Mustafayeva



Yüklə 4,03 Kb.
Pdf görüntüsü
səhifə69/87
tarix25.06.2018
ölçüsü4,03 Kb.
#51281
növüDərs
1   ...   65   66   67   68   69   70   71   72   ...   87

 
 
172 
 
5.  Müəyyənləşdirdiyiniz bədii təsvir və ifadə vasitələrinin növünü dəqiqləşdirin. Cədvəldən istifadə edin. 
Bədii təsvir və ifadə vasitələrinin işləndiyi cümlələr 
Bədii təsvir və ifadə vasitələrinin növü 
 
 
 
6.  Kiçik qruplarda birləşib yerinə yetirdiyiniz bütün işlərin nəticələrini müzakirə edin, dəqiqləşdirmə 
və ümumiləşdirmə aparıb təqdimata hazırlaşın.  
7.  Gəldiyiniz nəticə ilə bağlı təqdimat əsasında fikir mübadiləsi və müzakirə aparın. 
 
 
a)  Əsərin ardını (ikinci parça) oxuyun. 
b)  Tanış olmayan sözlərin mənasını aydınlaşdırın. 
 
 
1.  Evdə  oxuduğunuz  parçanı  bir  daha  nəzərdən  keçirin.  Bədii  təsvir  və  ifadə  vasitələrini  müəy-
yənləşdirin, tanış olmayan sözlərin mənasını dəqiqləşdirin. 
2.  Misralarda ifadə olunmuş fikri aydınlaşdırıb qısaca yazın. 
Azadlıq ağacı bar verə bilməz  
Şəhidlər qanıyla suvarılmasa... 
 
...Quzeydə yerini göstərdik yada
 Zorun təməlini haqq deşə bildi.  
 
Biriykən ikiyik, bu halımızla  
Biri-birimizə həsrət qalmışıq.
 
 
Daş körpü – vəhdətim, daş Xudafərin! 
 Gərəksiz daşların qalağı oldu.  
 
İki əsrdir ki, o daş körpünün  
Bu tayında mənəm, o tayında sən.  
 
Sərhəd dirəkləri xəbərsiz oldu  
Bizim qəlbimizdən keçən körpüdən.
 
 
Çayın altındakı torpaq birdisə,  
O tayı bu taydan ayırmaq olmaz.
 
 
Köksünə dağ üstdən dağ çəkilən xalq  
Bir gün dağ çəkəcək dağın köksünə.
 
 
Artıq anlamışıq, ahla, amanla  
Nə məftil əriyər, nə sərhəd uçar.  
 
Suyun gəlməsinə şübhəm yox mənim, 
Bir vaxt şırıl-şırıl su gələn arxa.  
 
Biz də görəcəyik Azərbaycanın  
Güneyli-Quzeyli xəritəsini.  
 
 
3.  Müəyyənləşdirdiyiniz bədii təsvir və ifadə vasitələrinin növünü dəqiqləşdirin. Cədvəldən istifadə edin. 
Bədii təsvir və ifadə vasitələrinin işləndiyi cümlələr  Bədii təsvir və ifadə vasitələrinin növü 
 
 
 
4.  Əsərin poema janrında olduğunu əsaslandırın. 
5.  Kiçik qruplarda birləşib yerinə yetirdiyiniz bütün işlərin nəticələrini müzakirə edin, dəqiqləşdirmə 
və ümumiləşdirmə aparıb təqdimata hazırlaşın. 
6.  Gəldiyiniz nəticə ilə bağlı təqdimat əsasında fikir mübadiləsi və müzakirə aparın. 
 
 
• “Milli azadlıq uğrunda mübarizənin ədəbiyyatımızda təsviri” mövzusunda təqdimata hazırlaşın. 
 
E v d ə   i ş  
I I   d ə r s 
M ə z m u n   ü z r ə   i ş  
 
E v d ə   i ş  


 
 
 
173 
 
•  II  mərhələ  •  
XX əsrin ortalarından günümüzə qədərki ədəbiyyat
  •

 
• Əsərin təhlilinə hazırlaşın. 
1.  Mətni oxuyun. Tapşırıqları yerinə yetirərkən ordakı fikirlərdən faydalanın. 
Vətənimizin ikiyə bölünərək parçalanması, Rusiyanın və İranın müstəmləkəsinə çevrilməsi ədəbiy-
yatımızda, incəsənətimizdə etiraz, acı təəssüf, kədər hissi ilə dolu yüzlərlə əsərin yazılmasına səbəb 
olmuşdur.  Ciddi  qadağalara  baxmayaraq,  B.Vahabzadənin  1959-cu  ildə  çap  etdirdiyi  “Gülüstan” 
poeması  böyük  əks-səda  doğurdu.  Müəllif  təqib  və  təzyiqlərə  məruz  qaldı,  ona  millətçi  damğası 
vuruldu. Ədib bu əsərində Azərbaycanı bölən tərəflərin hər ikisini yad adlandırır, xalqın taleyi barədə 
ondan xəbərsiz hökm vermələrinə qəzəb dolu etirazını bildirir. Torpaq qeyrətli babaların yeni nəsillərə 
qoyub getdiyi ən dəyərli, müqəddəs əmanətdir. Şair Azərbaycanın parçalanmasına imkan verilməsini 
xəyanət, Tomrislərin, Koroğluların, Babəklərin ruhuna təhqir sayır.   
B.Vahabzadə ölkəmiz müstəqillik əldə etdikdən sonra  – 1999-cu ildə “Gülüstan”ın davamı kimi  
“İstiqlal”  poemasını  yazmışdır.  Əsərdə  xalqımızın  igid  övladlarının  mübarizəsindən,  şəhidlərimizin 
qanı bahasına əldə edilmiş müstəqillik və azadlıqdan qürurla danışılır. Poemada xalqımızla, vətənimizlə 
bağlı taleyüklü problemlər əksini tapmışdır. Bütün bunları aydınlaşdırmaq, yazıçının niyyətini, əsərdəki 
mətləbləri  açıqlamaq  üçün  əsərin  üzərində  müşahidələrinizi  davam  etdirin,  tapşırıqların  yerinə 
yetirilməsinə ciddi yanaşın. 
 
 
2.  Əsər  hansı  mövzuda  yazılmışdır?  Şairin  milli  azadlıq  hərəkatına,  “qul  millətlərə”  münasibətini 
aydınlaşdırın. 
3.  Şairin fikrincə, “Gülüstan müqaviləsi” xalqımızın və vətənimizin taleyində hansı rolu oynadı? 
4.  Quzeydəki  –  Şimali  Azərbaycandakı  istiqlal  hərəkatının  poemada  yüksək  dəyərləndirilməsinə 
səbəb nədir? 
5.  Milli  azadlıq  uğrunda  həyatını  qurban  verən  şəhidlərin  tarixi  xidmətləri,  sizcə,  nədən  ibarətdir? 
Fikrinizi əsərdən seçdiyiniz misallarla əsaslandırın. 
6.  Şimali Azərbaycanın azadlığa qovuşması şairdə hansı arzunun yaranmasına səbəb olmuşdur? 
7.  “Biriykən  iki  olan”  xalqımızın  qovuşacağına,  vətənimizin  bütövləşəcəyinə  şairin  inamı  nədən 
qaynaqlanır? 
8.  Əsərdə işlənmiş bədii təsvir və ifadə vasitələrinin rolunu aydınlaşdırın. 
9.  Poemadakı başlıca fikir – ideya nədir? Fikrinizi nümunələrlə əsaslandırın. 
 
 
•  Kitabxanadan və ya  internetdəki  mənbələrdən topladığınız  məlumat  əsasında  “Azərbaycanın  milli 
azadlığı uğrunda şəhid olanlarımız” mövzusunda təqdimata hazırlaşın.  
        
 
1.   “İstiqlal” poemasını öyrəndiyiniz digər əsərlə – Məhmət Akif Ərsoyun “İstiqlal marşı” şeiri ilə 
müqayisə edin. Cədvəldən istifadə edin. 
s.s.  Müqayisə hansı əsaslar (cəhətlər) üzrə aparılır 
“İstiqlal” poeması  “İstiqlal marşı” şeiri 
1. 
Mövzu 
 
 
2. 
Problem 
 
 
3.  
Vətənin və xalqın azadlığına münasibət 
 
 
4. 
Azadlıq uğrunda şəhid olanlara münasibət 
 
 
5. 
Xalqların milli azadlıq hərəkatına qənim kəsilənlərə 
münasibət 
 
 
6. 
Vətənin gələcəyinə münasibət 
 
 
7. 
İdeya  
 
 
 
I I I   d ə r s 
T ə h l i l   ü z r ə   i ş  
 
A r a ş d ır ı n  •  F i k i r l ə ş i n   •  C a va b   v er i n 
 
E v d ə   i ş  
I V   d ər s  
T ə t b i q   •  M üz a k i r ə   •   Y a r a d ı c ı  i ş  


Yüklə 4,03 Kb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə