Ministry of education of azerbaijan republic sumgayit state university



Yüklə 8,73 Mb.
Pdf görüntüsü
səhifə561/579
tarix20.05.2023
ölçüsü8,73 Mb.
#111643
1   ...   557   558   559   560   561   562   563   564   ...   579
magistr2021 3 2

 
 


Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il 
470 
FLEYTANIN YARANMASI VƏ TƏKMİLLƏŞMƏSİ 
Rzayeva T. 
Naxçıvan Dövlət Universiteti 
 
Fleyta-İtalyanca “flauta” - “külək-meh” deməkdir. Əski latıncada isə “flautare” üfləmək, üfləyərək səs 
çıxarmaq və ya rüzgarın qamışlar arasından geçərkən səs çıxarması şəklində çevrilir. Fleyta ən qədim nəfəs 
alətlərindən biridir. Qədim Misir də fleyta çox geniş yayılmışdı. Şumer və Qədim Misir ehramlarının 
divarlarındakı rəsmlərdə bu alətin təsvirinə rast gəlmək mümkündür. Arxeoloqlar tərəfindən Yunanıstanda 
tapılmış freskalarda (freska-divarda yaş mala, yəni yaş suvaq üzərində çəkilmiş şəkil) fleytaçıların rəsmi 
aşkar edilmişdir. Fleytanın vətəni Qədim Yunan və bəzi Asiya ölkələri olaraq bilinir. Bunlar arasında Latın 
Amerika ölkələrinə də rast gəlmək mümkündür. Qədim Yunanlardan bugünə qədər gələn fleyta musiqiçilər 
tərəfindən təkmilləşib mükəmməl bir musiqi aləti halına gətirilmişdir. Fleyta yarandığı zamanlardan indiyə 
kimi dünyanın ən çox istifadə edilən nəfəs alətlərindən biridir.
Fleyta 7 min illik geçmişə sahibdir. Qaya üzərindəki 7 min illik təsvirdə fleyta çalan insan fiquru əks 
olunmuşdur. Həmin fiqur o dövrün insanlarının musiqi elmi və mədəniyyətinə, dolayısı ilə, inkişaf etmiş 
təfəkkürə və mədəniyyətə sahib olduğunu göstərir. 7 min il əvvəl istifadə edilən bir musiqi alətinin çox 
bənzərinin dövrümüzdə hələ də istifadə olunması diqqət çəkən bir məqamdır. Tarixi araşdırmalara görə 
fleytanı ilk dəfə icad edən “Yunan müdriklik Tanrıçası Athena” olmuşdur. Eldərə şəhərində olan göldəki 
qamışlardan öz əlləriylə fleyta düzəltdiyi söylənilməkdədir. Eldərə şəhəri isə indiki Afyonkarahisar ilinin 
Dinar ilçəsindədir. 
Almaniyada aparılan bir arxeoloji qazıntı zamanı 35 min illik tarixə malik olan fleyta tapılmışdır. Bu 
fleyta indiyə qədər tapılan digər fleytalar kimi qədim dövrlərdə yaşayan insanların yüksək incəsənət zövqünə 
malik olduqlarını göstərir. Arxeoloq Nikolas Konard (Nicholas Conard) qızıl kərkəs sümüyündən 
hazırlanmış bu fleytanı Hohle Fels mağarasından 12 ayrı-ayrı hissə halında tapmışdır. Fleytanın 5 deşiyi 
vardı və çox kövrək idi. Arxeoloq Konard fleytanın funksionallığını yoxlamaq məqsədilə, həm də 
qırılmaması üçün eyni cür sümükdən onun eynilə bənzərini düzəltdi. Bu fleytada qərb musiqisinin əsasını 
təşkil edən yeddi notdan ibarət musiqi ölçüsündən istifadə edərək Amerika Himnini ifa etdi. Arxeoloq bu 
fleytaları müasir insanların da hazırladığını və çaldığını söyləyir. Kanada Viktoriya Universitetindən Eypril 
Nouell (April Nowel) də bu tapıntıların yüksək və inkişaf etmiş texnologiyanın nəticəsi olduğunu 
bildirmişdir.
Ən qədim ağac nəfəs alətlərindən biri olan fleytanın yaranması haqqında əfsanələrdə mövcuddur. 
Qədim yunan rəvayətlərinin birində belə bir hekayəyə rast gəlirik. Çobanların himayədarı olan Pan allahı 
gözəl Nimfaya (təbiət qüvvələrini təmsil edən ilahəyə) aşiq olur. Nimfa onun eşqini rədd edərək Pandan 
gizlənmək üçün qamışa çevrilir. Öz məhəbbətini unuda bilməyən Pan isə həmin qamışdan fleyta düzəldir və 
onda çalır. Tanıdıgımız müasir fleytadan xeyli fərqlənən bu alət tarixdə “Pan fleyta” sı adı ilə məlumdur.
Bildiyimiz kimi fleyta öz mənşəyi etibarı ilə çoban tütəkləri ilə bağlıdır. Fleyta səslənməsinə görə də 
həmin xalq çalğı alətlərinə yaxındır. Əvvəllər fleytalar taxtadan düzəldilirdi və adi tütək kimi düz 
istiqamətdə çalınırdı. Sonralar fleytalar XII əsrdə Avropaya gətirilmiş və o zamandan bəri fleytaların 
quruluşu getdikcə təkmilləşdirilmişdir. Fleyta artıq XV-əsrdən instrumental-ansamblların tərkibinə daxil 
edilmişdir. Daha çox intonasiya dəqiqliyinə nail olmaq və menzuradan səsin rahat çıxmasından ötrü sonralar 
fleytaya sabit dəyişməz görkəm verdilər. XVII əsrə qədər fleyta bir parça taxtadan hazırlanırdı. XVII 
yüzillikdən fleyta təkmilləşdirilməyə başladı, klapan və yardımcı vasitələr alət boyu bütün diapazonlarda 
xüsusi intonasiya dəqiqliyinə nail olmağı asanlaşdırdı. Fleytanı təkmilləşdirən usta musiqiçilər içərisində 
İ.K.Denner (1655-1707), İ.Y.Kvants (1697-1773) və başqalarını qeyd etmək olar. Almaniyanın Nümberq 
şəhərində ağac nəfəs alətləri ustası İohann Kristof Denner və bəstəkar pedaqoq İohann Yoaxim Kvants 
fleytaya musiqi auditoriyasının diqqət və rəğbətinin qazanmasına nail oldular. İş o yerə gəlib çatdı ki, vəliəhd 
şahzadə II Fridrix Kvantsdan fleytada çalmaq dərslərini aldı. İlk dəfə fleytanı opera orkestrində daimi alət 
kimi tətbiq edən Lülli olmuşdur. Onun orkestrindəki fleyta dikinə (blokfleyta) ifa olunurdu. Dikinə və ya 
ucluqlu fleytanı qarşıda düz saxlayırdılar. Bu fleytanın səsi daha poetik olduğu üçün başqa bir adı da 
italyanca “flüte dolce”-yəni zərif fleyta adlanırdı. XVIII əsrin axırlarında Avropada təkmilləşmiş bir oktavalı 
fleyta yaradıldı. Həmin bu fleytanın 6 səs düzümü var idi. XVIII əsrin axırında isə birinci xromatik klapan
re# əlavə olundu. XIX əsrin əvvəlində isə xromatik fleyta təkmilləşdirildi. Fleytanın trubasının uzadılması 
ilə orada birinci oktavanın do, do# səsləri alındı. Böyük səs gücünə malik köndələn fleyta daha uzunömürlü 



Yüklə 8,73 Mb.

Dostları ilə paylaş:
1   ...   557   558   559   560   561   562   563   564   ...   579




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə