Mustafayeva



Yüklə 4,03 Kb.
Pdf görüntüsü
səhifə64/87
tarix25.06.2018
ölçüsü4,03 Kb.
#51281
növüDərs
1   ...   60   61   62   63   64   65   66   67   ...   87

 
 
158 
 
3.   Sualları və onlara hazırladığınız cavabları təqdimat əsasında müzakirə edin. 
4.  Şeirdə işlənmiş bədii təsvir və ifadə vasitələrini müəyyənləşdirin, onların fikrin təsir gücünün art-
masında rolunu aydınlaşdırın. 
5.   Şeidəki başlıca fikri – ideyanı müəyyənləşdirin. 
6.   Şeiri Elçinin “Talvar” hekayəsi ilə mövzu, ədəbi növ, janr, ideya  baxımından  müqayisə edin. 
7.   Müqayisənin nəticəsini cədvəldə qeyd edin. 
Müqayisə edilən xüsusiyyətlər 
“Fəhlə əli” 
“Talvar” 
 
 
 
 
8.  “Talvar” hekayəsindən bir parçanın  ifadəli oxusunu hazırlayın.  İfaçılıq vəzifəsini  (dinləyicilərə 
nəyi çatdıracağınızı), səsinizin alacağı çalarları, sürətini, ucalığını və s. müəyyənləşdirin.  
9.  İfaları dinləyib müzakirə edin. 
 
 
• Əsərin sizdə ən güclü təəssürat yaradan bir epizodunun ifadəli oxusunu hazırlayın. Şərti işarələrdən 
istifadə edin. 
 
 
• Bölmədə tanış olduğunuz sənətkarların həyatı haqqında kitabxana və ya internetdəki mənbələrdən 
topladığınız məlumat əsasında təqdimata hazırlaşın. 
 
 
 
 
 
 
 
E v d ə   i ş  
 
M ü s t ə q i l   i ş   ü ç ü n  


 
 
 
159 
 
•  II  mərhələ  •  
XX əsrin ortalarından günümüzə qədərki ədəbiyyat
  •

 
 
 
 
 
 
 
 
 
Q i y m ə t l ə n d i r m ə   m a t e r i a l ı
 
 
Sabir Rüstəmxanlı 
SAĞ OL, ANA DİLİM! 
(ixtisarla) 
 
Yollarım sınandı yad ölkələrdə,  
Neçə yad dodaqda səsləndi adım.  
Sağ ol, ana dilim, məni heç yerdə 
Köməksiz qoymadın, yalqız qoymadın. 
 
Barmağım altında düymə fırlanır,  
Londonla, Parislə yanaşı Bakı... 
Doğma sözlər üçün darıxan hanı? 
Deyin, qoy dinləsin: “Danışır Bakı!” 
 
Danışır, açılır ömrün baharı, 
Dünyaya mən onun qoynundan uçdum. 
Mənim ürəyimin antenaları  
Gözəl Azərbaycan dilinə tuşdu. 
 
Döyüşdə qılınctək sıyrıldı qından,  
Başımın üstündə bayrağım oldu. 
Torpağım ikiyə bölünən zaman 
Bu dil bölünməyən torpağım oldu. 
 
Utansın tarixə dəllallıq edən, 
Tarix qapısına açar sözlər var. 
Pərdəni qaldırsan beş-on kəlmədən 
Qondarma cildlər tar-mar olar. 
 
Bu dildə sevincim, qəmim, kədərim, 
Təzə ümidlərə açılan səhər. 
Bu dilin reaktiv təyyarələri – 
Araz sərhədini qıran kəlmələr. 
 
İpək nəğmələrim gülləbatmazdı,  
Qolunu qandalla bağlamaq olmaz. 
Bu taydan o taya arxayın keçən, 
O taydan bu taya arxayın keçən 
Dilin sənədini yoxlamaq olmaz! 
Sevginin yolunu saxlamaq olmaz! 
 
Sağ ol, ana dilim, ana öyüdüm, 
Füzuli eşqindən divanə dilim. 
Ürəyim başına nəfəs dərmədən 
Fırlanıb kül olan pərvanə dilim. 
 
Aladağ, Qaradağ... di seç, di ayır, 
Dağları basılmaz ordum sanmışam. 
Harda bircə kəlmə sözüm yaşayır, 
Oranı halalca yurdum sanmışam. 
 
Qapılar dalında qoydular səni, 
Haqq dedin, dabandan soydular səni
Ancaq məhv olmadın, anam, can dedim, 
Ordular sarsıdan qəhrəman dilim! 
 
Ömrüm qırılmazdı, yol qırılsa da, 
Səninlə həmişə mən üzüağam. 
Bədənim torpağa tapşırılsa da, 
Ruhumu mən sənə tapşıracağam. 
 
 


 
 
160 
 
Bütün  dünyada  “xalqlar  həbsxanası”  kimi  tanı-
nan  SSRİ-nin  siyasi  həyatında  1980-ci  illərin  orta-
larından  başlayaraq  ciddi  dönüş  başlandı.  Əslində, 
ictimai  həyatın  bütün  sahələrində  belə  bir  dönüşə 
cəhd göstərilirdi. Zəifləmiş iqtisadiyyatı dirçəltmək, 
inkişaf etdirmək üçün sürətləndirmə adı altında baş-
lanılan  proses  az  sonra  yenidənqurma  adlandırıldı. 
Lakin iqtisadiyyatda əhəmiyyətli bir irəliləyişə nail 
olunmadı.  Bütün  respublikalarda  siyasi-iqtisadi  böhran  gündən-günə  artırdı.  Aşkarlıq  və 
demokratiyanın dərinləşməsi sovet quruluşunun eybəcərliyinin köklü şəkildə açıqlanmasına 
və  tənqidinə  imkan  yaratdı.  Milli  müstəqillik  uğrunda  xalq  hərəkatı  SSRİ  adlanan  impe-
riyanın hər yerində baş qaldırdı və gücləndi. Rus çarizminin sınaqdan çıxmış milli ədavətlərin 
qızışdırılması  siyasəti  də  rus  sovet  imperiyasına  lazımınca  yardım  edə  bilmədi.  Soydaş-
larımızın Qərbi Azərbaycandan didərgin salınması, 1990-cı ilin qanlı 20 Yanvar faciəsi, Qa-
rabağ uğrunda müharibə, Moskvanın erməni qəsbkarlarına hər cür köməyi, iftira, hiylə və 
böhtanları  xalqımızı  azadlıq  uğrunda  mübarizədən  döndərə  bilmədi.  Ümummilli  Lider 
Heydər  Əliyevin  hakimiyyətə  gəlişi  isə  milli  müstəqilliyini  bərpa  edən  Azərbaycanın 
daxilindəki siyasi çəkişmələrə son qoydu.
 
Çox qısa bir zaman kəsiyində baş verən bu mühüm hadisələr sovet ideologiyası kimi, 
sosialist realizmini də tarix səhnəsindən süpürüb atdı. 1980-ci illərin ikinci yarısından baş-
layaraq həyat həqiqətlərinə yeni bədii təfəkkürün işığında yanaşma daha da gücləndi və artdı. 
Bu, tarixi mövzularda yazılmış əsərlərdə də (İ.Əfəndiyevin  “Şeyx Xiyabani”, N.Xəzrinin 
“Torpağa sancılan qılınc”,  F.Kərimzadənin  “Çaldıran döyüşü” və s.) özünü göstərirdi. Başqa 
sözlə, həmin əsərlərdə xalqın taleyi və tarixi şəxsiyyətlər çağdaş yanaşmanın, yeni təfəkkürün 
prizmasından dəyərləndirilirdi.  
Müstəqillik  dövründə  fəaliyyət  göstərən  ədəbi  qüvvələri  müxtəlif  nəsillər  təmsil  edir. 
Poeziyada  böyük  təcrübəyə  malik  B.Vahabzadə,  N.Xəzri,  Qabil,  X.R.Ulutürk,  M.Araz, 
F.Qoca,  N.Həsənzadə  və  digər  xalq  şairləri  ilə  bərabər,  sonrakı  nəsillərin  nümayəndələri: 
F.Sadıq,  S.Rüstəmxanlı,  R.Rövşən,  M.İsmayıl,  D.Gədəbəyli,  R.Behrudi  və  b.  yazıb-
yaradırdılar. 
“Şəhidlər”  (B.Vahabzadə),  “Salatın”  (N.Xəzri)  poemaları,  X.Rzanın  “Davam  edir  37” 
kitabında toplanmış əsərlər və çap etdirdiyi digər şeirlər ideya-bədii keyfiyyətinə görə yeni 
ədəbi hadisə kimi qarşılandı.    
Nəsrin  zənginləşməsinə  müxtəlif  nəsillərin  nümayəndələri:  Ə.Məmmədxanlı,  İ.Hüsey-
nov,  İ.Şıxlı,  S.Əhmədov,  Anar,  Elçin,  Y.Səmədoğlu,  S.Səxavət,  E.Hüseynbəyli  və  digər 
yazarlar az töhfə verməmişlər. 
Ədəbiyyata gələn yeni qüvvələr – M.Cəfər, O.Fikrətoğlu, M.Nur, K.Nəzirli, E.Zal, S.Sar-
van,  imzaları  daha  sonra  görünən  R.Nazimqızı,  A.Əlizadə,  İ.Qismət,  C.Zeynalov  və  b. 
yaradıcılıq axtarışlarını davam etdirirlər. 
 Bu  illərdə  müasir  mövzulara  müraciət  halları  az  olmamışdır.  Xalqımızın  qan  yaddaşı 
olan 20 Yanvar, faciələrə yol açmış Qarabağ müharibəsi müxtəlif nəsillərin nümayəndələri 
üçün mövzu mənbəyi olmuşdur. S.Əhmədlinin hekayələri, S.Səxavətin “Nekroloq”, Ə.Əmir-
linin “Meydan”, İ.Məlikzadənin “Qırmızı şeytan” və s. insanlarımızı düşündürən taleyüklü 
problemlərin
 
uğurlu bədii həllini verən maraqlı əsərlər kimi qarşılanmışdır. 
Müstəqillik dövründə dramaturgiya da durğunluq dövrü keçirməmiş, müxtəlif nəsillərə 
mənsub  sənətkarların  fərqli  mövzularda  qələmə  aldıqları  onlarla  əsər  meydana  çıxmışdır. 
Tarixi mövzularda yazılan əsərlərin əksəriyyətində (B.Vahabzadə. “Özümüzü kəsən qılınc”, 
Müstəqillik illərində 
ədəbiyyat (1991-ci ildən 
günümüzə qədər) 
••• 
 6 
••• 


Yüklə 4,03 Kb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə