Mustafayeva



Yüklə 4,03 Kb.
Pdf görüntüsü
səhifə71/87
tarix25.06.2018
ölçüsü4,03 Kb.
#51281
növüDərs
1   ...   67   68   69   70   71   72   73   74   ...   87

 
 
 
177 
 
•  II  mərhələ  •  
XX əsrin ortalarından günümüzə qədərki ədəbiyyat
  •

 
1.  Şeiri oxuyun (bunu fərqli formalarda həyata keçirə bilərsiniz).  
2.  İlkin təəssüratınızı siniflə bölüşün. 
3.  Misralarda ifadə olunmuş fikri aydınlaşdırıb qısaca yazın.  
Mən bilirəm: dərdlərini yumruğunda sıxacaqsan. 
Sən bu dibsiz cəhənnəmdən çıxacaqsan… Üzü ağsan. 
Nurlu dağsan… zülmət dağı devirəcək, yıxacaqsan. 
Boğazından yapışanı boğmalısan, boğacaqsan. 
 
Nə Bağ Ata əfsanədir, nə Nizami, nə də Babək. 
Gözlərinə Nəiminin,  Nəsiminin şəklini çək. 
Həqiqəti dəfn eləmək istəyənlər gəbərəcək. 
Bağrı yanmış Qarabağım bir də qalxıb göyərəcək. 
 
İnan mənə: əbədisən, ey bəşərin haqq bayrağı, 
Batan, çıxan Günəşimsən, Odər yurdu, Od torpağı! 
 
Alaq düşmən caynağından Sırxavəndi, Canyatağı. 
Yatağım yox, otağım yox, varlığımsan, Od torpağı. 
 
Qudurğanlar dinc durmasa, Daşqın, Tufan olasıyam. 
Yırtıcılar dünyasını burulğana salasıyam. 
 
Qaranlıqda oğru kimi yurda gecə girdi onlar, 
Ulduzları güllələyib göydən yerə sərdi onlar. 
Beşiklərdən tər qönçəni, ilk nübarı dərdi onlar
Çocuqlara əmzik deyil, od lüləsi verdi onlar. 
 
Yadda saxla, qoca tarix,  mən Türk oğlu Ulutürkəm. 
Əhrimənlər qarşısında sanma çökəm, boyun bükəm. 
Bircə kişi qalsam belə, güman etmə, yalqız, təkəm. 
Mən – dünənəm, mən – bugünəm, gələcəyəm, yerəm-göyəm. 
Həzrət Əli qılıncıyam, oddan gərək bir qın geyəm. 
Kəsib keçəm xəyanəti, cinayəti, alçaqlığı. 
 
Altı milyard insanlığam, qarı düşmən, sənsə təksən. 
Zəhər saçan bir əfisən, tor quran bir hörümçəksən, 
Təpiyimin altındaca gəbərəcək, öləcəksən. 
 
 
4.  Bədii təsvir və ifadə vasitələrinin  növünü müəyyənləşdirib yazın. Fikrinizi əsaslandırın. 
Bədii təsvir və ifadə  vasitələrinin işləndiyi cümlələr 
Bədii təsvir və ifadə  vasitələrinin növü 
(nə üçün belə düşünürsünüz?) 
Sənsən həsrət gözlərimin həm qarası, həm də ağı. 
 
Nurlu dağsan… zülmət dağı devirəcək, yıxacaqsan. 
 
Bağrı yanmış Qarabağım bir də qalxıb göyərəcək. 
 
Mən – dünənəm,  mən – bugünəm, gələcəyəm,  
yerəm-göyəm. 
 
Zəhər saçan bir əfisən, tor quran bir hörümçəksən. 
 
 
5.  Əsərlə bağlı doğru fikirləri müəyyənləşdirib, münasibət bildirin. 
a)  Əsərdə Azərbaycanın qələbəsinə inam hissi ifadə olunub. 
b)  Qarabağ uğrunda şəhid olanların qisasını almağa çağırış əksini tapıb. 
c)  Qarabağ dəhşətlərini, faciələri unutmamaq tövsiyə olunub. 
d)  Müstəqilliyimizin, azadlığımızın qəsdinə duranlara nifrət ifadə edilib. 
e)  Digər xalqlara kömək məqsədi ilə müraciət olunub. 
 
I   d ə r s 
M ə z m u n   ü z r ə i ş


 
 
178 
 
6.  Kiçik qruplarda birləşib yerinə yetirdiyiniz bütün işlərin nəticələrini müzakirə edin, dəqiqləşdirmə 
və ümumiləşdirmə aparıb təqdimata hazırlaşın. 
7.  Gəldiyiniz nəticə ilə bağlı təqdimat əsasında fikir mübadiləsi və müzakirə aparın. 
 
 
• Mövzulardan birini seçib təqdimata hazırlaşın. 
a)  Şeirdəki hansı misraların üzərində daha çox düşündüm? 
b)  Şeir mənə hansı əsərləri xatırlatdı? 
 
 
• Əsərin təhlilinə hazırlaşın
1.  Mətni oxuyun. Tapşırıqları yerinə yetirərkən ordakı fikirlərdən faydalanın. 
Bədii yaradıcılığı və ictimai fəaliyyəti ilə xalqımızın azadlıq mübarizəsinin önündə gedən Xəlil Rza 
Ulutürk  zindana  salınmasına,  təqib  və  təzyiqlərə  baxmayaraq,  tutduğu  yoldan  dönməmiş,  əqidəsinə 
sadiq qalmışdır. Qarabağın itirilməsi təhlükəsi yarananda o, xalqı silahlanmağa, vətəni müdafiə etməyə, 
düşmənlə  döyüşə  səslədi.  Bu  dövrdə  şairin  vətəndaşlıq  lirikası  daha  mübariz  səciyyə  daşımış, 
həmvətənlərimizin dilinin əzbəri olmuşdur.  
Mübarizəyə, döyüşə çağırış, qələbəyə inam ifadə olunan “Qaytar mənim qüdrətimi, Azərbaycan!” 
şeirinin  üzərində  müşahidələrinizi  davam  etdirin,  müəllifin  müxtəlif  mətləblərə  münasibətini 
aydınlaşdırmağa çalışın. Bunun üçün sözlərə, ifadələrə, təsvir və ifadə vasitələrinə diqqət yetirin.  
Şairin  yaradıcılığı,  xüsusən  “Qaytar  mənim  qüdrətimi,  Azərbaycan!”  şeiri  ilə  əlaqədar  müxtəlif 
mənbələrdən topladığınız aşağıdakı qəbildən məlumatdan təhlildə istifadə edin. 
 
Xəlil Rza bir vətəndaş, bir insan kimi bütün xüsusiyyətləri ilə 
daim  sevilmişdir. Mən daim onun yaradıcılığına, insanlığına, 
vətəndaşlığına, ən çox da cəsurluğuna, əyilməzlyinə, öz ideya-
larından  dönməzliyinə  hörmət  etmişəm,  onu  yüksək  qiymət-
ləndirmişəm. 
Heydər Əliyev  
Ümummilli Lider 
 
Xəlil Rza Ulutürk ensiklopedik zəkalı alim, böyük ürək sahi-
bidir. Alimlik, şairlik, vətəndaşlıq, qeyrət və hünər onun şəxsiy-
yətində birləşmişdir, amma hansı tərəfdən baxsan, o, qüdrətli, 
coşqun, Prometey hünərli şairdir. 
Qulu Xəlilli 
 
Azərbaycanın azadlığı və müstəqilliyi yolunda mübarizəni öz 
yaradıcılıq amalına çevirən Xəlil Rzanın cəsarətli vətəndaşlıq 
şeirlərində  zamanın  nəbzi  döyünürdü.  Keçən  əsrin  80-90-cı 
illərində  öz  dövrünə  sığmayan  ictimai  fəaliyyəti  və  mübariz 
şeirləri Xəlil Rzanı, obrazlı desək, dəryada qopan tufanın azman 
dalğaları ilə çarpışan fırtına quşuna bənzədirdi. Sarsıntı keçirən 
imperiyanın öz ömrünü uzatmaq üçün qana susadığı bir vaxtda 
odlu-atəşli  şeirləri  ilə  qıy  vurub  hamını  ölüm-dirim  müba-
rizəsinə səsləyən Xəlil Rzanın hünərini yalnız döyüşkən nəğ-
məsi  ilə  qorxunc  dalğalara  meydan  oxuyan    fırtına  quşunun 
cəsarətinə  bənzətmək olar. 
Teymur Əhmədov  
 
 
 
 
 
 
 
 
 
E v d ə   i ş  
I I   d ə r s 
T ə h l i l   ü z r ə   i ş  


Yüklə 4,03 Kb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə