Ministry of education of azerbaijan republic sumgayit state university


Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il



Yüklə 8,73 Mb.
Pdf görüntüsü
səhifə564/579
tarix20.05.2023
ölçüsü8,73 Mb.
#111643
1   ...   560   561   562   563   564   565   566   567   ...   579
magistr2021 3 2

Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il 
472 
etdirir. Uşaqların yuxu və xəyal dünyasını açmaq üçün bəstəkar dəqiq və zəngin ifadə vasitələri tapır. Balet 
iki pərdəlidir. “Qozsındıran” baleti — P.Çaykovskinin uşaqlar üçün yazılmış ən gözəl əsəridir. Baletin 
musiqisi yalnız tamaşa zamanı eşidilmir. Bu baletin bir neçə nömrəsindən ibarət süita simfonik konsertlərdə 
tez-tez ifa olunur. Bu süitanın fortepiano üçün M.Pletnyovun konsert köçürməsi mövcuddur.
Balet janrı sonrakı inkişafını S.Prokofyevin yaradıcılığında tapır. S.Prokofyevin yaradıcılığında balet 
janrı əhəmiyyətli yer tutur. Bu sahədə bəstəkar bir tərəfdən rus baleti, Çaykovski ənənələrini davam etdirmiş, 
digər tərəfdən isə baletin musiqi dramaturgiyasına yeni prinsip və üsullar tətbiq edərək islahatçı kimi çıxış 
etmiş və bu janrın klassik nümunələrini yaratmışdır. XX əsr bəstəkarı olaraq, öz dövrünün mövqeyindən 
çıxış edən S.Prokofyev baletə gətirdiyi yeniliklərdə öz sələfləri olan görkəmli rus bəstəkarlarının bu janrda 
əldə etdikləri nailiyyətlərə arxalanırdı.
S.Prokofyevin balet teatrına gətirdiyi yeniliklər Azərbaycan baletinin inkişafında da müstəsna rol 
oynamışdır. Azərbaycan xalqı bədii yaradıcılığın müxtəlif sahələrində, həmçinin musiqi sənətində yüksək 
səviyyəli maddi və mənəvi dəyərlərlə zəngindir. 30-cu illərin axırlarına yaxın Azərbaycan musiqi incəsənəti 
üçün yeni janrın –milli baletin yaradılması üçün gözəl şərait yarandı. Azərbaycan balet teatrı şərəfli bir 
inkişaf yolu keçmiş və qısa bir zamanda əldə etdiyi yüksək nailiyyətləri ilə dünya balet musiqisinin 
əhəmiyyətli bir qoluna çevrilmişdir. 
Azərbaycan musiqisində ilk dəfə balet janrına Əfrasiyab Bədəlbəyli müraciət etmişdir. Azərbaycan 
balet teatrı şərəfli bir inkişaf yolu keçmiş və qısa bir zamanda əldə etdiyi yüksək nailiyyətləri ilə dünya balet 
musiqisinin əhəmiyyətli bir qoluna çevrilmişdir. Azərbaycan baletinin təşəkkülü və inkişafı üçün dünya və o 
cümlədən rus balet teatrının müstəsna əhəmiyyətini Ə.Bədəlbəyli də xüsusi qeyd edird. İlk milli balet 
müəllifi kimi işə başlayan zaman o , öz qarşısında duran bədii vəzifənin məsuliyyətini yaxşı dərk edir və 
bunların mürəkkəbliyini də aydın görürdü. 1940-cı ildə o, Azərbaycanda ilk, "Qız qalası" baletini yazmışdır. 
Milli musiqi sənəti üçün mərhələ xarakterli bu hadisədə mədəniyyətdə aparılan bədii axtarışlar özünü parlaq 
ifadə etmişdir. Əsərin spesifikasını əfasnəyə arxalanan klassik ədəbiyyat nümunəsi və xalqın rəqs formaları 
müəyyən etmişdir. “Qız qalası” baleti bu gün də Azərbaycan mədəniyyətinin inciləri sırasında öz layiqli 
yerini tutur.
Azərbaycan milli balet sənətində müasir mövzunun ilk dəfə işiqlandırılmasında S.Hacıbəyovun böyük 
xidməti olmuşdur. “Gülşən” musiqi-xoreoqrafik janr vasitəsilə müasir gərçəkliyin, həqiqi təsvirin 
qanunauyğunluğunu bir daha sübut edir. Azərbaycanda balet incəsənətinin formalaşmasında ”Gülşən” baleti 
mühüm rol oynamışdır. Müasir mövzuya həsr olunmuş bu əsərdə insanların qarşılıqlı münasibətlərinə, əxlaqi 
keyfiyyətlərinə, estetik mövzulara toxunulmuşdur. Baletin musiqili səhnə kompozisiyası aydın və lakonikdir. 
Sevgi və məişət səhnələri ilə əmək mövzuları ayrılmaz vəhdətdə verilir. Q.Qarayev bütün yaradıcılığı boyu 
digər milli mövzulara maraq göstərmiş ilk Azərbaycan bəstəkarıdır .O, digər xalqların musiqi folkloruna 
müraciət etdikdə də milli musiqidə olduğu kimi, sintezləşmədən istifadə edir.Q.Qarayevin ən vacib 
mövzulara, kəskin həyati konfliktlərə həsr olunmuş, yüksək idealları, insan mənəviyyatının zənginliyini və 
gözəlliyini, hisslərin poeziyasını tərənnüm edən baletləri insanpərvərlik ruhu ilə doludur. Bu da özünü 
“Yeddi gözəl” və “Ildırımlı yollarla” baletlərində aydın şəkildə göstərir. 



Yüklə 8,73 Mb.

Dostları ilə paylaş:
1   ...   560   561   562   563   564   565   566   567   ...   579




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə