Mustafayeva



Yüklə 4,03 Kb.
Pdf görüntüsü
səhifə70/87
tarix25.06.2018
ölçüsü4,03 Kb.
#51281
növüDərs
1   ...   66   67   68   69   70   71   72   73   ...   87

 
 
174 
 
2.  Poemanı janr baxımından M.İbrahimovun “Gələcək gün” romanı ilə müqayisə edin.  Cədvəldən 
istifadə edin. 
Müqayisə hansı əsaslar üzrə aparılır 
“İstiqlal” poeması 
“Gələcək gün” romanı 
 
 
 
 
3.  B.Vahabzadə haqqında fikirlərlə tanış olun. Onlara  münasibət bildirin. 
 
Azərbaycanın  müstəqilliyi  uğrunda  mübarizədə  Bəxtiyar 
Vahabzadənin xidmətləri böyükdür. Ölkəmizin xüsusən o çox 
gərgin  vəziyyətində  siz  vətəndaşlıq,  ziyalılıq  cəsarəti  göstər-
misiniz.  Ona  görə  də  nə  mən,  nə  də  xalqımız  bunu  unuda 
bilmərik və onu yüksək qiymətləndiririk.  
Heydər Əliyev 
Ümummilli Lider  
 
 
Bizi əhatə edən aləmdə hər nə varsa, şairi dərindən düşündürür, 
Xeyir və Şəri, gözəlliklə eybəcərliyi, böyüklüklə kiçikliyi – bir 
sözlə,  insan  ruhunun  ali  və  xırda  duyğularını  poeziya  səviy-
yəsinə  qaldırmaq  ehtirası  Bəxtiyarın  fitrətindəndir.  Lirizm  və 
vətəndaşlıq Bəxtiyarın yaradıcılığında ayrılmaz qoşa cümlədir. 
Bəxtiyar vətənpərvərdir, aqildir, sözün yaxşı mənasında, nəsi-
hət verən, yol göstərən sənətkardır.   
Çingiz Aytmatov  
 
Türk ədəbiyyatı üçün Mehmet Akif, Yəhya Kamal, Nəcib Fazil 
nə  isə,  Azərbaycan  ədəbiyyatı  üçün  də  Bəxtiyar  Vahabzadə 
odur. Bu baxımdan, yeni Azərbaycan Cümhuriyyətinin yaran-
masında onun hayqıran yaradıcılığının mühüm bir payı vardır. 
Yavuz Bülənt Bakilər 
 
 
Bəxtiyar xalqının, vətəninin sevgisini, qayğısını qazanmış bir 
şairdir. Bu isə yaradıcı insan üçün ən böyük bir səadətdir.  
Balaş Azəroğlu 
 
 
• Mövzulardan birini seçib təqdimata hazırlaşın. 
a) Xalq şairi B.Vahabzadə və ölkəmizdə gedən milli azadlıq mübarizəsi. 
b) B.Vahabzadənin yaradıcılığı və türk dünyası. 
 
 
 
 
 
E v d ə   i ş  


 
 
 
175 
 
•  II  mərhələ  •  
XX əsrin ortalarından günümüzə qədərki ədəbiyyat
  •

 
 
 
QAYTAR MƏNİM QÜDRƏTİMİ, AZƏRBAYCAN! 
 
  (ixtisarla) 
 
Başım, beynim tüstülənir, varlığımda kədər, təlaş. 
Gözlərimdə ildırımdır damla-damla axan qan-yaş. 
Mən yenidən doğulmasam, daşam, inan, qupquru daş. 
Taqətim ol, qeyrətim ol, qoy dirçəlim yavaş-yavaş. 
Sənsən həsrət gözlərimin həm qarası, həm də ağı. 
Qaytar mənim qüdrətimi, Odər yurdu, Od torpağı! 
 
Mən bilirəm: dərdlərini yumruğunda sıxacaqsan. 
Sən bu dibsiz cəhənnəmdən çıxacaqsan…Üzü ağsan. 
Nurlu dağsan… zülmət dağı devirəcək, yıxacaqsan. 
Boğazından yapışanı boğmalısan, boğacaqsan. 
Təbrizləri, Ülviləri sən yenidən doğacaqsan. 
Öz bətnindən doğacaqsan İstiqlalı, Azadlığı. 
Qüdrətim ol, ey ümidim, ey qəhrəman Od torpağı! 
 
Nə Bağ Ata əfsanədir, nə Nizami, nə də Babək. 
Gözlərinə Nəiminin,  Nəsiminin şəklini çək. 
Həqiqəti dəfn eləmək istəyənlər gəbərəcək. 
Bağrı yanmış Qarabağım bir də qalxıb göyərəcək. 
Göyərəcək çiçək-çiçək, lalə-lalə, ləçək-ləçək. 
Gözlərimin çeşməsilə suvarıram o növrağı, 
Növrağımsan, bayrağımsan, Odər yurdu, Od torpağı! 
• Yüzilliyimizin böyük vətəndaşlarından 
biri olan xalq şairi Xəlil Rza Ulutürk 
təkcə böyük şair, görkəmli alim, əvəzsiz 
tərcüməçi deyildi. O həm də azadlığı 
“qram-qram” istəməyən, milli mən-
liyimiz yolunda qələmini qılınca çevirən 
Babəkimiz idi. 
Şahmar Əkbərzadə 
XƏLİL RZA ULUTÜRK
(1932 – 1994) 
Yada salın 

Xəlil Rza Ulutürkün hansı əsərləri ilə tanışsınız? 
–  Onun əsərlərində diqqətinizi daha çox çəkən nə olub?
 
Düşünün 
– “Vətən üçün təhlükə yarananda həqiqi sənətkarın qələmi süngü, 
özü əsgər olur” cümləsində ifadə olunmuş fikri doğru saymaq 
olarmı? 
Oxuda aydınlaşdırın 
− Əsərdə tanış olmayan  sözlərin mənasını lüğətlərin, sorğu 
kitablarının köməyi ilə aydınlaşdırın. 
− Əsərdəki bədii təsvir və ifadə vasitələrini müəyyənləşdirin. 


 
 
176 
 
Ballı qaya…Ərimgəldi… Xaçındərbənd…Cıdır düzü… 
Xəzinəmdir yerin altı, saf aynamdır göyün üzü. 
O çöllərdə Təbrizimin əl həniri, ayaq izi… 
Qoy bürüsün Qarabağı gül sərgisi, gül dənizi. 
Alaq düşmən caynağından Sırxavəndi, Canyatağı. 
Yatağım yox, otağım yox, varlığımsan, Od torpağı. 
 
Qudurğanlar dinc durmasa, Daşqın, Tufan olasıyam. 
Yırtıcılar dünyasını burulğana salasıyam. 
Nakam gedən mərdlərimin qisasını alasıyam, 
Ölsəm belə, bu aləmə mən yenidən gələsiyəm, 
Anaların gözlərindən qanlı yaşı siləsiyəm, 
İnan mənə: əbədisən, ey bəşərin haqq bayrağı, 
Batan, çıxan Günəşimsən, Odər yurdu, Od torpağı! 
 
Ürəklərdən alov qalxır:  –  Can Daşaltı!.. Can Xocalı! 
Pulemyotlar, toplar coşdu: – Sovrul göyə, yan Xocalı! 
Dağın, daşın başdan-başa qan dənizi, qan Xocalı! 
O dəhşəti, o vəhşəti min illərlə an, Xocalı! 
Şəlalələr qana döndü, qan-yaş gördüm hər bulağı. 
Boynubükük bənövşəni kimlər qırdı, Od torpağı? 
 
Qaranlıqda oğru kimi yurda gecə girdi onlar, 
Ulduzları güllələyib göydən yerə sərdi onlar. 
Beşiklərdən tər qönçəni, ilk nübarı dərdi onlar
Çocuqlara əmzik deyil, od lüləsi verdi onlar. 
İsti külə döndərdilər bar üstündə min budağı, 
Unutmazsan o alçağı, Odər yurdu, Od torpağı! 
 
Yadda saxla, qoca tarix,  mən Türk oğlu Ulutürkəm. 
Əhrimənlər qarşısında sanma çökəm, boyun bükəm. 
Bircə kişi qalsam belə, güman etmə, yalqız, təkəm. 
Mən – dünənəm, mən – bugünəm, gələcəyəm, yerəm-göyəm. 
Həzrət Əli qılıncıyam, oddan gərək bir qın geyəm. 
Kəsib keçəm xəyanəti, cinayəti, alçaqlığı. 
Eşqim, hüsnüm, cəlalımsan, Odər yurdu, Od torpağı! 
 
Əhrimənlər yuvasını darmadağın edəcəksən, 
Qalxıb sabah Aya, Marsa, ulduzlara yetəcəksən. 
Altı milyard insanlığam, qarı düşmən, sənsə təksən. 
Zəhər saçan bir əfisən, tor quran bir hörümçəksən, 
Təpiyimin altındaca gəbərəcək, öləcəksən. 
Təbərrikim, tutiyam bil Qaradağı, Qarabağı. 
Yüksəl Günəş mövqeyinə, Odər yurdu, Od torpağı! 
 


Yüklə 4,03 Kb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə