Mustafayeva



Yüklə 4,03 Kb.
Pdf görüntüsü
səhifə65/87
tarix25.06.2018
ölçüsü4,03 Kb.
#51281
növüDərs
1   ...   61   62   63   64   65   66   67   68   ...   87

 
 
 
161 
 
•  II  mərhələ  •  
XX əsrin ortalarından günümüzə qədərki ədəbiyyat
  •

N.Həsənzadə. “Pompeyin Qafqaza yürüşü”, İ.Əfəndiyev. “Hökmdar və qızı” və s.) çağdaş 
oxucunu düşündürən, narahat edən məsələlər – vətənin, xalqın azadlığı və müstəqilliyi, milli 
təəssübkeşlik və s. ifadə olunmuşdur. 
Həmin illərdə ailə-məişət mövzusunda əsərlər (İ.Əfəndiyev. “Ağıllılar və dəlilər”, B.Va-
habzadə “Rəqabət”, Ə.Əmirli “Varlı qadın” və s.), sosial problemlərin əks olunduğü dram və 
komediyalar  (Elçin.  “Ah  Paris,  Paris”,  A.Babayev.  “Əlin  cibində  olsun”  və  s.),  psixoloji 
səpkidə bədii nümunələr (Elçin. “Qatil”, F.Mustafa. “Tıxac” və s.) ərsəyə gəlmişdir.  
 
 
 
•••
 
 


 
 
162 
 
 
 
 
 
İNTİQAM 
(ixtisarla) 
 
Bütün gecə kəndi lərzəyə salmış top səsləri səhərə yaxın kəsildi. Xəzangül elə bil 
birdən-birə gurultu, çaxnaşıq bir aləmdən dibsiz, qaranlıq bir yarğana yuvarlandı. Lakin 
bu səssizlik ona top və mərmilərin qulaqbatırıcı gurultusundan daha müdhiş göründü. 
Qulaqları səs aldı. Axşamdan çaxnaşma içərisində vurnuxan camaatın çığır-bağırtısı da 
daha  eşidilmirdi.  “Bu nədir?  Hamı qaçıbmı,  –  fikirləşdi,  – tək-tənhamı  qalmışam  bu 
cəhənnəmdə? Yəni camaatın içərisində bir nəfər də tapılmadı ki, məni yada salsın? Yox, 
bu ola bilməz. Kim bilməsə də, Xeyransa ilə əri gözəl bilirlər ki, mən tərpənə bilmirəm. 
Yoxsa ermənilər başlarının üstünü birdən-birə elə alıblar 
ki, hərəsi ağzını bir səmtə tutub, qaçıb? Əlləri heç yerə 
çatmayıb?” 
Xəzangül bunları fikirləşəndə qonşularını o qədər də 
qınamırdı.  Bilirdi  ki,  hərəsinin  bir  çətən  uşağı  var.  Bu 
mərəkədə hamı öz başının hayında olub.
  
Boylanıb şüşələri qırıq-qırıq olmuş pəncərədən eşiyə 
baxmaq istədi. Lakin hələ də qan sızan ayağının yarası elə sızıldadı ki, yerindən tərpənə 
bilmədi.  Başında  da  bərk  ağrı  başlamışdı.  Çünki  bütün  gecəni  bir  dəqiqə  çimir 
vurmamışdı.  Top  mərmiləri  evlərinin  lap  böyründə  partlayırdı.  Dəqiqəbədəqiqə  göz-
ləmişdi ki, onlardan biri də indicə damlarına düşəcək və onu körpəsi ilə birlikdə göyə 
sovuracaqdır. Zavallı körpə də sübhədək kiriməmişdi.  
Üç gün qabaq həyətlərinin ortasında partlamış top mərmisindən yaralanmış ayağının 
sızıltısı isə ara vermirdi. Baldırının sallana qalmış ətini 
yerinə  yapışdırıb  üstündən  bərk-bərk  sarısa  da,  ağrısı 
kəsmirdi.  Qanı  hələ  də  sızırdı.  Bu  zaman  burnuna 
hardansa  yanğın  iyi  gəldi.  Canını  dişinə  tutaraq,  yenə 
• Ədəbiyyatımızın yorulmaz mücahidi 
olan Qılman İlkin həyatı bütün gözəlliyi 
ilə, dolğunluğu ilə əks etdirməyi baca-
ran yazıçıdır. 
Əli Vəliyev 
QILMAN  İLKİN  
(1914 – 2009) 
 
Yada salın 
− Qarabağ müharibəsinə həsr olunmuş hansı əsərlərlə tanışsınız? 
− Bu əsərlərdə diqqətinizi daha çox nə cəlb edib? 
Düşünün 
− Müharibə zamanı silahlı düşmənlə qarşılaşan yaralı ana və süd-
əmər körpənin beynəlxalq qanunlara görə, hansı hüquqları var? 
Oxuda aydınlaşdırın 
− Əsərdə tanış olmayan sözlərin mənasını lüğətlərin, sorğu 
kitablarının köməyi ilə aydınlaşdırın. 
− Əsərdəki bədii təsvir və ifadə vasitələrini müəyyənləşdirin. 
 
• Sizcə, bu hadisə nə vaxt 
və harada baş verib? 
• Xəzangül obrazı haqqında 
sizdə hansı təsəvvür 
yarandı? 
 
• Hücuma məruz qalmış 
kəndin vəziyyətini necə 
təsəvvür edirsiniz? 


 
 
 
163 
 
•  II  mərhələ  •  
XX əsrin ortalarından günümüzə qədərki ədəbiyyat
  •

pəncərəyə  tərəf  boylandı.  Dağların  başı  tüstüdən  görünmürdü.  Aşağılarda  qoşa  çinar 
tərəfdəki  bütün  evlər  alov  içində  idi.  Uçuq  daş-divardan  qalxan  toz-torpaq  buludları 
yanğının tüstülərinə qarışaraq, burula-burula onlara tərəf yayılırdı.
  
Birdən eşik tərəfdən hənirti eşidildi. Səslər getdikcə gücləndi. Xəzangül yaxınlıqda 
erməni  danışıqlarını  aydın  ayırd  edə  bildi.  Bundan  dəhşətə  gəldi:  “Aman  Allah, 
ermənilər kəndə giriblər”.
  
Bədənini titrəmə bürüdü. Yarpaq kimi əsən əlləri ilə 
körpəsini  beşiyindən  qaldırıb  sinəsinə  basdı.  Buz  kimi 
soyuq yanaqları ilə süzülən göz yaşları anasını əmməyə 
başlamış  körpənin  də  sifətini  islatdı.  Xəzangülün  ürəyi 
sanki sinəsindən qopub boğazında çırpınırdı.  
Birdən qapıya vurulan təpik onu daha da sarsıtdı. Qapının cəftəsi yerindən qopub 
düşdü. İki nəfər yekəpər saqqallı erməni içəri soxuldu. Bir anlığa astanada durub otağa 
göz  gəzdirdilər.  Sonra  əllərindəki  avtomatı  düz  Xəzangülə  tərəf  tuşladılar.  Uzandığı 
yerdə sanki daşa dönmüş Xəzangülün gözləri bərələ qalmışdı. Qorxudan kirpik də çala 
bilmirdi.  Yoldaşından  xeyli  cavan  görünən  o  biri  erməninin  belindən  dəstəyi  ceyran 
ayağından olan bıçaq da asılmışdı. O yoldaşını dümsüklədi: 
– Sarkis dayı, bunu, deyəsən, bizə qənimət qoyub gediblər axı. 
Bunu deyərək, Xəzangülün yatağına yaxınlaşdı. Bir həmlə ilə əlini uzadıb yorğanı 
onun üstündən çəkdi. Xəzangülün sarıqlı ayağını görüb istehza ilə gülümsədi: 
– Belə de. Demək, buna görə qaçmamısan, – o, Xəzangülü süzəndə Xəzangül güc-
bəla ilə əyilib, yorğanı sinəsinədək yuxarı çəkdi. Erməninin saqqallı sifətində iyrənc bir 
istehza duyuldu. 
Sonra  avtomatlarını  çiyinlərindən  çıxarıb,  otağın  künc-bucağını  axtarmağa  başla-
dılar. Hər yeri eşib tökdülər. Yoldaşının “Sarkis” çağırdığı yaşlı erməni dedi: 
– Levon, sən bunların dilini yaxşı bilirsən. Soruş ki, qızıl və bəzək şeylərini harada 
gizlədib. 
Cavan erməni yenə Xəzangülə yaxınlaşıb amiranə bir tərzdə soruşdu: 
– Axçi, de görüm, qızıllarınızı harada gizlətmisən?
  
Gözləri hələ də bərələ qalmış Xəzangüldən səs çıxmadı. Dinə bilmirdi. Sözlər elə bil 
boğazında ilişib qalmışdı. 
– Hə, dinsənə, cavab ver. 
Xəzangül, nəhayət, səsi boğazında tıxana-tıxana dedi: 
– Bizim qızılımız yoxdur. 
– Yalan deyirsən, qızılların yerini de. Görürəm, sırğalarını da çıxarıb gizlətmisən.  
– Bizim qızılımız yoxdur, – Xəzangül yenə təkrar etdi, – inanmırsan, axtar, bax. 
Yoldaşı soruşdu: 
–  Hə, nə deyir? 
      – Deyir ki, qızılımız yoxdur. Özümüz axtarıb taparıq. 
Müsəlman ola, qızılı olmaya. Gəl bəri, özümüz taparıq. 
 
Levon Xəzangüldən uzaqlaşanda onu hədələdi: 
– Heç eybi yoxdur. Bunun əvəzində gör sənin başına 
nə oyun açacağam.
 
 
Onlar yenə də otağı eşələməyə başladılar. Bütün boğ-
ça-bağlamalar  açılıb  evin  içərisinə  səpələndi.  Əllərinə  qiymətli  bir  şey  keçməyəndə 
Xəzangülün bu qədər 
həyəcan keçirməsinə əsas 
var idimi? 
• Erməni yaraqlılarının 
Xəzangülə inanmama-
larının əsl səbəbi, sizcə, 
nədir? 


Yüklə 4,03 Kb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə