Mustafayeva



Yüklə 4,03 Kb.
Pdf görüntüsü
səhifə57/87
tarix25.06.2018
ölçüsü4,03 Kb.
#51281
növüDərs
1   ...   53   54   55   56   57   58   59   60   ...   87

 
 
142 
 
Eynəkli kişi: Neynək. Amma bilirsən, bala ki var, bala deyil, bəladır, bəla. 
Həmidə: Ağzını xeyirliyə aç, ay kişi. 
Eynəkli kişi: Yox, sən mənə qulaq as. Deyir, övlad ki var, əvvəl adamın qanını sorur, yəni 
ki, ana bətnində olanda. Sonra ki dünyaya gəlir, başlayır canını yeməyə, yəni ki süd əmir. 
Sonra da adamın malını yeyir. Axırda da papağını yan qoyur ki, xudahafiz... Bir də qiyamətdə 
görüşərik. 
Həmidə: Ay kişi, nə baş-ayaq vurursan, sən naxələf övladdan niyə danışırsan? Sən mərifətli, 
qədirbilən övladdan danış. 
Eynəkli kişi: Hardaydı qədirbilən övlad? Uşaq vaxtı hamısı quzu kimidir, elə ki böyüdülər, 
ya olacaq xuliqan, tutub basacaqlar dama, üzünü görməyəcəksən, ya da oxutdurub adam 
eləyəcəksən, olacaq alim, incinar, həkim. Onda da üzün görməyəcəksən, çünki səni saya 
salmayacaq.  Deyəcək,  ay dədə, ay  məmə, sizlə  mənim  söhbətim  tutmur, sizin  kulturanız 
çatmır mənimlə söhbət eləməyə, ev-eşiyimə də yaraşmırsınız, vəssalam, şüttamam. 
Həmidə: Ay kişi, sən nə xeyirsöyləməz kişisən. Xeyirsöyləməzin əhvalatın eşitmisən? De-
yir, ay xeyirsöyləməz, uzaq səfərə gedirəm, xeyir söylə, papağımı sənə verim, deyir indidən 
ver, birdən getdin, qayıtmadın. 
Eynəkli kişi (Sanki onun sözlərini eşitmir, qurtum-qurtum çayı içərək öz-özünə danışırmış 
kimi): Məndə olan kəllə heç kəsdə yox idi. Məktəbdə birinci şagird idim, müəllimlər başıma 
and içirdi. Nə olsun, dalısın oxumadım ki, işləyim, ailə saxlayım, oğul-uşağın axırını bir yana 
çıxardım. Hamısını oxutdum, indi məni bəyənmirlər. 
Həmidə: Sənin övladların naxələf çıxıb, təqsir özündədir, yəqin, pis tərbiyə veribsən. Daha 
hamıya niyə qara yaxırsan? 
Eynəkli kişi: Hamısı elədir. Bayaq küçədə fikir verirəm, üç cavan oğlandır. Dərs öyrən-
məkdən, kitab oxumaqdansa, veyil-veyil gəzirlər küçəni... Nə olacaq onların axırı –avara, 
cibgir, başkəsən. 
Həmidə: Yox, balam, mənim övladlarıma min şükür, razıyam onlardan. 
Eynəkli kişi: Hardadırlar, heç gözümə dəymirlər. Bəs bu boşqabları kimin üçün düzmüsən? 
Həmidə (tutulur): Elə belə... Düzmüşəm də. Onlar getdilər, yoldaşları çağırdılar. 
Eynəkli  kişi  (məmnun gülümsünür):  Bəs  mən  nə  deyirəm?  Elə  olacaq  da.  Hamısı  çıxıb 
gedəcək. Nə qədər ki ağılları kəsmir, səndən asılıdırlar – yanındadırlar, elə ki əlləri çörəyə 
çatdı, atıb gedəcəklər. Budur bax, dörd uşağın var, dördü də, Təzə il axşamı anasını tək qoyub 
gedir. Heç yadlarına da düşmürsən indi onların.  
Həmidə: Düz demirsən, hamısının yadındayam. Burda olmasalar da, ürəkləri burdadır. 
Eynəkli kişi: Ürəkləri? Ay-hay. Ürəkləri! 
Həmidə: Hamısı zəng eləyib məni təbrik edəcəklər. 
Eynəkli kişi: Ay elədilər ha. Bax, bacı, adını da bilmirəm. Mənə hamı poçtalyon Bəşir deyir, 
indi övladlarının biri də axşam sənə zəng eləsə, mən poçtalyon Bəşir adımı dəyişib qoyaram 
telefon Bəşir. (Durur) Yaxşı, mən getdim. Çay üçun çox sağ ol, qiyamət çay idi. Sənə bir 
məsləhət verirəm. Bax, o qutunu görürsən? (Televizoru göstərir) Qur onu, otur qabağında. 
Qocalanda adama bir bu qalır. Nə olsa, ondan olacaq. Di salamat qal. (Qapını örtüb gedir) 
Həmidə xala bir az çaşan kimi olur, sonra qapını açıb Bəşirin dalınca qışqırır. 
 
Həmidə: Yox, düz demirsən, ay kişi, düz demirsən. 
Eynəkli kişi (səsi uzaqdan gəlir): Televizor, bacı, televizordan bərk yapış, adama o qalır 
qocalanda. 
Həmidə: Yox, yox, düz demirsən, düz demirsən, poçtalyon, yox, telefon Bəşir. 
Eynəkli kişi: Telefon məsələsinə hələ baxarıq. 


 
 
 
143 
 
•  II  mərhələ  •  
XX əsrin ortalarından günümüzə qədərki ədəbiyyat
  •

Həmidə xala qapıdan aralanıb otağa gəlir, qeyri-ixtiyari televizora yaxınlaşır, mexaniki 
olaraq düyməni burur, ekranda diktor qız. 
 
Həmidə (televizorun qabağından durur): Görəsən, bu gecə daha kimlər təkdir? Radionun 
diktorları. Amma bəlkə, indi radioda da heç kəs yoxdur, ancaq yazılı lentləri buraxırlar. Bəs 
məlumat bürosunun işçiləri? Orada, lap yəqin, adam var. Yazıqlar, yəqin, darıxırlar. Kimdi 
bu gecə telefon soruşan? Qoy bir zəng eləyim, hə? (Telefona yanaşır. 09 çəkir, gözləyir). 
Qadın səsi: Məlumat bürosu sizi dinləyir. 
Həmidə: Salam, qızım. 
Qadın səsi: Nə? 
Həmidə: Salam, qızım. 
Qadın səsi: Hara? Hansı nömrə? 
Həmidə: Deyirəm, salam, qızım. 
Qadın səsi (təəccüblə): Salam. 
Həmidə: Sizin Yeni ilinizi təbrik edirəm. 
Qadın səsi (daha artıq təəccüblə): Çox sağ olun. 
Həmidə: Təksiniz, eləmi? Darıxırsınız, yəqin, hə? 
Qadın səsi: Danışan kimdir? 
Həmidə: Heç, bir nəfər. 
Qadın səsi: Hə, Raya, sənsən, əvvəl tanımadım. Neyləyirsən, hardasan? 
Həmidə: Yox, Raya deyil, başqa adamdır, siz məni tanımırsınız. 
Qadın səsi: Nə istəyirsiniz? 
Həmidə: Mən sizin Yeni ilinizi təbrik etmək istəyirəm. 
Qadın səsi (quru): Təşəkkür edirəm. 
Həmidə: Bilirsiniz, mən sizdən soruşmaq istəyirdim, necəsiniz bu axşam? 
Qadın səsi (səbirsizliklə): Axı, kimdir? 
Həmidə: Heç... bir nəfər... Siz tanımırsınız... 
Qadın səsi (hirsli): Xətti məşğul eləməyin, hələ Yeni il gəlməyib… 
 
Həmidə xala gülür. Dəstəyi qoyur. Televizora yanaşır. Veriliş qurtarır. Ekranda cürbəcür 
xətlər, şüalar və kölgələr qatmaqarışığı var. Həmidə xala televizoru söndürür, divar saatına 
baxır. Divar saatında birə on dəqiqə işləyir. Həmidə televizordan ayrılıb otağın o biri başına 
keçir. Radionu qurur, sonra söndürür. Maqnitofona yanaşır. 
 
Həmidə: Deyirəm, ay Qəzənfər, görəsən, niyə adama ömrünün axırında bir bu cihazlar qalır? 
Yox, yox, dilim-ağzım qurusun, qələt danışdım. Mənə tək bir bu cihazlar qalmayıb. Mənim 
gül kimi balalarım var.  Qəzənfər, bizim balalarımız. Hamısı da məni çox istəyir. (Qəzənfərin 
şəklinə yanaşır, diqqətlə ona baxır. Gərgin musiqi səslənir. Həmidə xala təlaşlı, həyəcanlıdır. 
Tərəddüd içindədir. Nə isə eləmək istəyir, amma qərara gələ bilmir. Bufetə yanaşır, açarı 
götürür. Amma bir an donub qalır. Musiqi şiddətlənir. Nəhayət, Həmidə xala qəti qərara 
gəlir. Açarı bufetin gözünə salır, burur, açır, bayaqkı kaseti çıxarır. Maqnitofona yaxınlaşır, 
onu yandırır, kaseti maqnitofona salır, lenti keçirir) 
 
Həmidə: Qınama məni, Qəzənfər, sənin vəfatından sonra bu evdə heç kəs, bir dəfə də olsun, 
ürək  eləyib  bu  yazıya  qulaq  asmayıb.  Amma  mən  bu  gün  özümü  saxlaya  bilmirəm. 
Bilmirəm, nə olub mənə? Yaman sənin səsini eşitmək istəyirəm (Ani bir tərəddüddən sonra 


Yüklə 4,03 Kb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə