Ministry of education of azerbaijan republic sumgayit state university


Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il



Yüklə 8,73 Mb.
Pdf görüntüsü
səhifə552/579
tarix20.05.2023
ölçüsü8,73 Mb.
#111643
1   ...   548   549   550   551   552   553   554   555   ...   579
magistr2021 3 2

Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il 
463 
etmədən bir-birinə bağlanmışdır və eyni zamanda öz rəngini dəyişərək mehriban, incə bir xarakter almışdır. 
Həcmi böyük olmayan ikinci hissədə axıvılıq alınmır-improvizasiya üslublu rahat inkişaf edən bir quruluşda 
gedir. Bu quruluşda mi minorun ayrı tonallıq əsas tonallığa qayıdışı müşahidə olunur və birinci hissənin əsas 
partiyasının dönüşü parlaq görünür. O birbaşa dayanmadan, Raxmaninoiva məxsus enerjili, vurğulu, 
mütərəqqi ritmlər, qəhrəmanlıq ifadələri Allegro molto-nun parlaq sürətli bir finalına gətirib çıxarır. 
Finalda birinci hissənin bəzi intonasiyalı elementləri yenidən xatırlanır yeni ifadəli məna əldə olunur. 
Xarici bəstəkar və mövzudakı məzmun azlığı finalda təsirli səslənməyə mənfi təsir etmir. Onda sonatanın 
ümumi çatışmazlıqları xüsusilə aşkar olunmuşdur, həddindən artıq uzunluğa ümumi yerlərin çoxluğuna yer 
vermişdir. (1931-ci ildə Raxmaninov sonatanın yeni redaksiyasını bəstələdi, içərisində bir sıra dəyişikliklər 
etdi, bəzi tonallıqları dəyişdirdi, daha çox uyğunluq verdi və inkişaf prosesində əsaslı forma verdi). 
ARİF MƏLİKOVUN YARADICILIĞI 
 
Məmmədova Ç.M. 
Naxçıvan Dövlət Univeristeti 
E-mail:
 
cilermemmedova69@gmail.com
 
 
A.Məlikovun yaradıcılığı müasir Azərbaycan musiqi mədəniyyətinin ən parlaq səhifələrindən birini 
təşkil edir. Sənətkarın hər yeni əsəri həm Respublikamızda, həm də onun hüdüdlarından qat - qat uzaqlarda 
əks - səda tapır, maraqla qarşılanır. O, həqiqi - vətəndaş kimi özünün sənətilə dövrümüzün bir çox 
problemləri üzərində düşünməyə vadar edir. Ü.Hacıbəyli tərəfindən qoyulmuş ənənələri davam və inkişaf 
etdirən, Q.Qarayevin yaradıcı prinsiplərindən, D.Şostakoviçin və dünya musiqisinin qabaqcıl 
nümayəndələrinin ən yaxşı keyfiyyətlərindən bəhrələnən A.Məlikov fərdi yaradıcılq üslubunu yaratmışdır. 
Təsadüfü deyil ki, o, bu gün də dünya miqyasında müasir Azərbaycan musiqisini ləyaqətlə təmsil edənlərdən 
biridir. Musiqinin ən müxtəlif janrlarında səmərəli və məhsuldar işləyən bəstəkar "Məhəbbət əfsanəsi" 
(N.Hikmət), "İki nəfər"(R.Rojdestvenski), "İki qəlbin poeması" baletləri, "Vətən" və "Dünyanın səsi" 
kantataları, 8 simfoniyası, "Ləpələr" operettası, müxtəlif janrlı kamera - instrumental əsərləri, xalq çalğı 
alətləri orkestri üçün süitaları, romans və mahnıları, film və tamaşalara musiqisi ilə milli musiqi xəzinəmizi 
zənginləşdirmişdir. 
Arif Cahangir oğlu Məlikov 1933-cü il sentyabrın 13də Bakı şəhərində anadan olmuşdur. Uşaqlıqdan 
o musiqi ilə yanaşı rəssamlığa da meyl göstərmişdi. Hətta rəsm texnikumuna daxil olmaq istəyirdi. Lakin 
musiqiyə olan maraq üstün gəldi Orta məktəbi bitirdikdən sonra o, 1948-1951ci illərdə A.Zeynallı adına 
Bakı musiqi texnikumunun tar sinifinə daxil olmuş, 1953-1958ci illərdə Azərbaycan Dövlət 
Konservatoriyasında bəstəkarlıq ixtisası üzrə Q.Qarayevin sinifinə daxil olmuşdur. Tələbəlik illərində 
A.Məlikov bir sıra iri həcmli əsər lər yazır: simfonik orkestr üçün “Balet süitası”, “Nağıl” simfonik poeması, 
fleyta və orkestr üçün “Konsertino” və I simfoniya.
1959-cu ildə Q.Qarayevin məsləhəti ilə Leninqrad opera və Balet teatrı A.Məlikova N.Hikmətin 
“Məhəbbət əfsanəsi” pyesinə balet yazmağı təklif edir. 26yaşlı gənc bəstəkar, N.Hikmət, beletmeystr 
Y.Qriqoroviç, rəssam Versaladze və dirijor Niyazidən ibarət yaradıcı heyətlə birgə özünün şah əsərini 
yaradır. Arif Məlikov “Məhəbbət əfsanəsi” baletini tanınmış türk şairi Nazim Hikmətin “Fərhad və Şirin” 
əsəri əsasında yazdığı librettoya bəstələyib. Nazim Hikmət həmin əsəri görkəmli Azərbaycan şairi Nizami 
Gəncəvinin “Xosrov və Şirin” poemasından ilhamlanaraq qələmə alıb. Arif Məlikov isə faciəli sevgi və 
fədakarlıqdan bəhs edən qədim Şərq əfsanşsinə musiqi şəklində yeni həyat qazandırıb. Bəstəkar 3pərdə, 
7şəkildən ibarət əsər üzərində 1958-ci ildən işləməyə başlayıb və onu 2 ilə bitirib.
60-cı illərdə yenidən N.Hikmət yaradıcılığına müraciət edən bəstəkar romanslar silsiləsi yaradır. Bu 
silsiləyə 4 romans daxildir. “Şən”, “Lay-lay”, “Təəssürar”, “Yarımı yuxuda gördüm”. Bəstəkarın 
T.Bayramın sözlərinə yazdığı “Vətən” vokal simfonik poeması nikbin, romantik əhval-ruhiyyəsi ilə 
fərqlənir. II simfoniyada öz müəllimi Q.Qarayev kimi həmişə yenilik axtarışında olan A.Məlikov müasir yazı 
texnikası olan dodekafoniyadan istifadə etmişdir. Burada muğam dramaturgiyasının prinsipləri yeni anlamda 
şərh olunur. 70 - ci illərdə bəstəkar III kamera simfoniyasını lV simfoniyasını, 12 simfonik pyesini, "Axırıncı 
aşırım", "Yadda saxlayın" simfonik poemalarını bəstələyir.
A.Məlikovun ən maraqlı baletlərindən olan “İki qəlbin dastanı” Ş.Rəşidovun librettosu əsasında 
yazılıb. Komdə və Modanın məhəbbətindən bəhs edir. Baletin musiqi dramaturgiyasında iki qüvvənin və 



Yüklə 8,73 Mb.

Dostları ilə paylaş:
1   ...   548   549   550   551   552   553   554   555   ...   579




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə