Mister hemferin xatiRƏLƏRİ



Yüklə 0,95 Mb.
Pdf görüntüsü
səhifə5/9
tarix27.09.2023
ölçüsü0,95 Mb.
#124050
1   2   3   4   5   6   7   8   9
2 5215586530805940580

DÖRDÜNCÜ FƏSİL 
Bəsrəyə gəldikdən sonra bir məsciddə yerləşdim. 
Məscidin axundu sünni məzhəbindən olan Şeyx Ömər 
Tai adlı bir ərəb idi. Onunla tanış olub söhbət etdikdə, 
məndən 
şübhələnərək 
sorğu-suala 
tutdu. 
Mən 
vəziyyətdən çıxmaq üçün - türkiyəliyəm, İğdır 
bölgəsindən. Əhməd əfəndinin tələbəsiyəm, -dedim. 
Bir neçə cümlə də türk dilində danışdım. O, gözləri ilə 
işarə edərək kənarda dayanmış bir şəxsi yanına çağırdı. 
O da mənimlə türk dilində bir az danışdı və bu dili 
yaxşı 
bildiyimi 
dedi. 
Onu 
şübhəli 
fikrindən 
döndərdiyim üçün çox sevindim. Lakin bir neçə 
gündən sonra hiss etdim ki, o mənim türk casusu 
olduğumu zənn edir. Daha sonra həmin ruhani ilə 
xəlifə tərəfindən tə`yin olunan vali arasında kəskin 
ədavət olduğunu öyrəndim. Şeyx Ömərin məscidindən 
uzaqlaşmaq məcburiyyətində qaldım. Yaxınlıqda olan 
bir mehmanxanaya köçdüm. Mehmanxananın sahibi 
Mürşid adlı axmaq bir adam idi. Hər səhər azan vaxtı 
olmamış gəlib qapını möhkəm-möhkəm döyəcləyirdi. 
Mən də durub azan verildikdən sonra namazımı 
qılırdım. Bir gün də gəlib belə dedi: 
Namazdan sonra mütləq bir saat Qur`an oxumalısan. 
Dedim: Qur`an oxumaq İslamda vacib əməl deyil, 
niyə israr edirsən? 
Cavabında dedi: Namazdan sonra yatmaq mülk 
sahibinə bədbinlik gətirər.
Onun bu əmrini yerinə yetirmək məcburiyyətində 
qaldım. 
Belə etməsəydim, yəqin ki, o 
məni 


29 
mehmanxanadan çıxara bilərdi. Odur ki, hər gün sübh 
namazından sonra bir saatdan çox Qur`an oxumalı 
olurdum.
Başqa bir gün də əsəbi halda otağıma gələrək dedi:
Sən bu evə gələndən sonra mənim işlərim düz 
gətirmir. Sən çox uğursuz adamsan. Sənin bu cür 
olmağın, evli olmadığına görədir. Ya evlənəcəksən, ya 
da mənim mehmanxanamı tərk edəcəksən. 
Dedim: Mənim evlənmək üçün lazım olan miqdarda 
pulum yoxdur.
Əhməd əfəndi üçün gətirdiyim bəhanəni Mürşidə 
deyə bilmədim. Çünki o, həqiqətən məni soyundurub 
yoxlaya biləcək dərəcədə kobud adam idi. Sonra o, bir 
Qur`an ayəsi ilə sözünü davam etdirdi: Ey zəif imanlı 
insan! “Sən yoxsulsansa, Allah səni öz lütfi ilə 
zənginləşdirər.”
(Nur surəsi, ayə 32
). Sən məgər bu ayəni 
oxumamısan? Mən lap çaşıb qaldım: 
Bəli eşitmişəm. Mən evlənəcəyəm, lakin sən mənə bu 
iş üçün lazım olan miqdarda pul verməyə hazırsanmı? 
Və ya mənim üçün çox xərc tələb etməyən bir qız tapa 
bilərsənmi? 
Mürşid bir az fikirləşdikdən sonra dedi: 
Mən heç nə bilmirəm, ya rəcəb ayının əvvəlinə qədər 
evlənəcəksən, ya da buranı tərk etməlisən! 
Rəcəb ayının əvvəlinə isə 25 gün qalmışdı. Bir baqqal 
dükanında işə düzəldim və Mürşidin mehmanxanasını 
tərk etdim. Yemək-içmək və yatacaq yerim dükan 
sahibinin üzərinə düşdü; çox az bir məvaciblə 
razılaşdım. Rəcəb ayı gəlməmişdən əvvəl əşyalarımı 
həmin dükana gətirdim. Baqqalın adı Abdürriza idi. O, 


30 
xorasanlı şiə, özü də mərd bir adam idi. Mənimlə öz 
oğlu kimi davranırdı. Onun yanında olduğum 
müddətdə fürsətdən istifadə edib fars dilini öyrənməyə 
başladım. Hər gün əsr namazından sonra iranlı şiələr 
onun yanına toplaşaraq siyasətdən, iqtisadiyyatdan 
danışar və bir çox mövzularda söhbətlər edərdilər. 
Onlar həm öz hökumətlərini, həm də İstambuldakı 
xəlifəni çox tənqid edərdilər. İçəri yad bir adam daxil 
olan kimi tez söhbəti dəyişərdilər. Lakin mənə çox 
e`timad bəsləyirdilər. Sonradan anladım ki, türk dilini 
bildiyim üçün mənim azərbaycanlı olduğumu zənn 
edirmişlər.
Bizim baqqal dükanına bir dəliqanlı cavan gəlib-
getməyə başladı. O, dini dərs oxuyan tələbə qiyafəsində 
idi. Ərəb, fars və türk dilini bilirdi. Adı Məhəmməd ibn 
Əbdülvəhhab Nəcdi idi. Bu gənc son dərəcə çılğın, 
yüksəkdən danışan və əsəbi bir adam idi. Osmanlı 
hökumətini pislədiyi halda, İran hökumətinin əleyhinə 
danışmazdı. Onun Abdürriza ilə dostluğunun bir neçə 
səbəbi var idi. Birincisi, onların hər ikisi İstambul 
xəlifəsinə müxalif idilər. Lakin sünni Əbdülvəhhabın 
şiə Abdürriza ilə necə dostluq etməsi mənim üçün çox 
maraqlı idi. Sonradan gördüm ki, bu şəhərin şiələri 
sünnilərlə zahirdə mehriban davranırlar. Bu şəhərin 
əhalisinin əksəriyyəti həm ərəb, həm də fars dillərini 
bilirdi. Türk dilini bilənlər də az deyildi. Əbdülvəhhab 
Nəcdi zahirən sünni idi. Sünnilərin çoxu bir yerə 
yığışdıqda, şiələrin arxasınca danışardılar. O isə 
öyrəndiyimə görə, heç vaxt şiələr haqda pis söz 
deməzdi. Hətta sünnilərə qarşı idi. O, əhli sünnətin 


31 
dörd məzhəbdən ibarət olmasını qəbul etmirdi və 
deyirdi ki, Allahın kitabında məzhəblər haqda heç bir 
dəlil yoxdur; o, həqiqətdə hədislərə də heç bir 
əhəmiyyət vermirdi.
Dörd məzhəb məsələsinə gəlincə, sünnilər arasında 
Məhəmməd peyğəmbərin vəfatından bir əsr sonra bu 
dörd alim - Əbu Hənifə, Əhməd ibn Həmbəl, Malik ibn 
Ənəs və Məhəmməd ibni İdris Əş-Şafei meydana çıxdı. 
Bə`zi xəlifələr də bu dörd alimdən birinə təqlid etməyi 
vacib bilmişdilər. Sünni məzhəbinə görə bu dörd 
alimdən başqa heç bir şəxs Qur`ani-Kərimdə ictihad 
edə bilməz. Yə`ni, onun ümumi qanunlarından 
faydalanmaqla xüsusi hökmlər çıxara bilməz. Bu 
fərman müsəlmanların elm və düşüncə qapılarının 
bağlanmasına səbəb olmuşdur. İctihada qoyulan 
qadağa İslamın durğunlaşması səbəbi kimi göstərilir. 
Lakin şiələr öz məzhəblərini yaymaq üçün bu 
vasitədən (ictihaddan) çox gözəl istifadə etmişlər. Bir 
zamanlar şiələrin sayı sünnilərin onda biri qədər 
deyildi. Lakin indi onlar da çoxalmış və sünnilər qədər 
olmuşlar. Bu təbii bir məsələdir; Həqiqətən, ictihad bir 
silaha bənzəyir ki, İslam fiqhini, yə`ni şəriət elmini 
inkişaf 
etdirir, 
Qur`ani–Kərim 
və 
Peyğəmbərin 
sünnətində olan hökmləri aşkarlayır. İctihada qoyulan 
qadağa isə onu dar bir çərçivədə saxlayır və düşüncə 
qapılarını onların üzünə bağlayır. İctihad olmadıqda 
İslam qanunları zamanın tələblərinə cavab verməz. 
Sənin 
silahın 
çürük, 
düşmənin 
təchizatı 
isə 
mükəmməldirsə, məğlubiyyət talehinə məhkumsan. 
Zənn edirəm yaxın gələcəkdə sünni mütəfəkkirləri də 


32 
ictihad qapısını açacaqlar, əks təqdirdə, bir əsirdən 
sonra onlar azalacaq, şiələr isə əksəriyyət təşkil 
edəcəklər. Dörd sünni məzhəbinin iman və inancları 
bir-biri ilə eynidir. Onların arasında olan fərq yalnız 
ibadətlərin incəliklərindədir.
Məhəmməd Nəcdi özünə hədsiz dərəcədə qürrələnən 
bir gənc idi. Qur`anı və sünnəni anlamaqda hissə 
qapılırdı. Təkcə öz zamanındakı şəxsiyyətlərin deyil, 
dörd məzhəb alimlərinin baxışlarını və hətta Əbu Bəkr 
və Ömər kimi səhabələrin nəzərlərini də qəbul etməzdi. 
Onun dəlili bu idi ki, Peyğəmbər demişdir: “Mən sizin 
aranızda Qur`anı və sünnəni əmanət qoyub gedirəm”. 
Deməmişdir ki, mən sizin aranızda Qur`anı, sünnəni, 
səhabə və məzhəb alimlərini əmanət qoyub gedirəm. O, 
hər kəs mövcud olan məzhəbi baxışlara, səhabə və 
alimlərin söylədiklərinə nə qədər müxalif olsa da, 
Qur`ana və sünnəyə tabe olmalıdır! -deyirdi. 
Əbdürrizanın evində Məhəmməd Nəcdi ilə orada 
qonaq olan Şeyx Cavad adlı qumlu bir şiə aliminin 
arasında mübahisə oldu. Şeyx Cavad dedi: 
Əlinin müctehid olduğunu qəbul etdiyin halda, niyə 
ona tabe olmursan? Həqiqətən, Əli də Ömər və başqa 
səhabələr kimidir. Məhəmməd Nəcdi: 
Onların sözü höccət ola bilməz. Yalnız Qur`an və 
sünnət höccətdir. 
Şeyx Cavad: 
Peyğəmbərimiz, mən elmin şəhəri, Əli isə qapısıdır, -
dediyinə görə Əli ilə digər səhabələr arasında fərq 
qoymaq lazım deyilmi? 
Məhəmməd Nəcdi: 


33 
Əlinin sözü höccət olsaydı, Peyğəmbər - mən sizin 
aranızda Qur`anı, sünnəni və Əlini əmanət qoyub 
gedirəm - deyərdi.
Şeyx Cavad: 
Bəli, məşhur bir hədisdə Peyğəmbər (s) - Allahın 
kitabını və əhli-beyti əmanət qoyub gedirəm – deyə 
buyurmuşdur. Əli isə əhli-beytin ən böyüyüdür. 
Məhəmməd Nəcdi Peyğəmbərin bu kimi bir hədis 
buyurduğunu inkar etdi. Şeyx Cavad da onu əsaslı 
dəlillərlə susdurdu. Lakin Məhəmməd Nəcdi e`tiraz 
edərək: 
Siz Peyğəmbərin - mən sizin aranızda Allahın kitabını 
və əhli beytimi əmanət qoyub gedirəm, - dediyini iddia 
edirsiniz. Bəs, o həzrətin sünnəsi harada qaldı? 
Peyğəmbərin sünnəsi Qur`anın izahıdır. O həzrət - 
Allahın kitabını və əhli-beyti əmanət qoyuram –deyə 
buyurmuşdur. Allahın kitabı dedikdə, Peyğəmbərin 
sünnəsi də nəzərdə tutulur.
Əgər əhli-beytin sözləri Qur`anın izahıdırsa, onda 
hədislərin izahına nə ehtiyac vardır?
Həzrəti Peyğəmbər vəfat etdiyi zaman onun ümməti 
zamanın ehtiyaclarına cavab verəcək bir Qur`an 
təfsirinə ehtiyac duyurdular. Buna görə də, Həzrəti 
Peyğəmbər ümmətinə lazım olan Qur`anın əsl mə`nada 
təfsir edən əhli beytə tabe olmağı əmr etmişdir.
Bu mübahisə mənim çox xoşuma gəldi. Məhəmməd 
Nəcdi Şeyx Cavadın qarşısında aciz qalaraq susdu. 
Mən axtardığımı Məhəmməd Nəcdidə tapmışdım. 
Həqiqətən onun alimlərə hörmətsizliyi, dörd xəlifəyə 
əhəmiyyət verməməsi, Qur`anı və sünnəni anlamaq 


34 
barədə müstəqil baxışa sahib olması, onu ovlayıb əldə 
saxlamaq üçün ən zəif nöqtələr idi. Bu məğrur gənc 
hara, İstambuldakı Əhməd əfəndi hara? O, əzəmətli bir 
dağa bənzəyirdi ki, heç bir güc onu yerindən tərpədə 
bilməzdi. O, hər dəfə Əbu Hənifənin adını zikr edəndə 
dəstəmaz alardı. Buxarinin hədis kitabını əlinə 
dəstəmazsız götürməzdi. (Sünnilər bu kitaba həddən 
artıq ehtiram bəsləyirlər). Məhəmməd Nəcdi Əbu 
hənifəyə çox yüngül bir şəxsiyyət kimi baxır və “mən 
ondan daha çox bilirəm” deyirdi.
Mən onunla çox yaxın və səmimi bir əlaqə qurdum. 
Daim onu tə`rifləyirdim; bir dəfə dedim: “Sən Ömər və 
Əlidən daha böyüksən. Peyğəmbər həyatda olsaydı, 
səni öz canişini tə`yin edərdi. Mən İslamın sənin əlinlə 
yeniləşib yüksələcəyini görürəm. İslam dinini dünyaya 
məhz sən yaya biləcəksən!”
Mən onunla birgə başqa təfsirlərə müxalif bir Qur`an 
təfsiri yazmaq qərarına gəldim. Qur`anı oxuyaraq, bə`zi 
ayələr üzərində bəhs edirdik. Bu işdən məqsədim onu 
tam azdırmaq idi. O da mənim e`timadımı qazanmaq, 
özünü inqilabçı kimi göstərmək üçün fikirlərimi 
mə`muniyyətlə qə`bul edirdi. 
Bir dəfə ona dedim: 
Cihad hökmü vacib deyildir. 
-Allah, ”kafirlərlə vuruşun” dediyi halda, necə vacib 
deyildir? 
-Elədirsə, bəs nəyə görə Allah “kafirlərlə və 
münafiqlərlə cihad et” dediyi halda, Peyğəmbər 
münafiqlərlə cihad etmədi? Ancaq kafirlərə qarşı iyirmi 
yeddi dəfə cihad etdi. Bu bütün kitablarda yazılmışdır. 


35 
Münafiqlər 
isə 
müsəlman 
kimi 
görünürdülər. 
Gündüzləri Peyğəmbər məscidində Rəsuləllahla bir 
yerdə namaz qılardılar. O həzrət onları tanıyırdı, lakin 
heç vaxt onlara deməmişdi ki, siz münafiqsiniz. Onları 
öldürsəydi, özünə iman gətirmiş şəxsləri öldürmüş 
olardı. Buna görə də münafiqlərlə söz ilə cihad edirdi. 
Qu`randa “Kafirlərlə və münafiqlərlə cihad edin!” 
deyildikdə, onun mə`nası açıqlanmır. Vacib olan cihad 
mal və sözlə də həyata keçirilə bilər. Peyğəmbər 
kafirlərlə döyüşdüyü halda, münafiqlərə nəsihət edirdi. 
-Peyğəmbərin dil və ya qılıncla cihad etməsinin heç 
bir fərqi yoxdur. 
-Bəs onda, vacib olan cihad dil ilə olur, yoxsa qılıncla?
-Nəzərə al ki, Peyğəmbər kafirlərlə müharibə 
etmişdir. 
-Peyğəmbər cihad yox, özünü müdafiə etmişdir. 
Kafirlər Peyğəmbəri öldürmək istəyirdilər. 
Bir dəfə də İslamda mübahisəli mövzulardan biri olan 
siğə (müvəqqəti nigah) barədə onun nəzərini öyrənmək 
məqsədi ilə belə dedim: 
Mənim nəzərimə görə, siğə İslamda qanuni bir 
hökmdür. 
Caiz deyildir. 
Nisa surəsinin 24-cü ayəsində Allah-Taala belə 
buyurmuşdur: “Onlardan faydalanacağınız halda, 
razılaşıb mehriyyələrini verin”. 
Ömər Peyğəmbər zamanında mövcud olan iki 
məsələni 
qadağan 
etdi 
və 
”Bu 
işi 
edəni 
cəzalandıracağam!” -dedi. 


36 
Sən həm özünü Ömərdən elimli sanırsan, həm də 
onun əmrlərinə tabe olursan. Ömər demişdi ki, 
Peyğəmbər bu işləri halal buyurmuşdur, mən onları 
qadağan edirəm. Peyğəmbərin əmrini buraxıb Ömərin 
sözünü tutursanmı? O, cavab vermədi. Anladım ki, 
məğlub oldu. Həmin ərəfədə Məhəmməd Nəcdinin 
qadın istədiyini və onda cinsi məsələlərə qarşı kəskin 
hisslərin baş qaldırdığını bilirdim. Özü də subay idi. 
Ona dedim ki, gəl hər ikimiz müvəqqəti nigahla 
evlənib özümüzə bir qadın tapaq; bu yolla bir qədər 
dincəlib rahatlanarıq. O, başını aşağı salmaqla razılığını 
bildirdi. Lakin bu işin aramızda sirr olaraq qalmasını və 
həmin qadına adının bildirilməməsini xahiş etdi. 
Bəsrədə müsəlman gəncləri əyləndirib, azğınlığa sövq 
etdirmək üçün nazirlik tərəfindən göndərilən xristian 
qadınlar var idi. Mən onların yanına getdim. Məsələni 
birinə danışdım, o da qəbul etdi. Adını Səfiyyə 
qoydum. Nəcdini onun evinə gətirdim. Bir həftəlik 
müvəqqəti nigahla razılaşdılar; o, Səfiyyəyə mehriyyə 
olaraq, bir az qızıl verdi. Səfiyyə onu çox ustalıqla ələ 
aldı. Həqiqətən, Məhəmməd Nəcdli ictihad və fikir 
azadlığı bəhanəsi ilə şəriət hökmlərinə qarşı çıxmağın 
nəfsani istək olduğunu duymuşdu.
Müvəqqəti nigahın üçüncü günü şərabın haram 
olmadığına dair uzun-uzadı mübahisə etdik. O, nə 
qədər şərabın haram olduğuna dair Qur`an ayəsi və 
hədis gətirdisə də, hamısını qüvvədən salaraq dedim:
Yezidin, ümumiyyətlə əməvi və abbasi xəlifələrinin 
hamısının şərab içmələri hamıya mə`lumdur. İndi 
özünü onlarla müqayisə et, gör onlar düz yoldadırlar, 


37 
yoxsa sən? Şübhəsiz ki, onlar Qur`anı və sünnəni 
səndən daha yaxşı bilirdilər. Qur`an və sünnədən 
şərabın haram olduğunu yox, məkruh olduğunu 
anlamışlar. Yəhudi və xristianların kitablarında da 
şərabın halal olduğu yazılmışdır. Bütün dinlər Allahın 
əmridir; hətta rəvayətə görə, Ömər şərab haqqında ayə 
nazil olana qədər içmişdir. Əgər şərab haram olsaydı, 
Peyğəmbər 
onu 
cəzalandırardı. 
Şərab 
haram 
olmadığına görə də, Peyğəmbər onu cəzalandırmadı 
(Ömər şərab haram edilməmişdən əvvəl şərab içərdi. 
Ayə nazil olandan sonra isə əsla şərab içmədi).
Bə`zi rəvayətlərə görə, Ömər şərabı su ilə qarışdıraraq 
içər və deyərmiş ki, əgər sərxoş etmirsə, haram 
deyildir. 
Ömərin bu mövzuda fikirləri doğrudur. Çünki 
Qur`anda belə buyurulmuşdur: “Şeytan şərab və 
qumar ilə aranıza ədavət toxumu səpər; sizi Allahın 
zikrindən və namazdan uzaqlaşdırmaq istəyər. Artıq 
bunlardan uzaqlaşmaq vaxtı deyilmi?”
Düzdür, şərab sərxoş etmədiyi halda, halaldır. 
Məhəmməd Nəcdi ilə olan bu mübahisəmizi 
Səfiyyəyə danışdım və ona bərk-bərk tapşırdım ki, 
Məhəmmədə doyunca şərab içirtsin. Səhərisi gün 
Səfiyyə dedi ki, o, şərabı içdi, hələ üstəlik mənimlə 
oynadı da.
Beləliklə, Səfiyyə ilə birlikdə Məhəmməd Nəcdini 
yaxşıca ələ aldıq. Yaxşı yadımdadır ki, MNN-nin naziri 
ilə vidalaşdığım zaman mənə belə demişdi: “Biz 
İspaniyanı kafirlərdən (müsəlmanlardan) içki və zina 
ilə aldıq. Bu vasitələrlə başqa torpaqlarımızı da azad 


38 
edəcəyik!”. Onun bu sözlərinin nə qədər həqiqət 
olduğunu indi başa düşürəm.
Bir gün Məhəmməd Nəcdi ilə oruc tutmaq barədə 
söhbətə başladım:
-Qur`anda, “Oruc tutmanız sizin üçün daha 
xeyirlidir” yazılmışdır. Bu əməlin vacib olması barədə 
heç bir şey yazılmamışdır. Elə isə oruc İslamda vacib 
deyil, sünnətdir! 
O, bu fikrimə e`tiraz edərək:
-Məni dinimdən çıxarmaqmı istəyirsən?
Din qəlbin təmizliyidir, başqasının haqqına təcavüz 
etmək yox. Allah-Taala Qur`ani-Kərimdə də bu barədə 
belə buyurmuşdur: “Rəbbinə həmd (zikr) etməklə, 
səcdə edənlərdən ol! Ölüm gəlib çatınca Rəbbinə ibadət 
edənlərdən ol”. Bu ayədən belə nəticə əldə edilir ki, 
namazı qılmaqda məqsəd Allahı anmaqdır. Namaz 
əvəzinə Allahı yad etmək də olar.
-Bəli, bə`zi mötəbər şəxslər olubdur ki, namaz əvəzinə 
Allahı yad etməklə məşğul olmuşlar. Onun bu 
sözlərinə çox sevindim. Ona belə bir fikri aşılamaq 
üçün çox çalışmışdım. Axır ki, onun fikrini dəyişdirə 
bildim. Sonralar gördüm ki, o, namaza əhəmiyyət 
vermir. Bə`zən qılır, bə`zən də qılmırdı. Xüsusilə də 
sübh namazlarını qılmazdı. Mən də gecə yarısına qədər 
onu söhbətə tuturdum ki, sübh namazına dura 
bilməsin. O da yorularaq yatırdı. Yavaş-yavaş 
Məhəmməd 
Nəcdinin 
iman 
libasını 
çıxarmağa 
başladım.
Bir gün Peyğəmbər haqqında da onunla bəhs etmək 
istədim. Lakin bu mövzu ona pis tə`sir göstərdi. 


39 
Əsəbləşərək, bir də bu mövzuda söhbət açsan, səndən 
uzaqlaşacağam -dedi. Buna görə də mən susdum. 
Qorxdum ki, bir anda bütün müvəffəqiyyətim heç olar. 
Sünnilikdən və şiəlikdən ayrı bir yol tutmağını təklif 
etsəm də, o, bu sözümə əhəmiyyət vermədi. Lakin 
Səfiyyənin vasitəsi ilə onu ələ almağı bacardım. 
Aramızdakı soyuqluğu aradan aparmaq üçün bu 
hiyləyə əl atdım: 
Peyğəmbərimiz 
səhabələrini 
bir-birinə 
qardaş 
etmişdir, elə deyilmi? 
Bəli, elədir. 
İslamın hökmləri müvəqqətidir, yoxsa davamlı? 
Əlbəttə ki, davamlı. 
Peyğəmbərimizin halalı qiyamətə qədər halal, haramı 
isə haramdır. Elə isə gəl, səninlə qardaş olaq. 
Nəcdi də mə`muniyyətlə razılaşdı. O gündən sonra 
ondan ayrılmadım. Səfərə də birlikdə gedirdik. Ona çox 
hörmətlə yanaşırdım. Gəncliyimin ən dəyərli günlərini 
onunla 
keçirdim. Yaxşı ki, əkdiyim ağac öz bəhrəsini 
verməyə başlamışdı. Hər ay MNN-ə fəaliyyətimlə əlaqədar 
yeni mə`lumatlar göndərirdim. Gələn cavablar cəsarətverici 
və təşviqedici idi. Məhəmməd Nəcdi cızdığım yolla addım-
addım irəliləyirdi. Mənim vəzifəm ona istiqlal və hürriyyət 
verib, yeni-yeni şübhələr aşılamaq idi. Ona bu işdə 
müvəffəqiyyət qazanacağını söyləyir və tə`rifləyirdim.
Bir gün ona yuxu gördüyümü söylədim: “Dünən gecə 
Peyğəmbərimizi 
yuxuda 
gördüm. 
(Peyğəmbərin 
ruhanilərdən eşitdiyim əlamətlərini təsvir etdim.) O, bir 
kürsüdə oturmuşdu. Ətrafında da tanımadığım alimlər var 
idi. Siz içəri daxil olduqda üzünüzdən nur saçırdı. 
Peyğəmbərə yaxınlaşanda o, ayağa durub alnınızdan öpərək 


40 
belə dedi: “Sən mənim elmimin varisisən. Din və dünya 
işlərimdə vəkilimsən”. Sən isə, “Ya Rəsuləllah, mən elmimi 
insanlara açmağa qorxuram” dedin. Peyğəmbər cavabında 
dedi: “Sən dahisən, heç nədən qorxma!” Məhəmməd Nəcdi 
bu yuxunu eşitdikdən sonra sevincindən sanki uçurdu. Bir 
neçə dəfə doğru deyib-demədiyimi soruşdu. Mən də onu 
əmin edərək, bu yuxunu həqiqətən gördüyümü söylədim. 
Zənn edirəm ki, Nəcdi elə o gündən yeni bir məzhəb 
yaratmaq qərarına gəldi. 


41 

Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə