Moisey Kalankatuklu Albaniya tarixi



Yüklə 6,63 Mb.
Pdf görüntüsü
səhifə15/85
tarix12.10.2018
ölçüsü6,63 Mb.
#73576
1   ...   11   12   13   14   15   16   17   18   ...   85

63

şimaldan  sönməz nurla  paylanıb bütün müqəddəslərlə bərabər əbədi

həyatla qovuşdular.

İYİRMİNCİ FƏSİL

Albanlar  Qanunpozan II Yezdəgird tərəfindən

necə təhdid olunur və bundan erməni sərkərdəsi

Vardanın köməyilə necə xilas olundular

Günahkar Yezdəgirdin şahlığı dövründə  Şeytan onu xristian

dinini məhv etməyə təhrik edirdi. Albaniya ondan xristian dinini rədd

edib məcus atəşpərəstlərə tabe olmaq haqda ciddi əmr almışdı. Lakin

Albaniyanın baş sərkərdəsi

114


 və ölkəmizin  kilsəsi bu əmrin əleyhinə

çıxdılar və ermənilərlə  birləşmək niyyətilə tezliklə yaxınlaşmaqda

olan şər barəsində xəbər vermək üçün öz ordularını göndərdilər.

Onlar belə dedilər: “Hunlar ölkəsində olan İran qoşunları qayıdır və

artıq şahın saray atlıları ilə bizim ölkəyə soxulublar. Bundan başqa

onlar özlərilə üş yüz din xadimi gətiriblər. Bəzi şəxsləri öz tərəflərinə

çəkib, ölkəni bölərək çaxnaşma saldılar və indi əllərini kilsələrə də

uzadırlar.”

115

 Öz şahlarının əmri ilə onlar hamını məcbur edərək



deyirlər:”Əgər siz könüllü olaraq  dini qəbul edərsizsə, şahımızdan

mükafat və mənsəblər alaraq bütün vergilərdən azad olarsınız. Yox,

əgər bunu könüllü etməsəniz, biz əmr edərik ki, bütün kənd və

obalarda bütxana tiksinlər, içərisində Bəhram atəşini yandırsınlar və

dinimizin təbliği üçün kahinlərlə məbədləri təyin etsinlər. Kim buna

qarşı müqavimət göstərərsə ölümə məhkum ediləcək, arvad –




64

uşaqları isə sürgün olunacaqdır”.

Bunu eşidən ermənilər heç ruhdan düşmədilər, əksinə, bu bəd

xəbər  onları  daha  da  birləşdirdi.  Onlar  alban  elçilərinə  ürək  –  dirək

verib evlərinə  yola salanda dedilər ki, iranlılara qarşı hiylə işlədib

vəziyyətdən çıxış tapana qədər onlara kilsəyə  əl uzatmağa macal

verməsinlər.

Bundan sonra erməni sərkərdələri böyük təhlükənin qarşısını

almaq üçün imperator Feodosidən

116


 öz sələfinin vədinə sadiq

olmadı, çünki o, öz xasiyyəti etibariylə bütpərəstlərlə həmfikir

idi.Heç yerdən kömək tapmayan ermənilər öz inamlarını Allahın

qadir qüvvəsinə bağlayaraq qoşunlarını üç hissəyə böldülər. Birinci

ordunu onlar Nerşapuh Rmboseana həvalə edib, ona Atropatena ilə

sərhədin mühafizəsini tapşırdılar. İkinci ordunu ermənilərin

sərkərdəsi Vardana

117


  tapşırdılar  ki,  o,  gürcü  sərhəddini  aşıb,

Albaniya kilsələrini dağıtmağa gələn Çoladakı  İran mərzbanı

Mehrsebuxta hücum etsin.

Vardenik adıbatmış satqın Vasakın

118

 xəyanətindən xəbərsiz



idi. O, Albaniyaya erməni ordusundan qabaq gəlib İran mərzbanına

xəbər verdi ki, erməni qoşunu bölünüb və Vardanın özü kiçik bir

ordu ilə mərzban olan tərəfə gəlir. Vasakın məsləhəti belə idi:onları

qarşəlamağa hazır ol ki, onlar tamamilə darmadağın olsunlar”.

Mehrsebuxt  bu  xəbəri  Vasakdan  alan  kimi

119


 Çoğa ətrafında

qalmadı və çoxsaylı qoşunlarını nizama salaraq tələsik böyük Kür

çayını keçərək Vardanı  İberiya sərhəddində, alban çarlarının qış



65

iqamətgahı olan  Xalxal şəhərilə

120

 üzbəüzdə qarşıladı. Döyüşə



hazırlaşarkən o, geniş düzənliyi mühasirəyə alıb erməni ordusu ilə

savaşa hazır oldu.

Cəsur Vardan və onun döyüşçüləri bütpərəs qoşunlarının

sayını və öz ordularının azlıöını görəndə, düşmənin böyük

üstünlüyündən heç də ruhdan düşmıdilər. Bir yerə yığışıb səmalara

üz döndərib səslədilər:” İlahi! Mənimlə çəkişənlərlə  çəkişməyə giriş.

Yıx mənimlə mübarizə edəni! Qalxanla qılıncı götürüb qalx mənim

köməyimə;  Siyir qılıncını və məni təqib edənlərin yoluna sədd

çək!”

1

 



Ermənilərin  dualarını  bitirib  siralarını  möhkəmlədərək

hücuma keçdilər, düşmənin sağ cinahını dağıdaraq sol cinahın üstünə

atıldılar. Onlar qılınclarını işə salıb, düşməni düzənlikdən qovub

Lübnas çayının dərəsindəki meşəliklərə qaçmağa məcbur etdilər.

Həmin meşəlikdən hücumda olan ermənilərin qarşısına  Balaskan

121


çarının oğulları çıxdılar. Balaskanlılar burada Dimaksean nəslındən

olan Muş adlı nahararı atından salıb öldürdülər. Qazrik adlı birisi isə

yaralandı. Bunu görən Arşavir Arşaruni göylərə baxıb şir kimi

nərildədi və sonra vəhşi donuz kimi hücuma keçib Lbinlər çarının

Vurk adlı qardaşını və elə həmin yerdə onun çoxlu döyüşçüsünü

öldürdü. Beləliklə, hər döyüşçü özünə bərabər olan düşmənini

öldürdü.  Bu hücumelə cəsarətli idi ki. Düşmənlərin çoxu qılıncdan

yox, suda boğulub ölmüşdü. Öldürülənlərin sayı o qədər çox idi ki,

1

Zəbur. XXXIV, 1-3.




66

çayın təmiz suyu qan rənginə boyanmışdı və düşmənlərin heç biri

xilas ola bilmədi. Onlardan yalnız biri düzənlikdəki qalın meşədə

gizlənmişdi. O, silahını atmayıb yorğa bir atın üstündə çayı keçərək

və ölümdən yaxasını qurtararaq  öz adamlarına  ordularının

həlakolması haqqında kədərli xəbəri çatdırdı.  Bunu eşidən iranlılar

qaçıb öz paytaxtlarında gizləndilər.

Bu böyük döyüşü bitirdikdən sonra ermənilər çoxlu

qənimətlər əldə edib, qızıla, gümüşə, silaha, döyüş sursatına və minik

atlarına malik oldular. Bundan sonra ermənilər iranlıların güclə

aldıqları hun Darvazasına ( Dərbəndə) hücum etdilər. Qalanı alıb

orada qalan döyüşçüləri məhv etdilər və Dərbəndin mühafizəsini

Alban çarları nəslindən olan Vardana tapşırdılar.  Bütün bu

döyüşlərdə  şəhid olanlardan başqa heç kəs həlak olmayıb. Bundan

sonra onlar Dərbəndi qoruyan həmin Vardanı hunlar ölkəsinə səfir

göndərirlər  və  ona  hunlarla  danışıq  aparmaq  və  sarsılmaz    ittifaq

müqaviləsi bağlamaq  haqda tapşırıq verildi. Bütün baş verən

hadisələr barəsində xəbərləri eşidən hunlar hər şeyi öz gözlərilə

görmək üçün  oraya nümayəndə göndördilər və görındən sonra

səmalardam endirilmiş qanunlara əsaəan and içdilər, xaçpərəstlərin

möhkəm ittifaq haqda andlarını qəbul etdilər. Beləliklə də bütün

arzularına nail oldular.

Onlar hələ Dərbənddə ikən Erməniyyədən bütün ölkəni

talayan xain Basak barəsində bəd xəbəri gətirən elçi gəldi.  Bundan

sonra Vardan böyük qənimətlə yola düşdü və otuz gündən sonra



Yüklə 6,63 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə