Mustafayeva



Yüklə 4,03 Kb.
Pdf görüntüsü
səhifə59/87
tarix25.06.2018
ölçüsü4,03 Kb.
#51281
növüDərs
1   ...   55   56   57   58   59   60   61   62   ...   87

 
 
146 
 
 
1.  Əsərin birinci parçasını rollar üzrə oxuyun. 
2.  İlkin təəssüratınızı bütün siniflə bölüşün.  
3.  Əsər barədəki hiss və düşüncələrinizi ikihissəli gündəlikdə qeyd edin. 
Əsərdə diqqətimi daha çox cəlb edənlər 
Bunun səbəbi 
 
 
 
4.  Müəyyənləşdirdiyiniz bədii təsvir və ifadə vasitələrinin növünü dəqiqləşdirib, cədvəldə qeyd edin. 
Bədii təsvir və ifadə vasitələrinin işləndiyi cümlələr 
Bədii təsvir və ifadə vasitələrinin növü 
 
 
 
5.  Kiçik qruplarda birləşib yerinə yetirdiyiniz bütün işlərin nəticəsini müzakirə edin, dəqiqləşdirmə 
aparıb təqdimata hazırlaşın. 
6.  Gəldiyiniz nəticələr barədə təqdimat əsasında fikir mübadiləsi və müzakirə aparın. 
 
 
a)  Əsərin ardını (ikinci parçanı) oxuyun. 
b)  Tanış olmayan sözlərin mənasını aydınlaşdırın. 
 
 
1.  Evdə oxuduğunuz parçanı bir daha nəzərdən keçirin,  parta yoldaşınızla birlikdə məzmununa aid 
üçdən az olmayaraq sual və onlara cavab hazırlayın. 
2.  Həmidə  xala  obrazının  nitqi  üçün  səciyyəvi  olan  söz  və  ifadələri  müəyyənləşdirin.  Cədvəldən 
istifadə edin. 
Həmidə xala obrazı 
Nitqi üçün səciyyəvi olan söz və  ifadələr 
Nə üçün belə düşünürsünüz? 
 
 
 
3.  Müəyyənləşdirdiyiniz  bədii  təsvir  və  ifadə  vasitələrinin  növünü  dəqiqləşdirin.  Cədvəldən istifadə 
edin. 
Bədii təsvir və ifadə vasitələrinin işləndiyi cümlələr 
Bədii təsvir və ifadə vasitələrinin növləri 
 
 
 
4. Əsərdə dram janrına xas olan xüsusiyyətləri müəyyənləşdirin. Cədvəldən istifadə edin. 
Əsərdə dram janrına aid xüsusiyyətlər 
Nə üçün belə düşünürsünüz? 
 
 
5. Kiçik qruplarda birləşib yerinə yetirdiyiniz bütün işlərin nəticələrini müzakirə edin, dəqiqləşdirmə 
aparıb, təqdimata hazırlaşın. 
6. Gəldiyiniz nəticə ilə bağlı təqdimat əsasında fikir mübadiləsi və müzakirə aparın. 
 
 
•  Kitabxanadan,  internet  mənbələrindən  “Keçən  ilin  son  gecəsi”  əsəri  ilə  bağlı  məlumat  toplayın. 
Onlardan mənbə, sitat kimi istifadə edəcəyinizi nəzərə alın. 
 
 
• Əsərin təhlilinə hazırlaşın. 
1.  Mətni oxuyun. Tapşırıqları yerinə yetirərkən ordakı fikirlərdən faydalanın. 
Dramatik növdə olan əsərlər, bilirsiniz ki, həm nəzmlə, həm də   nəsrlə olur. Siz mənzum dram 
nümunəsi ilə – H.Cavidin “Ana” əsəri ilə tanışsınız. İndi öyrəndiyiniz “Keçən ilin son gecəsi” pyesi isə 
nəsrlə yazılmışdır. O, meydana çıxan kimi oxucular və tamaşaçılar tərəfindən maraqla qarşılanmışdır. 
I   d ə r s 
M ə z m u n   ü z r ə i ş
 
E v d ə   i ş  
I I   d ə r s 
M ə z m u n   ü z r ə   i ş  
 
E v d ə   i ş  
I I I   d ə r s 
T ə h l i l   ü z r ə   i ş  


 
 
 
147 
 
•  II  mərhələ  •  
XX əsrin ortalarından günümüzə qədərki ədəbiyyat
  •

Dramaturq  bir  ailənin  ilin  son  günündəki  həyatının  timsalında  ciddi  mənəvi-əxlaqi  problemlərə 
toxunur. Həmidə ana Yeni il gecəsində niyə tək qalmalıdır? Oəzənfər sağ olanda ailənin həmişə birlikdə  
olmasına səbəb nə idi? Ölümündən on bir il keçən, övladları böyüyən Qəzənfər sağ olsaydı, ailə Yeni 
il gecəsi birlikdə olardımı? 
Əsər oxunduqca yeni-yeni suallar doğur: lent yazısındakı hansı sözlər anaya təskinlik verir? Qə-
zənfərin hansı fikri həqiqəti başa düşməkdə anaya kömək edir? Övladlarının yeni il gecəsi ananın başına 
cəm olmaması faciədirmi? Övladların bir qisminin böyüyəndən sonra valideynlərindən soyumasına, 
bəzən də uzaqlaşmasına səbəb nədir? 
Bu qəbildən suallar ciddi araşdırma tələb edir. Dərslikdəki tapşırıqlar əsərdəki mətləbləri aydın-
laşdırmağa  və  qiymətləndirməyə  imkan  verəcəkdir.  Dramla  bağlı  topladığınız  məlumat,  eləcə  də 
aşağıdakı fikirlər daha səmərəli tədqiqat aparmaqda yardımçınız olacaqdır.    
“Həyatın mənası nədədir” sualına Anarın əsərləri və qəhrəmanları, adətən, bu cür cavab verirlər: 
mənəvi ünsiyyətdə! Fərdlər, nəsillər, ömürlər və əsrlər  arasında fasiləsiz rabitədə... Anar keçmişin 
inkarı və gələcəyə laqeydliyə qarşı çıxır, “zamanın bağları” həyatda qırılanda onu sənətdə qırılmağa 
qoymur. Bu məhz vicdani-əxlaqi baxımdan ciddi vətəndaşlıq əhəmiyyəti kəsb edir”.  
Y. Qarayev. 
 
 “Anarın yaradıcılığının ən qüvvətli cəhəti insan dəyərlərini açmaq, özü də insanların öz gözləri, 
öz ölçüləri ilə açmaqdır.  Anarın obrazları müxtəlif dəyərlərə, keyfiyyətlərə malik real insanlardır və 
hər konkret situasiyada öz real insan xislətləri ilə çıxış edirlər. 
Anarın obrazlarının dili də  fərdidir, bir-birindən fərqlənir”.  
A. Məmmədov. 
 
 
2. Əsər hansı mövzuda yazılmışdır? Sizcə, hansı həyati problem yazıçını bu əsəri yazmağa sövq etmişdir? 
3. Həmidə ana obrazını səciyyələndirin. Cədvəldən istifadə edin.  
4. Ananın övladlarını səciyyələndirən başlıca cəhətlər hansılardır? Onların Yeni il gecəsini analarının 
yanında keçirməmələrinə münasibətiniz necədir? 
5. “Dünyada heç nə itmir, batmır, heç kəs ölmür. Yaxşı da, pis də keçir, nəsil-nəsil keçir... Biz... əlimizin 
zəhmətilə  çörək  qazanmışıq.  Qoy  bizim  həyatımızda  yaxşı  nə  olubsa,  uşaqlarımız  özləri  ilə  təzə 
həyatlarına, təzə nəsillərə aparsınlar. Həyat da elə budur...” Sizcə, bu fikrində Qəzənfər haqlıdırmı? 
Nə üçün? 
6.  Əsərin  bədii  gözəlliyinin,  fikrin  təsir  gücünün  artmasında  məcazların  rolunu  aydınlaşdırın.  Cəd-
vəldən istifadə edin.                      
Dramda işlənmiş bədii təsvir və ifadə vasitələri 
Əsərin təsir gücünün artmasında onların rolu 
 
 
 
7. Əsərdəki başılıca fikir-ideya, sizcə, nədir?  İdeyanın başa düşülməsində daha əhəmiyyətli olan 
ifadə və cümlələr hansılardır? 
Əsərin ideyası 
İdeyanın başa düşülməsində əhəmiyyətli olan ifadə və cümlələr 
 
 
 
 
• Mövzulardan birini seçib təqdimata hazırlaşın. 
a)  Gənc nəslə münasibətdə kim haqlıdır: Həmidə xala, yoxsa Eynəkli kişi? 
b)  Yaşlı adamların çox vaxt  gənc nəsildən gileylənməsinin səbəbini nədə görürəm? 
Həmidə ana obrazı 
Xarakterindəki başlıca xüsusiyyətlər 
 
Düşüncələri (həyata, ailə münasibətlərinə baxışı) 
 
Nitqi – danışığı üçün səciyyəvi olan cəhətlər 
 
Digər obrazlara münasibəti 
 
 
A r a ş d ır ı n  •  F i k i r l ə ş i n   •  C a va b   v er i n 
 
E v d ə   i ş  


Yüklə 4,03 Kb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə