Mustafayeva



Yüklə 4,03 Kb.
Pdf görüntüsü
səhifə68/87
tarix25.06.2018
ölçüsü4,03 Kb.
#51281
növüDərs
1   ...   64   65   66   67   68   69   70   71   ...   87

 
 
168 
 
 
 
 
İSTİQLAL 
(ixtisarla) 
 

Dünya çalxalandı, sular duruldu,  
Tərsinə dolandı əsrin məhvəri. 
Zaman hökm elədi, vaxt hakim oldu,  
Ayağa qaldırdı qul millətləri.  
 
Qullar silahlandı qəzəbdən, kindən 
Ayıra bildilər dumandan sisi. 
Qovdu ağasını məmləkətindən  
Kölə Afrikanın kölə zəncisi.  
 
Göyə dirək oldu amanım, ahım,  
Halalca haqqımız bizdən yan qaçar. 
Zəncinin bəxtini açan Allahım 
Bəs mənim bəxtimi nə zaman açar? 
 
Yaman uzun çəkdi hökmü bu qəsdin, 
Ayrılıb ikiyə döndü bir Vətən.  
“Gülüstan” adlanan bu ifritənin  
Kağızı, qələmi nədənmiş, görən? 
 
O kağız, o yazı yumdu gözləri 
Yanan ürəklərdə od külə döndü. 
Bizim aramızda o gündən bəri  
“Gülüstan” tikanlı məftilə döndü. 
 
• Bəxtiyar Vahabzadə bizə öyrətdi ki, 
hər bir millətin ana dili o millətin 
namusu və vicdanıdır. O, nəsillərin bir-
birinə ötürdüyü ən qiymətli mirasdır. 
Əhməd Bican Ercilasun  
BƏXTİYAR VAHABZADƏ 
(1925 – 2009) 
Yada salın 
– Milli azadlıq uğrunda mübarizəyə həsr olunmuş hansı əsərlərlə tanışsınız? 
– Bu mövzuda oxuduğunuz əsərlərdə diqqətinizi daha çox çəkən nə olub? 
Düşünün 
– Milli azadlıq mövzusunda əsərlərin yaranmasına səbəb, sizcə, nədir? 
Oxuda aydınlaşdırın 

Əsərdə tanış olmayan sözlərin mənasını lüğətlərin, sorğu kitablarının 
köməyi ilə aydınlaşdırın. 

Əsərdəki bədii təsvir və ifadə vasitələrini müəyyənləşdirin. 


 
 
 
169 
 
•  II  mərhələ  •  
XX əsrin ortalarından günümüzə qədərki ədəbiyyat
  •

Bir vahid millətə iki hakimin  
Dili doğmalaşdı... Bu lap ağ oldu. 
Doğma anamızın şəkərdən şirin 
Bizə öyrətdiyi dil yasaq oldu. 
 
 
Özündən, sözündən qaçaq dilimiz  
İslanıb üşüdü qarda, çisəkdə. 
Yüksək məqamlarda yasaq dilimiz 
Qovulub yaşadı kənddə-kəsəkdə.  
 
İnsan olmaq üçün uşaq dil açar, 
Yasaqlar önündə biz dilsiz olduq. 
Dil varsa, xalq da var, şan-şöhrət də var,  
Dil yoxsa, millət yox, heç varlıq da yox. 
 
... Quzeydə ayağa qalxdı məmləkət, 
 Bir təpə bir dağla üz-üzə gəldi.
1
  
 Millətin qəlbində boy atan nifrət  
Köksün həmləsiylə o dağı dəldi. 
 
Yaman acıq gəldi bu nifrət ona, 
Tankların altında əzdi milləti. 
Sığdıra bilmədi dağ qüruruna  
Təpə önündəki məğlubiyyəti.  
 
Millət millət olur arzu, niyyəti,  
İnamı, inadı, öz imanıyla.  
Dərk edib bu haqqı, bu həqiqəti,  
Suvardıq torpağı şəhid qanıyla.  
 
I I 
 
Eşidib qəlbimin üsyan səsini,  
Yazdım “Şəhidlər”in faciəsini: 
 “Dilək bir çiçək də bitirə bilməz,  
Bu gündən sabaha körpü olmasa.  
Azadlıq ağacı bar verə bilməz,  
Şəhidlər qanıyla suvarılmasa ... 
 
O şənbə gecəsi gecikdi səhər,  
Zaman itirmişdi o gün sağ-solu.  
Ömürdən keçərək, keçdi şəhidlər  
Bir qanlı gecədə minillik yolu.  
                                                            
1
 1990-cı il 20 Yanvar qırğınına işarədir.   
 


 
 
170 
 
O şənbə gecəsi ölüb-dirildik,  
Şərəf papaq oldu, başlara qondu. 
O qətl gecəsi xalqın min illik  
Şücaət tarixi təkrar olundu.  
 
Qatil gülləsinə qurban gedirkən  
Gözünü sabaha dikdi şəhidlər.  
Üçrəngli bayrağı öz qanlarıyla 
Vətən göylərinə çəkdi şəhidlər.  
 
O şənbə gecəsi, o qətl günü  
Mümkünə döndərdik çox namümkünü.  
Xalqın qəlbindəki qorxu mülkünü  
O gecə dağıdıb sökdü şəhidlər”. 
 
...Quzeydə yerini göstərdik yada, 
 Zorun təməlini haqq deşə bildi.  
Gördük, bizdən başqa, bu gen dünyada 
 Bütün ayrılanlar birləşə bildi. 
 
Biriykən ikiyik, bu halımızla  
Biri-birimizə həsrət qalmışıq. 
 Biz hələ bu gün də xəyalımızla  
Həsrətin üstündən körpü salmışıq. 
 
Daş körpü – vəhdətim, daş Xudafərin! 
Gərəksiz daşların qalağı oldu.  
Üstündən bir kimsə keçə bilmədi
Bölünən bir xalqın göz dağı oldu.   
 
İki əsrdir ki, o daş körpünün  
Bu tayında mənəm, o tayında sən.  
Sökülüb-dağılır daşlar günbəgün  
Sərhəd dirəkləri xəbərsiz oldu.  
Bizim qəlbimizdən keçən körpüdən. 
 
Qəsbkar qəsdini əbədi sanmış, 
İki başda duran tağlara bir bax. 
Çoxu dağılsa da, dimdik dayanmış 
Birinci tağ ilə axırıncı tağ. 
 
O tağın biri mən, o biri sənsən, 
Onlar əsrlərlə dözüb sellərə. 
Selin zərbəsinə tağlar dözübsə,  
Nə gəlib arzusu bir könüllərə?! 


 
 
 
171 
 
•  II  mərhələ  •  
XX əsrin ortalarından günümüzə qədərki ədəbiyyat
  •

Bu gün qismətimiz qəm-kədərdisə,  
Dünənki birliyim heç unudulmaz.  
Çayın altındakı torpaq birdisə,  
O tayı bu taydan ayırmaq olmaz. 
 
...Köksünə dağ üstdən dağ çəkilən xalq  
Bir gün dağ çəkəcək dağın köksünə. 
 Məftil çəpərləri qıra bilən xalq  
Bir il gec, bir il tez – qıracaq yenə.  
 
Torpağı yoğurur vaxt özü qanla  
Vaxt gəldi, bircə söz min dünya açar.  
Artıq anlamışıq, ahla, amanla  
Nə məftil əriyər, nə sərhəd uçar.  
 
Zülm öz-özünə kəsilir qənim,  
Baxın öz yönünü dəyişən çarxa.  
Suyun gəlməsinə şübhəm yox mənim 
Bir vaxt şırıl-şırıl su gələn arxa.  
 
Salaq yadımıza bu gün cahanın 
Rəngləri dəyişən beş qitəsini.  
Biz də görəcəyik Azərbaycanın  
Güneyli-Quzeyli xəritəsini.  
 
 
1.  Əsərin  birinci  parçasını  oxuyun  (bunu  fərdi  səssiz  oxu,  səsli  oxunun  dinlənilməsi  və  s.  şəkildə 
yerinə yetirə bilərsiniz). 
2.  İlkin təəssüratınızı siniflə bölüşün. 
3.  Misralarda ifadə olunmuş fikri aydınlaşdırıb qısaca yazın. 
Zaman hökm elədi, vaxt hakim oldu,  
Ayağa qaldırdı qul millətləri.  
 
Qullar silahlandı qəzəbdən, kindən, 
 Ayıra bildilər dumandan sisi. 
 
Yaman uzun çəkdi hökmü bu qəsdin, 
 Ayrılıb ikiyə döndü bir Vətən.  
 
Bir vahid millətə iki hakimin  
Dili doğmalaşdı... Bu lap ağ oldu. 
 
Yüksək məqamlarda yasaq dilimiz 
Qovulub yaşadı kənddə, kəsəkdə.  
 
...Quzeydə ayağa qalxdı məmləkət 
 Bir təpə bir dağla üz-üzə gəldi. 
 
Sığdıra bilmədi dağ qüruruna  
Təpə önündəki məğlubiyyəti. 
 
 
4.  Əsərlə bağlı hiss və düşüncələrinizi ikihissəli gündəlikdə qeyd edin. 
Əsərdə diqqətimi daha çox cəlb edənlər 
Bunun səbəbi 
 
 
I   d ə r s 
M ə z m u n   ü z r ə i ş


Yüklə 4,03 Kb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə