Mustafayeva



Yüklə 4,03 Kb.
Pdf görüntüsü
səhifə66/87
tarix25.06.2018
ölçüsü4,03 Kb.
#51281
növüDərs
1   ...   62   63   64   65   66   67   68   69   ...   87

 
 
164 
 
burunlarının  altında  ev  sahibinin  ünvanına  söyüş  yağdırdılar.  Quldurların  hündürdən 
danışmalarından  körpə  ağlamağa  başladı.  Anası  onu  hər  vasitə  ilə  sakitləşdirməyə 
çalışırdı. Ermənilər otaqda bir şey tapmadıqda aynabəndə çıxdılar. Bir azdan sonra orada 
sındırılan qab-qacaq səsindən körpə daha da vahimələnib səsini ucaltdı. Oradan cavan 
erməninin səsi eşidildi: 
    – Axçi, ay it qızı, onun səsini kəsə bilmirsən?! Bacarmırsansa, bu saat gəlib, bir güllə 
ilə susduraram.  
Bu sözlərdən bütün otaq Xəzangülün başına hərləndi. 
Ona  elə  gəldi  ki,  quldur  indicə  içəri  keçərək,  balasını 
qanına qəltan edəcəkdir.  
Əlləri  əsə-əsə  körpəsinin  ağzını  yumdu.  Balası  isə 
nəfəsi  darıxdığından  ayaqlarını  çırparaq,  ağlamağında 
davam edirdi... 
Bayırdakı yanğının isti nəfəsi içəri dolub onların nəfəsini tıxayırdı. Görünürdü ki, 
yanğın onlara lap yaxınlaşıb. Xəzangül başa düşdü ki, yanan onlarla qapıbir qonşu olan 
Səfər  kişinin  ikimərtəbəli  mülküdür.  “Görünür  ki,  –  fikirləşdi,  –  bizi  də  evqarışıq 
yandırmaq niyyətindədirlər”. Ancaq bununla belə, özünə 
təskinlik  verirdi  ki,  ermənilər  tez  evdən  çıxıb  getsələr, 
birtəhər sürünüb körpəsi ilə birlikdə eşiyə çıxa bilər.
  
Quldurlar  aynabəndi  axtarandan  sonra  təkrar  otağa 
qayıtdılar.  Otağı  yenə  ələk-vələk  elədilər.  Bir  yer  qalmadı  ki,  burunlarını  soxmamış 
olsunlar.  Birdən  gözləri  üstünə  köhnə  palaz  parçası  salınmış  oturacağa  sataşdı.  Bu, 
əslində,  köhnə  bir  sandıqdı.  Əri  Cahangir  Gədəbəyə  vuruşmağa  getməmişdən  qabaq 
ondan  oturacaq  kimi  istifadə  edirdi.  Belə  baxanda  heç  kəs  deməzdi  ki,  köhnə  palaz 
parçasının  altında  kətil  deyil,  sandıqdır.  Xəzangül  bütün  pal-paltarını  onun  içində 
saxlayırdı. Orada elə paltar vardı ki, heç qatı açılmamışdı. Bir dəfə də olsun, əyninə ge-
yinməmişdi.  Yaşlı  erməni  oturacaqdan  şübhələnib  yaxınlaşdı.  Köhnə  palaz  parçasını 
çəkib yerə saldı. Onun altındakı sandığı görüb sevincək qapağını qaldırdı. Sandığın için-
dəkiləri görəndə gözləri bərələ qaldı: 
– Levon, buraya gəl! Xəzinə tapmışam. 
Sandıqdakı  pal-paltarı  birlikdə  çıxarıb  otağın  içərisinə  səpələdilər.  Cavan  erməni 
üzünü Xəzangülə tərəf çevirib dedi: 
– Ay it qızı, belə pal-paltarı olanın qızılı olmaz?! Sənin dərini soyacağam, qızılların 
yerini deməsən. 
 
Yaşlı  erməni  dinmədən  tələsik  yerə  səpələnmiş  pal-paltarı,  Xəzangülün  qatı  açıl-
mamış  donlarını,  baş  yaylıqlarını  kisəyə  doldurdu.  Bayırda  maşın  səsi  eşidilən  kimi 
kisəni  dalına atıb  çıxdı. Cavan  erməni isə  hələ də axtarırdı. Avtomatının qundağı  ilə 
divarları, döşəmənin taxtalarını döyəcləyirdi...  
   Sonra yaxınlaşıb, Xəzangülün başı üstündə ağac kimi bitdi. Xəzangül yorğanı bir 
az da yuxarı çəkib sinəsini örtdü. Cavan erməni əlini atıb yorğanı güclə onun sinəsindən 
aşağı çəkdi. Sonra yanındakı körpəni qaldırıb onun ayaqları altına atdı. Xəzangüldən acı 
bir fəryad qopdu.
 
 Bayırdakı erməni cəld içəri girdi:
 
– Levon, neyləyirsən? – soruşdu. 
– Heç. Sən işində ol. Mən onun dilini açacağam. 
 
• Yaraqlının sözlərindən 
vahiməyə düşməkdə 
Xəzangül haqlı idimi? 
 
• Sizcə, Xəzangülün bu 
arzusu baş tuta bilərdimi?


 
 
 
165 
 
•  II  mərhələ  •  
XX əsrin ortalarından günümüzə qədərki ədəbiyyat
  •

Yaşlı  erməni  yerdə  qalan  süfrə  və  dəsmalları,  Xəzangülün  heç  geymədiyi  iki  cüt 
ayaqqabını və başqa xırım-xırda şeyləri də kisəyə doldurub çıxdı. Xəzangülün ayaqları 
altına atılmış körpənin rəngi çığırmaqdan gömgöy olmuşdu. Ana əyilib onu qaldırmağa 
cəhd etsə də, bacarmadı. Levon əmr etdi ki, tərpənməsin. Birdən nə fikirləşdisə, daha 
uca səslə bağırdı:   
– Qızılların yerini deyəcəksən, ya yox? 
– Dedim ki, bizim qızılımız yoxdur. 
– Yalan deyirsən! 
– Allah haqqı, düz sözümdür. 
– İndi deyərsən.  
O, kəmərinə bağladığı bıçağını çıxarıb yorğanın üstünə atdı: 
–  Al, öldür körpəni öz əlinlə. Ya qızılların yerini de-
yəcəksən,  ya  onu  öz  əlinlə  öldürməlisən.  Boğazını  üz-
məlisən.
  
Xəzangül  qulaqlarına  inanmadı.  Ayaqları  altında 
ağlamaqdan artıq səsi xırıldayan körpəsini görməsəydi, 
ona elə gələrdi ki, yuxu görür. “Yox, yox. İnsan övladı bu sözləri dilinə gətirə bilməz. 
Bu, ancaq heyvan bağırtısıdır”.  
O, cəhənnəmdə idi. Ona əmr eyləyənsə Əzrayıl idi. Aman Allah, kaş onun özünü 
öldürəydi, körpəsinin qətlini gözləri ilə görməyəydi. 
 
Kin,  qəzəblə  dolu  quldur  gözləri  ilə  mərhəmət  diləyən,  kövrək  yalvarışlarla 
cilvələnən  ana  gözləri  bir-birinə  zillənmişdi.  Biri  qana  hərisdi,  o  biri  isə  məsum  bir 
körpənin keşiyində durmuşdu. Bunun sonu necə olacaqdı?
  
Araya  çökən  sükut  erməninin  səbrini  tükəndirdi.  Avtomatın  qundağı  ilə  körpəni 
vurub bağırdı: 
– Deyəcəksən, ya yox? 
Xəzangül var gücü ilə qışqırdı, erməninin üzünə tüpürdü: 
– Alçaq! – dedi.  
Erməni tövrünü pozmadan üzünü sildi: 
      – Gördün ki, mən sənin hərəkətini necə qəbul elədim. 
İndi görək sən də mənim hərəkətim qarşısında belə sakit 
dura biləcəksən? Götür bıçağı. 
Xəzangül onun niyyətini əvvəlcədən başa düşmüşdü. 
Körpəsini  öz əliylə  ona öldürtmək  istəyirdi.  Buna  görə 
ona yalvarmadı, qürurunu pozmadı. Bıçağı əlinə alıb öz 
hökmünü verdi: 
– Körpəni mənə ver. Mən əyilə bilmirəm. 
Erməni onun belə qətiyyətinə məəttəl qaldı. Qaşlarını 
çatıb diqqətlə ona baxdı.
  
– Niyə durmusan? Uşağı mənə ver. İndi görərsən ki, mən səndən də sakit duracağam. 
Onu necə dünyaya gətirmişəm, eləcə də  öldürəcəyəm.  
Levon uşağı götürmək üçün Xəzangülün ayaqlarına tərəf dartılarkən, Xəzangülün 
qarşısında qəribə bir mənzərə açıldı; erməninin kürəyi Xəzangülün gözlərində ani olaraq 
elə böyüyüb açıldı ki, sanki geniş bir meydandır. Ürəyində Allahı köməyə səslədi və bir 
anı belə itirmədən bıçağı, elə bil hardansa qüvvət almış əli ilə düşmənin kürəyinə elə 
Düşmənin bu tələbi sizin 
üçün gözlənilən idimi? 
• Erməni yaraqlısının 
təəccüblənməsinə səbəb, 
sizcə, nədir? 
Xəzangülün bu hərəkəti 
onun haqqındakı 
təsəvvürünüzə nə əlavə 
etdi? 


Yüklə 4,03 Kb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə