Mustafayeva



Yüklə 4,03 Kb.
Pdf görüntüsü
səhifə67/87
tarix25.06.2018
ölçüsü4,03 Kb.
#51281
növüDərs
1   ...   63   64   65   66   67   68   69   70   ...   87

 
 
166 
 
sancdı ki, erməni heyvan kimi bağırıb üzü üstə düşdü.
 
Sonra bıçağı kürəyindən çıxar-
mağa çox cəhd etdisə, bacarmadı. Kürəyindən qan fəvvarə vururdu. Axırda üzü üstə 
düşüb hərəkətsiz qaldı. Bıçaq düz ürəyinə sancılmışdı. Xəzangül donub qalmışdı. İnana 
bilmirdi ki, bu işi o tutub. Belə bir gücü o, haradan ala bildi! Bir azdan yaşlı erməni 
yüyürə-yüyürə içəri girdi: 
–  Levon, nə olub? – soruşdu. 
Levonun  kürəyinə  sancılmış  bıçaqla  üzü  üstə  düşdüyünü  görüb,  bir  anlığa  özünü 
itirdi.  Yoldaşına  kömək  eləyib  kürəyinə  sancılmış  bıçağı  çıxarmaq  əvəzinə,  bayıra 
yüyürdü. Xəzangül isə daş heykəl kimi donub qalmışdı, 
heç nə duymur, heç nə eşitmirdi. Ağlamaqda davam edən 
körpəsinin səsinə də sanki biganə qalmışdı. Ancaq onu 
hiss etdi ki, əlində avtomat içəri girən qoca erməni onu 
nişan  alıb  atəş  açdı.  Bundan  sonra  araya  sükut  çökdü. 
Yaşlı  erməni  Levonun  yanına  yüyürdü.  Xəncəri  onun 
kürəyindən çıxardı. Bütün üst-başı qana bulaşdı. Sonra Levonu nə qədər çağırdısa, ondan 
cavab çıxmadı. Ayağa qalxıb papağını çıxardı və xaç vurdu. Bir an keçmədi ki, ikinci 
bir güllə də açıldı. Lakin bu güllənin səsini Xəzangül daha eşitmədi.
 
 
 
 
 
1. Əsəri oxuyun (bunu fərqli formalarda  həyata keçirə bilərsiniz).  
2. İlkin təəssüratınızı siniflə bölüşün. 
3. Parta yodaşınızla birlikdə mətnkənarı suallara cavab hazırlayın. 
4. Hekayə haqqındakı təəssüratınızı və düşüncələrinizi ikihissəli gündəlikdə qeyd edin. 
Əsərdə diqqətimi daha çox cəlb edənlər 
Bunun səbəbi 
 
 
 
5. Müəyyənləşdirdiyiniz bədii təsvir və ifadə vasitələrinin növünü dəqiqləşdirin. Cədvəldən istifadə edin.       
Bədii təsvir və ifadə vasitələrinin işləndiyi cümlələr 
Bədii təsvir və ifadə vasitələrinin növü 
 
 
 
6. Kiçik qruplarda birləşib yerinə yetirdiyiniz bütün işlərin nəticələrini müzakirə edin, dəqiqləşdirmə 
və ümumiləşdirmə aparıb təqdimata hazırlaşın. 
7. Gəldiyiniz nəticə ilə bağlı təqdimatlar əsasında fikir mübadiləsi və müzakirə aparın. 
 
 
• Əsəri hissələrə ayırın, birinin məzmununu iki formada – yığcam və geniş danışmağı öyrənin. 
 
 
• Əsərin təhlilinə hazırlaşın. 
1.  Mətni oxuyun. Tapşırıqları yerinə yetirərkən ordakı fikirlərdən faydalanın. 
Hekayədə Qarabağ müharibəsinin ağır günlərindən biri təsvir edilir. Körpəsi ilə birlikdə amansız 
düşmənlə  üzbəüz  qalan yaralı  Azərbaycan  qadınının  hiss  və  düşüncələri,  bütövlükdə  mənəvi aləmi, 
xarakterindəki başlıca cəhətlər tutarlı bədii boyalarla əks etdirilmiş, fərdi keyfiyyətləri ilə yadda qalan  
obrazı yaradılmışdır. Xəzangül “Kitabi-Dədə Qorqud” dastanındakı Burla xatun kimi, övlad taleyi ilə 
sınağa çəkilir. Əgər dastanda kafirlər anaya oğlunun ətini yedirtmək istəyirlərsə, XX əsrin ən qəddar 
cinayətkarları – erməni qatilləri gənc anadan südəmər körpəsini öz əlləri ilə öldürməyi tələb edirlər. 
I   d ə r s 
M ə z m u n   ü z r ə i ş
 
E v d ə   i ş  
I I   d ə r s 
T ə h l i l   ü z r ə   i ş  
 
• Xəzangülün belə bir 
vəziyyətə düşməsinin 
səbəbini necə izah 
edərsiniz? 


 
 
 
167 
 
•  II  mərhələ  •  
XX əsrin ortalarından günümüzə qədərki ədəbiyyat
  •

Əsərdəki düşmən obrazları da  həyat həqiqətlərinə uyğun təsvir edilmişlər. Sarkis və Levon bütün 
bəşəri dəyərləri, əxlaq qanunlarını tapdalayan erməni milli xarakterinin daşıyıcılarıdır. 
Əsərin  üzərində  müşahidələrinizi  davam  etdirin,  Qarabağ  müharibəsi  ilə  bağlı  gerçəkliyi  təbii  
canlandırmağa yazıçının necə nail olduğunu aydınlaşdırmağa çalışın. 
 
 
2.  Əsərin mövzusunu və onda qaldırılmış başlıca problemi müəyyənləşdirin. 
3.  Xəzangül obrazını səciyyələndirin. Fikrinizi nümunələrlə əsaslandırın. Cədvəldən istifadə edin.  
Xəzangülün  xarakterindəki 
başlıca cəhətlər 
Onun düşüncələri 
 
Fərqli vəziyyətlərdə 
davranışı 
Yazıçının ona 
münasibəti 
 
 
 
 
 
4.  Əsərdəki düşmən obrazlarını səciyyələndirin. Fikrinizi nümunələrlə əsaslandırın. 
Sarkis və Levonun  xa-
rakterindəki başlıca cə-
hətlər 
Onların davranışı, 
nitqi üçün səciyyəvi 
olanlar 
Yazıçının onlara 
münasibəti 
Bu obrazlara sizin 
münasibətiniz 
 
 
 
 
 
5.  “Hekayədə təsvir olunanlar Qarabağ müharibəsinin həqiqətlərini əks etdirir” fikrini doğru saymaq 
olarmı? Fikrinizi həyati fakt və tarixi sənədlərlə əsaslandırmağa çalışın. 
6.  Əsərdə işlənmiş bədii təsvir və ifadə vasitələrinin fikrin təsir gücünün artmasında rolunu aydın-
laşdırın. Cədvəldən istifadə edin. 
Bədii təsvir və ifadə vasitələrinin işləndiyi cümlələr  Fikrin təsir gücünün artmasında onların rolu 
 
 
 
7.  Əsərdəki başlıca fikir – ideya, sizcə, nədir? Fikrinizi əsaslandırın. Cədvəldən istifadə edin. 
Əsərin ideyası 
Nə üçün belə düşünürsünüz? 
 
 
 
 
• Mövzulardan birini seçib təqdimata hazırlaşın: 
a)  İşğal altında qalmış kənd və şəhərlərimiz. 
b)  Qarabağı azad etməyin yolunu nədə görürəm. 
 
 
1. Mövzulardan birini seçib işləyin. 
a) “Qarabağ müharibəsi incəsənətin digər növlərində” mövzusunda inşa. 
b) “Qarabağın sənət adamları” mövzusunda esse. 
 
2. “İntiqam” hekayəsini Qarabağ müharibəsinə həsr olunmuş digər bir əsərlə (məsələn, E.Hüseynbəyli. 
“Firuzə qaşlı xəncər”, yaxud Z.Xəlil. “Sonuncu güllə”) müqayisə edin. Venn diaqramından istifadə 
edin.
 
 
• Əsərdən seçdiyiniz parçanın ifadəli oxusuna hazırlaşın.
 
 
 
 
A r a ş d ır ı n  •  F i k i r l ə ş i n   •  C a va b   v er i n 
 
E v d ə   i ş  
I I I   d ə r s 
T ə t b i q   •  M üz a k i r ə   •   Y a r a d ı c ı  i ş  
 
E v d ə   i ş  


Yüklə 4,03 Kb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə