Ministry of education of azerbaijan republic sumgayit state university


BALETİN KEÇDİYİ TARİXİ İNKİŞAF YOLU



Yüklə 8,73 Mb.
Pdf görüntüsü
səhifə563/579
tarix20.05.2023
ölçüsü8,73 Mb.
#111643
1   ...   559   560   561   562   563   564   565   566   ...   579
magistr2021 3 2

BALETİN KEÇDİYİ TARİXİ İNKİŞAF YOLU 
 
Sadıqlı İ.Y.
 
Naxçıvan Dövlət Universteti 
E-mail:
 
sadiqli.inci
@
mail.ru 
Balet – musiqi, rəqs və səhnə hərəkətini cəmləşdirən musiqili teatr əsəridir. Rəqs tamaşaları hələ 
qədim zamanlardan bəri (Misir, Hindistan, Çin) mövcud idi. O, uzun müddət musiqi ilə vəhdətdə 
olmuşdur. Müasir Avropa baleti İntibah dövründə İtaliya və Avropada yaranmışdır. Müstəqil janr kimi balet 
18-ci əsrdə formalaşmışdır. Baletdə rəqs vasitəsilə açılan müəyyən bir süjet vardır. Baletdə musiqi və 
rəqslərdən başqa, pantomima jestlər və mimikadan ibarət olan lal aktyor oyunu böyük rol oynayır. Solo 
rəqslər - variasiya və adajio adlanır, həmçinin, bu nömrələr ansambl rəqslərində də ola bilər. Solistlərlə 
yanaşı, səhnə əsərində kütləvi səhnələr yaradan kordebalet də iştirk edir. XIX əsrdə balet sənətində üç 
istiqamət mövcud idi: italyan, fransız və rus məktəbləri. O zaman fransız baletləri, ilk növbədə, A.Adan 
və L.Delibin baletləri ən böyük bədii dəyərə malik idi. Rus baletinin çiçəklənmə dövrü isə XIX əsrin 
əvvəllərinə təsadüf edir. P.Çaykovskini, haqlı olaraq, rus baletinin islahatçısı adlandırmaq olar. Onun 
novatorluğu baletin simfonikləşdirilməsində özünü büruzə verdi. Bəstəkar partituranı, əvvəllər yalnız 
instrumental və opera musiqisinə xas olan gərgin tematik inkişafla və vahidliklə zənginləşdirir. Bununla 
belə, o, rəqs və rəqs hərəkətlərinə xas olan bütün səciyyəvi cəhətləri saxlamış, yəni baleti rəqs elementli 
simfoniyaya çevirməmiş, operaya oxşatmamış və rəqs süitalarını, ənənəvi klassik baletin rəqslərini qoruyub 
saxlamışdır. P.İ.Çaykovskisinin hər üç baleti – "Qu gölü", "Yatmış gözəl" və "Qozsındıran" (“Şelkunçik”) 
fantastik dünya ilə bağlıdır. P.Çaykovski baletdə əfsanəviliyə, operada isə real həyatın təsvirinə üstünlük 
verirdi. Amma buna baxmayaraq, bəstəkarın bütün baletlərində real və əfsanəvi-fantastik aləmlər bir-birinə 
qarışır.
“Qozsındıran” («Şelkunçik») («şelk», "şaqqıltı" sözündən, yəni qoz-fındıqları sındıran) – Pyotr İlyiç 
Çaykovski tərəfindən E.A.Qofmanın balaca qızcığaz Maşanın yuxuda gördüyü qəribə macəralarından bəhs 
edən "Qozsındıran və siçanlar kralı" nağılının motivləri əsasında yazılan iki aktlı baletdir. Real həyat burada 
uydurma və fantastika ilə uzlaşır. P.Çaykovskinin musiqisi uşaq həyəcanlarını səmimi və inandırıcı əks 



Yüklə 8,73 Mb.

Dostları ilə paylaş:
1   ...   559   560   561   562   563   564   565   566   ...   579




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə