Ministry of education of azerbaijan republic sumgayit state university


BƏSTƏKAR CÖVDƏT HACIYEVİN SİMFONİK TƏFƏKKÜRÜ



Yüklə 8,73 Mb.
Pdf görüntüsü
səhifə556/579
tarix20.05.2023
ölçüsü8,73 Mb.
#111643
1   ...   552   553   554   555   556   557   558   559   ...   579
magistr2021 3 2

BƏSTƏKAR CÖVDƏT HACIYEVİN SİMFONİK TƏFƏKKÜRÜ 
 
Özdəmir D.H

Naxçıvan Dövlət Universiteti 
E-mail:
 
ozdemirdogan760@gmail.com 
Azərbaycan musiqi mədəniyyəti tarixində zəngin yaradıcılıq təxəyyülü, geniş bəstəkarlıq texnikası ilə 
orijinal əsərlər yaradan bəstəkarlardan biri də Cövdət Hacıyevdir. Milli musiqi ənənələrindən məharətlə 
bəhrələnərək mürəkkəb psixoloji amilləri özündə ehtiva edən, eyni zamanda həyatın müxtəlif sahələrini, 
müasiri olduğu zamanın gerçəkliklərini əks etdirən maraqlı əsərlərin müəllifi olan Cövdət Hacıyev ən çox 
simfoniya janrına müraciət etmiş, bu janrda əhəmiyyətli əsərlər yazmaqla yanaşı, simfonik təfəkkürün 
inkişaf perpektivlərinin sərhəddini genişləndirən məktəbin yaradıcılarından olmuşdur. Bəstəkarın hər bir 
simfonik əsəri onun həyat və onun gerçəklikləri haqqında subyektiv fikirlərinin toplusudur desək, əsla 
yanılmarıq. Onun simfonik janrda yaratdığı zəngin obrazlar sferası fərdiliyi, özünəməxsus inkişaf prinsipi ilə 
diqqəti cəlb edir. C.Hacıyev azərbaycançılıq mövqeyindən, milli vətəndaşlıq prizmasından çıxış edərək 
dünya klassik musiqisində simfoniya kimi mürəkkəb bir janrda milli xüsusiyyətlərlə klassik prinsipləri 
uzlaşdırmağı bacarmışdır. 
Bəstəkar Azərbaycan xalq musiqisi, muğam biliklərinə dərindən yiyələnməklə yanaşı, klassik Avropa 
simfonik musiqisinin nailiyyətlərinə yaxından bələd olmuş, D.Şostakoviçin rəhbərliyi altında rus klassik 
simfoniyalarının mahiyyətini özü üçün aşkarlamışdır. Bütün bu biliklərdən ortaq mənbə kimi istifadə etməyi 
bacaran C. Hacıyev simfonik musiqini yaradıcılığının özəyinə çevirmiş və bu janrda əzəmətli sənət 
nümunələri yaratmışdır. 
C.Hacıyev simfonizmi obrazlarının dərin psixoloji fikir yönümü, musiqi inkişafının gərgin 
dramatizmi, melodikasının geniş epikliyi ilə fərqlənir. Bəstəkar insan obrazını əsərlərində böyük məhəbbətlə, 



Yüklə 8,73 Mb.

Dostları ilə paylaş:
1   ...   552   553   554   555   556   557   558   559   ...   579




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə