rəngarəngliyi, çoxlu tapıntılar bu gözəl 
musiqi əsərini böyük maraqla dinləməyi məcbur edir.
80-ci illərdə bəstəkar N.Hikmətin şeirləri əsasında ikinci vokal silsilə yaranır. 80-ci illərdə solo 
skripka üçün sonata, iki f-no üçün skertso əsərləri meydana gəlir. AMəlikovun yaradıcılığına onun 
kinofilmlərə və teatr tamaşalarına yazdığı musiqi də mühüm yer tutur. Onun “Sehirli xalat”, “Ulduzlar 
sönmür”, “Rüstəm və Söhrab”, “Axırıncı aşırım” kimi filmlərə, “Nətavan”, “Atabəylər” tamaşasına, 5 
seriyalı “Şahnamə” filminş yazdığı musiqi bu film və tamaşaların müvəffəqiyyətini təmin etmişdir. Arif 
Məlikov Azərbaycan Mədəniyyəti tarixinin yetirdiyi sanatkârlar nəslinin parlaq, yaradıcılıq ənənələrini 
ləyaqətlə davam etdirmiş və milli musiqi salnaməsinə yeni səhifələr yazmışdır. Bəstəkarın musiqi 
mədəniyyətimizin çoxəsrlik tarixə malik bünövrəsi zəminində və müasir kompozisiya texnikasını mükəmməl 
mənimsəyib yüksək professionallıqla yaratdığı simfoniya, balet, operetta, kantata, vokal, kamera və 
instrumental əsərlər misilsiz sənət nümunələri olaraq Azərbaycan musiqi xəzinəsinin qiymətli inciləri 
sırasında özünə həmişəlik yer tutmuşdur. Onun kino və dram tamaşalarına yazdığı musiqi, eləcə də romans 
və mahnıları məşhur sənətkarların ifasında səslənərək geniş populyarlıq qazanmışdır. Arif Məlikovun bəşəri 
idealları özündə dolğun əks etdirən əsərləri ölkəmizin hüdudlarından kənarda bu gün də uğurla 
səsləndirilməkdədir. “Məhəbbət əfsanəsi” baletinin isə dünyanın tanınmış teatr səhnələrində yarım əsrdən 
artıq bir dövrdə tamaşaya qoyulması musiqi mədəniyyətimizin möhtəşəm nailiyyətlərindəndir.

Yüklə 8,73 Mb.

Dostları ilə paylaş:
1   ...   549   550   551   552   553   554   555   556   ...   579




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə