Ministry of education of azerbaijan republic sumgayit state university


Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il



Yüklə 8,73 Mb.
Pdf görüntüsü
səhifə555/579
tarix20.05.2023
ölçüsü8,73 Mb.
#111643
1   ...   551   552   553   554   555   556   557   558   ...   579
magistr2021 3 2

Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il 
465 
partituranı canlandıra bilən , onun mənasını açıb göstərməyə, cilalanmış almazın ən çox parıldaya biləcək 
tərəfini günəşə çevirməyə” qabil olan və “özünün bütün zehnini, bütün duyğularını” buna həsr edən 
dirijordur. 
Niyazinin bir bəstəkar kimi yaradıcılığı yüksək sənətkarlığı, cəsarətli axtarışları ilə fərqlənir. O, 
Azərbaycanda birincilər sırasında simfoniya janrına müraciət etmiş, milli simfonizmin təşəkkülündə mühüm 
rol oynamışdır. Niyazi Azərbaycan xalqının coxəsrlik musiqi xəzinəsindəki intonasiya və ritm sərvətlərini 
qayğı ilə toplamış və işləmiş, eyni zamanda müasir təsvir vasitələrindən öz yaradıcılığında geniş istifadə 
etmişdir. Onun əsərləri son dərəcə parlaqlığı ilə fərqlənir, canlı və incə gözəllik duyğusu ilə zəngindir. 
Böyük dirijor olmaqla bərabər Niyazi, həm də parlaq istedada malik musiqi yaradıcısıdır. Onun bəstələdiyi 
əsərlər orrijinal musiqi təfəkkürü və milli koloriti ilə seçilir. Xalq musiqisinin qaynaq və ənənələrinə 
dərindən bələd olan bəstəkar Niyazinin həqiqi novatorluğu onun əsərlərinin demokratizmini və cazibə 
qüvvəsini daha da artırır. “Rast” simfonik muğamı, “Xosrov və Şirin” operası, “Qaytağı” qravürü, “Vətən 
haqqında mahnı”, “Arzu”, vokal əsərləri və başqa əsərlər geniş şöhrət qazanmışdır. 
Hind mövzularında yazılmış “Çitra” baleti bəstəkarın yaradıcılıq bioqrafiyasında xüsusi yer tutur. 
Həmin balet “Cəvahirləl Nehru” adına Beynəlxalq mükafata layiq görülmüşdür.
Niyazinin musiqi publisistikası da böyük əhəmiyyətə malikdir. Onun məqalələrində - düşüncələrində sənətin 
xalqla əlaqəsi, sənətkarın xalq qarşısındakı məsuliyyəti barədə qiymətli fikirlər vardır.
Niyazinin kino və dram tamaşalarına musiqi yazmış ilk bəstəkarlarımızdandır. O, bir çox Azərbaycan xalq 
mahnılarını işləmişdir. Bəstəkar folklor nümunələrinə həmişə nadir incitək yanaşmışdır.
Niyazinin musiqi redaktoru kimi fəaliyyətini də qeyd etmək lazımdır. O, Müslüm Maqomayevin 
“Nərgiz” operasının birinci pərdəsindəki musiqini yenidən orkestrləşdirmişdir. Zülfüqar Hacıbəyovun “Aşıq 
Qərib” operasını orkestrləşdirmiş və harmonizə etmişdir. “Arşın mal alan” filminin (1945) musiqi redaktoru 
da Niyazidir.
Beləliklə yuxarıda deyilənlərdən belə nəticəyə gəlmək olar ki, Niyazinin Azərbaycan musiqi 
mədəniyyətində misilsiz xidmətləri olmuşdur. O, Azərbaycan simfonizmini zənginləşdirmiş , onun 
hüdudlarını genişləndirmişdir. Yüksək keyfiyyətlərə malik bəstəkar Niyazi peşəkar dirjorluq sahəsində 
fəaliyyət göstərən ilk musiqi xadimi olmuş, Azərbaycan dirijorluq və bəstəkarlıq məktəbinin gələcək 
inkişafına təkan vermişdir. 

Yüklə 8,73 Mb.

Dostları ilə paylaş:
1   ...   551   552   553   554   555   556   557   558   ...   579




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə