Ministry of education of azerbaijan republic sumgayit state university


Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il



Yüklə 8,73 Mb.
Pdf görüntüsü
səhifə562/579
tarix20.05.2023
ölçüsü8,73 Mb.
#111643
1   ...   558   559   560   561   562   563   564   565   ...   579
magistr2021 3 2

Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il 
471 
olub müxtəlif təkmilləşdirilmələrə asanlıqla uyuşdu. Elə buna görə də o, XVIII yüzilliyin ortalarında dikinə 
fleytanı simfonik orkestrdən tamamilə sıxışdırıb çıxara bildi. Köndələn fleytanın nə vaxt yaranması məlum 
deyil. Fərz olunur ki, Qərbi Avropaya xüsusən Almaniyaya o, Asiyadan keçmiş, və ilk vaxtlar əsgər 
bandolarında istifadə olunmuşdur. Bir zamanlar fleytaya “Alman fleyta”sı adının verilməsinin də başlıca 
səbəbi budur. Əsrlər boyu bu alət təkmilləşərək müasir formasını almışdır. Alətin hazırkı formasını ilk dəfə 
1832- ci ildə məşhur Münxen saray kapellasının fleytisti Teobald Böm fleytanı son dərəcə təkmilləşdirdi ki, 
bu da əlavə səslərin alınmasına kömək göstərdi və fleyta düz istiqamətdə deyil, üfüqi istiqamətdə
çalındı. O vaxtdan bəri fleyta elə bir mükəmməl musiqi aləti olmuşdur ki, onun üçün daha heç bir
texniki çətinlik yoxdur. Ən yüksək ifaçılıq məharəti tələb edən və başqa çalğı alətlərində ifa edilə
bilməyən passajlar ( musiqi parçası ) fleytada son dərəcə asanlıqla çalınır. 
Fleytanın tərkibi 4 cürdür: böyük, kiçik, alt və bas fleyta. Çox nadir hallarda alt və bas fleytalara 
təsadüf edilir. Onların ölçüsü adi fleytadan bir qədər böyükdür və təbii ki, səsi daha qalındır. İndiki dövrdə
Böm sistemində çalınır. Fleyta transport olunmur və notu sol açarında yazılır. Fleytanın başqa nəfəs
alətlərindən fərqi ondadır ki, onu səsləndirmək texnikası asan və mürəkkəbdir. Fleyta üst dodaqdan 
nisbətən aralı dayanaraq düzgün istiqamətdə üfləmə zamanı səslənir. Diapozonu birinci oktavanın
“do”, “do#” səsindən, dördüncü oktavanın “do”, “do#” səsinə qədərdir. Həmin bu səslərin alınması
üçün güclü nəfəs lazımdır. Alətin tembri aşagı registrdə bir qədər yumşaq, orta registrdə incə və 
məlahətli, yuxarı registrdə isə kəskin fit səsi kimi səslənir. Bu çalgı alətində yüksək registrdə yazılmış,
yəni zil xüsusiyyətlər daşıyan melodiyalar məharətlə ifa oluna bilər. Keçmişdə fleyta agacdan
hazırlanırdı. Lakin vaxt keçdikcə ustalar başqa materiallardan da istifadə etməyə başladılar. Məsələn:
müasir fleyta qara ağacdan, metaldan, gümüşdən, qızıldan, və ya misdən də hazırlana bilər. Buna
baxmayaraq bu alətin tarixi adı qorunub saxlanılmışdır. Lakin bir adət, bir ənənə olaraq metal fleyta
da ağac nəfəs alətləri qrupuna daxil edilir. Fleyta 67-68 sm uzunluqda böyük borudan ibarətdir. Material 
səslənməyə təsir göstərir. Metal fleytalar daha sirayətedici, ağac fleytalar isə daha yumşaq səsə malikdir.

Yüklə 8,73 Mb.

Dostları ilə paylaş:
1   ...   558   559   560   561   562   563   564   565   ...   579




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə